Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2801/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı müqavilələr üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8021.25 manat məbləğində əsas, 5297,82 manat məbləğində dəbbə pulu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub İ ddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)7000/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim İ.Burcayev) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il məhsullarının nisyə alqı-satqı müqavilələri üzrə ödənilməmiş 5013,00 manat məbləğində əsas borc, 500 manat məbləğində dəbbə pulu, cəmi 5513,00 manat məbləğində borc, xx.xx.2018-ci il tarixli məhsulların nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 8021.25 manat əsas borc, 500 manat dəbbə pulu, cəmi 8521.25 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin direktoru X3 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli q ərardadı ilə (sədrlik edən hakimlər V.Həsənov, Ş.Məmmədova və X.Sarıyev, iş No2(103)-1616/20 saylı mülki iş) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)7000/2018 saylı qətnaməsi ləğv edilmiş, hazırkı mülki iş aidiyyatı üzrə baxılması üçün Naxçıvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İşin halları: Mübahisə mülki işin məhkəmə aidiyyəti ilə bağlıdır. İş üzrə İddiaçı MMC hesab edir ki, mülki işə ümumi məhkəmədə baxılmalıdır. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlə müqavilə bağlanan zaman cavabdeh heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Belə ki, Naxçıvan MR-nın Şərur rayon Vergilər İdarəsinə sorğu edilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki,Cavabdeh xx.xx.2015-ci il tarixdə Şərur rayon Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyy atda olmuş, lakin xx.xx.2015-ci il tarixdən fəaliyyətini dayandırmış, həmin vaxtdan bu vaxta kimi heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, heç bir vergi ödəməmiş, cavabdehlə müqavilə bağlanan zaman 2018-ci il tarixdə onun sahibkarlıq fəaliyyəti olmamışdır. Kassasiya şikayətinin dəlilləri: Şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 403-1.6-cı maddəsinin tələbinə müvafiq olaraq şikayətə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: İddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü tələblər sifarişli malların satılmasına dair kontrakt üzrə irəli gələn şərtlərin pozulmasından ibarətdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, həmin müqavilə və ondan gələn münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olmaqla kommersiya xarakter daşımış, tərəflər arasında yaranmış mübahisə kommersiya mübahisəsi olmuşdur. Belə ki, vergi ödəyicilərinin məlumatlarından məlum olur ki, Cavabdeh (VÖEN **********) müvafiq qaydada dövlət qeydiyyatından keçmiş, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna sahib olan fiziki şəxsdir. Tərəflər arasında bağlanmış müqavilədən də görünür ki, (mülki işin 9-cu səhifəsi) tərəfl ər alqı-satqı müqaviləsi bağlayanda anket məlumatı kimi Cavabdeh vöen nömrəsi (VÖEN **********) qeyd edilmişdir. İddiaçı isə sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi şəxsdir. Hazırda tərəflər arasında yaranmış mübahisə də sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməl əri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kommersiya mübahisələrindən yaranan tələblər yalnız kommersiya məhkəmələrində baxılmalıdır. Belə olan halda tərəflərin müqavilədə razılaşdırmış olduqarı aidiyyətə dair şərtlərin əhəmiyyəti yoxdur. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi - hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs arasında kommersiya mübahisəsi olduğundan həmin tələbə baxılması səlahiyyəti mülki icraat qaydasında kommersiya məhkəməsinə aiddir. İş materiallarından məlum olur ki, Cavabdeh Şərur rayonu, Yuxarı Yaycı kəndində qeydiyyatda olduğundan, hazırkı iddiaya Naxçıvan Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2801/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2801/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver