Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2801/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X3 LTD” MMC-yə qarşı “maddi ziyanın ödənilməsi və əmək haqqı kartının cavabdehdən alınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı tələbi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-3267/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 19 aprel 2016-cı il tarixli əmək müqaviləsi ilə İddiaçı “X3 LTD” MMC-də ekspeditor vəzifəsinə işə qəbul edilmiş, həmin MMC-nin 15 avqust 2020-ci il tarixli, 99/k saylı əmri ilə əmək müqaviləsinə 17 avqust 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh “X3 LTD” MMC-yə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat əmək haqqının, əmək h aqqını qanunsuz saxladığına görə hər gün üçün 3% ödəncin, Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 500 manatın, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun və qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5% olmaqla pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış əmək müqaviləsinə görə iddiaçıya hər ay 250 manat əmək haqqı verilməli idi. İşlədiyi dövrdə ona əmək haqqı hesablanmasına və adına bank kartı olmasına baxmayaraq, həmin kart və o karta vurulan əmək haqqı ona ödənilməmişdir. Şirkət tərəfindən ona əmək haqqı ayrılmasını bu barədə elektron sistemd ən çıxarışı əldə etdikdən sonra məlumatlı olmuşdur. Bu barədə xəbəri olduqdan sonra 15 iyul 2020-ci il tarixli ərizə ilə cavabdehin rəhbərliyinə müraciət edərək ona çatası əmək haqqının ödənilməsini xahiş etsə də, onun ərizəsi cavabsız qoyulmuşdur. Əmək müqaviləsinin bağlanma tarixdən işlədiyi 5 il, yəni 60 ay üçün hər ay 250 manat əmək haqqı hesablandığından 15000 manat edir. Cavabdeh iddiaçıya çatası əmək haqqını mənimsəyərək vaxtında ona ödəməmiş, buna görə də qanunvericiliyin tələbinə görə hər gün üçün 1 % əlavə haqq ödəməlidir. Həmçinin cavabdeh ona məxsus olan pul vəsaitini qanunsuz olaraq saxladığından qanunvericiliklə müəyyən edilmiş illik 5% məbləğində haqqı da ödəməlidir.
4. Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 nömrəli qətnaməsi ilə (hakim E.T.Mə mmədov) iddia qismən təmin edilmiş, cavabdeh “X3 LTD” MMC-dən 3009,79 manat əmək haqqı, hər gecikdirilmiş gün əmək haqqının bir faizi məbləğində ödənc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 6 manatın alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın nümayəndəsi “X3 LTD” MMC-in özəl müəssisə olduğunu, İddiaçı şirkətdə ekspeditor işlədiyinə görə vəzifə maaşından kənar əlavə ödənişlər edildiyini və əlavə ödənişlərin daxilində iddiaçıya vəzifə maaşının da ödənildiyini bildirmiş, əlavə ödənişlərin ödənilməsi məhkəmədə təsdiqini tapsa da, əmək haqqının ödənilməsi ilə bağlı cavabdeh təşkilat həmin hall arı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iş materiallarında olan “X3 LTD” MMC tərəfindən verilmiş cədvəldən görünür ki, İddiaçı "xxxx" ASC vasitəsi ilə 2016-2020-ci il tarixlərini əhatə edən ödənilmiş əmək haqqının illər və aylar üzrə məbləği 3009,79 manat təşkil edir.
6. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cü maddəsinin “d” bəndinə istinad edərək hesab etmişdir ki, cavabdeh “X3 LTD” MMC-dən 3009,79 manat əmək haqqı məbləği cavabdehdən alınaraq İddiaçı ödənilməlidir.
7. Məhkəmə iddia tələbinin əmək haqqı qanunsuz saxlanıldığına görə hər gün üçün 3% ödənilməsi hissəsinin də qismən təmin olunması nəticəsinə gəlmiş və göstərmişdir ki, İddiaçı işlədiyi illər ərzində əmək haqqını cavabdeh təşkilatın təqsiri nəticəsində almamış və hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməlidir. Həmin tələbi məhkəmə Əmək Məcəlləsinin 172.5-ci maddəsi ilə əsaslandırmışdır
8. Məhkəmə iddia tələbinin Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 500 manatın və qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5% olmaqla cavabdehdən alınaraq ona ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissələrlə bağlı sübutlar və əsaslar müəyyən edilmədiyindən rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilmə si xahiş edilmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-3267/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdeh təşkilat əmək haqqı kartının cavabdehə verilməsindən heç bir zaman imtina etməmişdir. O, istədiyi vaxt müraciət edib ala bilər. Bundan başqa, iddiaçı cavabdeh tərəfindən 2016-cı il tarixdən ona hesablanmış 14000 manat əmək haqqının tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də, buna dair hər hansı bir sübut təqdim edə bilməmiş, iddiasını və apellyasiya şikayətini əsaslandıra bilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi həmçinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 2-ci hissələrinə istinad etməklə hesab etmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-3267/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1
4. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinin, 12-ci maddəsinin 1-ci hissəsinin “a” və “x” bəndləri, 155-ci maddəsinin 1-ci hissəsi, Mülki Məcəlləsinin 375.2-ci maddəsi, habelə Mülki Prosessual Məcəlləsinin 81, 88 və 220.5-ci maddələri pozulmuşdur. Belə ki, məhkəmə iddiaçıya ödənilməli olan əmək haqqının məbləğini müəyyən edərkən cavabdehin təqdim etdiyi cədvələ istinad etmişdir. Lakin aylıq əmək haqqı məbləğinin müqavilə üzrə müəyyən edilməli olmasını nəzərə almamış, eyni zamanda həmin cədvəldə əmək haqqının bank vasitəsi ilə ödənilməsi qeyd olunduğu halda, pulun iddiaçının xeyrinə tutulmaqla ziddiyyətli nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə mübahisəyə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsini tətbiq edərkən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə vermədiyini nəzərə almamışdır.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilməklə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini iddiaçı vermiş və apellyasiya baxışının predmetini iddianın təmin edilməyən hissəsi təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən eyni əsaslarla mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apel lyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qəra r çıxarması üçün əsasdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tut ulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 23. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq norm alarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1- ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. 24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normal arına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
26. Hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya cavabdeh şirkətdə işlədiyi dövrdə əmək haqqı ödənilməmişdir. Belə ki, həmin hal işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmuş və cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
27. Hazırda mübahisəli olan məsələ cavabdehin iddiaçıya ödəməli olan əmək haqqı üzrə borcun məbləğidir.
28. İddianı qismən təmin edən məhkəmələr həmin məbləği müəyyən edərkən cavabdeh MMC-nin təqdim etdiyi kompüter vasitəsi ilə çap olunan cədvələ (i.v. 44, 68) istinad etmişlər. Həmin cədvələ görə X1 2016-cı ilin a prel ayından 2020-ci ilin avqust ayına kimi ümumilikdə 3497,61 manat məbləğində əmək haqqı hesablanmış, ondan 226,99 manat hissəsi kassa, 3270,62 manat hissəsi bank vasitəsi ilə ödənilmiş, bank vasitəsi ilə ödənilən məbləğin 3009,79 manat hissəsi isə "xxxx" ASC, 260,83 manat hissəsi isə "xxxx" ASC vasitəsi ilə ödənilmişdir.
29. Məhkəmələr məhz "xxxx" ASC vasitəsi ilə ödənilməli olan məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını təmin etmişlər.
30. Lakin apellyasiya instansiyası məhkəməsi həmin cədvəlin sübut kimi mötəbərliyinə MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməmişdir.
31. Bununla bağlı ilk olaraq qeyd olunmalıdır ki, həmin cədvəl sadə formada çap edilməklə, hər hansı bir vəzifəli şəxs tərəfindən imzalanmamışdır. Cədvəlin bir nüsxəsi yalnız "xxxx" qeydi edil məklə, naməlum şəxsin imzası və MMC-nin möhürü ilə təsdiq olunmuşdur.
32. Digər tərəfdən cədvəldən müəyyən olunur ki, iddiaçıya işlədiyi dövrdə 23,68 manatdan 170,23 manatadək müxtəlif məbləğlərdə əmək haqqı hesablanmışdır.
33. Halbuki, iş materiallarında olan əmək müqaviləsindən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən çıxarışa əsasən iddiaçı ilə əmək müqaviləsi bağlanılan zaman əmək haqqı kimi 180 manat, 17 sentyabr 2019-cu il tarixli dəyişiklikdən sonra isə 250 manat ödənilməsi nəzərdə tutulmuşdur.
34. Cavabdeh iddiaçıya müqavilədə nəzərdə tutulmuş əmək haqqından daha aşağı əmək haqlarının hesablanmasını əsaslandırmamış, apellyasiya məhkəməsi isə həmin ziddiyyəti araşdırmamış və iddiaçının tələbini sübut edə bilmədiyini göstərməklə apellyasiya ş ikayətini rədd etmişdir. Halbuki müqavilənin şərtləri mübahisə predmeti deyildir.
35. Həmçinin məhkəmə qeyd olunan cədvəli əmək haqqının hesablanması üçün əsas kimi qəbul etdiyi halda da, nə səbəbdən yalnız "xxxx" ASC-yə köçürülməli olan məbləğin tutulmalı olmasını əsaslandırmamışdır.
36. Digər tərəfdən qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əlavə olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 2-ci hissələrinə istinad etmiş və bununla maddi hüquq normalarını pozmuşdur.
37. İlk olaraq ona görə ki, hazırki tələb pulun tutulması ilə əlaqədar olduğundan iddia müddəti tətbiq olunduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinad olunmalıdır.
38. Digər tərəfdən isə Azərbaycan Respublikası Əmək Məcəll əsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə belə ərizə verilməmişdir. Yəni hazırki mübahisəyə Əmək Məcəlləsinin 296-cı maddəsinin tətbiqi ümumiyyətlə istisna olunur.
39. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, z iddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
41. İşin yuxarı da qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
42. Odur ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçıya olan əmək haqqı borcunun müəyyən edilməsində maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyindən, iddia tələbinin digər hissələri isə qeyd olunan tələbdən irəli gəldiyindən qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
43. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-3267/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.