Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2803/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Ərizəçi, maraqlı şəxsin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnam əsi ilə (hakim N.Ə.Misirzadə, iş 2(011)-7118/2018) Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi qismən təmin edilərək Ərizəçi 1984-cü ilin iyun ayından 1987-ci ilin dekabr ayına kimi Bakı Mühəndis tikinti trestinin 33 saylı Tikinti İdarəsində iş icraçısı, 1989-cu ilin avqust ayından 1993-cü ilin dekabr ayınadək Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı İdarəsi (RSU) Nərimanov rayon 2 saylı Təmir Tikinti İdarəsində iş icraçısı vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli, 2(103)-13069/2018 saylı mülki iş) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 sent yabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları Ərizəçi 1971-ci ildən 1973-cü ilədək Gədəbəy rayonunda “Şən Həyat” kolxozunda kolxozçu kimi, 02.09.1982-ci il tarixdən “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində, 1984-cü ilin iyun ayından 1987-ci ilin dekabr ayına kimi Bakı Mühəndis tikinti trestinin 33 saylı Tikinti İdarəsində iş icraçısı, 05.01.1988-ci il tarixdən 01.08.1989-cu ilədək MPMK-24 tikinti təşkilatında, 1989-cu ilin avqust ayından 1993-cü ilin dekabr ayınadək Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı İdarəsi (RSU) Nərimanov rayon 2 saylı Təmir Tikinti İdarəsində iş icraçısı, 03.01.1993-cü il tarixdən “Qırğızıstan” Dövlət Kiçik müəssisəsində 19.11.1997-ci il tarixədək və 20.11.1997-ci il tarixdən “Vətən-997” firmasında 10.06.2004-cü il tarixədək işləməsi hüquqi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin işti rakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan “Azəraqrartikinti” Səhmdar Cəmiyy əti Bakı 3 saylı Aqrartikinti filialının 23.06.2018-ci il tarixli 6 saylı arayışının surətindən görünür ki, Ərizəçi həqiqətən 1988-ci ilin yanvar ayının 5-dən 1989-cu ilin avqustun 1-ə kimi MPMK-24 tikinti təşkilatında istehsalat şöbəsində mühəndis vəzifəsində işləmiş, 1988-ci ildə MPMK-nın adı dəyişdirilərək Azəraqrartikinti S.G. Bakı 3 saylı Aqrartikinti filialı adlandırılmışdır. İşdə olan Azərbaycan Respublikası "xxxx" ASC-nin 10.06.2014-cü il tarixli, 01/38 saylı arayışının surətindən görünür ki, Ərizəçi həqiqətən 02.09.1982-ci ildən “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarələrində 4-cü dərəcəli bənna peşəsi üzrə işləmiş, 28.06.1984-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 12.09.2017-ci il tarixli, 741 saylı arxiv arayışının surətindən görünür ki, Ərizəçi 1971-1974-cü illərdə “Şən Həyat” kolxozunda işləyərək əmək günü qazanmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin 24.03.2018-ci il tarixli, 19/467501 saylı məktubundan görünür ki, Ərizəçi tələb olunan 25 il əmək stajı və fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı yığılmadığı üçün əmək pensiyasının təyin edilməsi barədə ərizəsini təmin etmək mümkün olmamışdır. İş materiallarında olan Ərizəçi məxsus əmək kitabçasının dublikatının surətindən görünür ki, 12.01.1976-cı il tarixdə “Bakı Elektrik Maşınqayırma zavodu”na 1 saylı sexə ştampl ayıcı şagirdi vəzifəsinə işə qəbul edilmiş və 25.08.1982-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarından görünür ki, 03.01.1993-cü il tarixli, 01 saylı əmrlə “Qırğızıstan” Dövlət kiçik müəssisəsinə köçürmə yolu ilə prorab vəzifəsinə qəbul edilmiş, 01.08.1994-cü il tarixli, 01 saylı əmrlə “Qırğızıstan-Azərbaycan” istehsalat ticarət firmasının direktoru vəzifəsinə təyin edilmiş və 19.11.1997-ci il tarixli, 58-k saylı əmrlə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından görünür ki, 20.11.1997-ci il tarixli, 01-k saylı əmrlə “Vətən-97” firmasının direktoru vəzifəsinə təyin olunmuş və 10.06.2004-cü il tarixli, 03 saylı əmrlə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Fil ialının 06.09.2018-ci il tarixli, 2527 saylı məktubundan görünür ki, Ərizəçi 1971-ci ildən 1973-cü ilədək işlədiyi Gədəbəy rayonunda “Şən Həyat” Kolxozunun, 02.09.1982-26.06.1984-cü illərdə işlədiyi “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin, 1984-cü ilin iyun ayından 1987ci ilin dekabr ayına kimi işlədiyi Bakı Mühəndis Tikinti Trestinin 33 saylı Tikinti İdarəsinin, 05.01.1988-01.08.1989-cu illərdə işlədiyi “MPMK-24” Tikinti təşkilatının, 1989-cu ilin avqust ayından 1993-cü ilin dekabr ayınadək işlədiyi Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı İdarəsi (RSU) Nərimanov rayon 2 saylı Təmir Tikinti İdarəsinin, 03.01.1993-19.11.1997-ci illərdə işlədiyi “Qırğızıstan” Dövlət kiçik müəssisənin və 20.11.1997-10.06.2004-cü illərdə işlədiyi “Vətən-97” firmasının arxiv sənədl əri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 307-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyətli olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2803/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2803/2019
24.04.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver