Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2803/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fiziki şəxsin törətdiyi inzibati hüquq pozuntusundan irəli gələn mülki mübahisə, zərərin ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2083/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçı X3 tərəfindən verilmiş etibarnaməyə əsasən onun istifadə və sahibliyində olan “Hyundai Elantra” markalı, 77-BT129 dövlət qeydiyyat nişanlı avtomоbili xx.xx.2023-cü il, saat 17:00-dan xx.xx.2023-cü il, saat 17:00-dək cavabdehə icarəyə vermişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıya hər bir gün üçün 65 manat icarə haqqı vermək, habelə qəza baş verdiyi vaxtdan avtomоbilin təmirdən çıхdığı vaxtadək hər gün, günlük icarə haqqının 70 faizi (45,5 manat) miqdarında ödəniş etmək, təqsirindən baş verən nasazlıqlara görə tam maddi məsuliyyət daş ımaq barədə üzərinə öhdəlik götürmüşdür; 2. xx.xx.2023-cü il tarixdə cavabdehin təqsirindən baş vermiş yоl nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomоbil zədələnmiş və nəticədə iddiaçıya maddi zərər dəymişdir;
3. Avtomobilin təmiri ilə bağlı iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə və qaimə fakturalara əsasən iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ümumilikdə 5.417 manat məbləğində pul ödənilmişdir; 4. xx.xx.2023-cü il tarixdən təmir xərci qismində son ödənişin aparıldığı xx.xx.2023-cü il tarixədək müddət 48 gün təşkil edir və müqavilənin 3.9-cu bəndinin şərtlərinə uyğun aparılmış hesablamaya əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ 2.184 manat təşkil edir. İŞ ÜZ RƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC Cavabdeh qarşı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, 8.201 manat məbləğində pulun və ödənilmiş 102,01 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi yuxarıda qeyd olunan işin halları ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 3.9-cu bəndinə əsasən “Qəza baş verən zaman müqavilənin 3.2-ci bəndində göstərilən 1.000 manat depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıхdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasi təsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Həmin müqavilənin 3.10-cu bəndinə əsasən qəza baş verən zaman avtonəqliyyat vasitəsi icarəyə verənin təyin etdiyi servis mərkəzində təmir olunmalıdır. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin (İcarəçinin səhvi olmadan) mühərrik, transmissiya (arxa-qabaq körpü, ötürmələr qutusu), akumulyator və şinlərdə olan nasazlıqlara görə icarəyə verən cavabdehlik daşıyır, digər qüsurlara və icarəçinin günahı ucbatından baş verən nasazlıqlara görə icarəçi tam maddi məsuliyyətlə cavabdehdir. Müəyyən qəza hadisəsində və ya icarəçinin səhvinə görə avtonəqliyyat vasitəsinin şüşələrinə (ön, yan, arxa), ön işıq verən faralara, arxa stop siqnallara, şinlərə və cızıqlara görə ic arəyə verənə dəymiş ziyan icarəçi tərəfindən bu Müqavilənin 3.3-cü bəndi ilə ödənilməsi nəzərdə tutulmuş depozit məbləği hesabına aradan qaldırılır. Dəyən ziyan müqavilənin 3.2-ci bəndindəki depozit məbləğindən çoxdursa dəymiş zərərin artıq hissəsi icarəçi tərəfindən dərhal ödənilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən Bu müqavilə xx.xx.2023-cü il tarix saat 17:00-dan xx.xx.2023-cü il saat 17:00-dək qüvvədədir.” Həmin müqavilənin son səhifəsinin “Diqqət!!!” başlıqlı hissəsində qeyd olunmuşdur ki, “Avtonəqliyyat vasitəsi Kasko sığortalı və ya Kasko sığortasız ola bilər, əgər avtonəqliyyat vasitəsinin Kasko sığortası yoxdursa yuхarıda sadalanan Kasko sığorta haqqında bütün qaydalar keçərsizdir və avtonəqliyyat vasitəsi icarəyə verənin təqsiri olmadan dəymiş bütün ziyanların qarşılanma sı icarəçinin öhdəliyinə düşür.” Müqavilədən göründüyü kimi, tərəflər “Avtonəqliyyat vasitəsi Kasko sığortası yoxdur” müddəasına imza çəkmişlər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixdə cavabdehin təqsirli hərəkətləri ilə müşayiət olunan baş vermiş qəza hadisəsi nəticəsində ona (“Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri 5.417 manat və əldən çıxmış fayda 2.184 manat) 7.601 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddia ərizəsində göstərilən detalları ilə yanaşı, kondisioneri zədələnmiş, kompressoru sıradan çıxmışdır. Bu səbəbdən də şirkət tərəfindən kompressorun alınması üçün əlavə olaraq 600 manat "xxxx" MMC-yə ödənilmişdir.
7. Cavabdeh iddia tələbinə yazı lı etiraz təqdim edərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək avtomaşını yolun qırağında olan səkiyə vurmuş, nəticədə avtomaşının qabaq alt hissəsi yüngül əzilmişdir. Hadisədən sonra onun atası X4 avtomaşının zədələnmiş və ya sıradan çıxmış hissələrinin bərpa edilməsi və ya dəyişdirilməsi üçün 2.500 manat dəyərində ehtiyat hissələri alıb vermiş və avtomaşının mühərriki usta X2 tərəfindən təmir edilərək işə salınmış və işlək vəziyyətdə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin digər usta (çilingər və dəmirçi) X5 da bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qranat deyilən oxu təmir edib avtomaşını təhvil vermişdir. Başqa sözlə, xx.xx.2023-cü il tarixdə av tomaşın işlək vəziyyətdə sahibinə təhvil verilmişdir. Bu işlərə onun atası X4 nəzarət etmiş və sərf etdiyi 2.500 manatdan əlavə avtomaşın sahibinə daha 300 manat nağd şəkildə pul vermişdir. Bununla da bu məsələ artıq həllini tapmışdır. Lakin iddia ərizəsində əsassız olaraq göstərilir ki, avtomaşın təmirdən xx.xx.2023-cü il tarixdə çıxıb və buna görə 48 gün boşdayanma hesablanmışdır. Bundan başqa, iddia ərizəsində bir sıra avtomaşın ehtiyat hissələrinin adları göstərilir ki, bu ehtiyat hissələrinin hansı avtomaşının və hansı tarixlərdə üzərinə qoyulmasına dair sübut təqdim olunmamışdır. Avtomaşın daimi istismarda olur, təbii ki, hissələri də sıradan çıxa bilər. Detalların hansı səbəbdən alınması, hansı səbəbdən dəyişdirilməsi aydın deyil, həmçinin, həmin ehtiyat hissələrinin məhz yuxarıda a dı çəkilən avtomaşının qeyd olunan hadisə nəticəsində sıradan çıxan hissələrinin əvəzinə quraşdırılmasına dair heç bir sübut təqdim edilməmişdir. Əslində sübut etmə yükü iddiaçının üzərinə düşür. Bundan başqa, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı avtomaşının yalnız qabağ alt hissəsi zədələnmişdir. İddia ərizəsində qeyd olunan ehtiyat hissələrinin əksəriyyəti həmin hissəyə aid deyildir. Həmçinin, hadisədən bilavasitə sonra avtomaşına dəymiş zədə və maddi ziyana dair qüsur aktı tərtib olunmamışdır. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 9/5180 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan qaimə fakturalarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərclərinin hazırkı bazar qiymətlərinə uyğun təxminən 5.267 manat olduğu müəyyən edilmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3367/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi üzrə 5.417 manat, icarə haqqının 70 faizi üzrə 2.184 manat, ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 96,01 manat оlmaqla, cəmi 7.697 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı MMC-dən 25 manat, Cavabdeh 25 manat ekspert хərcinin tutulması qə t edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 000424 saylı xx.xx.2023-cü il tariхli hesab və xx.xx.2023-cü il tariхli ödəniş sənədlərinin surəti ilə iddiaçının “Hyundai Elantra” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomоbildə görüləcək usta işləri ilə bağlı “MİG AUTO SERVİCE”-ə ümumilikdə 1.200 manat ödəniş etməsi, ehtiyat hissələrinin dəyəri üzrə sоnuncu ödənişin xx.xx.2023-cü il tariхdə edilməsi təsdiq edilmişdir.
11. Məhkəmə cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi halların təsdiqi üçün sübut təqdim etmədiyini, eləcə də müvafiq işlərin icra edilməsi üçün hesabın xx.xx.2023-cü il tariхdə verildiyini, ehtiyat hissələrinin isə sоnuncu dəfə xx.xx.2023-cü il tariхdə alınmasını nəzərə alaraq, avtomоbildə təmir işlərinin xx.xx.2023-cü il tarixdə başa çatmasına dair iddiaçının bildirdiklərini işin hallarına uyğun saymışdır.
12. Məhkəmə cavabdehin təqdim etdiyi audio-səs yazılarının avtomоbili təmir etmiş ustalara aid оlmasını müəyyən etməyin mümkün оlmadığını nəzərə alaraq, həmin səsyazılarını sübut оlaraq qəbuledilməz saymışdır.
13. Məhkəmə, həmçinin cavabdehin iddiaçının avtomоbilin bəzi hissələrini də öz hesablarına dəyişdirmək istəməsi barədə sübut təqdim etmədiyini nəzərə alaraq, cavabdehin dəyişdirmiş bəzi hissələr olaraq qeyd etdiyi hissələrin onun təqsirindən baş vermiş yоl-nəqliyyat hadisəsi nəticəsində sıradan çıxmış hissələr olduğu nəticəsinə gəlmişdir.
14. Bundan başqa məhkəmə avtomоbildə kondisionerin zədələnməsi, kompressorun sıradan çıxması ilə bağlı kompressorun alınması üçün 600 manat хərc çəkməsi barəd ə iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, avtomоbildə kondisionerin zədələnməsi, kompressorun sıradan çıxması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin оlması halı müəyyən edilmədiyindən, iddia tələbi həmin hissəsində təmin edilə bilməz.
15. Yekunda məhkəmə qeyd etmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmiş vəsait zərərin tam əvəzi оlaraq nəzərə alına bilməz. Belə ki, cavabdehin təqsirindən baş vermiş yоl-nəqliyyat hadisəsi nəticəsində avtomоbilin xx.xx.2023-cü il tarixdə zədələnməsi ilə bağlı iddiaçıya 5.417 manat maddi zərər dəydiyindən və avtomоbilin təmirinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 48 gün davam etməsi təsdiq оlunduğundan, iddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququna malik оld uğundan, cavabdeh isə icarə müqaviləsinə əsasən icarə haqqının 70 faizi ödəməyə borclu olduğundan, cavabdehdən maddi zərərin əvəzi üzrə 5.417 manat, icarə haqqının 70 faizi üzrə 2.184 manat tutularaq iddiaçıya ödənilməlidir
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 459.1, 677.1.1, 700, 1096.2, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
18. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, at ası Aхundov Talеh Qəzənfər oğlunun məhkəmədə izаhаtının аlınmаsı təmin еdilsə də, ustalar Hüsеynov Şəhriyar Еlçin oğlunun və X1 məhkəmədə şahid qismində izahatlarının alınması təmin olunmamışdır. Eкspеrtizаnın təyin еdilməsinə səbəb оlmuş qərаrdаddа qеyd оlunmuş suаllаrа vеrilmiş cаvаblаr, Аzərbаycаn Rеspubliкаsı "Mühаsibаtlıq uçоtu hаqqındа" Qаnununun müddəаlаrınа, "Milli mühаsibаtlıq uçоtunun аpаrılmаsı qаydаlаrınа", Аzərbаycаn Rеspublikаsı Mаliyyə Nаzirliyi tərəfindən təsdiq еdilmiş və Ədliyyə Nаzirliyi tərəfindən qеydiyyаtа аlınmış "Ciddi hеsаbаt blаnklаrının tətbiqi və uçоtu qаydаlаrınа" zidd оlаn şəkildə nаməlum şərаitdə çıхаrılmış qəbzlərə istinаd еdilməsi ədаlət mühаkiməsi prinsiplərinə zidd оlduğunа dəlаlət еdir. İş üzrə "xxxx" MMC əsl iddiаçı оlmаmаsınа bахmаyаrаq, məhkəmə əsl оlmаyаn iddiаçını əsl оlаn iddiаçı ilə əvəz оlunmаsınа dаir hеç bir tədbir görməmiş, nəticədə əsl оlmаyаn iddiаçının tələbi əsаsındа qətnаmə çıхаrmışdır. Mübahisəli avtomaşının mülkiyyətçisi Həsənli Kаmil Zülfüqаr оğlu xx.xx.2022-ci il tаriхli еtibаrnаmə əsаsındа həmin аvtоmаşını idаrə еtmək üçün "xxxx" MMC-yə еtibаr еtmişdir. Belə ki, "xxxx" MMC-nin hаzırki iddiаnı qаldırılmаsınа hüququ оlmаmışdır. İddiaçının adına yalnız həmin əmlakla bağlı idаrə еtmək hüququnа dаir etibarnamə verilmişdir ki, bu da iddiaçının sözügedən əmlakla bağlı hər hansı tələb hüququnun yaranmasına səbəb olmur. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasını araşdırmamış və nəticədə, təmsil edilənin adından deyil, öz adından iddia qaldırılmış, habelə etibarnaməd ə iddia qaldırılması hüququ nəzərdə tutulmamış şəxsin iddiası əsasında mаddi ziyаnа dair qətnamə qəbul etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2083/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(008)-3367/2023 saylı qətnaməsinin avtomobilə vurulmuş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilməsi, “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomоbilə vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı MMC-nin xeyrinə 5.267 manat məbləğində pulun tutulması, qətnamənin mübahisələndirilən qala n hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. İddianın təmin edilməsinə dair rayon məhkəməsinin qətnaməsini ləğv etməklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmiş apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhz cavabdehin təqsirli, hüquqazidd əməlləri nəticəsində icarə müqaviləsinə əsasən ona icarəyə verilən və onun tərəfindən idarə edilən avtomobil xx.xx.2023-cü il tarixdə qəzaya uğramış (yol-nəqliyyat hadisəsi baş vermiş) və bunun nəticəsi olaraq avtomobilə maddi zərər vurulmuşdur. Bu hal cavabdehin özünün etirafı, o cümlədən həmin vaxt zərərin aradan qaldırılmasına yönəlmiş hərəkətləri ilə də təsdiq edilir. Belə ki, cavabdehlə yanaşı iddiaçının özünün də bildirdiyinə görə avtomobilin təmiri zamanı cavabdeh tərəfindən ehti yat hissələrinin alınmasına 2.500 manat məbləğində pul vəsaiti sərf edilmişdir
21. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddia edilən məbləğdə zərərin vurulmadığını bildirsə də, öz mövqeyini, o cümlədən dəyərini ödədiyi ümumilikdə 2.500 manat ehtiyat hissələri hesabına zərərin tam aradan qaldırıldığını, dəyişdirilmiş hər hansı hissənin (detalın) hadisə nəticəsində zədələnmiş və yararsız hala düşmüş hissə (detal) olmadığını, habelə avtomobilin sahibinə əlavə olaraq 300 manat məbləğində pulun verilməsini sübuta yetirə bilməmişdir. Cavabdeh heç dəyərini ödədiyi ehtiyat hissələrinə aydınlıq gətirə bilmir, onların məhz hansı ehtiyat hissəsi olduğunu açıqlaya bilmir, həmin ehtiyat hissələrinin iddiaçının siyahısında təkrarlanması mövqeyindən də çıxış etmir. Ümumiyyətlə cava bdehin “avtomaşının qabaq alt hissəsinin yüngülcə əzilməsi” barədə mövqeyi onun özü tərəfindən ödənilmiş məbləğlə təkzib olunur.
22. Eləcə də məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş sənədləri mötəbər sübut kimi qiymətləndirib, habelə cavabdeh tərəfindən bu məsələ ilə bağlı hər hansı sübut təqdim edilmədiyini nəzərə alıb, baş vermiş hadisə nəticəsində avtomobilə vurulmuş zərərin aradan qaldırılması və onu hadisədən əvvəlki vəziyyətinin bərpa edilməsi üçün məhz həmin qaimə fakturalarda göstərilmiş ehtiyat hissələrinin əvəz edilməli və işlərin görülməli olması qənaətinə gəlmişdir.
23. Həmçinin məhkəmə kollegiyası ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi barədə rayon məhkəməsinin qənaətini əsassız hesab etməklə göstərmişdir ki, bunun üçün hər hansı əsas yoxdur. Belə ki, həmin ekspert rəyini şübhə altına alacaq, onun mötəbərliyinə xələl gətirəcək hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Odur ki, ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməli və avtomobilə vurulmuş zərər məbləğ etibarı ilə məhz ekspert rəyinə uyğun olaraq, yəni 5.267 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədən sonra avtomobilin idarə edilməsinin, o cümlədən bu məqsədlə icarəyə verilməsinin qeyri-mümkün olduğu işin mübahisəsiz halıdır. Cavabdehin avtomobilin artıq xx.xx.2023-cü il tarixdə tam olaraq təmir edildiyi və işlək vəziyyətdə təhvil verildiyi barədə dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, həmin hal cavabdeh tərəfindən sübu ta yetirilməmişdir.
25. Məhkəmə kollegiyası iddiaçının tələb irəli sürməyə subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı avtomobilin mülkiyyətçisi olmasa da, icarə müqaviləsi bağlanan zaman avtomobilə qanuni əsaslarla, yəni ona verilmiş etibarnamə əsasında sahiblik və ondan istifadə etmişdir. 7 il müddətinə verilmiş bu etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən icarə müqaviləsinin bağlanmasını və həmin avtomobili etibarnamə əsasında cavabdehə icarəyə verilməsini hüquqi baxımdan mümkün edir.
26. Yekunda apellyasiya məhkəməsi qeyd etmişdir ki, avtomobil hadisə baş verdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hadisədən əvvəlki vəziyyətinin bərpa edilməsi məqsədi ilə təmirdə olduğundan, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin şərtlərinə görə həmin dövr üçün icarə haqqının müəyyən edilmiş məbləğinin iddiaçıya ödənilməsi öhdəliyini məhz cavabdeh daşıdığından və müqavilənin 3.9-cu bəndində təsbit edilmiş hesablama qaydasına uyğun olaraq, 48 gün (xx.xx.2023 - xx.xx.2023-cü il tarixləri) üçün (48 gün x 65 manat x 0,7 (70%) = 2.184 manat) 2.184 manat məbləğində icarə haqqı, əldən çıxmış fayda qismində məhz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 385.1, 425.1, 390.1, 390.5, 700.1, 700.3, 1096, 1097.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 384.0.3-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Аpеllyаsiyа Məhkəməsinin Mülki kоllеgiyаsının 2(103)-2083/2024 nömrəli 18 aprel 2024-cü il tаriхli qətnаməsinin ləğv edilməsi və işin yеni apellyasiya baxışına göndərilməsi barədə qərаr qəbul еdilməsini хаhiş еtmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi borclunun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz və təqsirli olması halını aydınlaşdırmaq vəzifəsi dаşıdığı hаldа bunu еtməmiş, iş üzrə hеç bir хüsusаtlаrı аrаşdırmаmış, hüquqi qiymət vеrməmişdir. Bundan başqa apellyasiya məhkəməsinin qətnaməsində sadalan nоrmаlаr fоrmаl хаrаktеr dаşı maqla gəlinən nəticə əsаslаndırılmamışdır. Hеsаb еdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq оlunmаmış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 31. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 32. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin dah a az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 33. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 34. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 35. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 36. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 37. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 38. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 39. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 40. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsul liyyəti daşıyır; 41. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 44. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 45. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; 46. 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;
47. Maddə 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bi lsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətinin dəlilləri iddianın təmin olunan hissəsi ilə bağlıdır, bu baxımdan apellyasiya instansiyası məhkəməsinin aktı həmin dəillər əsasında yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
50. Məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara və kassasiya şikayətində göstərilən dəlillərlə eynilik təşkil edən dəlillərə hüquqi qiymət vermişdir.
52. İşə baxmış apellyasiya məhkəməsi də i şin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın qismən təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olduğu qənaətinə gəlmişdir.
53. Apellyasiya instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 20-26-ci bəndlərində qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, iddiaçının tələb irəli sürməsi üçün subyektiv hüququ vardır, çünki nəqliyyat vasitəsi məhz onun tərəfindən bağlanmış icarə müqaviləsinə əsasən cavabdehə verilmiş, cavabdeh ona verilmiş qaydada nəqliyyat vasitəsini geri qaytarmalı olduğu halda öhdəliyini icra etməmiş və müqavilə şərtlərini pozmuş və nəqliyyat vasitəsinə zərər vurmuşdur. Nəticədə isə iddianın zərərin tələb etmək hüququnun mövcudluğu aşkardır. Zərərin məbləğinə münasibətdə isə apellyasiya instansiya məhkəməsi araşdırılmış sübutların nəticəsi olaraq zərərin həcmini müəyyən etmiş, zərərin daha az miqdarda olmasına dair isə cavabdeh tərəfin hər hansı mötəbər sübutunun olmamasını qeyd etmişdir.
54. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
55. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəm əsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
56. Kassasiya şikayətinin dəlilləri ilə bağlı ümumi olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını d üzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
58. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2083/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.