Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2804/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüquqlarının bərpası və evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüquqlarının bərpası və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1349/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən v erilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahından xx.xx.2008-ci il tarixdə X1, xx.xx.2009-cu il tarixdə X2 və xx.xx.2010-cu il tarixdə X3 doğulmuşdur. Uşaqlar hazırda iddiaçının yanında qalır.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1140/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsinə verilmiş və onların saxlanması üçün Cavabdeh2 cəmi 390 manat alimentin tutulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxs us Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, 20 saylı evə dair istifadə hüquqlarının bərpa olunması və yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikaha daxil olduqları ilk müddətdə ailə münasibətləri normal olmuş, daha sonra xasiyyətlərinin uyğun olmaması, bir-birlərini başa düşmədiklərinə söz-söhbət olmuş və cavabdehlər evə yaşamağa imkan verməyərək, zor tətbiq etməklə onu və uşaqları evdən çıxartmağa çalışmışlar. 2020-ci ilin noyabr ayında o, uşaqları ilə birlikdə məcburi olaraq evdən çıxarılmışdır. Evdən çıxarılarkən yalnız geyim əşyalarını götürə bilmişdir. Digər cehiz əşyaları (yataq dəsti 1 ədəd, servant 1 ədəd, divan kreslo, servi slər, paltaryuyan maşın və.s) isə evdə qalmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, 20 saylı evə cavabdehlərin razılığı ilə gəlin köçmüşdür, uşaqları həmin evdə dünyaya gəlmişdir. Qeyd olunan ev 1 zal, 3 yataq otağı, mətbəx, dəhliz, hamam və sanitar qovşaqdan ibarətdir. Hazırda cavabdehlər həmin evdə, o uşaqları ilə birlikdə kirayədə qalır. Hesab etmişdir ki, 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən qeyd edilən evə cavabdehlərin razılığı ilə köçdüyündən həmin evə dair istifadə hüququ yaranmışdır.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı hüquqlarını müdafiə etdiyi şəxsin oğlu ilə nikaha daxil olduqdan sonra onların razılı ğı ilə evə gəlin köçmüşdür və cavabdehlərin razılığı ilə qeydiyyata düşmüşdür. İddiaçı ilə Cavabdeh2 xəyanət üstündə boşanmışlar. Belə ki, iddiaçı nikahda olaola başqa şəxslərlə münasibətdə olmuşdur. Cavabdehlər iddiaçının qeyri-rəsmi münasibətdə olduğu şəxslərin iş yerinə şikayət etmişlər. Bu söz söhbətlərdən sonra iddiaçı bəzi əşyalarını evdə saxlamaqla evdən çıxıb getmişdir. Hüquqlarını təmsil etdiyi şəxs iddiaçıya qarşı qeydiyyatdan çıxarılma barədə məhkəməyə müraciət edəcəkdir. Ev özbaşına tikilidir, evin hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Lakin evə yaşayan vətəndaşların qeydiyyatını əks etdirən ev kitabı var. Ev 4 otaqdan ibarət olsa da, otaqlar balacadır. Orada bir ailənin ata və ana ilə birlikdə yaşaması mümkün deyildir. Bundan başqa evin girişi və çıxışı fərqli deyil ki, bir ehtimal evdə yaşayış mümkün olsun. Mülki Məcəlləsinin mənzildən istifadə hüququnun tənzimləyən 228-ci maddəsinin heç bir bəndi iddiaçıya evə istifadə hüququ vermir. Xanım evə formal qeydiyyata düşüb. Ümumiyyətlə onun mənzilə hansı əsaslarla qeydiyyata düşməsi mübahisəlidir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda qeydiyyata düşmənin əsasları göstərilib. İddiaçı tərəf xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinə istinad etsə də, tələbinin heç bir əsası yoxdur. Çünki həmin məcəllədə belə söhbət mübahisə predmeti olan mənzildən gedir. Hazırkı ev isə qanunsuz tikilidir. Cavabdehin 102 qaynar xəttinə yığmasına səbəb, tərəflər arasında olan münaqişə zəminində iddiaçının özünə və ya başqasına xəsarət yetirməsi ehtimalından qaynaqlanıb. İddiaçının dəq iq ünvanı bilinməsə də Binəqədi rayonu ərazisində yaşaması cavabdehlərə məlumdur. Cavabdeh2 tərəfindən iddiaçıya aliment ödənilir və iddiaçı nikahın pozulması barədə qətnamə qəbul edilmədən evdən çıxıb getmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsinin etirazının dəlillərinə qatıldığını qeyd edərək, əlavə olaraq bildirmişdir ki, həmin evi “ev kitabı” əsasında almışlar və pulunu o şəxsən vermişdir. İddiaçı 2020-ci ilin oktyabr-noyabr aylarında evdən çıxmışdır. Onun evində yaşamasını istəmir. Çünki bu yaşdan sonra qocalar evində qala bilməz. Evin suyu və işığı kəsilməyib. İşığa görə borc olduğundan işıq kəsilib. İşıq kəsilən vaxt özü rayonda olub. Odur ki, iddiaçının evdən məcburi çıxması üçün tədbir görülməyib. Hətta 2 qıza görə onu evinə qəbul etməyə hazır olub. Lakin münaqişə böyüdükdən sonra bu hal mümkünsüzdür. Evdən çıxarılan zaman 43-cü PB-dən əməkdaşlar gəlmişdilər. İddiaçı özü 102 xidmətinə zəng vurmuşdur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)- 5459/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli evə dair hər hansı istifadə hüququnun yaranmasından, tanınmasından, bərpasından söhbət gedə bilməz. Çünki ev hər hansı hüquq müəyyənedici sənəd olmadığından faktiki olaraq özbaşına tikili statusundadır. Bununla belə ev faktiki dəyər kimi mövcud olduğundan və faktiki olaraq cavabdehlərin sahibliyində və istifadəsində olmaqla yaşayış üçün istifadə edildiyindən bu cür tələblərə baxılması prosessual olaraq mümkündür və məhkəmə təcrübəsində mülki dövriyyənin predmeti olmayan fərdi yaşayış evlərinə köçürülmə tələbi qanunun anologiyası üzrə əmlakdan istifadə üçün hüquqi əsasın mövcudluğu ehtimalına əsaslanmaqla həll edilir. Bunun üçün əvvəla evin alınmasında, yaşayış üçün yararlı hala gətirilməsində, təmirində evə köçürülmək istəyən şəxsin iştirak edib-etməməsi məsələsi aydınlaşdırılmalıdır ki, onun həmin tikiliyə münasibətdə əmlak (iqtisadi) marağı olduğu təsdiq olunsun. Lakin işin müəyyən edilmiş mübahisəsiz hallarından aydın olduğu kimi iddiaçının evin alınmasında, təmirində nə özünün şəxsən, nə də ər-arvadın birgə gəlirləri hesabına ərinin iştirakı olmamışdır. Belə ki, qeyd edilən fərdi yaşayış evi alınarkən iddiaçı ilə Cavabdeh2 nikahda olmamış və iddiaçı qayınatası və qaynanasının evinə gəlin köçmüşdür. Ümumiyyətlə həmin fərdi yaşayış evinin iddiaçının qaynatası və qaynanasına məxsus olması iddiaçı tərəfindən mübahisələndirilmir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Məhdud əşya hüququ kimi istifadə hüququnun yaranması üçün yaşayış sahəsi mülkiyyətdə olmalı və mülkiyyətçisi ilə ya notariat qaydasında müqavilə bağlanmalı, ya da mülkiyyətçinin ailə üzvü olmalıdı. Lakin iddiaçının istifadə hüququnun tanınm asını və köçürülməsini tələb etdiyi yaşayış sahəsi nə onun keçmiş ərinin mülkiyyətindədir, nə də onun ailə üzvü hesab edilməyən qaynatası və ya qaynanası ilə arasında notarial qaydada bağlanmış müqavilə vardır. Yəni mübahisəli fərdi yaşayış evi iddiaçının qaynatası və ya qaynanasının mülkiyyətində olmuş olsaydı belə, onun məhdud əşya kimi istifadə hüququnun yaranması üçün notarial qaydada müqavilənin bağlanması gərəkli idi. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki dövriyyənin predmeti olmayan fərdi yaşayış evinə istifadə hüququnun tanınması (bərpası) mümkün olmadığından və mübahisəli fərdi yaşayış evinin alınmasında, təmirində, yaşamaq üçün yararlı hala gətirilməsində nə iddiaçının, nə birgə nikah dövründə ər-arvadın iştirakı olmadığından, o cümlədən mübahisəli fər di yaşayış evi iddiaçının qaynatası və ya qaynanasının mülkiyyətində olmuş olsaydı belə, iddiaçının ailə üzvü olmayan həmin şəxslərlə arasında notarial qaydada müqavilə bağlanmadığından iddiaçının tələbi əsassızdır.
9. Məhkəmə öz mövqeyini Mənzil Məcəlləsinin 14.3, 144.1, 228-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı ilə əsaslandırsa da, həmin qərarda qeyd ol unan göstərişləri hazırkı mübahisəyə uyğun düzgün tövsif etməmişdir. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsi Plenumunu belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Bundan başqa oxşar mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5843/17 saylı, xx.xx.2017-ci il tarixli qərarında qeyd olunur ki, Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yaşayış sahələrindən daimi və ya müvəqqəti olaraq istifadə etmənin hüquqi əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənmədiyi üçün Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilməlidir (qanunun analogiyası). Analogiya qaydasında hazırkı münasibətlərə oxşar münasibətləri tənzimləyən normalar vardır. Həmin normalara Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və 68-ci maddələri aiddirlər. Mənzil Məcəlləsinin 30-cu maddəsi fıziki şəxslərin mülkiyyətində olan yaşayış sahələrindən, 68-ci maddəsi isə so sial kirayə müqaviləsi üzrə dövlət və bələdiyyə mənzil fonduna aid yaşayış sahələrindən istifadə ilə bağlı qaydaları nəzərdə tutur. Hazırkı mübahisənin obyekti olan yaşayış sahəsi cavabdehlərin sahibliyində və istifadəsində olduğuna görə, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həllinə qanunun analogiyası qaydasında Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməlidir. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə hazırkı qətnaməni qəbul edərkən uşaqların da mənafeini nəzərə almayaraq qanunvericliyin tələbləri pozmuşdur. Digər əsaslar olmadan belə, ən azından uşaqların maraqlarının daha yaxşı təmin edilməsi baxımında n iddia tələbi təmin edilməli idi. Məhkəmə isə fərdi yaşayış evinin mülki dövriyyənin predmeti olmaması, onun ailə üzvü olmayan həmin şəxslərlə arasında notarial qaydada müqavilə bağlanmadığından iddia tələbinin əsassız olması qənaətinə gələrək qeyd olunan qərarın mahiyyətinə zidd qətnamə qəbul etmişdir. İddia tələbinin tam həcmdə təmin olunması ilə bağlı sübutlar təqdim olunmasına baxmayaraq, məhkəmə iddia tələbini rədd etməklə qeyd olunan maddələrin tələblərini pozmuşdur. Belə ki, sübutlarla, istərsə də cavabdehlərin izahatları və etirazları ilə iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2009-cu il tari xədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 68-ci korpus, ev 20 saylı evə cavabdehlərin razılığı ilə köçdüyündən o və 3 azyaşlı uşağımın istifadə hüquqlarının bərpa olunub həmin evə köçürülməyinə dair qətnamə çıxarılmalı idi.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1349/24 nömrəli iş üzrə 4 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının köçmək istədiyi tikili özbaşına tikildir. Bu səbəbdən həmin münasibətlərə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilə bilməz.
14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülüb-köçürülməməsinin mümkünlüyü bilavasitə fərdi yaşayış evinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, bu əmlakın hansı şəxsin mülkiyyətində olmasından, onun həmin fərdi yaşayış evinə hər hansı, o cümlədən istifadə hüququnun yaranıb- yaranmamasından və iddiaçının həmin evin alınmasında hər hansı vəsait sərf etməsindən asılıdır. Belə ki, iddiaçının rəsmi nikaha daxil olmamışdan 1 il əvvəl mübahisəli evə köçməsi, bir neçə il həmin evdə yaşaması, pasport qeydiyyatında olması və himayəsində yetkinlik yaşına çatmayan 3 övladının olması onun həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz. Mübahisəli fərdi yaşayış evinin Cavabdeh2 mülkiyyətində olması, həmin evin iddiaçı ilə həmin cavabdehin birgə (gəlirləri) vəsaiti hesabına alınması, o cümlədən evin inşası və ya yaxşılaşdırılması üçün iddiaçının hər hansı məbləğdə vəsait sərf etməsi, habelə iddiaçının həmin evə hər hansı hüququnun yaranması müəyyən edilməmişdir. Bununla belə, iddiaçının mübahisəli evə köçməsi və orada yaşaması həmin evdə yaşayan şəxslərin könüllü razılığı əsasında olmuş və onunla cavabdehlər arasında olan və ailə üzvülüyündən irəli gələn münasibətlərə söykənmişdir. Hazırda isə iddiaçı cavabdehlərə münasibətdə keçmiş ailə üzvü statusuna malik olan şəxsdir və cavabdehlər onun həmin evə köçürülməsinə razı deyillər. Bu səbəbdən iddiaçının evdə bir neçə il yaşaması onun həmin evə köçürülməsi üçün əsas ola bilməz və iddiaçının cavabdehlər tərəfindən evə buraxılmaması onun bu evdə yaşamaqdan qanunsuz olaraq məhrum edilməsi kimi qiymətləndirilə bilməz. Bu da öz növbəsində iddianın əsassız olmasına dəlalət edir və onun rədd edilməsini şərtləndirir.
15. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının maddi imkanının olmaması, hazırda kirayə əsaslarla başqa bir yaşayış sahəsində yaşama məcburiyyətində qalması da onun mübahisli evə köçürülməsinə hər hansı əsas yaratmış olmur. Nəzərə alınmalıdır ki, iddiaçının bu evi 2020-ci ilin noyabr ayında tərk etməsinə baxmayaraq, hazırki iddia ilə həmin tarixdən 2 il 9 aya yaxın vaxt keçdikdən sonra məhkəməyə müraciət etməsi də onun bu mövqeyinin əsassız olduğunu təsdiq edir.
16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, c avabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyət üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.2, 152.3, 157.8, 180.1, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil- Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmidir ki, məhkəmə kollegiyasının yol verdiyi pozuntulardan biri odur ki, il kin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası “ev kitabı” və sair sənədlərin olubolmaması, varsa da hansı hüquqi qüvvəyə malik olması barədə məlumatların əldə edilməsi ilə bağlı müxtəlif Dövlət orqanlarına sorğuların veriləcəyini elan etsə də növbəti məhkəmə iclası zamanı həmin sorğuların cavablarını gözləmədən tez-tələsik cavabdehlərin maraqlarına uyğun qətnamə qəbul etdi. (Məhkəmə iclasının videoyazısına baxış keçirilsə həqiqət ortaya çıxacaqdır)
20. Bundan başqa apellyasiya instansiya məhkəməsi hazırda mübahisələndirilən qətnaməni qəbul edərkən uşaqların da mənafeini nəzərə almayaraq qanunvericliyin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 5.3. Mülki hüq uq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)
24. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başq a formalarda ola bilər.
26. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
27. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
28. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 iyun 2009-cu il tarixli qərarıının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarı
29. Tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik v ə istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir.
31. Maddə 77.1.. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnam ə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normala ra əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 aprel 2024-cü il tarixli 2(103)1349/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.