Məhkəmə qərarları › İş №2(102)-2805/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2805/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2805/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X7, Cavabdeh1 ASC-nin vəkili Rüstəmzadə Fərid Mübariz oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” ASC-yə qarşı səhmdarların X2ın çağırılmasının qanuna zidd sayılması və səhmdarların X2ın çağırılmasına dair elanın etibarsız hesab edilməsi və digər tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)14260/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Mənsurova Lalə Nadir qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli 2(008)3909/2019 nömrəli qətnaməsi ilə (hаkim İ.R.Burcayev) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” ASC-yə qarşı səhmdarların X2ın çağrılmasının qanuna zidd hesab edilməsi və s. tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14260/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), V.T.Həsənov, X.Ə.Sarıyev) İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli 2(008)-3909/2019 nömrəli qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı səhmdarların X2ın çağırılmasının qanuna zidd sayılması və səhmdarların X2ın çağırılmasına dair elanın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “xxxx” ASC-nin Müşahidə Şurası tərəfindən 07 yanvar 2019-cu il tarixinə səhmdarların X2ın çağırılmasının qanuna zidd sayılması və 05 dekabr 2018-ci il tarixli Xalq qəzetində “xxxx” ASC-nin Müşahidə Şurası tərəfindən səhmdarların X2ın çağırılmasına dair elanın etibarsız sayılması barəsində qə tnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı1 cavabdehlər Cavabdeh1 ASC-yə və “xxxx” ASC-yə qarşı qərarın ləğv edilməsinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağında 07 yanvar 2019-cu il tarixində qəbul edilmiş: 1. “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2.344757 ha olan torpaq sahəsinin “xxxx” MMC-nin Cavabdeh1 ASC qarşısında kredit xətti müqaviləsi üzrə mövcud olan 65. 000.000 (altmış beş milyon) manat məbləğində borc öhdəliyini icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair qərarın, 2. “xxxx” ASC-nin adından yuxarıda qeyd edilən əqdin (ipoteka yüklülüyünün) müvafiq qaydada rəsmiləşdirilməsi məsələlərinin həll edilməsi, o cümlədən müqavilələrin və digər sənədlərin imzalanması və notarial qaydada təsdiq olunmasının “xxxx” ASC-nin direktoru X1 (şəxsiyyət vəsiqəsi AZE 08242472, Nizami RPİ tərəfindən 01.10.2010-cu il tarixində verilmişdir) həvalə edilməsinə dair qərarın ləğv edilməsi, Cavabdeh1 ASC-yə “xxxx” MMC-nin Cavabdeh1 ASC qarşısında kredit xətti müqaviləsi üzrə mövcud olan 65.000.000 (altmış beş milyon) manat məbləğində borc öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2.344757 ha olan torpaq sahəsinin Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsinə əlavə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağında 07 yanva r 2019-cu il tarixdə qəbul edilmiş: 1. “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2.344757 ha olan torpaq sahəsinin “xxxx” MMC-nin Cavabdeh1 ASC qarşısında kredit xətti müqaviləsi üzrə mövcud olan 65.000.000 (altmış beş milyon) manat məbləğində borc öhdəliyini icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razılıq verilməsinə dair qərarın, 2. “xxxx” ASC-nin adından yuxarıda qeyd edilən əqdin (ipoteka yüklülüyünün) müvafiq qaydada rəsmiləşdirilməsi məsələlərinin həll edilməsi, o cümlədən müqavilələrin və digər sənədlərin imzalanması və notarial qaydada təsdiq olunmasının “xxxx” ASC-nin direktoru X1 (şəxsiyyət vəsiqəsi AZE 08242472, Nizami RPİ tərəfindən 01.10.2010-cu il tarixində verilmişdir) həvalə edilməsinə dair qərarın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3909/19 saylı,08.05.2019-cu il tarixli qərardadı ilə, hər iki mülki iş bir icraatada birləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar “xxxx” ASC-nin səhmdarıdır. “xxxx” ASC-nin 07 yanvar 2019-cu il tarixli səhmdarlarının ümumi yığıncağında aşağıdakı qərarlar qəbul edilmişdir: 1. “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2.344757 ha olan torpaq sahəsinin “xxxx” MMC-nin Cavabdeh1 ASC qarşısında kredit xətti müqaviləsi üzrə mövcud olan 65.000.000 (altmış beş milyon) manat məbləğində borc öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ASCnin xeyrinə ipoteka ilə yüklü edilməsinə razılıq verilsin 2. “xxxx” ASC-nin adından yuxarıda qeyd edilən əqdin (ipoteka yüklülüyünün) müvafiq qaydada rəsmləşdirilməsi məsələlərinin həll edilməsi, o cümlədən müqavilələrin və digər sənədlərin imzalanması və notarial qaydada təsdiq olunması “xxxx” ASC-nin direktoru X1 (şəxsiyyət vəsiqəsi AZE 08242472, Nizami RPİ tərəfindən 01.10.2010-cu il tarixində verilmişdir) həvalə edilsin”. “xxxx” ASC 05.12.2018-ci ildə Xalq qəzetində elan dərc etdirməklə 07 yanvar 2019-cu il tarixinə səhmdarların X2ı çağırmışdır. Qəzetdəki elandan məlum olur ki, həmin ümumi yığıncaq səhmdar cəmiyyətinin Müşahidə Şurası tərəfindən çağrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.6-cı maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. Həmin Məcəllənin 107-1.8.1-ci maddəsinə əsasən səhmdarların X2ın çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir. Qanundan da göründüyü kimi səhmdarların n övbədənkənar ümumi yığıncağı icra orqanı tərəfindən çağrılmalıdır. “xxxx” ASC kommersiya hüquqi şəxsdir və onun fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarətdir. Belə olan halda heç bir mənfəəti olmadan öz əmlakını başqa hüquqi şəxsin maraqları üçün Açıq Səhmdar Cəmiyyəti tərəfindən girov qoyulması Mülki Məcəllənin 43.5-ci, 64.1-ci və 98.1-ci maddələrinə ziddir. Konstitusiya Məhkəməsinin Plenumunun 16.12.2011-ci il tarixli qərarında birmənalı olaraq göstərilir ki, dövlət tərəfindən müəyyən edilən prosedur qaydalar iştirakçıların mülkiyyət hüquqlarının qarantı olaraq müəyyən edilmişdir. Yuxarıdakılardan bəlli olur ki, cəmiyyət tərəfindən qəbul edilən qərar onun qəbul edilməsi üçün nəzərdə tutulan bütün prosedur qaydaların pozulması ilə qəbul edilib və tam qanuna ziddir. Yuxarıda gös tərilənlərə əsasən “xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağında 07 yanvar 2019-cu il tarixində qəbul edilmiş: 1. “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2.344757 ha olan torpaq sahəsinin “xxxx” MMC-nin Cavabdeh1 ASC qarşısında kredit xətti müqaviləsi üzrə mövcud olan 65.000.000 (altmış beş milyon) manat məbləğində borc öhdəliyini icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə 2. “xxxx” ASC-nin adından yuxarıda qeyd edilən əqdin (ipoteka yüklülüyünün) müvafiq qaydada rəsmləşdirilməsi məsələlərinin həll edilməsi, o cümlədən müqavilələrin və digər sənədlərin imzalanması və notarial qaydada təsdiq olunmasının “xxxx” ASC-nin direktoru X1 (şəxsiyyət vəsiqəsi AZE 08242472, Nizami RPİ tərəfindən 01.10.2010-cu il ta rixində verilmişdir) həvalə edilməsinə dair qərarın ləğv edilməsi, Cavabdeh1 ASC-yə “xxxx” MMC-nin Cavabdeh1 ASC qarşısında kredit xətti müqaviləsi üzrə mövcud olan 65.000.000 (altmış beş milyon) manat məbləğində borc öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2.344757 ha olan torpaq sahəsinin Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçılar İddiaçı1 və Rəcəbov İldırım Vəzir oğlu həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyas ının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Mənsurova Lalə Nadir qızı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı1 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X8 vəkilsiz iştra k etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 ASC-nin vəkili Rüstəmzadə Fərid Mübariz oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı2 üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh1 ASC-nin vəkili Rüstəmzadə Fərid Mübariz oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 kas sasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasın a əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan “xxxx” ASC-nin 07 yanvar 2019-cu il tarixli səhmdarlarının ümumi yığıncağının protokolu əsasında verilmiş qərarında aşağıdakılar qəbul edilmişdir: 1. “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2.344757 ha olan torpaq sahəsinin “xxxx” MMC-nin Cavabdeh1 ASC qarşısında kredit xətti müqaviləsi üzrə mövcud olan 65.000.000 (altmış beş milyon) manat məbləğində borc öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razılıq verilsin 2. “xxxx” ASC-nin adından yuxarıda qeyd edilən əqdin (ipoteka yüklülüyünün) müvafiq qaydada rəsmləşdirilməsi məsələlərinin həll edilməsi, o cümlədən müqavilələrin və digər sənədlərin imzalanması və notarial qaydada təsdiq olunması “xxxx” ASC-nin direktoru X1 (şəxsiyyət vəsiqəsi AZE 08242472, Nizami RPİ tərəfindən 01.10.2010-cu il tarixində verilmişdir) həvalə edilsin”. İşdə olan Xalq Qəzetinin 05.12.2018-ci il tarixli buraxılışından görünür ki, “xxxx” ASC 07 yanvar 2019-cu il tarixində səhmdarların X2ın keçirilməsi barədə elan yerləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.6-cı maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. Həmin Məcəllənin 107-1.8.1-ci maddəsinə əsasən səhmdarların X2ın çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir. İşdə olan “xxxx” ASC-nin Nizamnaməsinin 4.1.15-ci bəndində göstərilir ki, X4 Müşahidə Şurasının öz təşəbbüsü və ya təftiş komisiyasının (müfətt işin), yaxud səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə icra orqanı tərəfindən çağrılır. Həmin Nizamnamənin 4.1.17-ci bəndində göstərilir ki, X2 çağrılması haqqında tələbin daxil olduğu gündən etibarən İdarə Heyəti (icra orqanı) üç iş günü ərzində X3 vaxtını və yerini təyin edib, bu barədə kütləvi informasiya vasitələrində elan verməldir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC-nin Müşahidə Şurası 07 yanvar 2019-cu il tarixli səhmdarlarının X2ın keçirilməsi barədə, Cəmiyyətin Nizamnaməsində nəzərdə tutulmuş üç iş günündən də əvvəl, yəni 05.12.2018ci il tarixdə Xalq qəzetində iclasın keçirilməsi barədə elan dərc edərək səhmdarlara məlumat verilmişdir. Həmin yığıncaq keçirilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, yəni növbədənkənar yığıncağın qanunvericliyin tələblərinə zidd olaraq keçirilməsinə dair dair hər hansı əsaslı, şübhədənkənar sübutları məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, səhmdarlarının X2ın iclası qanunvericiliyə uyğun keçirildiyindən və xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağında 07 yanvar 2019-cu il tarixində qəbul edilmiş qərar da qanuna uyğun qəbul edildiyindən, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair mövqeyi düzgündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.5-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm — bir səsdir" prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 107-5.1-ci maddəsinə görə səhmdarların ümu mi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instan siyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmi ş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14260/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar