Məhkəmə qərarları › İş №2(102)-2805/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2805/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2805/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh xoğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gecikdirmə faizinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh xoğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin x saylı 24.12.20 10-cu il tarixli qətnaməsi ilə Cavabdeh xoğlundan İddiaçı xeyrinə 109.000 ABŞ dolları pulun tutulması qət edilmişdir.

2. İddiaçı həmin qətnamə üzrə borcun uzun müddət ərzində qaytarılmadığına istinad edərək aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 41.125 (qırx bir min yüz iyirmi beş) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı), eləcə də məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış, icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnamə həmin tarixdən hal-hazırki vaxta qədər çox cüzi miqdarda 17.500 manat məbləğində icra olunmuşdur. Dəfələrlə müraciət edilməsinə baxmayaraq qətnamə icra olunmamışdır. Ödənilməmiş qalan 98.705 ABŞ dolları bu günə kimi ödənilməmişdir. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan 8 il 4 ay müddət keçmişdir. Bu günə qədər 5 faizlə hesablanmış 41.125 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyək bildirmişdir ki, 2010cu ildə bu işlə bağlı qətnamə çıxarılsa da, daha sonra tərəflər arasında barışıq olmuş və cavabdeh müəyyən məbləği iddiaçıya ödəmişdir. Borcu etiraf etsə də, maddi vəziyətinin pis olması səbəbindən hal-hazırda borcunun tam şəkildə ödəməsi mümkün deyildir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) 12 iyun 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı, tərəflər arasında qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehdən Mülki Məcəllənin 445-ci maddəsinə istinad edərək dəymiş ziyanı istəyə bilməz. Həmin norma öhdəliyin icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi münasibətlərini tənzimləyir. Öhdəliyin yaranma əsasları Mülki Məcəllədə qeyd edilmişdir. Bunlara müqavilə, delikt, əsassız varlanma və özgə işlərini tapşırıqsız aparma aid edilir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər arasında icra hüquq münasibətləri yaranır ki, qətnamənin icrasının məcburi təmin edilməsi üçün icra tədbirləri də icra haqqında qanunda qeyd edilmişdir. Bunların arasında borcun ödənilməsini gecikdirilməsinə görə dəymiş ziyanın tələb edilməsi qeyd edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 18 noyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin x saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, Cavabdeh xoğlundan 36.274,09 (otuz altı min iki yüz yetmiş dörd dollar 09 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin iddiaçının ödədiyi dövlət rüsumlarının əvəzi olar aq 45 (qırx beş) manatın iddiaçı X1 xeyrinə tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində olan ekspertiza xərcinin Cavabdeh xoğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən qətnamənin icrası gecikdirildiyindən ondan gecikdirilmiş vaxt üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən iddiaçının iddia etdiyi gecikdirilmiş müddət olaraq 8 il 4 ay müddətinə illik 5% hesablanaraq iddiaçıya ödənilməlidir. Həmin müddət ərzində iddiaçıya hesablanmalı olan borc ekspert rəyində göstərildiyi kimi 36.274,09 ABŞ dolları təşkil edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə i craatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli məhkəmə qətnaməsində Mülki Kollegiya iddia tələbini təmin edərkən onu eldən çıxmış fayda və ya dəymiş zərər kimi xarakterizə etmişdir. İddiaçı peşəkar bank və kredit fəaliyyəti ilə məşğul olan fərdi sahibkar deyildir, bu sahədə lisenziyaya da malik deyildir. Odur ki, iddiaçı həmin məbləğ ona ödənilsə idi bu məbləği ötən müddət ərzində ondan faizlər (bəhrə) götürməsi və ya kreditləşmə ilə məşğul olaraq eldə edə biləcəyi qazanc (gəlir) kimi ondan faydalana biləcəyini əsaslandırmalı idi. Göründüyü kimi, iddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinin müddəalarının onun iddia tələbinə mexaniki olaraq tətbiq edilməsini tələb etmiş, məhkəmə kollegiyası da əsassız olaraq bu tələbi təmin etmişdir. Eyni zamanda, iş üzrə materiallarda olan Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 109.000 ABŞ dollarının tutulması qət edilmişdir. Göründüyü kimi, müvafiq icra sənədi üzrə tələb ABŞ dolları ilə ifadə olunmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mərkəzi X2 21 fevral 2015-ci il tarixli müvafiq qərarına əsasən milli valyutanın məzənnəsi ABŞ dollarına münasibətdə kəskin ucuzlaşmışdır. Məlum olduğu kimi, daha sonra Azərbaycan Respublikası Mərkəzi X2 21 dekabr 2015-ci il tarixli qərarına əsasən üzən məzənnə rejiminə k eçilmiş və gözlənilmədən Azərbaycan manatının ABŞ dollarına qarşı kəskin ucuzlaşması baş vermişdir. Həmin gün və hal-hazırda ABŞ dollarının rəsmi məzənnəsi təxminən 50 %-dən çox artaraq 1,7 manat həddinə çatmışdır. Belə olan halda, ölkədə mal və xidmətlərin dəyəri kəskin şəkildə bahalaşmışdır. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı icra sənədi üzrə tələbi ABŞ dolları ilə İfadə olunduğundan sonuncu hər hansı bir zərərə uğramamış, hər hansı bir gəlir itirməmiş, əksinə tələbinin manat ekvivalentində dəyəri artmışdır. Belə olan halda, Cavabdeh xoğlu nəinki həmin vəsaitdən hər hansı fayda götürməmiş, əksinə onun öhdəliyinin manat ekvivalentində həcmi çoxalmışdır. Həmçinin, istinad olunan halların (devalivasiya, üzən məzənnə rejiminə keçid, mal və xidmətlərin dəyərinin bahalaşması və s.) baş ve rməsi müvafiq icra sənədi üzrə tələbin icrasını borcludan asılı olmayan obyektiv səbəblərdən çətinləşdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak vermə li, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

16. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödə nilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

23. Yasamal Rayon Məhkəməsinin 14.08.2019-cu il tarixli arayışına əsasən müəyyən edilir ki, Məhkəmənin 24.12.2010-cu il tarixli qətnaməsi 01 mart 2011-ci il tarixdə öz qanuni qüvvəsini almışdır.

24. Yasamal Rayon İcra və Probasiya Şöbəsinin X saylı 16.09.2019-cu il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, icra sənədi üzrə borclu Cavabdeh tələbkar İddiaçı olan borcu 98.129,4 ABŞ dolları təşkil edir.

25. Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli 25052 saylı rəyinə əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı olan borcu 30.04.2018-ci il tarixə olan əsas borcu 98.705.00 ABŞ dolları, 36.274.09 ABŞ dolları, 19.07.2019-cu il tarixə olan əsas borcu 98.705.00 ABŞ dolları, faiz borcu isə 69.782.38 AB Ş dolları təşkil edir.

26. Apellyasiya məhkəməsi mübahisənin həlli ilə bağlı qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

27. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

28. İşin materiallarında da göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabd eh öhdəliklərini vaxtında yerinə yetirmədiklərinə görə iddiaçı cavabdehə qarşı iddia qaldırmış, Yasamal Rayon Məhkəməsinin 24.12.2010-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun 109 000 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuş, bununla belə cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası qaydasında həmin borcun bir hissəsini ödəmiş, və onun 19.07.2019-cu il tarixə ödənilməmiş 98705 ABŞ dolları borcu qalmışdır.

29. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən qətnamənin icrası gecikdirildiyindən ondan gecikdirilmiş vaxt üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən iddiaçının iddia etdiyi gecikdirilmiş müddət olaraq 8 il 4 ay müddətinə illik 5% hesablanaraq idd iaçıya ödənilməli, həmin müddət ərzində iddiaçıya hesablanmalı olan borc ekspert rəyində göstərildiyi kimi 36.274,09 ABŞ dolları təşkil edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

30. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kreditorun pul vəsaitini özündə saxladığı üçün icrası gecikdirilmiş əsas borc öhdəliyinin ən azı illik 5 faizini borclunun ödəmək vəzifəsi Mülki Məcəllənin 445.7-ci maddəsində açıqca təsbit olunmuşdur.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflə rin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kred it müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

32. Beləliklə, kassasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xo ğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar