Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2805/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (kateqoriya: borcun qaytarılması, nisyə alğı-satqı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı öhdəliyin icrası tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-278/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları 1. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilərək ona Cavabdeh Şöhrət oğluna qarşı hər hansı bir tələbi və iddiası olarsa bu barədə mülki qaydada məhkəməyə müraciət etməsi izah olunması qərara alınmışdır.
2. İddiaçı həmin qərardakı izahatına əsasən 2008-ci ildən 2022-ci il tarixədək olan müddət ərzində Cavabdeh Şöhrət oğlu mütəmadi olaraq ondan ünvan 1 ünvanında yerləşən dükanda iri və xırda buynuzlu heyvanlar alıb kəsilərək satması ilə məşğul olmaqla pulunu ödəmişdir. Həmin müddət ərzində müəyyən vaxtlarda Cavabdeh tərəfindən satılması üçün kəsilərək iri və xırda buynuzlu heyvanlar kəsilərək satılıb pulunun ödənilməsi üçün ona verilsə də, həmin malla rın pulu İddiaçı ödənilməmiş və Cavabdeh 46.200 manat məbləğində pul borcu qalmışdır. Həmin borcdan Cavabdeh 1500 manat ödəmiş və sonra isə borcunun ödənilməsi üçün 10.000 manat dəyərində olan «Lada Priora» markalı avtomaşınını Cavid Qasımova verərək, qalan borcun sonradan ödənilməsi ilə razılaşmışlar. Lakin həmin vaxtdan sonra Cavabdeh borclu olduğu 34.700 manat pulu İddiaçı ödəməmişdir.
3. Həmin qərarda Cavabdeh izahatına əsasən, 2008-ci ildən 2022-ci il tarixədək olan müddət ərzində İddiaçı mütəmadi olaraq iri və xırda buynuzlu heyvanlar alıb kəsilərək Suraxanı rayonu Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən dükanda satışı ilə məşqul olmuşdur. Həmin müddət ərzində məlum olan 2019-cu il tarixdə koronavirusla bağlı ticarətin zəif olması səbəbindən ət dükanın fəaliyyətinin dayanmamas ı üçün İddiaçı alaraq kəsdiyi iri və xırda buynuzlu heyvan ətlərinin satılması mümkün olmadığı üçün 1015 və bəzən 20 kq ətin atılmasına məcbur olmuşdur. Cavabdeh müflis olduğu üçün xx.xx.2022-ci il tarixdə işlətdiyi ət dükanını bağlamış və bununla da onun İddiaçı 32.000 manat borcu qaldığına görə borcundan 10.000 manatın çıxılması səbəbi ilə aralarında olan razılaşmaya əsasən İddiaçı «Lada Priora» markalı avtomaşınını vermişdir. Cavabdeh bununlada İddiaçı 22.000 manat borcunun qaldığını qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 34.700 manat pulun və ödənilmiş 195 manat məbləğində dövlət rüsumunun, cəmi 34.895 manat pulun onun xeyrinə tutulmas ına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi 15 ildir tanıyır. Cavabdeh 2018-ci ildən ünvan 2 ünvanında yerləşən dükanda iri və xırda buynuzlu heyvanlar alıb, kəsib satmaqla məşğul olur. 2018-ci ildə cavabdeh ondan ət götürərək başqa yerdə satıb pulunu ödəyəcəyini bildirmiş, razılaşaraq 2018-ci ildən 2022-ci il tarixədək olan dövrdə ona iri və xırda buynuzlu heyvanların satılması üçün müxtəlif vaxtlarda 46.200 manat məbləğində borca mal vermiş, həmin borcdan cavabdeh 1500 manat ödəmiş, sonra isə borcunun ödənilməsi üçün 10.000 manat dəyərində olan LADA PRİORA markalı avtomobili pul əvəzi kimi vermiş, qalan 34.700 manat borcunu isə qısa müddət ərzində ödənilməsi barədə razılaşma əldə olunmuşdur. Lakin həmin vaxtdan sonra cavabdeh o na borclu olduğu 34.700 manat pulu ödəməmiş, dəfələrlə cavabdehə zəng edərək qalıq borcu tələb etməsinə baxmayaraq, həmin pulu ondan ala bilməmişdir.
6. Məhkəmə iclasında iddiaçı bir daha iddia tələblərini müdafiə edərək, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh əslində onun etibarından sui-istifadə etməklə belə vəziyyət yaradıb. Cavabdeh ilk vaxtlar ondan nisyə götürdüyü ətin, heyvanların pullarını verməklə onun etibarını-etimadını qazanmış, sonradan isə müxtəlif bəhanələrlə ödənişlərini etməkdən yayınmışdır. Cavabdeh ilk vaxtlar borclarını verəcəyini bildirmiş, bir neçə dəfə guya özünə məxsus torpaqlarını satıb borclarını verəcəyini bildirmiş, lakin onu aldatmış, məlum olmuşdur ki, cavabdeh bəhanələr edir. Cavabdehin ona borcları çoxalanda ölkədən qaçıb Rusiya Federasiyasına getmiş, bir müddət orada yaşamışdır. Cavabdehin ona 40.000 manat civarında borcu olanda atası Şöhlət kişi onun yanına gəlmiş, narahat olmamasını, oğlu Maarifin ona olan borclarını özü ödəyəcəyini bildirmişdir. Lakin bir müddət gözləmiş, cavabdehin atası da ona olan borcları ödəməmişdir. Hazırda məhkəməyə təqdim etdiyi dəftərində Cavabdeh ilə apardığı bütün alış-verişləri barədə etdiyi qeydlər dəqiqliklə öz əksini tapıb. Həmin yazışmalarda Cavabdeh ona 34.700 manat borclu olması aşkar görünür. Ayrı-ayrı adamlardan mal-qaranı nisyə götürüb Cavabdeh vermişdir və hazırda həmin şəxslər də ondan pullarını tələb edirlər. Cavabdehin sonsuz yalanlarından sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Onları tanıyan bütün tanışları bilirlər ki, Cavabdeh ondan nisyə götürdüyü mal-qaranın, ətin pullarını verməmişdir. Maarifin guya borcunun 22.000 manat olmasına dair göstərdikləri də tam yalandır.
7. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qismən qəbul edərə göstərmişdir ki, iddiaçını bir neçə illərdir tanıyır, münasibətləri yaxşı olub. 2018-ci ildən 2022-ci il tarixədək olan müddət ərzində iddiaçıdan mütəmadi olaraq iri və xırda buynuzlu heyvanlar alıb kəsərək Bakı şəhəri Suraxanı rayonu BülBülə qəsəbəsində yerləşən dükanda satmışdır, həmişə də pullarını ödəmişdir. Lakin 2019-cu ildə koronavirus xəstəliyinin düşməsi ilə bağlı ticarəti zəifləmişdir. Ət dükanının fəaliyyətini dayandırmaması üçün Cavaddan alaraq kəsdiyi iri və xırda buynuzlu heyvan ətlərini ucuz qiymətə, həm də 10-15 kq və bəzən 20 kiloqramdan olmaqla ət satmışdır. Ticarətin zəif olmasından xx.xx.2022-ci il tarixdə işlət diyi ət dükanını bağlamış və bununla da İddiaçı borcları çoxalmış, 32.000 manat borcu yığılmışdır. Həmin borcundan isə 10.000 manata qiymətləndirdikləri LADA PRİORA maşınını Cavada borc əvəzinə vermiş, Cavada 22.000 manat hazırda borcu qalmaqdadır. Cavada olan borclarını vermək istəyir, lakin maddi imkanı yoxdur. Cavadın borcun 34.700 manat olmasına dair göstərdikləri yalandır. Hazırda Bakı şəhərində yaşayır, qəssab satıcı olaraq işləyir, ailəsindən ayrılmışdır, çətinliklə dolanır. İddiaçı ilə etdiyi alış-verişləri əks etdirən məlumatları özünə məxsus dəftərində qeyd etmişdir, lakin həmin dəftəri uşaq cırdığı üçün məhkəməyə təqdim edə bilmir.
8. Şahid qismində izahat verən X2 göstərmişdir ki, iddiaçı onun kürəkənidir. Cavad Bərdə və sair rayonlardan mal-heyvan alıb nisyə olaraq paylaşdırır və bununla ailəsini dolandırır. Sonradan ona məlum olmuşdur ki, Cavad nisyə olaraq ərazidə işləyən Maarif adlı şəxsə nisyə mal-heyvan vermiş, Maarif isə satışdan əldə etdiyi pulları qaytarmamış, borc məbləği təxminən 40.000 manat civarındadır. Cavad pulların qaytarılmasını təmin etmək məqsədi ilə Maarifə dəfələrlə demiş, Maarifin yaşadığı ünvana getmiş, ailə uşaqlarına, ailənin ağsaqqalına bu barədə bildirmişdir. Lakin Cavada qarşı kobudluq edilmişdir. Bundan sonra Cavada demişdir ki, cavabdehə daha mal-heyvan verməsin. Cavabdehlə aparılan alış-veriş işlərinin hamısı Cavadın hesabat sənədlərində öz əksini tapıb. Cavabdehin borcları hətta 44.000 manata çatmış, sonradan 10.000 manat dəyərləndirilən maşını borc əvəzinə Cavada vermişdir. Hazırda 34.000 manat civarında Maarifin borcu qalmaqdad ır.
9. Şahid qismində izahat verən X3 ifadəsində bildirmişdir ki, özü Bərdə rayonunda mal-qara saxlamaqla məşğuldur, İddiaçı 20 ildir ki, tanıyır. Cavad onlardan mal-heyvan alıb nisyə olaraq paylaşdırmış və pullarını sonradan sahiblərinə vermişdir. Hazırda Cavadın ona 7000 manat borcu yaranıb. Cavad ona qeydiyyat dəftərini göstərməklə bildirmişdir ki, alacaqları var, həmin pulları alan kimi borcunu qaytaracaq.
10. Məhkəmə iclasında iddiaçının dəvət etdiyi şahid qismində izahat verən X4 göstərmişdir ki, İddiaçı onun əmisi oğludur. 2 il bundan əvvəl Cavada ümumi qiyməti 12.000 manat olan 7 baş heyvanı nisyə vermiş, Cavad ona 2000 manat vermiş, 10.000 manatını isə vermir, Maarif adlı şəxsin pulları vermədiyini bildirir, Maarifin ona 34.000 manat civarında borcu olmasını bildirir.
11. Məhkəm ə iclasında cavabdeh tərəfdən dəvət edilmiş şahid qismində izahat verən X1 göstərmişdir ki, cavabdeh ilə birlikdə işləmiş, dükanında ət satmışdır. Maarif İddiaçı nisyə olaraq mal-qara götürmüş, sonra isə sataraq pullarını vermişlər. Lakin ölkədə pandemiya düşdükdən sonra alver işləri zəifləmiş, ət satışı aşağı vəziyyətə düşmüşdür. Maarif alış-veriş işlərini özü qeydiyyat dəftərində aparmışdır. Maarifin Cavada olan borcları çoxalmış, onların aralarında narazılıq yaranmışdır. Maarif borcundan 1500 manat vermiş, bir dəfə isə Cavada olan borcu əvəzinə əslində 15.000 manat dəyərində olan LADA PRİORA maşınını 10.000 manat qiymətləndirərək borcun əvəzi kimi Cavada vermişdir. 2021-ci ildən Maarif Cavaddan nisyə mal-qara götürməmiş, onların aralarında alış-veriş dayanmışdır.
12. Ağdam Rayon Məhkəmə sinin 2(013)-1977/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddianın təmin edilməsi, cavabdehdən 34.700 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 195 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının məhkəməyə təqdim etdiyi, cavabdeh ilə apardığı alış-verişi özündə əks etdirən dəftərdə olan məlumatlara əsasən iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə sübut təqdim etmiş, həmin dəftər çıxarışlarından görünür ki, cavabdehin iddiaçıya həqiqətən təxminən 34.700 manat civarında borcu vardır. Cavabdeh məhkəməyə iddiaçı ilə apardığı alış-verişlə bağlı əlyazmalarını təqdim etsə də, orada yalnız iddiaçıya verdiyi pulların məbləği öz əksin i tapmış, hazırda özünün Cavada olan borc məbləğinin isə nələrdən ibarət olması görünməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh borcunun 22.000 manat olmasını, həmin məlumatların dəftərində qeyd edildiyini bildirmişdir, lakin həmin dəftəri məhkəməyə təqdim etməmiş, uşaqların həmin dəftəri cırdığını bildirməklə ağlabatmayan dəlilə istinad etmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi hesabat sənədinə əsasən, həmin əlyazısında cavabdeh ilə aparılan bütün alış-veriş işləri müfəssəl şəkildə, illər üzrə ardıcılıqla aparılmış, həmin qeydlərin əsillərinə hər iki tərəfin iştirakı ilə məhkəmə iclasında baxılmış və həqiqəti əks etdirməsi məhkəmədə şübhə doğurmamışdır. İddiaçının təqdim etdiyi həmin qeydiyyatlara əsasən, cav abdehin nisyə aparılan alğı-satqılar üzrə 34.730 manat iddiaçıya borcları yığılmışdır.
16. Birinci instansiya məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslandırılmışdır, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmiş, bu barədə məhkəməyə müvafiq sənədləri təqdim etmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.1, 16.1, 329.2, 385.1 və 600.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1977/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və ondan 22.000 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırı lmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı 34.700 manat məbləğində borcun olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Bütün izahatlarda və məhkəmə prosesində onun borcun 22.000 manat təşkil etdiyini bildirməyinə baxmayaraq, məhkəmə bu faktlara heç bir məhəl qoymamışdır.
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-278/2024 nömrəli mülki iş üzrə 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və İslam Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla cavabdehdə n 22.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 156 manat məbləğində pul alınaraq, iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “Cavabdeh nisyə aparılan alğı-satqılar üzrə 34.730 manat iddiaçıya borcları yığılmışdır...” nəticəsinə gəlməsinə baxmayaraq, mötəbər sübutlar əsasında cavabdehin 34.730 manat məbləğində iddiaçıdan nisyə mal alması sübuta yetirilməmiş, məhkəmə faktın öz təsdiqini tapdığını dedikdə də hər hansı mötəbər sübuta istinad etməmişdir.
24. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericili yə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəaları əsasında həll olunmalıdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından malların nisyə verildiyini və qalan pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Mübahisə araşdırılan zaman iddiaçı tələbinin əsası kimi təhqiqat orqanının qərarını, hesablamalar apardığı dəftəri və şahidləri birinci instansiya məhkəməsinə təqdim etmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh ümumilikdə 32.000 manat borcunun olduğunu və həmin borc məbləğindən 10.000 manat dəyərində olan “Lada Priora” markalı avtomobili iddiaçıya qaytardıqdan sonra 22.000 manat məbləğində borcunun qaldığını bild irmişdir. Həmin avtomobili iddiaçının özü də istər iddia ərizəsində, istərsə də məhkəmələrdə verdiyi izahatda cavabdehdən 10000 manat əvəzində qəbul etdiyini təsdiq etmişdir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehin 10.000 manat dəyərində avtomobili ona verdikdən sonra 34.700 manat borcunun qalması barədə dəlilləri əsassızdır. Çünki, işin qeyd olunan halları iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş, bu barədə nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiyası məhkəməsinə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
28. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı cavabdehin 34.700 manat məbləğində borcunun qalması barədə hesablamalar apardığı dəftəri təqdim etsə də, həmin qeydlər tərəflərin imzası ilə təsdiqlənməməklə və sadə kserosurət olmaqla t əqdim edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 34.700 manat pulun verilməsi barədə birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid ifadələrini isə kollegiya mötəbər saymır. Çünki, ilk növbədə şahidlərdən ikisi, Asif Ələkbərov və Oruc Orucov iddiaçının kürəkəni və əmisioğludurlar. Yəni, onlar işin həllində maraqlıdır və ifadələri iddianın təmin olunmasına yönəlmişdir. Digər şahidlərin ifadəsi üzrə kollegiya hesab etmişdir ki, şahidlər hadisəni aydın və məntiqi ardıcıllıqla ziddiyyətsiz şəkildə təsvir etməmiş, habelə sübut olunmalı faktın, yəni nisyə malın cavabdehə verilməsini və ona görə nə qədər pulun qaytarılmasını və ya qalmasını ina ndırıcı şəkildə göstərə bilməmiş, sadəcə mübahisə barədə ümumi və təxmini ifadələr vermişlər. Bu da kollegiyaya mübahisənin düzgün həll edilməsi baxımından inamlı nəticə çıxarmağa kifayət etmədiyi üçün kollegiya həmin şahidlərin ifadəsini sübut növü kimi qəbul etmir və nəzərə almır.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci, 125-ci maddəsinin 7-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qər ar qəbul edilməsini xahiş etmişdir.
32. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442-ci maddələri tətbiq edilməmişdir və nəticədə əsaslı və qanuni iddianın tamamilə təmin edilməli olduğu halda qismən təmin edilməsi ilə nəticələnmişdir. Qətnamə ziddiyyətlidir. Şahidlərin verdiyi ifadələr həqiqətən 34.700 manat pulun verilməsini təsdiq və sübut edir. Lakin məhkəmə həmin xüsusatlara lazımi hüquqi qiymət verməmişdir.
33. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 567, 600.1, 600.4-cü maddələrinə, Аzərbаycаn Rеspubliкаsı Mülкi Prоsеssuаl Məcəlləsinin 8, 14, 88, 217-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kass asiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
38. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
39. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
40. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
41. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
42. Maddə 406.1. Müqavilə əqdl ərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
43. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
44. M addə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.
45. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
46. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
47. Maddə 567 Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
48. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
49. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmamış hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Belə ki, tərəflər arasında yar anmış münasibətlər nisyə alğl-satqı münasibətləri, yaranmış mübahisə isə alıcının malı alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməməsi ilə bağlıdır.
60. İddia tələbinin maddi hüquqi əsasını təşkil edən normalar Mülki Məcəllənin 600.1 və 600.4-cü maddələridir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil edərək müəyyən etmişdir ki, tərəflər arasında 32.000 manat dəyərində ət məhsulu və heyvan alğı-satqısının olduğu cavabdehin izahatı ilə təsdiq olunur. Məhkəmə kollegiyası cavabdehin etiraf edilən hissədə (həmin borcun 10000 manatının iddiaçıya verilmiş avtomobilin dəyəri ilə əvəzləşdirildiyi barədə iddiaçının etirafı da nəzərə alınmaqla) iddianı təmin etmiş, qalan hissədə iddia tələbi üzrə sübutlar təqdim edilmə diyinə görə iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
61. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
62. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri işin hallarının müəyyən olunması, iddia tələbinin sübut olunmaması ilə bağlıdır. Həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdı rma predmetini təşkil etmir.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-278/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.