Məhkəmə qərarları › İş №2(102)-2805/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2805/2025

01.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2805/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1, Bakı şəhəri 12 saylı Notariat Ofisi və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticəsində verilmiş çıxarışın ləğvi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1, Bakı şəh əri 12 saylı Notariat Ofisi və Cavabdeh5 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X10 və Ramazanov Nurulla Üzeyiroviç cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 14 may tarixli 2(107)-360/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X10 ilə Cavabdeh3 ASC arasında bağlanmış 18036-S033150/315185 saylı xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanındakı 0,235 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 264,8 kv.m fərdi yaşayış evi, 18036 -S033150/315185 saylı, xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədi ilə Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusunun xx.xx.2022-ci il tarixli 8İ-1762 reyestr nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən tutma ipoteka predmetlərinə yönəldilmişdir.

3. İcra qeydində tutma yönəldilən borcun məbləği 84717,42 manat əsas borc, 4453,48 manat faiz borcu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, xidmət haqqı kimi ödənilmiş 60 manat olmaqla, cəmi 89260,90 manat göstərilmiş, tutmanın yönəldiyi əmlak kimi X 9 məxsus Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 68 ünvanda olan 0,0235 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 264,8 kv.m olan fərdi yaşayış evi və Zaqatala şəhəri, Heydər Əliyev prospekti 66 ünvanında olan 0,0234 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 340,20 kv.m olan fərdi yaşayış evi qeyd edilmişdir.

4. İcra qeydi icra olunması üçün Cavabdeh1nə göndərmişdir. Probasiya şöbəsi icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə ipoteka predmetinin açıq hərrac yolu ilə satışının təşkil edilməsi üçün məktub göndərilmiş, həmin məktubda yalnız 0,0235 ha torpaq sahəsinin hərracının təşkil edilməsi bildirilmiş və borclu Akif Balaməmmədovun xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinə i lkin satış qiyməti 140000 manat müəyyən edilmişdir.

5. İddiaçı cavabdehlər Cavabdeh3 ASC-yə və Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5 qarşı Cavabdeh3 ASC-nin ipoteka predmetinə yönəldilməsi barədə tələbinin qanunsuz hesab edilməsi və Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən aparılmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli 8İ-1762 reyestr nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət еtmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli MTT(033)-7/2022 saylı qərardadı ilə ünvan 4 ünvanında yerləşən, Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən və Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən daşınmaz əmlaklar barədə sərəncam verilməsi (daşınmaz əmlaklar ı satmaq, bağışlamaq, barter etmək və sair formada özgəninkiləşdirmək, girov qoymaq, həmçinin təkbaşına icarəyə və ya kirayəyə vermək) cavabdeh X9 qadağan edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli MTT(107)-17/2022 saylı qərardadı ilə cavabdeh X10 və maraqlarına toxunan şəxs Cavabdeh3 ASC tərəfindən verilmiş şikayətlər təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(033)-7/2022 saylı qərardadı ləğv edilmiş və müvəqqəti təminat tədbiri barədə vəsatət rədd edilmişdir.

6. Bu müddətdə 140000 manat ilkin satış qiyməti ilə yalnız 0,0235 ha torpaq sahəsinin satılacağına dair təyin еdilmiş birinci hərrac baş tutmamış, digər hərracın kеçirilməsi üçün isə еlan artıq vеrilmişdir. Cavabdеh "xxxx" MMC yalnız bundan sonra xx.xx.2022-c i il tarixli 212 nömrəli məktubla müraciət etmişdir. 7. ünvan 7 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixdə keçirilən ilkin hərracı baş tutmadığından, “Market” qəzetinin xx.xx.2022-ci il tarixdə nəşr edilmiş sayında torpaq sahəsinin 119000 manat satış qiyməti ilə xx.xx.2022-ci il tarixdə saat 11:00-da təkrar hərracda satılacağına dair məlumat dərc еdilmişdir.

8. Bakı şəhəri 12 saylı Notariat Ofisində təsdiq еdilmiş xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bank Respublika ASC ünvan 8 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 264,8 kv.m olan fərdi yaşayış evini 101000 manata Cavabdeh5 satmışdır. ünvan 8 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 64,8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli 190/22 saylı protokolun etibarsız hesab edilməsi, həmin protokol əsasında DƏDRX-də qeydiyyata alınmış ünvan 10-ə dair xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarış əsasında 20 dekabr 2022-ci il tarixdə bağlanmı ş AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin (Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış) etibarsız hesab edilməsi və müqavilə əsasında Cavabdeh5 adına DƏDRX-də qeydiyyata alınmış 09 yanvar 2023-cü il tarixli ********** saylı qeydiyyatın və həmin qeydiyyatla bağlı verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ASC-nin tələbi ilə X9 məxsus Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 68 ünvanında olan 0,0235 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 264,8 kv.m olan fərdi yaşayış evinə, Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 66 ünvanında olan 0,0234 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 340,20 kv.m ol an fərdi yaşayış evinə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş) 84717,42 manat əsas borc, 4453,48 manat faiz borcu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün, dövlət rüsumu kimi ödənilmiş 30 manat, xidmət haqqı kimi ödənilmiş 60 manat olmaqla, cəmi 89260,90 manat borc üzrə tutma yönəldilmişdir. Notarius, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə istinad edərək, 1762 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə icra qeydi təsdiqləyərək icra olunması üçün Cavabdeh1nə göndərmişdir. Probasiya şöbəsi icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə ipoteka predmetinin açıq hərrac yolu ilə satışının təşkil edilməsi üçün məktub göndərilmiş, həmin məktubda yalnız 0,0235 ha torpaq sahəsinin hərracının təşkil edilməsi bildirilm iş və borclu Akif Balaməmmədovun xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinə ilkin satış qiyməti 140000 manat müəyyən edilmişdir. Halbuki, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 264,8 kv.m olan fərdi yaşayış evi vardır. Həmin əmlaklar onların birgə nikahda olduqları müddətdə əldə olunmuş əmlakdır və bu əmlaklar üzərində onun ½ hissə mülkiyyət hüququ vardır. Ona təqdim olunmuş icra qeydində notariusun imzası və möhürü yoxdur. Həmin icra qeydi əsasında icra məmuru ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirilməsi üçün Cavabdeh2 MMC-yə göndərmişdir. Cavabdeh2 MMC tərəfindən ekspert rəyi adı altında ünvan 10 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsi qiymətləndirilmiş, bazar qiyməti kimi 140000 manat müəyyən edilmişdir. Aparılan qiymətləndirmə qanunsuz olduğundan həmin qiymət əsasında keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh2 MMC-nin ekspertlərinin reyestrdə adı olmadığına görə ekspert rəyi vermək səlahiyyəti yoxdur. O, yalnız mütəxəssis rəyi verə bilər. Bundan başqa Cavabdeh2 MMC-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 116/22 saylı ekspert rəyindən görünür ki, qiymət yalnız ünvan 10 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinə dair aparılmışdır. Lakin icra məmuru tərəfindən "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli məktub göndərilərək həmin məktubda qeyd edilmişdir ki, texniki səhvə yol verilmiş, yalnız 0,0235 ha torpaq sahəsinin hərracının təşkil edilməsi bildirilmişdir. Lakin orada ipoteka predmeti olan və qiymətləndirilmiş əmlak ünvan 10 ünvanında ol an 0,0235 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 264,8 kv.m olan fərdi yaşayış evidir. Odur ki, həmin ünvanda olan torpaq sahəsi və fərdi yaşayış evinin hərracını təşkil edilməsini xahiş edir. Beləliklə, məlum olur ki, qiymətləndirmə yalnız torpaq sahəsi üzərində aparıldığı halda icra məmuru öz səlahiyyət həddlərini aşaraq həmin qiymətin həm də torpaqda yerləşən evə aid olmasını qeyd etmişdir. Həmin əmlakı ipoteka qoyan şəxs keçmiş əri olduğundan, aralarında hazırda münasibətlər olmadığından bütün bu qanunsuzluqlara göz yumaraq birgə nikahda əldə etdikləri əmlakın real bazar dəyərindən dəfələrlə aşağı qiymətə bankın hesabına və balansına keçməsinə süni şərait yaratmışdır. Belə ki, borclunun banka cəmi 89260,90 manat borcu olduğu halda birgə nikahda əldə etdikləri real baza r qiyməti 350000-400000 manat dəyərində olan 4 mərtəbəli yaşayış evlərini (hansı ki, həmin yaşayış evini qeyriyaşayış sahəsi kimi kirayəyə verərək yüksək gəlir əldə edir) 89000 manat əvəzinə bankın balansına keçirmişdir. Qeyd olunanlar süni şəkildə yaradılmış əməliyyatlardır. Bundan başqa hərracın nəticələrinə dair sənədin ona verilməsini icra məmurundan tələb etdikdə icra məmuru ona bildirmişdir ki, hərracın nəticələrinə dair şəhadətnamə və protokol ona təqdim olunmamış və sənədləşmə işlərini borclu ilə bank öz aralarında həll etmişlər. Hazırki iddianı qaldırmaq üçün əlində olan əsaslardan biri həmin əmlakları birgə nikah dövründə əldə etmələridir. Əmlak real bazar qiyməti ilə qiymətləndirilərək hərracda satıldıqdan sonra və yaxud da hərracda satılmadığı halda bank 89000 manat əvəzinə öz balansına götürdüyü halda əmlakın dəyərinin qalan hissəsi borclu ilə onun arasında bərabər şəkildə bölüşdürülməli və bank ona düşən vəsaiti onun hesabına ödəməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə tərəfindən X10 üçüncü şəxs qismində, Cavabdeh5 və Bakı şəhəri 12 saylı Notariat Ofisi cavabdeh qismində işə cəlb edilmişdir.

12. Cavabdeh2 MMC iddia tələbinə etiraz ünvanlayaraq göstərmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 39877/2022 nömrəli sifarişinin icra edilməsi məqsədi ilə qiymətləndirilməsi əmlaka vizual baxış keçirilmiş, əmlakın qiymətinin müəyyən edilməsi üçün materiallar toplanılmış, müvafiq təhlil və müqayisələr aparılmışdır. Fərdi yaşayış evinin RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı n dövlət reyestrindən çıxarışından da göründüyü kimi, ünvan 10 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsi və fərdi yaşayış evi vahid əmlak olaraq dövlət reyestrində daşınmaz əmlak kimi qeydə alınmış və Cavabdeh2 MMC həmin əmlakı müvafiq olaraq vahid əmlak olaraq, yəni yerləşən 0,0235 ha torpaq sahəsi və üzərində olan 264.80 kv.metr təşkil edən fərdi yaşayış evinin tikilisi kimi qiymətləndirmişdir. Bu fakt mübahisələndirilən hesabatın “Əmlakın şəkilləri” bölümündə yer almış ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair vizual baxış keçirilərkən əldə edilmiş foto şəkillər də və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın foto şəkilində də öz əksini tapmışdır, lakin texniki səhv nəticəsində rəydə və hesabatda “ünvan 12 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin və fərdi yaşayış evinin” sözlərinin yerinə “ünvan 12 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin” sözləri yer almışdır ki, Cavabdeh2 MMC Cavabdeh1nə olan xx.xx.2022-ci il tarixli 212 nömrəli məktubunda “ünvan 13 ünvanında yerləşən əmlaka qoyulmuş qiymət həm 0,0235 ha torpaq sahəsinə, həm də fərdi-yaşayış evinə şamil edilib” dair açıqlama vermişdir. Əmlaka dair ipoteka saxlayan X10 xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin 7-ci bəndində ipoteka predmetinə tutmanın yönəldilməsi zamanı ipoteka predmetinin satış qiyməti adları qeyd edilən qiymətməndirmə şirkətlərindən hər hansı biri tərəfindən müəyyən edilməsinə dair razılıq əldə edilmişdir ki, həmin siyahıda sırada 2-ci məhz Cavabdeh2 MMC-nin adı yer almışdır. İddiaçı əmlakın qiymətinin “aşağı” olm ası ilə bağlı heç bir tutarlı sübutu məhkəməyə təqdim edə bilməmişdir, yalnız ümumi ifadələrlə iddia tələbini əsaslandırmağa çalışımışdır. Qeyd edilənlərə əsasən Cavabdeh2 MMC-yə qarşı tələbin rədd edilməsini xahiş etmişdir.

13. İddiaçı X3 məhkəmədə bildirmişdir ki, bankın nümayəndəsi hərrac zamanı və daşınmaz əmlakın bankın mülkiyyətinə keçməsi prosesində onun həmin əmlakla bağlı mübahisəsindən xəbərdar olmadığını desə də, bu, həqiqətə uyğun deyil. Belə ki, icra qeydinin mübahisələndirilməsi üzrə məhkəmə işində bankın nümayəndəsi iştirak etmiş, iddiaya etiraz etmiş və bank mübahisədən məlumatlı olmuşdur. İddiaçı dəfələrlə banka yazılı və şifahi şəkildə bildirmişdir ki, Ali Məhkəmənin qərarı ilə həmin əmlak ona məxsusdur və borcu ödəmək məqsədilə əmlakı özü almaq istəyir. Həmin qərara əsas ən həm borc, həm də əmlak bölünmüşdür. Lakin bank onun mülkiyyət hüququnu pozaraq əmlakı X2. İddiaçının fikrincə, Cavabdeh5 vicdanlı alıcı hesab oluna bilməz, çünki əmlak qeyri-qanuni yolla əldə olunmuşdur. Vicdanlı alıcı hesab edilsə belə, zərəri bank ödəməlidir. Bu hərəkətlər nəticəsində iddiaçının Konstitusiyanın təmin etdiyi mülkiyyət hüququ pozulmuş, Ali Məhkəmənin qərarı isə icra edilməmişdir. İddiaçı qeyd edir ki, Cavabdeh5 Akif Balaməmmədovun dostudur və bank əmlakı formal olaraq onun adına rəsmiləşdirmişdir. Əsl gəlir Akif Balaməmmədova çatır. “Getcontact” tətbiqində Akif Balaməmmədovun nömrəsi “Akif Uğur arendat”, “X17 Binası Sahibi” kimi qeyd olunmuşdur ki, bu da onların əlaqəsini təsdiqləyir. Ekspert baxışı zamanı müəyyən edilmişdir ki, binanın birinci mərtəbəsi gözəllik salonu kimi fəaliyyət göstərir, ikinci mərtəbəyə isə icarədar Qönçələr Həsənova tərəfindən girişə icazə verilməmişdir.

14. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 məhkəmə iclasında bildirib ki, məhkəmə iclaslarının gedişatında ekspertizalar təyin edilmiş, lakin ekspert tərəfindən lazımi hərəkətlər aparılmamış, eyni zamanda məhkəmə əməkdaşları tərəfindən icra vərəqələri verilməmiş və ekspert rəyin verilməsindən imtina etmişdir. Mübahisəli bina hərracda satılan qiymətdə olan bina deyil, onun dəyəri real bazar qiymətinə uyğun qiymətləndirilməmişdir. Binanın icarəyə götürmüş şəxs tərəfindən çəkilmiş video görüntüləri vardır. İddiaçı binanın fotoşəkillərini təqdim etmişdir. İddiaçı tərəfindən banka müraciət edilmişdir ki, mübahisəli əmlakın 1/2 hissəsi onun mülkiyyəti olduğundan həmin binanın satımas ı barədə ona məlumat verilsin və o, həmin əmlakı alsın. Əmlak hərraca çıxarılarkən yalnız torpaq sahəsinin satılması qeyd edilmiş və hərracda yalnız torpaq sahəsi qiymətləndirilmişdir. Hərracın keçirilməsi barədə yekun protokolda isə torpaqla birlikdə bina da qeyd edilmişdir. İddiaçı hərrac keçirilməməmişdən əvvəl Cavabdeh1nə ərizə ilə müraciət edərək ipotekaya qoyulmuş əmlaklarla bağlı onun da mülkiyyət payı olduğundan hər hansı bir icra hərəkəti həyata keçirilərsə ona məlumat verilməsini bildirmişdir. Mübahisəli əmlak 140000 manat ola bilməz, əmlakın hazırkı dəyəri 300 000400 000 manatdır. Protokolda qeyd olunan qiymət qabaqcadan danışılıb qoyulan qiymətdir. Əmlaka məhkəmə qərardadı əsasında 22 fevral 2022-ci il tarixdə həbs qoyulmuş, lakin həmin qərardaddan Akif Balaməmmədov və Bank Res publika ASC tərəfindən apellyasiya şikayəti verilmiş və qərardad ləğv edilmişdir. Bank əmlakın mübahisəli olduğunu bilə-bilə tərəflərindən 13 iyun 2022-ci il tarixdə hərracın keçirilməsini təşkil etmişdir. Hərracın yekunları barədə protokolda icraçının möhürü olmamışdır və bank əmlakın balansına götürməsi barədə icraçıya heç bir məlumat verməmişdir. Qanunda qeyd olunur ki, protokol icraçının möhürü ilə təsdiq edildikdən sonra reyestr idarəsində icra oluna bilər. Göstərilənlərə əsasən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

15. Cavabdeh3 ASC-in nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirib ki, əvvəlki məhkəmə mübahisəsindən, yəni əmlakın bölünməsi tələbi barədə iddiadan və məhkəmə nəticəsindən bankın məlumatı olmamışdır. Mübahisəli əmlak bankın xeyrinə ipo teka ilə yüklü edilmişdir. Daha sonra əmlak hərraca çıxarılmış və əmlak satılaraq yeni mülkiyyətçinin adına rəsmiləşdirilmişdir. Hərrac 22 iyun 2022-ci il tarixdə keçirilmiş və hərracın keçirilməsi barədə qəzetdə məlumat verilmişdir. Əmlakın üzərinə məhkəmə tərəfindən 22 fevral 2022-ci il tarixdə həbs qoyulsa da, apellyasiya məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və bundan sonra əmlakın hərraca çıxarılması barədə vaxt təyin edilmişdir. Hərrac lazımi vaxta təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmiş, qəzetdə də bu dərc olunmuşdur. İddiaçı tərəfindən onlara məktub daxil olmamış və olubsa da onun bu məktubdan xəbəri yoxdur. İddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

16. Cavabdeh5 19 iyul 2024-cü i l tarixdə məhkəməyə yazılı izahat ünvanlayaraq göstərmişdir ki, onun iddia ərizəsindən 2024-cü ilin yanvar ayında xəbəri olmuşdur. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(033)- 28/2024 nömrəli məktubu ünvanına poçt vasitəsi ilə çatdırıldıqdan sonra həmin iş üzrə cavabdeh qismində işə cəlb edilməsi barədə məlumatı olmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsli çıxarışa əsasən mübahisəli 0,0235 ha torpaq sahəsi və üzərində yerləşən 264,80 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmışdır. Halbuki, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nöm rəsli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin əmlakı vicdanlı üçüncü şəxs olaraq Cavabdeh3 ASC ilə aralarında bağlanmış 20 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu alğı-satqı ilə əldə etdiyi zaman, əmlak üzərində heç bir məhdudiyyət, yüklülük olmamışdır. Həmçinin satıcı Cavabdeh3 ASC ilə aralarında alğı-satqı müqaviləsi bağlanarkən həmin daşınmaz əmlakın Cavabdeh3 ASC-nin mülkiyyətində olmasına dair dövlət reyestrindəki qeydin mötəbərliyinə, həqiqiliyinə əsaslanaraq alğı-satqı müqaviləsi bağlamışdır. Buna görə də, həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə edərkən vicdanlı olmuşdur. Cavabdeh3 ASC-dən aldığı məlumata əsasən cavabdehin mülkiyyətində olan Zaqatala şəhəri, H.Əliyev prospekti 68 ünvanında yerləşən daşınmaz əmlak bankla Akif Balaməmmədov arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit limiti müqaviləsinin təminatı kimi xx.xx.2018-ci il tarixli 18036-S033150/315185İ №-li və xx.xx.2020-ci il tarixli 18036-S033150/315185İ/1 №-li ipoteka müqavilələrinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Akif Balaməmmədovun arvadı - iddiaçı Səyalı Balaməmmədova əmlakların əri tərəfindən banka ipoteka qoyulmasına notarial təsdiqli razılıq vermişdir. Bankın həmin daşınmaz əmlaka ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd olunanları, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü və 29-cu maddələrini, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 148.2 və 149.2-ci maddələrini nəzərə alaraq iddia tələbinin rədd olunmasını xa hiş etmişdir.

17. Cavabdeh Zaqatala rayonu İcra və Probasiya Şöbəsinin rəisi X14 bildirmişdir ki, icraatlarında olan Zaqatala rayonu 2 saylı Notariat Kontorunun 8İ-1762 nömrəli, 15 fevral 2022-ci il tarixli icra qeydinə əsasən 26 aprel 2022-ci il tarixdə "xxxx" MMC-ə borclu X7 ipoteka ilə yüklü edilmiş əmlaklarının açıq hərrac vasitəsi ilə satışının təşkil edilməsi üçün məktub göndərilmişdir. Lakin həmin məktubda səhvə yol verilmiş, onlara yalnız 0,0235 ha torpaq sahəsinin hərracının təşkil edilməsi bildirilmişdir. İpoteka predmeti olan və qiymətləndirilmiş əmlak Zaqatala şəhəri Heydər Əliyev prospekti 68 ünvanında olan 0,0235 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 264,8 kvm olan fərdi yaşayış evi olmuşdur. 31 may 2022-ci il tarixdə tərəfindən təkrarən "xxxx" MMC-ə məktub ünvanlanaraq Zaqatala şəhəri Heydər Əliyev prospekti 68 ünvanında olan 0,0235 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 264,8 kvm olan fərdi yaşayış evinin hərracını təşkil edilməsi xahiş olunmuşdur. Cavabdeh2 MMC tərəfindən 31 may 2022-ci il tarixdə onlara ünvanlanmış məktubdan müəyyən olunmuşdur ki, Zaqatala şəhəri Heydər Əliyev prospekti 68 ünvanında yerləşən əmlaka qoyulmuş qiymət həm 0,0235 ha torpaq sahəsinə, həm də fərdi yaşayış evinə şamil olunmuşdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.

18. Üçüncü şəxs X10 məhkəmə iclasında iddianın ona heç bir adiyyətinin olmadığını, hazırda mübahisəli əmlakın başqa şəxsı məxsus olduğunu bildirərək iddia tələbini qanuna uyğun həll olunmasını xahiş etmişdir.

19. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra - birinci ins tansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, e-2(033)-28/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 8 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 264,8 kv.m olan fərdi yaşayış evi ilə bağlı hərrac təşkilatçısı, cavabdeh Bakı Hərrac Mərkəzinin xx.xx.2022-ci il tarixli 190/22 saylı protokolunun etibarsız hesab edilməsi, həmin protokol əsasında əmlakın Cavabdeh3 ASC-nin adına DƏDKR-də aparılmış qeydiyyatla bağlı alınmış xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarış əsasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu alğı-satqı müqaviləsi əsasında Cavabdeh5 adına DƏDKR-də a parılmış xx.xx.2023-cü il tarixli ********** saylı qeydiyyatın və həmin qeydiyyatla bağlı verilmiş çıxarışın ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir (hakim V.Məmmədov).

20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə sübutlarla xx.xx.2022-ci il tarixli 8İ-1762 reyestr nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin Zaqatala rayon İcra Şöbəsinin icraatına hansı tarixdə daxil olmasını, icra məmurunun icraata başlamaq haqqında qərarı hansı tarixdə qəbul еtməsini müəyyən еtmək mümkün olmamışdır.

21. İcra məmuru еyni zamanda tərəflərin icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət vеrmək hüquqlarının mövcudluğunu nəzərə almayaraq, icra qey dinin notarius tərəfindən tərtib olunduğu xx.xx.2022-ci il tarixdən 9 gün sonra xx.xx.2022-ci il tarixli 39877/2022 nömrəli sifariş və həmin tarixli xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi barədə qərarla qiymətləndirmə işlərini icra еtməsini Cavabdeh2 MMC-dən xahiş еtmişdir. Cavabdeh2 MMC xx.xx.2022-ci il tarixli məktubunda Zaqatala şəhəri H.Əliyev prospekti ev 68-də yerləşən 0,0235 ha torpaq sahəsinin real bazar dəyərinə uyğun qiymətləndirilməsi üçün qiymətləndirmə işinin həyata keçirildiyi, qiymətləndirmə obyekti, qiymətləndirmənin aparılması qaydası və qiymətləndirməni yerinə yetirmək üçün istifadə edilən yanaşma və metodlar barədə məlumatın rəyin ayrılmaz hissəsi olan hesabatda göstərildiyi barədə Zaqatala rayon İcra Şöbəsini məlumatlandırmış və Zaqatala şəhəri H.Əli yev prospekti ev 68-də yerləşən 0,0235 ha torpaq sahəsinin real bazar dəyərinin 140000 manat təşkil etməsinə dair xx.xx.2022-ci il tarixli 116/22 saylı ekspert rəyini tərtib еtmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, iş üzrə sübutlarla 8 saatlıq iş vaxtında başqa yaşayış məntəqəsində olan cavabdеh Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli 116/22 saylı ekspert rəyinin Zaqatala rayon İcra Şöbəsinə hansı tarixdə daxil olması sübut еdilməmişdir.

23. Məhkəmə həmçinin qeyd etmişdir ki, İcra Şöbəsi obyektin ilkin satış qiymətinə icra işi üzrə tərəflərin münasibətini öyrənmədən rəyin tərtib olunduğu tarixdən sonrakı gün, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə müraciət еdərək, icra sənədinin icrası qaydasında ünvan 7 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsinin 140000 manat ilkin satış qiyməti ilə açı q hərrac vasitəsi ilə satışının təşkil edilməsini xahiş еtmişdir. "xxxx" MMC ünvan 7 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsinin 140000 manat ilkin satış qiyməti ilə xx.xx.2022-ci il tarixdə saat 11:00-da keçiriləcək hərracda satılacağına dair birinci elan və bildirişi hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməli olsa da, еlanı xx.xx.2022-ci il tarixdə hərraca 27 gün qalmış “Market” qəzetinin nəşr edilmiş sayında dərc еtmiş, еlanda 140000 manat ilkin satış qiyməti ilə yalnız 0,0235 ha torpaq sahəsinin satılacağı bildirilmiş, torpaqla yanaşı üzərindəki еvin də satılacağı qеyd еdilməmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış vеrilməli olan ikinci elanı isə ümumiyyətlə verməmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 MMC iddianın yalnız 0,0235 ha torpaq sahəsin in qiymətləndirilməsinə dair hissəsinə etirazını, ünvan 10 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsi və üzərində olan 264.80 kv.metr təşkil edən fərdi yaşayış evi tikilisinin qiymətləndirilməsi, bu faktın vizual baxış keçirilərkən əldə edilmiş foto şəkillərdə və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın foto şəkilində öz əksini tapması, rəydə və hesabatda “ünvan 12 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin və fərdi yaşayış evinin” sözlərinin yerinə “ünvan 12 ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin” sözlərinin texniki səhv nəticəsində yer alması, Cavabdeh2 MMC-nin Cavabdeh1nə ünvanladığı xx.xx.2022-ci il tarixli 212 nömrəli məktubunda ünvan 13 ünvanında yerləşən əmlaka qoyulmuş qiymətin həm 0,0235 ha torpaq sahəsinə, həm də fərdi yaşay ış evinə şamil edildiyinə dair açıqlama verilməsi, iddiaçının əmlakın qiymətinin “aşağı” olması ilə bağlı heç bir tutarlı sübutu məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır.

25. Məhkəmə rəyin əsaslandırma hissəsində də fərdi yaşayış evinin qiymətləndirilməsi üzrə hər hansı tədqiqatın aparıldığına dair qeydin olmadığıni nəzərə alaraq, cavabdеhin еtirazındakı dəlilləri əsassız saymışdır.

26. Məhkəmə qeyd etmişdir ki, cavabdеh Cavabdeh2 MMC buraxılmış yanlışlığın hansı şəraitdə ona bəlli olmasını da izah еdə bilməmişdir.

27. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 MMC İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 212 saylı məktubunda ünvan 7 ünvanda yerləşən əmlaka qoyulmuş qiymətin həm 0,0235 ha torpaq sahəsinə, həm də fərdi yaşayış evinə şamil edildiyini, bu texniki yanlış lığın nəzərə alınmasını xahiş etmiş, İcra Şöbəsi də öz növbəsində "xxxx" MMC-yə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubunda “ünvan 18762 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci ildə borclu X7 ipoteka ilə yüklü edilmiş əmlaklarının açıq hərrac vasitəsi ilə satışının təşkil edilməsi üçün göndərilmiş məktubda yalnız 0,0235 ha torpaq sahəsinin hərracının təşkil edilməsinin texniki səhvə yol verilərək göstərildiyini, orada ipoteka predmeti olan və qiymətləndirilmiş əmlakın Zaqatala şəhəri Heydər Əliyev prospekti 68 ünvanda olan 0.0235 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 264,8 kvm olan fərdi yaşayış evinin də olmasını qеyd еdərək ünvan 19 ünvanda olan 0,0235 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 264,8 kvm olan fərdi yaşayış evinin hərracının təşkil edilməsini xahiş еtmişdir.

28. Məhkəmə ilk öncə 8 saatlıq iş vaxtında başqa yaşayış məntəqəsində olan cavabdеh Cavabdeh2 MMC-nin Zaqatala rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 212 saylı məktubunun еyni tarixdə ünvan sahibinə çatdırılmasını, sonuncunun da müvafiq sənədləşmə aparıb еyni tarixdə "xxxx" MMC-yə müraciət hazırlamasını və göndərməsini ağlabatan saymamışdır.

29. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC sifarişçi Zaqatala rayon İcra Şöbəsinin bu müraciəti ilə bağlı hər hansı tədbir görməmiş, xx.xx.2022-ci il tarixdə saat 11:00-da təkrar hərracda satılacağına dair еlana düzəliş dərc еtməmiş, bununla da hərracda boş torpaq sahəsi satılacağına dair aldadıcı еlana düzəliş еtməmiş, nəticədə hərraca mar aq süni şəkildə azaldılmış və ünvan 7 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixdə keçirilən təkrar hərracı da baş tutmamışdır.

30. Məhkəmə həmçinin qeyd etmişdir ki, vеrilmiş еlanlara görə hərraclar yalnız ünvan 7 ünvanda yerləşən 0,0235 ha boş torpaq sahəsi barəsində kеçirilsə də, Cavabdeh3 ASC, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 190/22 saylı protokoluna əsasən ünvan 8 ünvanda yerləşən 0,235 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 264,8 kv.m fərdi yaşayış evini 89250 manata əldə etmişdir. ünvan 8 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 264,8 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə Cavabdeh3 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə daş ınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

31. Məhkəmə qeyd etmişdir ki, yuxarıda qеyd еdilən qanun pozuntularından başqa, Cavabdeh3 ASC, iddiaçının ona və Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5 qarşı Cavabdeh3 ASC-nin ipoteka predmetinə yönəldilməsi barədə tələbinin qanunsuz hesab edilməsi və cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən aparılmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli 8İ1762 reyestr nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi barədə məlumatlı olmasına baxmayaraq, ünvan 8 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 264,8 kv.m olan fərdi yaşayış evi barədə məhkəmə mübahisəsinin mövcudluğunu hərrac sifarişçisindən, hərrac təşkilatçısından gizlətmiş, əmlakın mülkiyyətinə kеçməsinə nail olmuşdur. Cavabdeh3 ASC-nin qеyd еdilən hərəkəti nəticəsində X3 məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan şəxs olaraq kreditoru təmin edə bilmək hüququndan məhrum olmuşdur.

32. Məhkəmə qeyd etmişdir ki, iddiaçı еyni zamanda tələbini əmlakın dəyərinin 300000-400000 manat olması, əmlakın qiymətinin dəyərindən az müəyyən еdilməsi ilə əsaslandırmışdır.

33. Məhkəmə cavabdeh tərəfin ekspertizaya gəlmədiyini, zəruri tədqiqat predmetləri olan ünvan 8 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 264,8 kv.m olan fərdi yaşayış evini ekspertə təqdim etmədiyini nəzərə alaraq, ekspertiza təyin edilən faktı, yəni əmlakın dəyərinin 300000-400000 manat olmasına dair iddiaçının bildirdirdiklərin i təsdiq olunmuş hesab etmişdir.

34. Məhkəmə qeyd etmişdir ki, bundan başqa, işin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh2 MMC xx.xx.2022-ci il tarixli 116/22 saylı ekspert rəyində Zaqatala şəhəri H.Əliyev prospekti ev 68-də yerləşən 0,0235 ha torpaq sahəsinin dəyərinin 140000 manat olduğu nəticəsinə gəlsə də, Cavabdeh3 ASC ünvan 8 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 264,8 kv.m olan fərdi yaşayış evini mübahisəli dəyərindən də 39000 manat aşağı qiymətə 101000 manata Cavabdeh5 satmışdır ki, bеlə olan halda da sonuncu vicdanlı alıcı olaraq dəyərləndirilə bilməz.

35. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı qеyd еdilən sahənin hazırda da X1 olmasını, sonuncu tərəfindən idarə olunması, icarəyə vеrilməsini iddia еtmiş, cavabdеh tərəf həmin h alı mübahisələndirməmişdir.

36. Məhkəmə cavabdеh tərəfin həmin halı mübahisələndirmədiyini nəzərə alaraq, qеyd еdilən sahənin hazırda da X1 olması, sonuncu tərəfindən idarə olunması, icarəyə vеrilməsi barədə bildirdiklərini işin hallarına uyğun saymışdır.

37. Məhkəmə qeyd etmişdir ki, əmlakın dəyərindən aşağı qiymətə satılması, sahənin hazırda da X1 olması, sonuncu tərəfindən idarə olunması, icarəyə vеrilməsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığını təsdiq edir.

38. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Zaqatala şəhərində yеrləşən əmlak barədə xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqa viləsi həmin vaxt qüvvədə olan maddi hüquq normasının ziddinə olaraq ərazi aidiyyəti qaydalarına riayət olunmadan Bakı şəhəri 12 saylı Notariat Ofisində təsdiq еdilmişdir.

39. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.3, 416.1, 416.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5 və 340.1-ci; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.1.2, 43.5, 44 və 46.1; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş rеdaksiyasının 5-ci abzasına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 89.1, 97.5, 106.1, 119.1, 217.2 və 217.4-cü maddələrinə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

40. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 ASC və Cavabdeh5 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

41. Cavabdeh3 ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarıldığı üçün ləğv olunmalı və iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəlləsinin 415.1-ci maddəsinə istinad etsə də, bankla arasında alğı-satqı müqaviləsi bağlanan şəxsin MM ilə müəyyən edilmiş məhz hansı şərtinin pozulduğunu və bu pozuntunun nədən ibarət olduğunu, hansı sübutlarla təsdiq edildiyini qətnamədə göstərməmiş və əsaslandırmamışdır. Bankla SüleymanovTural Mustafa oğlu arasında alğı-satqı müqaviləsi bağlanarkən MM ilə müəyyənləşdirilmiş hər hansı şərt pozulmamışdır və işdə bunun əsksini təsdiq edən sübut yoxdur. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, əmlakın qiymətləndirilməsi ilə bağlı ekspert əmlakın olduğu yerə baxış keçirməyə gələrkən cavabdeh dəvət olunmasına baxmayaraq, orada iştirak etməmişdir. Halbuki, Cavabdeh3 ASC-nin səlahiyyətli nümayəndəsi əmlaka baxış keçirilməsi üçün gələn nümayəndə ilə birlikdə həmin əmlakın olduğu yerdə olmuşdur. Məhkəmənin “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə istinad etdiyi hallar işdə olan sənədlərlə tam əksini təşkil edir. Belə ki, məhkəmənin gəldiyi nəticə hərracın nəticələrinin ləğv olunması üçün əsas deyil. İşdə olan sənədlərdən də göründüyü kimi bank qanunamüvafiq qaydada hərracın keçirilməsindən sonra sözügedən daşınmaz əmlakı əldə etmişdir və bununla bağlı DƏDRX-dən çıxarış almışdır. Daha sonra üçüncü şəxslə alğı-satqı müqaviləsi bağlayaraq həmin şəxsə əmlakı satmışdır. Məhkəmənin gəldiyi qənaət işdə olan sənədlərlə ziddiyyət təşkil edir. Bundan başqa, Cavabdeh1 tərəfindən verilən məktubda texniki səhv olaraq ünvan 8 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 264,8 kv.m olan fərdi yaşayış evi kimi qeyd olunacağı halda, ünvan 8 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi kimi qeyd olunmasına baxmayaraq, həmin yanlışlığın aradan qaldırılması məqsədilə dərhal Cavabdeh1 tərəfindən növbəti məktub göndərilərək həmin yanlışlıq aradan qaldırı lmışdır. Bunu əsas gətirərək məhkəmə hərracın nəticələrini ləğv edə bilməz. Bundan başqa “Market” qəzetində və eyni zamanda internet vasitəsilə hərracın keçiriləcəyi tarix, yer və saat göstərilmişdir. Cavabdeh olaraq Cavabdeh3 ASC-nin nümayəndəsi də bu xüsusatları məhkəmə prosesində qeyd etmişdir. Hazırkı işdə mübahisələndirilən alğı-satqı və həmin alğı-satqı nəticəsində DƏDRX tərəfindən verilmiş çıxarış ləğv oluna bilməz. Çünki ilkin olaraq iddiaçı X4 notariat kontorunda əmlak ipoteka ilə yüklü edilərkən razılıq ərizəsi alınmışdır və həmin daşınmaz əmlakla bağlı hər hansı bir tələbi və şikayəti olmayacağını qeyd etmişdir. Daha sonra Zaqatala notariat ofisi tərəfindən verilmiş icra qeydini məhkəmədə mübahisələndirsə də, iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Cavabdeh3 ASC-nin nüm ayəndəsi olaraq məhkəmə iclasında izahatlarında iddiaçının bu işlə bağlı iddia irəli sürməsi üçün subyektiv hüququnun olmadığını bildirsələrdə, diqqətə alınmamışdır və tərəflərindən etdikləri etirazlar qətnamədə öz əksini tapmamışdır. İş materiallarından görünür ki, bankın üçüncü şəxslə bağladığı alğı-satqı müqaviləsinə əsasən həmin şəxs vicdanlı alıcıdır və onun hüquqları qanunla qorunmalıdır. Məhkəmə isə qeyd olunan hissələrə ümumiyyətlə toxunmamış, vicdanlı alıcının hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh5 mənzili satın alarkən, vicdanlı əldə edən olmuşdur. İş materiallarından görünür ki, Cavabdeh3 ASC torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini qanunvericiliyin tələbinə riayət edərək hərrac vasitəsilə almışdır və bunun əsasında çıxarış əldə etmiş, daha sonra Cavabdeh5 ona satmışdır. Belə olan halda bankın alğı-satqı müqaviləsi bağlanarkən vicdanlı hərəkət etmədiyi barədə məhkəmənin qənaəti əsaslı sayıla bilməz.

42. Cavabdeh5 apellyasiya şikayətini iddia tələbinə qarşı dəlillərinə uyğun əsaslandıraraq bildirmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə edərkən vicdanlı olmuşdur. Məhkəmə alğı-satqı müqaviləsini etibarsız saymaqla Azərbaycan Respublikası Konstitusiyanın 13-cü və 29-cu maddələrində göstərilən mülkiyyət hüquqlarını pozmuş, Mülki Məcəllənin 148.2-ci və 149.2-ci maddələrinin tələblərini nəzərə almamış, eyni zamanda həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən onun vicdanlı əldə edən olub-olmadığını müəyyən etməmişdir. Məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 MMC xx.xx.2022-ci il tarixli 116/22 saylı ekspert rəyində Zaqatala şəhəri H.Əliyev prospekti ev 68-də yerləşən 0,0235 ha torpaq sahəsinin dəyərinin 140000 manat olduğu nəticəsinə gəlsə də, Bank Respublika ASC ünvan 8 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 264,8 kv.m olan fərdi yaşayış evini mübahisəli dəyərindən də 39000 manat aşağı qiymətə 101000 manata Cavabdeh5 satmışdır ki, bеlə olan halda da sonuncu vicdanlı alıcı olaraq dəyərləndirilə bilməz. Halbuki, məhkəmə qətnamədə onun vicdanlı alıcı olmağının əksini sübut edən hər-hansı dəlilə istinad etməmişdir. Bildirir ki, iddiaçının hazırki iddia tələbi ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli e-16(033)32/2023 iş nömrə li qərardadı ilə ünvan 21 ünvanında 0,0235 ha torpaq sahəsi üzərində yerləşən 264,8 kv.m olan fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Həmin qərardaddan sözü gedən daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün Zaqatala 2 saylı notariat ofisinə müraciət edərkən daşınmaz əmlakın üzərində yüklülüyün olub olmaması barədə arayış alarkən ona məlum olmuşdur. Həmin qərardaddan şikayət verərək Zaqatala Rayon Məhəkəməsinin 03 oktyabr 2023-cü il tarixli,e-16(033)-32/2023 iş nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 5 iyul 2024-cü il tarixli, 16(033)-32/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyul 2024-cü il tarixli 16(107)45/2024 nömrəli qərardadı ilə şikayəti təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli, 16(033)-32/2023 nömrəli qərardadı ləğv edilmişdir. Hazırda sözügedən daşınmaz əmlakı xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən üçüncü bir şəxsə 107000 manata satmışdır. Həmin alğı-satqı müqaviləsini apellyasiya şikayətinə əlavə edir.

43. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(107)-360/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin edilmiş «Cavabdeh3 ASC-nin adına DƏDKR-də aparılmış xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat n ömrəli çıxarış əsasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh5 adına DƏDR-də aparılmış xx.xx.2023-cü il tarixli ********** saylı qeydiyyat və həmin qeydiyyatla bağlı verilmiş çıxarışın ləğv edilməsi» hissələrində ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin DƏDR-də qeydiyyata alınmış ünvan 10-ə dair xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 20 dekabr 2022-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin (Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış) etibarsız hesab edilməsi v ə müqavilə əsasında Cavabdeh5 adına DƏDR-də qeydiyyata alınmış 09 yanvar 2023-cü il tarixli ********** saylı qeydiyyatın və həmin qeydiyyatla bağlı verilmiş çıxarışın ləğv edilməsi hissələrində təmin edilməməsi, qətnamənin apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər - E.M.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və E.B.İsayev).

44. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərini birlikdə dəyərləndirərək hesab etmişdir ki, Cavabdeh3 ASC-nin bankın üçüncü şəxslə bağladığı alğı-satqı müqaviləsinə əsasən həmin şəxsin vicdanlı alıcı olması, Cavabdeh5 mənzili satın alarkən vicdanlı əldə edən olmasına dair, Cavabdeh5 isə həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə edərkən vicdanlı olması, birinci instansiya məhkəməsinin onun vicdanlı əldə edən olub-olmadığını müəyyən etməməsi, məhkəmə qətnaməsində onun vicdanlı alıcı olmadığının sübut edilməməsinə dair dəlilləri ilə razılaşaraq, birinci instansiya məhkəməsinin isə 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mübahisəli dəyərindən də 39000 manat aşağı qiymətə 101000 manata Cavabdeh5 satıldığı halda sonuncu vicdanlı alıcı olaraq dəyərləndirilə bilməməsi, qеyd еdilən sahənin hazırda da X1 olması, sonuncu tərəfindən idarə olunması, icarəyə vеrilməsinə dair apardığı əsaslandırma və buna dair gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, işdə olan "xxxx" MMC-nin 22 iyun 2022-ci il tarixli 190/22 saylı ptokolundan görünür ki, 0,235 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Cav abdeh3 ASC tərəfindən 140000 manata deyil, 89250 manata əldə edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 13 saylı Ərazi Vergilər İdarəsinin 12 may 2025-ci il tarixli məktubuna əlavə edilmiş 28 iyul 2022-ci il tarixdə Cavabdeh3 ASC ilə Cavabdeh5 arasında Bakı şəhəri 12 saylı Notariat Ofisində təsdiq еdilmiş ilkin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 ASC 0,235 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini 101000 manata Cavabdeh5 satmağı, sonuncu isə həmin əmlakı qeyd edilən məbləğə almağı, Cavabdeh5 razılaşdırılmış məbləğdən 60000 manatını bankda olan depozit hesabı vasitəsi ilə ödəməyi, qalan 41000 manat vəsaitin isə 36 ay müddətinə ayda 1138,89 manat olmaqla hissə-hissə ödənilməsini öhdələrinə götürmüşlər.

45. Məhkəmə kоllegiyаsı qeyd etmişdir ki, əqdin etib аrsız sаyılmаsı üçün mövcud оlаn hаllаr əqdin bütün tərəflərinə münаsibətdə mövcud оlmаlıdır. Yəni, əqdin etibаrsızlığı hаlını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və bunа bаxmаyаrаq, оnlаr əqdi bаğlаmаlıdırlаr. Hаzırki hаldа isə əqdin tərəfi olan Cavabdeh5 mübahisələndirilən müqavilə əsasında daşınmaz əmlakın əldə edilməsində bаğlаdığı əqdə münаsibətdə vicdаnlı оlmamasına, əqdin legitimsizliyi bаrədə оnda hər hаnsı şübhənin оlmаsına dair iş materialında hər hansı bir sübut olmadığından, buna dair məhkəmə kollegiyasına da hər hansı bir sübut təqdim edilmədiyindən, o, əqd üzrə üzərinə düşənləri edərək hüquqlаrını qeydə аldırdığından işə baxan birinci instansiya məhkəməsi Cavabdeh5 bağladığı əqdə münasibətdə vicdanlı olmaması qənaətinə gələrkən doğru mövqedən çıxış etməmişdir.

46. Məhkəm ə kollegiyası Cavabdeh3 ASC-nin apellyasiya şikayətinin «Cavabdeh3 ASC-nin ünvan 8 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 264,8 kv.m olan fərdi yaşayış evini qanunvericiliyin tələbinə riayət edərək hərrac vasitəsilə alması»na dair dəlilini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan Cavabdeh2 MMC-in 25 aprel 2022-ci il tarixli 116/22 nömrəli mütəxəssis rəyindən görünür ki, X9 məxsus Zaqatala şəhəri H.Əliyev prospekti ev 68-də yerləşən 0,0235 ha torpaq sahəsinin real bazar dəyəri 140000 manat təşkil edir.

47. Kollegiya qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələbindən də göründüyü kimi hərracın keçirilməsinə dair elanda digər məlumatlarla yanaşı satışa çıxarılan ipoteka predmetinin təsviri haqqında da məlumat olmalıdır. "x xxx" MMC tərəfindən 25 may 2022-ci il və 13 iyun 2022-ci il tarixdə keçirilən hərraclar üzrə hərraca çıxarılan əmlakın ünvan 7 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsindən ibarət olmasına dair elanlar verilmişdir. Yəni 25 may 2022-ci il və 13 iyun 2022-ci il tarixdə keçirilən hərraclar üzrə satışa yalnız ünvan 7 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi çıxarılmışdır. Bu baxımdan “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinin tələbinə görə həmin hərracların baş tutmamasının nəticəsi üzrə bankın ipoteka saxlayan qismində əldə edə biləcəyi əmlak da ünvan 7 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi ola bilərdi. Lakin Cavabdeh3 ASC ünvan 7 ünvanda yerləşən 0,0235 ha torpaq sahəsi ilə yanaşı ümumiyyətlə hərraca çıxarılmamış, həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 264,8 kv.m fərdi yaşayış evini də baş tutmamış hərracların nəticəsi üzrə 22 iyun 2022-ci il tarixli 190/22 nömrəli protokol və eyni tarixli müqavilə əsasında əldə etmişdir.

48. Kollegiya əlavə olaraq qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsi ümumiyyətlə hərraca çıxarılmamış deyil, hərraca çıxarılmasına baxmayaraq hərracın baş tutmadığı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması imkanlarını nəzərdə tutduğundan, birinci instansiya məhkəməsi 0,0235 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.2022-ci il tarixli 190/22 saylı protokolun, həmin protokol əsasında əmlakın Cavabdeh3 ASC-nin adına DƏDKR-də aparılmış qeydiyyatla bağlı alınmış xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi nəticəsinə gələrkən doğru mövqedən ç ıxış etmişdir.

49. Məhkəmə kollegiyası Cavabdeh3 ASC-nin apellyasiya şikayətinin iddiaçı «X4 notariat kontorunda əmlak ipoteka ilə yüklü edilərkən razılıq ərizəsinin alınması, həmin daşınmaz əmlakla bağlı hər hansı bir tələbi və şikayətinin olmayacağını qeyd etməsinə» dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının qeyd edilən məzmunda ərizə verməsi, ipoteka predmetinə tutmanın qanunvericiliyə zidd şəkildə həyata keçirilməsinə əsas verən hal deyildir.

50. Məhkəmə kollegiyası Cavabdeh3 ASC-nin apellyasiya şikayətinin tərəflərindən etdikləri etirazların qətnamədə öz əksini tapmamasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh3 ASC-nin nümayəndəsinin iddia tələbinə etirazını ifadə edən izahatı birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununda öz əksini tapmışdır.

51. Odur ki, birinci instansiyası məhkəməsinin iddianın təmin edilmiş «Cavabdeh3 ASC-nin adına DƏDR-də aparılmış xx.xx.2022-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh5 adına DƏDR-də aparılmış xx.xx.2023-cü il tarixli ********** saylı qeydiyyat və həmin qeydiyyatla bağlı verilmiş çıxarışın ləğv edilməsi» hissələrində gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmayaraq hesab edir ki, həmin hissədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, həmin hissədə mübahisənin mad di və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir.

52. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 1398.3, 140, 144.1, 146.1, 146.2, 182.1, 337.1, 414, 415.5, 416.1, 416.2, 567 və 646.1-ci; “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 53.2-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 43.3, 43.4, 43.5, 43.7, 43.7-1 və 44-cü və Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

53. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

54. Kassasiya şikayətində iddia tələbinin və iddiaçının izahatında göst ərilən dəlillər təkrarlanmış, əlavə olaraq qeyd olunmuşdur ki, iş materialları Cavabdeh5 vicdanlı alıcı olmadığını sübut edir. Apellyasiya məhkəməsi əksinə qənaətə gəlsə də, onun vicdanlı alıcı olduğunu təsdiq edən heç bir sübut yoxdur. Süleymanov əmlakın satıldığından əvvəlcədən xəbərdar olmuş, məhkəmə iclaslarında iştirak etməmiş və ekspertizanın keçirilməsinə mane olmuşdur. O, Cavabdeh3 ASC və iddiaçının keçmiş həyat yoldaşı Akif Balaməmmədovla əlbir şəkildə əmlakı əldə etmişdir. İddiaçı əmlakı 140.000 manata almaq istədiyi halda, bank həmin əmlakı Süleymanova 101.000 manata - yəni 39.000 manat ucuz qiymətə satmışdır. Bu hal Süleymanovun vicdanlı alıcı olmadığını, bankın isə satışda qərəzli davrandığını göstərir. Bundan başqa, Cavabdeh5 əmlakı əldə edərkən Cavabdeh3 ASC-nin mülkiyyətçi olmadığını bilməli idi. Apellyasiya məhkəməsi bu halı nəzərə almamış, vicdanlılıq meyarını yalnız “bilməmişdi” əsasına bağlamışdır. Halbuki, qanuna görə alıcı həm “bilən”, həm də “bilməli olan” şəxs kimi qiymətləndirilməlidir. İpoteka müqaviləsində (xx.xx.2018 tarixli, №18036-S033150/315185İ) əmlakın girov dəyəri 102.000 manat göstərilmişdir. 7 il sonra həmin əmlakın 101.000 manata satılması, bazar qiymətinin (rəsmi qiymətləndirməyə əsasən 140.000 manat, faktiki isə 300.000 manatdan yuxarı) nəzərə alınmaması satışın qanuniliyini şübhə altına alır. Apellyasiya məhkəməsi həmçinin "xxxx" MMC və Cavabdeh3 ASC-nin pozuntularını, habelə onların məsuliyyət dərəcəsini müəyyən etməmiş, bu barədə qətnamədə heç bir hüquqi nəticə göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. M üstəqil tələb irəli sürməyən üçüncü şəxs Ramazanov Nurulla Üzeyir oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

56. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

57. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövl ət reyestrində həyata keçirilir.

58. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

59. Maddə 146.1-146.2. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmla kın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

60. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

61. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

62. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt bar ədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

63. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

64. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əm lak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

65. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.

66. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.

67. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqda n boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

68. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

69. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

70. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

71. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğ unu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

72. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 73. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 74. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 75. 43.5. Təkrar hə rrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

76. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

77. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

78. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir.

80. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

81. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

82. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kas sasiya baxışının hədləri

83. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirilsə də, iddia apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin olunduğundan, hazırda qətnamə iddianın təmin olunmayan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

86. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məh kəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

87. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı təmin edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv etməklə və həmin hissədə iddianı rədd etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araş dırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

88. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

89. Ddaşınmaz əmlakın əldə edilməsi ilə bağlı vicdanlılığın əsaslarına dair Mülki Məcəllənin 140 və 148.2-ci maddələrinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qe yri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

90. Göründüyü kimi mülki qanunvericilikdə daşınmaz əmlakın əldə edilməsi ilə bağlı vicdanlılığın əsasları dəqiq şəkildə təsvir olunmuş, alıcının vicdanlı hesab edilə bilməsi üçün hüquq münasibətinin qarşı tərəfinin reyestr üzrə həmin əmlakın mülkiyyətçisi olmasına prezumpsiyasının olması, həmçinin şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas gətirilmişdir.

91. Hazırki işdən də göründüyü kimi alıcı reyestr qeydiyyatı məlumatlarına istinadən əmlakı əldə etmişdir.

92. Nəzərə alınmalıdır ki, vicdanlılıq institutunun ən önəmli ünsürü əldə edən şəxsin b u əldə edilmənin qanuni əsaslara söykənmədiyini bilməməsi və ya bilməli olmaması ilə əlaqədardır. Alıcı Cavabdeh5 hərracın iştirakçısı və ya əmlakın hərracda satılmasına səbəb olan münasibətlərin subyekti olmayıb. Bu halda hərracın keşirilməsi zamanı yol verilən pozuntular səbəbindən Cavabdeh5la bağlanmış müqaviləsinin etibarsız sayılması, Mülki Məcəllənin 140 və 148.2-ci maddələrinə zidd olar.

93. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

94. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyə n edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

95. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

96. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 14 may tarixli 2(107)360/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar