Məhkəmə qərarları › İş №2(102)-2806/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2806/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2806/2020 03.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili X6, cavabdeh X2, onun vəkili X5 və digər Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı “pul tələbi” nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)10196/2019 nömrəli qətnaməsindən cavabdeh X7 qızının kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mirzağa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X4 və Cavabdeh1 müştərək qaydada 10100 manat məbləğində pulun və əldən çıxmış faydaya görə 2000 manat, cəmi 12.100 məbləğində pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4402/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10.100 (on min yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlər X4 və Cavabdeh1 tutularaq iddiaçı x ödənilməsi qət edilmişdir. (hakim Ayaz Məmmədov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10196/2019 saylı, xx xxxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh1n apellyasiya şikayəti qismən təmin edilmiş, Bak ı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4402/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi qismən, yəni cavabdehlər X4 və Cavabdeh1 10.100 (on min yüz) manat məbləğində pulun müştərək qaydada iddiaçı x xeyrinə tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, Cavabdeh1 iddiaçının xeyrinə 1500 (bir min beş yüz) manat, cavabdeh X1 iddiaçının xeyrinə 8600 (səkkiz min altı yüz) manat pul vəsaitinin tutulması qət edilmişdir. (hakimlər Rəfail Eyvazov (sədrlik edən və məruzəçi) Zaur Əliyev, Fuad Talışınski) Cavabdeh X4 (vəkil X8) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən q ətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, iddianın təmin olunma əsası kimi istinad edilən qəbz iddiaçı tərəfindən Cavabdeh2 məcburi qaydada, hədə təsiri altında yazdırılıb. Cavabdeh2 lal və kardır, iddiaçı onun bu vəziyyətindən istifadə edib. Buna görə də iddia tələbi saxta sübuta əsaslanır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X4, onun vəkili X8 və digər Cavabdeh1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili x kassasiya şikayətini qəbul etməyərək, tərəflər arasında borc münasibətləri olmasının cavabdehin verdiyi qəbzlə yanaşı, vatçap yazışmaları ilə də təsdiq edilməsini diqqətə çatdıraraq, şikayətin təmin olunmaması barədə qər ar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İŞİN HALLARİ İddia tələbi ondan ibarətdir ki, İddiaçı cavabdehlərə banka borcunu ödəmək məqsədi ilə əvvəlcə 3000 manat, sonradan ayrı-ayrı vaxtlarda borc pul vermişdir. Bu barədə Cavabdeh2 qəbz yazmışdır. Birinci instansiya məhkəməsi iddianı əsas borc məbləği hissəsində təmin etmişdir. Cavabdeh1 apelyasiya şikayəti vermiş, şikayətində özünün ümumiyyətlə, iddiaçıdan borc almamasını, digər cavabdeh olan anasının isə qəbzi hədə təsiri altında yazdığını bildirmişdir. Eyni zamanda işə apelyasiya qaydasında baxılarkən Cavabdeh1 iddiaçıdan 1500 manat borc almasını yazılı ərizədə etiraf etməklə yanaşı, həmin pulu qaytardığını da bildirmişdir. Apelyasiya instansiyası məhkəməsi də cavabdehin Cavabdeh1 etirafına əsasən yuxarıda göstərilən qətna məni qəbul etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyasının qətnaməsini Cavabdeh2 mübahisələndirir. Bu baxımdan, hazırki kasasiyanın predmetini yalnız Cavabdeh2 8600 manat pulun tutulması təşkil etdiyindən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Məhkəmə kollegiyasıtərəfləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən X2 (kassator) kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, ap elyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən 10100 manat pulun hər iki cavabdeh tərəfindən müştərək qaydada götürülməsinin qəbzdə göstərilməməsini, iddiaçının həmin pul vəsaitinin cavabdehlər tərəfindən birgə götürülməsi ilə bağlı məhkəməyə sübut təqdim etməməsini, apellyasiya baxışında Cavabdeh1 iddiaçıdan şəxsən 1500 manat borc pul almasını etiraf etməsi barədə ərizə yazmasını, həmin pulu qaytarmasını bildirsə də, Cavabdeh1 bu barədə məhkəməyə sübut verməməsini müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 442, 739 və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli qəbzlə iddiaçıdan 10100 manat məbləğində borc pul götürdüyünü təsdiq edərək, may ayında 2000 manat, qalan məbləği isə hər ay 300 manat məbləğində qaytaracağını öhdəsinə götürmüşdür. Həmin pulun 1500 manatını digər Cavabdeh1 iddiaçıdan aldığını etiraf etmişdir. İşin mübahisəli halı olan Cavabdeh2 qeyd edilən qəbzi hədə altında yazması müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla da müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında borc münasibətlərində n doğan öhdəlik vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara m ülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin qeyd edilən maddələrini düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qəbul etmir. Hazırki işdə apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh X2 (kassator) kassasiya şikayətitəmin edilməməli, kassatora münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X2 (kassator) kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-10196/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar