Məhkəmə qərarları › İş №2(102)-2807/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2807/2023

27.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2807/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və digərlərinin Cavabdeh3 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin qanuni mülkiyyətçilərə təhvil verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-47/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Allahyar oğlunun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 27 sentyabr 2023-cü il tarixdə A li Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Lənkəran rayon AİK-in 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarı ilə X6, İddiaçı1 və digər ailə üzvlərinin birgə mülkiyyətinə Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,00 ha paybəlli torpaq sahəsi verilib. Bu barədə JN-480 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da vardır.

2. Lənkəran rayon AİK-in 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarı ilə İddiaçı4 mülkiyyətinə Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,11 ha paybəlli torpaq sahəsi verilib. Bu barədə JN-481 KOD80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da vardır.

3. Lənkəran rayon AİK-in 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarı ilə İddiaçı5 mülkiyyətinə Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,11 ha paybəlli torpaq sahəsi verilib. Bu barədə JN-482 KOD80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da vardır.

4. Lənkəran rayon AİK-in 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarı ilə X7 və digər 3 ailə üzvünün birgə mülkiyyətinə Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.19 ha paybəlli torpaq sahəsi verilib. Bu barədə JN-483 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, X6, X7, İddiaçı5, İddiaçı4 cavabdehlər Cavabdeh1 Allahyar oğlu, Cavabdeh2 və Cavab deh3 qarşı iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan torpaq sahələrinin cavabdehlər Cavabdeh1 Allahyar oğlu, Cavabdeh2 və X8 qanunsuz sahibliyindən azad edilməsi və həmin torpaq sahələrinin qanuni mülkiyyətçilərə (iddiaçılara) təhvil verilməsi, mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda cavabdeh X10 tərəfindən inşa edilmiş qanunsuz tikilinin (fərd yaşayış evi) sökülməsi, torpaq sahələrinin ətrafına cavabdehlər tərəfindən çəkilmiş ağac payalar və tikanlı məftillərdən ibarət olan hasarın onların öz vəsaitləri hesabına sökülməklə yolun və torpaq sahələrinin əvvəlki vəziyyətinə qaytarılması, mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etməklərinə cavabdehlər tərəfindən yaradılan maneələr in aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. Lənkəran rayonu, Osaküçə bələdiyyəsi 3-cü şəxs qismində qoyulmuşdur.

7. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçıların pay torpaq sahələri Osaküçə kəndində yanbayan yerləşmişdir və iddiaçılar həmin torpaq sahələrindən təyinatı üzrə istifadə etmişlər. 2018-ci ilin iyun-iyul aylarından (biçin fəsli bitdikdən sonra) başlayaraq cavabdehlər iddiaçıların torpaq sahələrini və həmin torpaq sahələrinə gediş-gəliş yolunu zəbt etməklə orada qanunsuz tikililər inşa etməyə başlamışlar. Bununla bağlı dəfələrlə cavabdehlərin özlərinə və kənd icra nümayəndəliyinə, həmçinin kənd bələdiyyəsinə müraciətlər etsələr də, heç bir müsbət nəticə əldə olunmamışdır.Cavabdehlər iddiaçıları n mülkiyyətində olan torpaq sahələrini eninə hissədən zəbt etməklə ayrı-ayrılıqda hər birinin torpağını cavabdehlər Cavabdeh1 Allahyar oğlu və Cavabdeh2 qanunsuz tutub kənarlarına ağac payalar basdıraraq tikanlı məftillərlə hasara almış, Cavabdeh3 isə iddiaçıların torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş və ümumi istifadədə olan yolu tamamilə bağlamış, orada bacısı üçün ev tikməyə başlamışdır.Cavabdehlərin qanunsuz hərəkəti nəticəsində torpaq sahələrinə heç bir qaydada daxil ola bilmirlər. Lakin, iddiaçılar hansı cavabdehin, onların hansının torpaq sahəsini hansı ölçüdə zəbt etdiyini dəqiq bilmirlər. Bunlara həmin şəraiti yaradan isə kənd bələdiyyəsidir.Cavabdehlərin bu qanunsuz əməlləri nəticəsində iddiaçılara maddi ziyan da dəyir. Belə ki, payız mövsümü torpaqların əkin üçün hazırlanma dövrüdür və iddiaçılar öz torpaqlarından istifadə edə, həmçinin torpaq sahəsinin içərisinə daxil ola bilmirlər. Cavabdehlərə dəfələrlə xəbardarlıqedilməsinə baxmayaraq onlar buna əhəmiyyət verməyərək qanunsuz hərəktlərini davam etdirirlər.

8. Birinci instansiya məhkəməsi 21 dekabr 2018-ci il tarixli qərardadla iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında cavabdehlər tərəfindən iddiaçılara məxsus torpağın zəbt edilib-edilməməsini müəyyən etmək üçün müvafiq suallar qoymuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarını mütəxəssis kimi ekspertizaya cəlb etmişdir.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2019-cu il tarixli, 4268 nömrəli ekspert rəyində qeyd edilib ki, (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi ə sas götürülməklə) iddiaçılara məxsus torpaq sahələri cavabdehlər Cavabdeh1 Allahyar oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindənistifadə olunmur. İddiaçılara məxsus pay bəlli torpaq sahələrində və ya həmin torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadə olan yolda Cavabdeh3 tərəfindən qanunsuz tikili (fərdi ev) inşa edilməmişdir. İddiaçıların mülkiyyətində olan torpaq sahələrinin ətrafında cavabdehlər tərəfindən ağaclar və tikanlı məftillərdən olan hasar çəkilməmişdir.

10. İddiaçıların vəsatəti əsasında birinci instansiya məhkəməsi 17 may 2019cu il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında müvafiq suallar qoymuş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarını mütəxəssis kimi ekspertizaya cəlb etmişdir.

11. Əd liyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 01 oktyabr 2019-cu il tarixli 23718 nömrəli ekspert rəyində qeyd edilib ki, (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi əsas götürülməklə) iddiaçılara məxsus torpaq sahələri ayrı-ayrılıqda GPS aparatı ilə ölçülməklə hər bir Dövlət Aktı üzrə yerində müəyyənləşdirildi və iddiaçıların torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki yerləşdiyi məkan göstəriciləri arasında uyğunsuzluq olduğu müəyyən edildi. İddiaçılara məxsus paybəlli torpaq sahələri faktiki olaraq ölçülüb müəyyənləşdirildikdən sonra iddiaçıların iddia etdikləri yol kimi hesab edilən Osaküçə təsərrüfatının “Torpaq islahatlarına dair kompleks yerquruluşulayihəsi”nə əsasən meşə zolağı ərazisi olduğu və iddiaçıların pay torpa q sahələrinə gediş-gəliş yolu kimi istifadə edilə bilən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin iddia olunan yerdən şimal istiqamətində, yəni meşə zolağı ilə pay torpaqları ərazisində yerləşdiyi müəyyən edildi.

12. Birinci instansiya məhkəməsi 28 noyabr 2019-cu il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında cavabdehlər tərəfindən iddiaçılara məxsus torpağın zəbt edilib-edilməməsini müəyyən etmək üçün müvafiq suallar qoymuş, "xxxx" MMC-nin əməkdaşlarını mütəxəssis kimi ekspertizaya cəlb etmişdir.

13. Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 27 aprel 2020-ci il tarixli 31437 nömrəli ekspert rəyinə əsasən iddiaçılara məxsus torpaq sahəsinə gedən yolun üzərində Cavabdeh3 tərəfindən iki mərtəbəli fərdi yaşayış evi inşa edil mişdir. Cavabdeh3 inşa etdiyi tikili iddiaçıların torpaq sahələrinə gedən yolun üzərində olduğu üçün sərbəst şəkildə daxil olmağa və oradan istifadə etməyə maneə olur. İddiaçılar X1, İddiaçı4 və İddiaçı5 məxsus torpaq sahələrində və yolun ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş hissəsində Cavabdeh1 Allahyar oğlu tərəfindən 0.15 ha torpaq sahəsi ağac dirəklər və tikanlı məftillərlə hasara alınmışdır. İddiaçılara məxsus torpaq sahələri hazırda yalnız Cavabdeh1 Allahyar oğlu tərəfindən istifadə olunur.

14. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Allahyar oğlu sonuncu rəy üzrə ekspertiza zamanı iştiraklarının təmin olunmamasını, verilən zaman rəylər arasında fərq olduğunu bildirərək, təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermişlər.

15. Cavabdeh3 iddiaya etiraz edib. Etirazın dəlilləri: Lənkəran rayonu, Osaküçə kəndində ailəsi ilə birlikdə yaşayır. Onun yaşayış evi olmadığına görə yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması barədə Osaküçə bələdiyyəsinə müraciət etmiş və Osaküçə bələdiyyəsinin sədri Tərbiyə Cavadova ona torpaq sahəsi göstərərək istifadə etməsini, sənədləşdirmənin isə sonradan aparılacağını bildirmişdir. Ona görə də o, göstərilən sahədə ev tikməyə başlamışdır; lakin sonradan həmin torpaq sahəsi ilə əlaqədar mübahisə yarandığından tikintini yarımçıq saxlamışdır. İstifadə etdiyi torpaq sahəsi iddiaçıların torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulan torpaq sahəsi deyil. İddiaçıların torpaq sahəsinə gedən yol başqa yerdə yerləşir. Bu, öz təsdiqini məhkəmə ekspertizasının 01 oktyabr 2019-cu iltarixli, 23717 saylı rəyində də öz təsdiqini tapmışdır.

16. Cavabdeh1 Allahyar oğlu da iddiaya etiraz edib. Etirazın dəlilləri: Lənkəran rayonu, Osaküçə kəndində ailəsi ilə birlikdə yaşayır. Onun torpaq sahəsi olmadığına görə torpaq sahəsinin ayrılması barədə Osaküçə bələdiyyəsinə müraciət etmiş və Osaküçə bələdiyyəsinin sədri Tərbiyə Cavadova ona iddiaçıların torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi göstərərək istifadə etməsini, sənədləşdirmənin isə sonradan aparılacağını bildirmişdir. Buna görə də o, göstərilən sahənin kənarlarına ağac payalar basdıraraq hasara almışdır;onun istifadəsində olan torpaq sahəsinin iddiaçıların torpaq sahəsinə heç bir aidiyyatı yoxdur.

17. Üçüncü şəxs Osaküçə bələdiyyəsinin Nümayəndəsi (sədri) Cavadova TərbiyyəBalarza qızı iddia tələbi ilə bağlı bildirib ki, Osaküçə kənd sakinləri Cavabdeh1 Allahyar oğlu, Cav abdeh2 və Cavabdeh3 ona müraciət edərək ev tikmək və həyətyanı sahə üçün torpaq sahələrinin ayrılmasını xahiş etmişlər. O, da bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən onların hər birinə ayrılıqda torpaq sahələri göstərərək gələcəkdə sənədləşdirmə işlərinin aparılacağını bildirmişdir. Lakin sonradan sənədləşdirmə aparmaq mümkün olmamışdır. Onun tərəfindən Cavabdeh1 Allahyar oğluna, Cavabdeh2 və Cavabdeh3 ayrılmış torpaq sahələri bələdiyyənin mülkiyyətinə aid olan torpaq sahələridir və iddiaçıların torpaq sahəsinə heç bir aidiyyatı yoxdur.

18. Lənkəran Rayon Məhkəməsinin 2(049)-55/2020 saylı, 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə, (hakim Mütəllim İsayev) iddia qismən təmin edilmiş, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarı ilə JN-480 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X6, İddiaçı1Yusub qızı və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1.00 ha paybəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-481 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı4 mülkiyyətinə verilmiş 0.11 ha paybəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-482 KOD80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı5 mülkiyy ətinə verilmiş 0.11 ha paybəlli torpaq sahəsinin, Lənkəran rayon AİK-nın 15 aprel 1998-ci il tarixli 07 saylı qərarı ilə JN-483 KOD-80216018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Lənkəran rayonu, Osaküçə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X7 və digər 3 ailə üzvünün birgə mülkiyyətinə verilmiş torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolda Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikilinin (fərdi yaşayış evi) Cavabdeh3 vəsaiti hesabına sökülməsi, Cavabdeh1 Allahyar oğlunun iddiaçılar İddiaçı1 Yaqub qızına, İddiaçı2, İddiaçı4 və İddiaçı5 məxsus torpaq sahələrindən və yolun ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 0.15 ha torpaq sahəsi hissəsindən çıxarılması, həmin torpaq sahəsi ətrafına çəkilmiş ağac dirə klər və tikanlı məftillərin Cavabdeh1 Allahyar oğlunun vəsaiti hesabına sökülməklə yol və torpaq sahələrinin əvvəlki vəziyyətinəqaytarılması, iddiaçıların öz mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etmələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onların qanunsuz hərəkətlərinə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh3 iddiaçılara məxsus torpaq sahəsinə gedən yolu qanunsuz olaraq zəbt edərək üzərində fərdi yaşayış evi inşa edərək onun inşa etdiyi tikili iddiaçıların torpaq sahələrinə gedən yolun üzərində olduğu üçün sərbəst şəkildə daxil olmağa və oradan istifadə etməyə mane olur, Cavabdeh1 Allahyar oğlu i sə İddiaçı1 Yaqub qızına, İddiaçı2, İddiaçı4 və İddiaçı5 məxsus torpaq sahəsinin 0.15 ha torpaq sahələrini və yolun ümumi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş hissəsini qanunsuz olaraq zəbt edərək ağac dirəklər və tikanlı məftillərlə hasara almışdır.

20. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 180.1, 180.4, 239-cu maddələri, habelə Torpaq Məcəlləsinin 111-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Cavabdehlər Cavabdeh1 Allahyar oğlu və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verib qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişlər.

22. Apellyasiya şikayətləri belə əsaslandırılıb ki, qətnamə məhkəmə tərəfində n maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə ətraflı araşdırma aparmamışdır. Belə ki, iş üzrə 3 dəfə ekspertiza keçirilmiş, məhkəmə əvvəlki ekspert rəyləri ilə ziddiyyət təşkil edən sonuncu ekspert rəyini əsas götürərək mübahisəni həll etmişdir.

23. Cavabdehlər apellyasiya baxışında iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət vermiş, apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə əlavə edilmiş sxemin təqdim edilməsinədək vəsatəti baxılmamış saxlamışdır.

24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(106)-487/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İsmayıl Əhmədov sədrlik edən, məruzəçi, Tale Kərimov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2(049)-55/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə keçirilmiş sonuncu tikinti texniki ekspertizanın rəyini əsas götürməsi düzgün olmuşdur. Belə ki, bu ekspert rəyinin təyin edilməsi zamanı məhkəmə ekspertiza təyin edilməsi barədə qərardadda əvvəlki ekspertiza rəyləri ilə razılaşmamasının səbəblərini göstərmiş, bu səbəblər aradan qaldırılmaqla ekspertizanın keçirilməsi üçün ekspertlərin üzərinə vəzifələr qoymuş, rəyin hazırlanması zamanı müxtəlif ekspert idarələrinin mütəxəssisləri iştirak etmişlər.

26. Apellyasiya instansiyası işin müəyyən edilmiş hallarına əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddianı qismən təmin edərkən birinci instansiy a məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş və iş üzrə gəlinən nəticə işin faktiki hallarına uyğun olmuşdur. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

27. Cavabdehlər Cavabdeh1 Allahyar oğlu və Cavabdeh3 ayrı-ayrılıqda (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianını rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

28. Kassasiya şikayətlərinin dəlilləri: birinci instansiya məhkəməsi tərəfindən 3 dəfə ekspertiza keçirilmiş və birinci iki ekspertiza rəyi ilə iddiaçıların iddia etdikləri öz təsdiqini tapmamışdır. Hər dəfə də iddiaçılar və onların vəkili ekspertiza rəyi il razı olmayaraq təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermişlər və hər dəfə də məhkəmə onların vəsatətl ərini təmin edərək ekspertiza təyin etmişdir; sonuncu ekspertiza rəyi ilə isə razı olmayan cavabdehlər təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət versələr də məhkəmə onların vəsatətini qəbul etməkdən belə imtina etmişdir. İddiaçılar ekspertiazının rəyi ilə razı olmayanda məhkəmə onların təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatətlərini təmin edib, təkrar ekspertizanın keçirilməsi barədə qərardad qəbul edir, cavabdehlər isə ekspertizanın rəyi ilə razı olmayanda təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verəndə məhkəmə onların vəsatətini qəbul etməkdən belə imtina edir;apellyasiya məhkəməsi qətnamədə göstərib ki, birinci instansiya məhkəməsinin iş üzrə keçirilmiş sonuncu tikinti texniki ekspertizanın rəyini əsas götürməsi düzgün olmuşdur. Belə ki, bu ekspert rəyinin təyi n edilməsi zamanı məhkəmə ekspertiza təyin edilməsi barədə qərardadda əvvəlki ekspertiza rəyləri ilə razılaşmamasının səbəblərini göstərmiş, bu səbəblər aradan qaldırılmaqla ekspertizanın keçirilməsi üçün ekspertlərin üzərinə vəzifələr qoymuş, rəyin hazırlanması zamanı müxtəlif ekspert idarələrinin mütəxəssisləri iştirak etmişlər.Apellyasiya məhkəməsinin istinad etdiyi bu hal da düzgün deyil. Çünki birinci instansiya məhkəməsi ekspertlər qarşısında eyni suallar qoymuşdur.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası 2(102)158/2022 saylı, 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Aqil Abbasov sədrlik edən, məruzəçi, Elşanə Vəliyeva və Elşad Şamayev) kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yeni apellyasiya baxışına göndərilmişdir.

30. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi ziddiyyətli ekspert rəyinə istinad etməklə iddianı təmin etmiş, apellyasiya məhkəməsi də cavabdehlərin dəlillərinə qiymət verməmiş, qətnaməni dəyişdirmədən saxlamaqla səhvə yol vermişdir. Məhkəmə qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi ekspert rəyinə formal yanaşmış, rəyi MPM-in 88 və 103.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun qiymətləndirməmişlər.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, tətbiq edilən maddi hüquq normaları da işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq həm vindikasiya, h əm də neqator (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi, maneələrin aradan qaldırılması) tələbidir. Bu iddiaların təmin olunmasının da əsas şərti mülkiyyətdə olan əmlakın digər şəxsin qanunsuz sahibliyində olması, mülkiyyətdən istifadəyə maneələrin törədilməsi halının müəyyən edilməsindən asılıdır. Hazırki işdə isə iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin və bu sahələrə gedən yolun cavabdehlərin istifadə etməsi halı sübutların düzgün qiymətləndirilməsi ilə müəyyən edilib, belə olan halda mülkiyyətin müdafiəsi ilə bağlı maddi hüquq normaları da düzgün tətbiq edilmiş hesab edilə bilməz.

32. Kassasiya instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2-ci maddələri, habelə Torpaq Məcəlləsinin 111-ci maddələri ilə əsaslandırmışdır. ç) Apelly asiya instansiyası məhkəməsində ikinci icraat

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə müvafiq göstərişlərindən sonra iş üzrə əlavə tikinti-texniki ekspertizası keçirilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis arayışı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyi alınmışdır.

34. İş üzrə məhkəmə tikin-texniki ekspertizasının 21 dekabr 2022-ci il tarixli ekspert rəyinə görə, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 sayli qərari əsasında JN-480, KOD 80216018 nömreli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə Adigözəlova (Əsgərova) Sazərif Yusub (Yəhya) qızı, İddiaçı2 və digər ailə üzvlərinin mülkiyyətl ərinə verilmiş 1,0 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında JN-483, KOD 80216018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı3 Əbdül oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,19 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında JN-482, KOD 80216018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı5 mülkiyyətinə verilmiş 0,11 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin və Lənkəran rayon X5 xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında JN-481, KOD 80216018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı4 mülkiyyətinə verilmiş 0,11 ha kənd təsərrüfatı təyinatli pay torpaq sahəsinin koordinatları müəyyən edilmişdir.

35. Rəyə görə, torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsinə əsasən hazirki mülki işdə iddiaçılar qismində olan İddiaçı1, İddiaçı2, İddiaçı3 Əbdül oğlu, İddiaçı5, İddiaçı4 JN-480, JN-481, JN-482 və JN-483 nömrəli Dövlət Aktları ilə mülkiyyətlərinə verilmiş pay torpaq sahələri 3 tərəfdən (şimal, şərq və qərb istiqamətlərindən) digər sakinlərə məxsus xüsusi mülkiyyətdə olan pay torpaq sahələri ilə həmsərhəddir. Yalnız cənub istiqamətində (mübahisə predmeti olan ərazidə) sözügedən torpaq sahələri bələdiyyə mülkiyyətində olan (meşə zolağı və həmin zolaqla iddiaçıların pay torpaq sahələri arasında eni orta hesabla 5-8 m olan sair torpaq sahələri) torpaq sahələr i ilə həmsərhəddir. İddiaçılar vaxtilə sonuncu qeyd edilən ərazidən gediş-gəliş yolu kimi istifadə etmiş və hazırda da yol kimi iddia edilən torpaq sahəsinin həmin əraziyə aid olması müəyyən edilir.

36. Rəydə göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********08 saylı mütəxəssis rəyinə əsasən, cavabdehlər Cavabdeh1 Allahyar oğlu və Cavabdeh3 faktiki istifadə etdikləri torpaq sahələrinin yerləşdiyi yerin koordinatları müəyyən edilmişdir. Həmin torpaq təsərrüfatı təyinatlı (islahat uqodiyası meşə zolağı) torpaq sahəsi olduğu müəyyən edildi.

37. Rəyə görə, iddiacılar İddiaçı1Yusub qızı, İddiaçı2, X9, İddiaçı5, İddiaçı4 məxsus pay torpaq sahələrinin cavabdehlər Cavabdeh1 Allahyar oğlu və Cavabde h3 tərəfindən istifadə olunmadığı müəyyən edildi. 1-ci sualın cavabında qeyd edildiyi kimi torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsinə əsasən iddiaçılara məxsus torpaq sahələrinə gediş-gəliş yolu kimi həmin torpaq sahələrinin yalnız cənubistiqamətində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən mümkün ola bilər. Çünki layihəyə əsasən həmin torpaq sahələri digər 3 tərəfdən xüsusi mülkiyyətdə olan digər sakinlərə məxsus pay torpaq sahələri ilə həmsərhəddir. Bu baxımdan iddiacilara məxsus torpaq sahələrinə vaxtilə iddiaçılar tərəfindən gediş-gəliş yolu kimi istifadə edilən torpaq sahəsini faktiki olaraq cavabdehlər Cavabdeh3 (Cavabdeh3 tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir) və Cavabdeh1 Allahyar oğlu tərəfindən tutularaq həyətyanı torpaq sahəsi kimi istifadə edilməsi müəyyən edildi.

38. Rəydə eyni zamanda qeyd edilmişdir ki, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən JN-480 nömrəli Dövlət Aktı ilə İddiaçı1 qizi, X6 və digər ailə üzvlərinin, JN-481 nömrəli Dövlat Akti ilə İddiaçı4, JN-482 nömrəli Dövlət Aktı ilə İddiaçı5 və JN-483 nömrəli Dövlət Aktı ilə ilə İddiaçı3 Əbdül oğlu və onun ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahələrinə (sözügedən torpaq sahələrinə gedişgəlişyolunun faktiki olaraq mövcud olmamasına görə elektron uçot işləri görülən zaman bu hal nəzərə alınmış) həmin torpaq sahələrinin şimal istiqamətində yol nəzərdə tutulmuş və nəzərdə tutulan həmin yolun da tədqiqat zamanı faktiki olaraq digər şəxs və ya şəxslər müəyyən ed ildi.

39. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyası 2(106)-47/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov sədrlik edən, məruzəçi, Samir Mayılov və Pərviz Əhmədov) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır.

40. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar gediş-gəliş yolu kimi istifadə etdiyi, bələdiyyə mülkiyyətində olan ərazi cavabdehlər tərəfindən özbaşına zəbt edilmiş, orada müəyyən tikililər inşa edilmişdir. Cavabdehlər etirazlarına iddiaçılara məxsus torpaq sahəsinə gediş-gəliş yolunun şimal tərəfdən olduğunu iddia etsələr də məhkəmə kollegiyası hesab etmişdir ki, bu, cavabdehlərin ümumi bələdiyyəyə aid və istifadədə olan (istər meşə zolağ ı, istərsə də ümumi bələdiyyə mülkiyyətinə aid olan) torpaq sahələrini zəbt etməyə hüquqları yoxdur. Çünki cavabdehlərin bu hərəkəti iddiaçıların torpaqlarından təyinatı üzrə istifadə etmələrinə, orada kənd təsərrüfatı məhsulları istehsal etməyə maneçilik törətməklə yanaşı, kənd sakinləri olaraq həmin sahədən ümumi olaraq istifadəyə də imkan vermir.

41. Məhkəmə Kollegiyası tərəflərin izahatlarına, iş üzrə təqdim edilmiş sübutlara, o cümlədən iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının 21 dekabr 2022-ci il tarixli rəyinə əsaslanaraq belə hesab etmişdir ki, iddia əsaslıdır.

42. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlər öz etirazlarını əsaslandıra və sübuta yetirə bilməmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlillə ri a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdehlər (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla bir-birinə zidd olan bir neçə ekspert rəyinin mövcud olmasına baxmayaraq işin faktiki hallarını tam və hərtərəfli araşdırmamaqla qətnamə qəbul etmişdir. Həmin rəylər arasında olan ziddiyyətlərin aradan qaldırılmasından ötrü məhkəmə tərəfindən hər hansı bir araşdırma aparılmamış, hazırda mənim və digər cavabdeh tərəfindən iddiaçılara məxsus olan torpaq sahəsinin hər hansı bir hissəsi və ya həmin torpaq sahələ rinə gedən yolun tutulması hallarının heç bir sübutla təsdiq edilmədiyi halda məhkəmə tərəfindən cavabdehlərin iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən yolun guya zəbt olunması halının müəyyən edildiyi nəticəyə gəlinmiş, ekspert rəyinin nəticə hissəsinin ehtimala əsaslanmasına da məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Bundan əlavə məhkəmə iddia tələbinin əsaslı olmasını Mülki Məcəllənin 180.4-cü maddəsi ilə və Torpaq Məcəlləsinin 111-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə bu zaman hazırki iş üzrə iddiaçıların iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqlarının olub-olmamasını araşdırmamışdır. Məhkəmə kollegiyası tərəfindən səthi araşdırma aparılaraq və qanunvericiliyin tələblərinə əməl edilməyərək hazırki işin yuxarıda qeyd olunan hallarına düzgün hüqu qi qiymət verilməmiş və bu azmış kimi Mülki Məcəllənin, torpaq Məcəlləsinin yuxarıda qeyd olunan göstərişlərini də pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. İddiaçılar kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

46. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

48. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi şəkildə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

49. Maddə

111. Az ərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırki kassasiya şikayətlərində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsində icraat

61. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri ni hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

62. Cavabdehlər kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiklərini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

62. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998ci il tarixli, 07 saylı qərarı ilə iddiaçılara kənd təsərrüfatı məhsullarının istehsalı üçün müvafiq ölçülərə uyğun torpaq sa hələri ayrılmış, bu barədə onların adlarına müvafiq qaydada mülkiyyət hüquqlarını təsdiq edən Dövlət Aktları verilmişdir.

63. Lənkəran rayonu, Osaküçə kəndində İddiaçı1, X6 və digər ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.00 hektar torpaq sahəsi, Lənkəran rayonu, Osaküçə kəndində X2 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.11 hektar torpaq sahəsi, Lənkəran rayonu Osaküçə kəndində X3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.11 hektar torpaq sahəsi, Lənkəran rayonu Osaküçə kəndində X4 və və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.19 hektar torpaq sahəsi verilmişdir.

64. İddiaçılar hazırki tələblərində onlara məxsus torpaq sahələrinə gedən ümumi yolun cavabdehlər tərəfindən q anunsuz zəbt edildiyini, orada qanunsuz tikililər inşa edildiyini, çəpər çəkildiyini iddia etməklə, yolun açılmasını, qanunsuz inşa edilmiş tikilinin vəçəpərin sökülməsini xahiş edirlər.

65. Cavabdehlər isə iddianı qəbul etməmiş, mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olduğunu, onlara bələdiyyə tərəfindən verildiyini, iddiaçıların torpaq sahəsinə gediş-gəliş yolunun şimal tərəfdən olduğunu bildirmişlər.

66. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehlərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçılar sahiblikdən məhrum edilmədən, mülkiyyətdən istifadəyə edilən maneələrlə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi əsasında iddia vermişlər.

68. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edəbilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

69. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikin ti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi şəkildə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

70. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fi ziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

71. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəylərinə əsaslanmaqla iddianı qismən təmin etmişdir.

72. Apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib müəyyən etmişdir ki, iddiaçılar gedişgəliş yolu kimi istifadə etdiyi, bələdiyyə mülkiyyətində olan ərazi cavabdehlər tərəfindən özbaşına zəbt edilmiş, orada müəyyən tikililər inşa edilmişdir.

73. Cavabdehlər kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərində iddiaçılara məxsus torpaq sahəsinə gediş-gəliş yolunun şimal tərəfdən olduğunu iddia etsələr də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu, cavabdehlərin ümumi bələdiyyəyə aid və istifadədə olan (istər meşə zolağı, istərsə də ümumi bələdiyyə mülkiyyətinə aid olan) torpaq sahələrini zəbt etməyə hüquqları yoxdur. Çünki cavabdehlərin bu hərəkətləri iddiaçıların torpaq sahələrindən təyinatı üzrə istifadə etmələrinə, orada kənd təsərrüfatı məhsulları istehsal etməyə maneçilik törətməklə yanaşı, kənd sakinləri olaraq həmin sahədən ümumi olaraq istifadəyə də imkan vermir.

74. Bundan başqa, cavabdehlərin özlərinin izahatlarından və Lənkəran rayonu, Osaküçə bələdiyyəsinin verdiyi məlumatdan görünür ki, cavabdehlərə bələdiyyə tərəfindən rəsmi olaraq torpaq sahəsi ayrılmamışdır. Həmçinin həmin sahə ölçülərinə görə də təyi natı üzrə istifadəyə verilməsi üçün uyğun olmadığından müvafiq Aqrar İslahat Komissiyası tərəfindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilməmişdir.

75. Digər tərəfdən, izahatlardan və iş üzrə təqdim edilmiş digər sübutlardan görünür ki, mübahisəli torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlardır və həmin ərazidəki torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuşdur. Cavabdehlərin orada yaşayış evi inşa etməsi də yolverilməzdir.

76. Bu baxımdan, orada olan qanunsuz tikililər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələbinə görə də maraqlı subyektlərin tələbi ilə sökülə bilər.

77. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, tərəflərin izahatlarına, iş üzrə təqdim edilmiş sübutlara, o cümlədən iş üzrə məhkəmə tikintitexniki ekspertizasının 21 dekabr 2022-ci il tarixli rəyinə əsaslanaraq belə hesab etmişdir ki, iddia qismən əsaslıdır və cavabdehlər öz etirazlarını əsaslandıra və sübuta yetirə bilməmişdir.

78. Göstərilənlər onu deməyə əsas verir ki, iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də cavabdehlərin kassasiya şikayətləri təmin edilməməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

79. Yuxarıda göstərilənləri və Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Allahyar oğlunun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(106)-47/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar