Məhkəmə qərarları › İş №2(102)-2808/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2808/2019

22.04.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2808/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, maraqlı şəxs N1 nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli 2(103)11525/2018 nömrəli qərardadından maraqlı şəxs N1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-887/1996 saylı, 26.06.1996-cı il tar ixli qətnaməsi ilə Cavabdeh ailəsi ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, ************** saylı mənzilindən çıxarılması qət edilmişdir. Cavabdeh digər oğlu M1 maraqlı şəxs qismində tanınmasına dair ərizə və qətnamədən apelyasiya şikayəti vermiş, Yasamal rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli, 2-887/96 saylı qərardadı ilə onun ərizəsi təmin edilərək, o, Bakı şəhəri Yasamal Rayon Xalq Məhkəməsinin ********** saylı, 26.06.1996-cı il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs qismində tanınaraq həmin qətnamədən verdiyi apelyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 12.12.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13.09.2018-ci il t arixli, 2-887/96 saylı qərardadının ləğv edilməsi və N1 tərəfindən Yasamal Rayon Xalq Məhkəməsinin 2-887/1996 saylı, 26.06.1996-cı il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın qeyri-mümkün hesab edilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işin Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Maraqlı şəxs N1 və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli qərardadından kassasiya şikayətləri vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Maraqlı şəxs N1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, onun məhkəmə qətnaməsindən xəbəri olmamış, qardaşı N2 qətnamə barədə ona məlumat verməmişdir. O, təsadüfən evdə gedən söhbət zamanı bilmişdir ki, belə bir qətnamə var və qardaşı həmin qətnamədən apelyasiya şikayəti vermiş, onun şikayəti əsassız qəbul olunmamışdır. O da dərhal Yasamal Rayon Məhkəməsinə müraciət edərək qətnaməni almış və qətnaməni aldığı gündən 30 gün keçmədən apelyasiya şikayəti vermişdir. Məhkəmə isə qeyd etmişdir ki, guya onun qətnamədən 2017-ci ildən xəbəri olmuşdur. Lakin belə bir hal yoxdur. Məhkəmələr prosessual qanunvericiliyin tələblərini pozaraq onun və qardaşının mübahisələndirilən qətnamədən apelyasiya şikayəti vermək hüquqlarını pozmuşdur. Qeyd olanlara əsasən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli qərardadının ləğv edilməsini, apelyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün işin apelyasiya məhkəməsinə göndər ilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, maraqlı şəxs N1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs N1nümayəndəsi X2 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 12.12.2018-ci il tarixli qərardadı ilə N1 tərəfindən Yasamal Rayon Xalq Məhkəməsinin 2-887/1996 saylı, 26.06.1996-cı il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətini qeyri-mümkün hesab edərkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, işin faktiki hallarından və N1nümayəndəsi X1 izahatından da müəyyən olunmuşdur ki, Yasamal Rayon Xalq Məhkəməsinin ******** saylı, 26.06.1996-cı il tarixli qətnaməsindən onların icra zamanı-2017-ci ildən məlumatları olmuşdur. Yasamal Rayon Məhkə məsinin tərəfindən qətnaməyə əsasən 11.09.2017-ci il tarixdə icra vərəqəsi verilərək, icra edilməsi üçün Yasamal rayon icra şöbəsinə göndərilmiş, şöbə tərəfindən 02.10.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikay əti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-in 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nət icə ilə razılaşaraq, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs N1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli 2(103)-11525/2018 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar