Məhkəmə qərarları › İş №2(102)-2808/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2808/2023

12.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2808/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X3rşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-477/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X5 işçilərinin ona maddi zərər kimi vurduqları 2612 manat və dövlət rüsumuna görə ödənilmiş 46 manat, cəmi 2658 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona xx.xx.2016-cı il tarixində İİ qrup əlillik təyin edilmişdir. İddiaçı növbəti həkim müayinəsindən 2021-ci ilin oktyabr ayında keçsə də, sənədləri hansısa səbəbdən Tibbi Sosial Ekspert Komissiyasına (bundan sonra – TSEK) göndərilməmişdir. Dəfələrlə tələb etdikdən sonra, nəhayət 2022-ci ilin iyun ayının 28-də sənədləri TSEK-ə göndərilmiş və 2 gün sonra ona yenidən əlillik təyin edilmişdir. Nəticədə isə id diaçı 2021-ci ilin oktyabr ayından 2022-ci ilin iyul ayınadək olan 9 ay ərzində, hər ay 268 manat olmaqla, cəmi 2412 manat pensiyasından və hər 3 aydan bir verilən cəmi 200 manat müavinətdən məhrum olmuşdur. Qanunvericiliyin tələbinə əsasən iddiaçının 9 ay ərzində almadığı pensiya və ona əlavə 2612 manat təşkil edir. Qeyd olunan vəsaiti ala bilməməsi tibbi müayinəyə dair sənədlərin TSEK-ə gec göndərilməsi ilə bağlı olmuşdur. Halbuki, iddiaçı lazımi sənədləri vaxtında cavabdehə təqdim etmişdir. Sözügedən göndərişlərin vaxtında göndərilməsi isə Masallı rayon Mərkəzi Xəstəxanasında çalışan müvafiq səlahiyyətli şəxslərin vəzifəsidir. Qeyd olunan şəxslərin öz vəzifələrini düzgün icra etməməsi nəticəsində iddiaçı 2612 manat puldan məhrum olmuşdur. Bu isə iddiaçıya vurulmuş maddi ziyandır. Qanunv ericiliyin tələbinə əsasən iddiaçı ilə bağlı TSEK-ə göndərilmiş göndərişləri vaxtında göndərməyən şəxslər cavabdehin işçiləri olduqlarından onların iddiaçıya vurduqları ziyanı cavabdeh ödəməlidir.

3. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı sənədlərini 2021-ci ilin oktyabr ayında təqdim etsə də, növbəti dəfə həkim komissiyasından 2022-ci ilin 23 iyun tarixində keçmişdir. Bundan sonra onun sənədləri elektron qaydada TSEK-ə göndərilmişdir. İddiaçı tibbi müayinədən keçmədiyi halda, onun sənədlərinin TSEK-ə göndərilməsi mümkün deyildi. Göstərdiyi əsaslara görə hesab etmişdir ki, iddia əsassızdır və rədd olunmalıdır.

4. Masallı Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 2(050)-3063/2022 saylı qətnaməsi il ə (sədrlik edən hakim Habil Bəhmənov) iddia qismən təmin edilmiş, cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən maddi ziyana görə 2338,02 manat və 46 manat dövlət rüsumu, cəmi 2384,02 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxslər siyahısına aiddir. İddia tələbinin hüquqi əsası isə mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyandır. Maddi ziyanın cavabdeh publik hüquqi şəxsdən tələb olunması üçün onun işçisinin qanunazidd hərəkəti ilə dəymiş ziyan arasında səbəbli əlaqə olmalıdır. İşdə olan göndərişdən məlum olur ki, İddiaçı göndərişdən əvvəl xx.xx.2021 - xx.xx.2021-ci il tarixlərdə “Respublika Endokrinoloji Mərkəzi” publik hüquqi şəxsində, xx.xx.2021-ci il tarixdə isə X1 stasionar müalicələrdə olmuşdur. Hazırkı mübahisənin faktiki halları ilə təsdiq olunur ki, İddiaçı əlillik müddətinin bitməsi ilə əlaqədar 2021-ci ilin oktyabr ayında müvafiq göndəriş verilməsindən ötrü “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin tərkibində olan Həkim məsləhət Komissiyasına müraciət etmişdir. Göndərişin verilməsi barədə Qaydalara əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayaraq müalicənin nəticələrini araşdırmalı, və ya verilmiş diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılmalı idi. Lakin Komissiyan ın üzvləri hərəkətsizlik göstərmiş, bununla da İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş sosial təminat hüququ pozulmuşdur. Göründüyü kimi, komissiyanın hərəkətsizliyi nəticəsində İddiaçı bir neçə ay ərzində əlilliyi ilə bağlı ona ödəniləcək müavinətdən məhrum olmuşdur. Ona görə də, sosial təminat hüquqlarının bərpa olunması üçün ona dəymiş ziyan ödənilməlidir. Komissiya üzvləri cavabdehin tabeçiliyində olan işçilərdir və publik hüquqi şəxs olaraq cavabdeh qulluq vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

6. Məhkəmə maddi ziyanın məbləğinə dair qeyd etmişdir ki, işin halları ilə təsdiq olunur ki, İddiaçı 2021-ci ilin oktyabr ayında göndəriş verilməsi üçün müraciət etmişdir, xx.xx.2021-ci il tarixdən x x.xx.2022-ci il tarixə qədər pensiya almamışdır. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi ilə bağlı müraciət etmişdir. Ona görə də onun barəsində göndəriş vaxtında göndərilmiş olsaydı, ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab ediləcəkdi. Ona görə də 9 ay üçün ziyan hesablanmalıdır. İddia tələbində 9 ay üçün 2612 manat tələb olunsa da, məhkəmə qeyd etmişdir ki, pensiya məbləği 2021-ci ilin mart-sentyabr aylarında, həmçinin 2022-ci ilin iyul ayından sabit olaraq 259,78 manat müəyyən edilmişdir. Belə olan halda da ötürülmüş müddətə görə 2338,02 manat ziyan hesablanmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 2(050)-3063/2022 saylı qətnaməsinin qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə işin faktiki halları tam araşdırılmamış, təqdim edilən sübutlara tam, məcmu halında qiymət verilməmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-477/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və İlham Əsədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-3063/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

10. Məhkəmə koll egiyası mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia ərizəsinə məhkəmə aidiyyəti qaydaları ilə bağlı prosessual qanunvericilik baxımından düzgün qiymət verməmiş, həmin ərizəni səhvən mülki icraat qaydasında baxılmasından ötrü icraata götürmüşdür.

11. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının hazırkı iddiası inzibati hüquq xarakterlidir və birinci instansiya məhkəməsi hazırkı halda iddianı icraata qəbul edərkən məhkəmə aidiyyəti məsələsini düzgün müəyyən etməmişdir. Hazırkı iş üzrə cavabdeh öz təşkilati formasına görə publik hüquqi şəxsdir və “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən inzibati akt qəbul etmək səlahiyyətinə malikdir. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, publik hüquqi şəxs – dövlə t və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. “Masallı rayon Mərkəzi Xəstəxanası” X5 Nizamnaməsinin 3.1.12- ci bəndi ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək müəssisənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X5 hazırkı iş üzrə fəaliyyətinin xarakteri təhlil edilərkən müəyyən olunur ki, əlilliyin qiymətləndirilməsi məqsədilə göndərişlərin TSEK-ə vaxtında göndərilməsi cavabdehin inzibati (publik) hüquq sahəsindəki faktiki xarakterli hərəkətləridir. Cavabdeh tərəfindən bu cür göndərişin vaxtında göndərilməsi ilə bağlı hərəkətlər isə publik hüquq sahəsindən irəli gəldiyinə görə, hazırkı mübahisənin yaranma əsası publik hüquqi xarakterli olmuşdur. Həmçinin hazırkı işin inzibati hüquq xarakterli və ümumi (publik) hüquq sahəsinə aid olması onunla bağlıdır ki, ümumi hüquq normaları cəmiyyət və dövlət mənafeyi ilə bağlı münasibətləri nizama saldığından onlar ayrı-ayrı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyən və fərdlərin maraqlarına xidmət edən xüsusi hüquq normalarından fərqli olaraq dispozitiv deyil, imperativ xarakter daşıyır. Hazırkı mübahisə öz mahiyyətinə görə inzibati mübahisədir. İddiaçının hazırkı tələbi üzrə mübahisə cavabdeh olan inzibati orqanın hərəkətsizliyi ilə bağlı olaraq, ona vurulmuş maddi ziyanın kompensasiya edilməsinə yönəlmişdir. Burada əsas məsələ, mübahisənin inzibati hüquq xarakterli və ümumi (publik) hüquq sahəsinə aid ol masıdır. Lakin birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaya məhkəmə aidiyyəti qaydaları ilə bağlı prosessual qanunvericilik baxımından düzgün qiymət verməmiş, həmin ərizəni səhvən mülki icraat qaydasında baxılmasından ötrü icraata götürmüşdür. Halbuki sözügedən iddia inzibati mübahisə ilə əlaqədar olduğundan onun mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir.

12. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.2, 3.1-ci maddələrinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə, Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında təsbit olmuş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 261.0.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2)qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə əsasən TSEK-ə göndərişi vaxtında göndərməmiş şəxslər cavabdehin işçiləri olduqlarından, onların vurduqları ziyanı cavabdeh ödəməlidir. Bu mülki qanunvericiliklə tənzimlənmişdir. Tələb inzibati orqanın hər hansı aktı və ya hərəkəti ilə bağlı deyil, hüquqi şəxsin işçisinin hərəkəti nəticəsində dəymiş ziyana görə pul vəsaiti ilə bağlıdır. Belə vəziyyətdə iddianın ümumi məhkəmədə deyil, ixtisaslaşmış məhkəməyə yönəldilməsi qanuna müvafiq deyildir. Qanunvericiliyin tələbinə əsasən cavabdehlə iddiaçı arasında olan münasibət mülki hüquqi münasibət olmaqla cavabdeh iddiaçıya qarşı hər hansı hakimiyyət funksiyasını həyata keçirmədiyindən, mübahisə publik hüquq deyil, xüsusi hüquq olmaqla, tələbin hər hansı inzibati aktın mübahisəsi deyil, cavabdeh qurumun işçilərinin iddiaçının səhhəti bağlı tibbi göndərişi vaxtında göndərməməsi ilə əldən çıxmış fayda formasında iddiaçıya vurulmuş zi yanla bağlı olduğundan işə düzgün olaraq ümumi məhkəmədə baxılmışdır. Bundan başqa, aidiyyətlə bağlı məsələ birinci instansiya məhkəməsində müzakirə olunmuş və bu məsələyə qiymət verilmişdir.

15. Kassasiya şikayətinin digər dəlili isə məhkəmə təcrübəsinin vahidliyin pozulması ilə əlaqədardır. Belə ki, buna misal olaraq Şirvan Apellyasiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(106)-2313/2021 saylı qərardadını göstərmək olar. Tibb müəssisəsinin göndəriş vərəqini düzgün tərtib etməməsinə görə əlil uşağa verilən müavinətdən və ona qulluqla bağlı vəsaitdən 11 ay 11 gün ərzində məhrum olan Şəhanə Hüseynovanın tibb müəssisəsinə qarşı ziyanın ödənilməsi barədə iddia ərizəsinə dair iş üzrə icraata Masallı Rayon Məhkəməsi 19 aprel 2021-ci il tarixli qərardadla iddia tələbinə cavab verməli şəxsin inzibati orqan olması və işə inzibati qaydada baxılmalı olması əsasına görə xitam vermişdir. Məhkəmənin həmin qərardadından verilən apelyasiya şikayəti əsasında işə baxan Şirvan Apelyasiya Məhkəməsi 24 iyun 2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş baxılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin 07 sentyabr 2021-c il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya maddi zərər kimi vurulmuş 2273 manat 33 qəpik pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat 40 qəpik pulun Masallı Rayon Mərkəzi Xəstəxanasından alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh Masallı Rayon Məhkəməsini apellyasiya şikayəti əsasında işə baxan Şirvan Apelyasiya Məhkəm əsinin 05 aprel 2022-ci tarixli 2(106)657/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanmışdır. Həmin işdə Şirvan Apellyasiya Məhkəməsinin həm qərardadında, həm də qətnaməsində mübahisənin mülk xarakterli olması və mülki qaydada baxılmalı olması qeyd edilmiş, hətta birinci instansiya məhkəməsinin bu yanaşmanın əksi olan qərardadı da ləğv edilmişdir. Hazırkı işlə Şəhanə Hüseynovanın işi demək olar ki, eynidir. Hər iki işdə cavabdeh Masallı Rayon Mərkəzi Xəstəxanası olmaqla, hər iki iş göndəriş vərəqinin düzgün tərtib edilməməsi, vaxtında tərtib edilməməsi ilə bağlı əldən çıxmış fayda formasında ziyan tələbi ilə bağlıdır. Necə ola bilər ki, eyni məhkəmə (Şirvan Apellyasyia Məhkəməsinin Mülki Kollegiyası) yuxarıda göstərilən işlərin birinin ümumi məhkəməyə, digərinin isə inzibati məhkəməyə aid olmasından ibarət bir-birinə zidd qənaətə gəlmiş olsun?

16. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1098, 1099-cu maddələri, MPM-in 261.0.1-ci maddəsi və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarı ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə:

18. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

19. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirildiyindən qərardad bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, “cavabdeh öz təşkilati formasına görə publik hüquqi şəxsdir və “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən inzibati akt qəbul etmək səlahiyyətinə malikdir. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. “Masallı rayon Mərkəzi Xəstəxanası” X5 Nizamnaməsinin 3.1.12- ci bəndi ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək müəssisənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” X5 hazırkı iş üzrə fəaliyyətinin xarakteri təhlil edilərkən müəyyən olunur ki, əlilliyin qiymətləndirilməsi məqsədilə göndərişlərin TSEK-ə vaxtında göndərilməsi cavabdehin inzibati (publik) hüquq sahəsindəki faktiki xarakterli hərəkətləridir. Cavabdeh tərəfindən bu cür göndərişin vaxtında göndərilməsi ilə bağlı hərəkətlər isə publik hüquq sahəsindən irəli gəldiyinə görə, hazırkı m übahisənin yaranma əsası publik hüquqi xarakterli olmuşdur”.

25. Kassasiya məhkəməsi həmin mövqe ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

27. Beləliklə, apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmaqla prosessual hüquq normalarına uyğundur. Məhkəmə tərkibi həmin mövqe ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətində göstərilənlər qərardadın dəyişdirilməsi və ləğv edil məsi üçün əsas təşkil etmir.

28. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-477/2023 nömrəli mülki iş üzrə 26 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar