Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2808/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən və mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-561/2025 nömrəli, 29 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabde h arasında qohumluq münasibətləri mövcud olmuşdur. Belə ki, İddiaçı Cavabdeh keçmiş qayınanası olmaqla, sonuncu onun oğlu X7 ilə 22 iyun 2013-cü il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş və onların birgə evliliklərindən xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X8 adında uşaqları olmuşdur. Ailə qurduqdan sonra Cavabdeh uşaqları ilə birlikdə Qəbələ rayonu, Bum qəsəbəsində qaynanası İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus 0,3240 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 171,80 kv.metr olan fərdi yaşayış evində yaşamışlar.
2. Qəbələ Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2(025)-1191/2024 nömrəli qətnaməsi ilə X7 ilə Cavabdeh arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2013-cü il iyun ayının 22-də qeydə alınmış 76 nömrəli nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş uşaqları anaları Cavabdeh yanında saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia qaldıraraq, cavabdehin uşaqları ilə birlikdə ona məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,3240 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 171,80 kv.m olan fərdi yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı, iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh 2013-cü ildə oğlu X7 ilə rəsmi nikaha girərək ona məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsində 0,3240 ha həyətyanı torpaq sahəsində yerləşən, 1994-cü ildə inşa edilmiş ümumi sahəsi 171,80 kv/m olan 2 mərtəbəli fərdi yaşayış evinə köçmüş və ailənin digər üzvləri ilə birgə təsərrüfat aparmışdır. Onun həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X8 adında uşaqları olmuş və öz ailə üzvləri ilə birlikdə evin 1-ci mərtəbəsinin mətbəx kimi istifadə olunan otağında qalmışdır. Evin 1-ci mərtəbəsinin digər iki otağının birində o, digərində isə X9 qalmış, 2-ci mərtəbə təmirsiz olduğundan yaşayış üçün yararsız olmuşdur. Cavabdeh evli olduğu müddətdə X4 davamlı surətdə (bir neçə nəfərlə) xəyanət etmiş və 2024-cü ildə ifşa olunduqdan sonra boşanmışdır. Boşandıqdan sonra X7 evə gəlməmiş, o isə cavabdeh tərəfindən mütəmadi qaydada təhqir və təsirlərə məruz qoyulduğu üçün evdən çıxıb həyətdəki təsərrüsat damında yaşamışdır. Qəbələ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə uşaqlar X1 himayəsinə verilmiş və o, uşaqlarla birlikdə Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən həmin evdə yaşamaqda davam edərək onu yaşayış sahəsindən və mülkiyyətdən məhrum etmişdir. Halbuki, Bakı şəhəri, Hökməli qəsəbəsində cavabdehin valideynlərinə məxsus hər cür kommunal şəraiti olan dörd otaqlı fərdi yaşayış evi vardır və o, xəyanəti ifşa olunarkən həmin evə köçüb bir müddət yaşadıqdan sonra mübahisəli evdə yaşamasına mane ola biləcək şəxslərin olmadığını bildiyi üçün yenidən onun evinə qayıtmışdır. Cavabdeh evin yaşayış sahəsini tutaraq həyətyanı sahədən istifadə etməsinə ailənin digər üzvlərinin istifadə etməsinə mane olmuş və onu mülkiyyətdən faktiki məhrum etmişdir. Ona görə də, mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,3240 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 171,80 kv.metr olan fərdi yaşayış evindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması haqqında iddia qaldırmışdır.
5. Cavabdehin nümayəndəsi Nümayəndə2 ilkin hazırlıq iclasında bildirmişdir ki, cavabdeh 2013-cü ildə X7 ilə rəsmi nikaha girərək Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçmüş və ailənin digər üzvləri ilə birgə təsərrüfat apararaq 2015-ci ildə həmin ünvanda daimi pasport qeydiyyatına alınmışdır. Onun həmin nikahından xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il tə vəllüdlü X8 adında uşaqları olmuş və 2024-cü ilin dekabr ayında boşanmışlar. Boşanmadan sonra uşaqlar cavabdehin himayəsində qalmışdır və onların başqa yaşayış sahəsi yoxdur. Bundan başqa birgə nikah dövründə qazanılmış vəsait hesabına mübahisəli evdə əsaslı təmir-tikinti işləri aparıldığı üçün cavabdehin əmlak hüquqları yaranmışdır. Ona görə də, iddia tələbi əsassızdır.
6. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-77/2025 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,3240 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 171,80 kv.m olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
7. Məhkəmə öz hüquqi mövqeyi ilə bağlı qeyd etmiş dir ki, cavabdeh iddiaçının oğlu X7 ilə birgə nikahda olduğu dövdə yaşadıqları evdə əsaslı təmir-tikinti işləri aparılmamışdır. (Fərdi yaşayış evinin texniki pasportu və işdə olan foto şəkillərdə əks olunan görüntülərlə təsdiq olunur)
8. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək qeyd etmişdir ki, cavabdeh boşandıqdan sonra iddiaçının ailə üzvləri sırasından çıxdığı üçün sonuncuya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsi, 0,3240 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 171,80 kv.m olan fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatmadıqlarından iddiaçı ilə aralarında olan ailə münasibətlərinə xitam verilməmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən fərdi yaşayış evindən cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verildiyi üçün o, qeyd olunan ünvanda yerləşən mənzil sahəsini boşaltmalı və 0,3240 ha həyətyanı torpaq sahəsindən çıxmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci; Mülki Məcəlləsinin 152.5 və 157.4-cü; Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü; habelə Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 119.1, 217.4 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya insta nsiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi və fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin daşınmaz əmlak 2024-cü ildə qeydiyyatdan keçmişdir. Bu isə o deməkdir ki, iddiaçı torpaq sahəsi və fərdi yaşayı evi üzərində mülkiyyət hüququ sahibi olmamaqla, həmin mənzilə yalnız sahiblik və istifadə hüququ əldə etmişdir. Cavabdeh isə 2012-ci ildə iddiaçının oğlu ilə ailə quraraq, sözügedən evə gəlin köçmüş və hal hazıradək həmin evdə yaşayır. Belə olan halda, fərdi yaşayış evinin və torpaq sahəsinin hüquqi vəziyyətini və tərəflər arasında mənzillə bağlı münasibətlərin yaranma tarixini nəzərə alaraq cavabdeh hesab edir ki, mülki qanunvericilikdə cavabdeh ilə iddiaçı arasında mənzildən istifadə ilə bağlı münasibətləri birbaşa tənzimləyən norma olmasa da, Mənzil Məcəlləsinin 68-ci maddəsi analoji olaraq hazırkı işin hallarına tətbiq edilə bilər (Mülki Məcəllənin 11.1-ci maddəsi). Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında social kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Cavabdeh, mübahisəli evin hazırda qanuni sahibi olan qaynanası İddiaçı ailə üzvü sayılan şəxslərə aid olmasa da, cavabdehin 2012-ci ildən hal-hazıradək azyaşlı uşaqları ilə birlikdə orada faktiki və daimi yaşamasını, təsərrüfat aparmasını müstəsna hal kimi qəbul edərək, onu ailə üzvü hesab edir. Bu hal isə cavabdehin mənzildən istifadə hüququnun yaranmasına dəlalət edir. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvaf iq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Hazırda məhkəmənin qərarı ilə uşaqlar ananın yanında saxlanılmışdır. Hüquqi müəyyənlik prinsipi baxımından uşaqların ananın yanında qalması məhkəmənin qərarı ilə olmuşdur. Mülki Məcəllənin 27-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bu mənada da ayrı-seçkilik ola bilməzdi, yəni uşaqların həmin evdə hüquqları saxlanmışsa, valideynlərində hüququ saxlanılmalıdır. Onlar istifadə hüququna münasibətdə bərabər hüquqlara malikdirlər. Yəni, ananın yaşayış yeri haradırsa, uşağın da yaşayış yeri həmin yer olmalıdır. Uşağın da yaşayış yerindən istifadə hüququ həmin evə saxlanıldığından, ananın da istifadə və yaşayış hüququ həmin evdə saxlanılmalıdır.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-561/2025 nömrəli, 29 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Zülfüqar Sadiqov (sədrlik edən, məruzəçi), Elçin Hüseyno və Əyyub Kərimov) apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, cavabdeh artıq hazırkı iş üzrə iddiaçının oğlunun arvadı, yəni ailə üzvü olmamışdır.
15. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etmişdir ki, Mülki Məcəllənin tələbləri baxımından o n dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından (Mülki Məcəllənin 27.2-ci maddəsi), nikahı pozularkən 14 yaşına çatmayan uşaqların cavabdehin yanında saxlanılmaları- onun artıq ailə üzvü hesab edilmədiyi iddiaçının xüsusi mülkiyyətində olan evdən çıxarılmasına mane ola bilməz. Çünki, qanunvericilik 14 yaşına çatmayan uşaqların yaşayış yerini müəyyən edərkən, valideyniuşaqların yaşayış yeri ilə deyil, uşaqları- valideynin yaşayış yeri ilə əlaqələndirmişdir. Yəni, qanunvericiliyin tələbləri baxımından 14 yaşına çatmayan uşaqların yaşayış yeri- valideyn yaşadığı yer hesab olunur.
16. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının “torpaq sahəsindən və fərdi yaşayış evindən ç ıxarılma” barədə iddia tələbini qismən təmin edərək, cavabdehin “məhkəmənin qətnaməsi ilə yanında saxlanılmış uşaqların onunla birlikdə evdən çıxarılması” barədə qərar qəbul etməsə də, iddiaçının tələbinin təmin olunmadığı həmin hissədə qətnaməni mübahisələndirməmiş və məhkəmənin uşaqlarla əlaqədar gəldiyi bu nəticə ilə razılaşmışdır.
17. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu; İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci; Mülki Məcəllənin 6, 27, 139, 152, 153 və 560-ci; Mənzil Məcəlləsinin 29 və 30-cu; Torpaq Məcəlləsinin 84-cü; Mülki Prosessual Məcəllənin 2, 9, 10, 14, 76, 77, 81, 88, 106, 119, 217, 218 və 384-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnamə si haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006- cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şi kayətinə qarşı etirazın dəlillər
20. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmışdır. Ərizədə kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə
13. Bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bənd İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
22. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Bənd İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bənd İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bənd İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqası na keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. Maddə 152.3. stifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
29. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
30. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
31. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
34. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
35. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.
36. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşay ış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
37. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
38. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəs inin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
39. Maddə 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
40. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
50. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
52. Apellyas iya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq müəyyən etmişdir ki, tərəflər arasında qohumluq münasibətləri olmuşdur. Belə ki, cavabdeh, iddiaçının keçmiş gəlini olmaqla, onun oğlu X7 ilə 22 iyun 2013-cü il tarixdə rəsmi nikah əsasında ailə qurmuş və onların birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X8 adında övladları doğulmuşdur. Ailə qurduqdan sonra cavabdeh, iddiaçıya məxsus olan Qəbələ rayonu, Bum qəsəbəsi, 0,3240 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 171,80 kv.metr olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Sonradan Qəbələ Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə X7 ilə cavabdeh arasında 22 iyun 2013-cü il tarixdə bağlanmış nikah pozulmuş və onların birgə nikahından doğulmuş uşaqlar anası Cavabdeh yanında saxlanılmışdır.
53. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, cavabdeh, iddiaçı ilə birlikdə sonuncuya məxsus olan mübahisəli evdə yaşasa da, onun ailə üzvləri hesab olunan şəxslərin sırasına aid olmamışdır. Belə ki, sözügedən normaların mənasına görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvlər i kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
54. Digər tərəfdən, qeyd olunan normalarda göstərilir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
55. Hazırkı işdə, cavabdehin mübahisəli evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmasını istisna edən hallar yoxdur və cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində iddiaçının oğlu X7 ilə birgə nikahda olduqları dövdə mübahisəli evdə əsaslı təmir-tikinti işləri apardıqlarını və beləliklə də onun evdən çıxarılması üçün əsasların olmadığını göstərsə də, etirazının əsası kimi istinad e tdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona gör ə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 may 2025-ci il tarixli, 2(107)-561/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.