Məhkəmə qərarları › İş №2(102)-2809/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2809/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2809/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X3 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipotekaya predmetinin açıq hərracdan satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı «xxxx» ASC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Babayev) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 23284 (iyirmi üç min iki yüz səksən dört) manat əsas borcun, 12032 (on iki min otuz iki) manat faiz borcunun, cəmi 35316 (otuz beş min üç yüz on altı) manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, müqavilələrin və çıxarışların notarial qaydada təsdiq edilməsi üçün 26 (iyirmi altı) manat və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub «xxxx» ASC-nin xeyrinə verilməsi, tutmanın ipoteka p redmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 112000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 35316 (otuz beş min üç yüz on altı) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, müqavilələrin və çıxarışların notarial qaydada təsdiq edilməsi üçün 26 (iyirmi altı) manat və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun «xxxx» ASC-yə ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, mənzil açıq hərracda satıldıqdan sonra ən geci bi r ay ərzində cavabdehin bu mənzili boşaltması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsinin faiz borcunun məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 23284 (iyirmi üç min iki yüz səksən dört) manat əsas borcun, 7174 (yeddi min yüz yetmiş dörd) manat 15 (on beş) qəpik faiz borcunun, cəmi 30458 (otuz min dört yüz əlli səkkiz) manat 15 qəpik pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınma sı üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, müqavilələrin və çıxarışların notarial qaydada təsdiq edilməsi üçün 26 (iyirmi altı) manat və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub «xxxx» ASC-nin xeyrinə verilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 112000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 30458 (otuz min dört yüz əlli səkkiz) manat 15 qəpik pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, müqavilələrin və çıxarışların notarial qaydada təsdiq edilməsi üçün 26 (iyirmi altı) manat və iddia qaldırı lması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun «xxxx» ASC-yə ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi, mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində mənzilin cavabdeh tərəfindən boşaldılması, apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı «xxxx» ASC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çı xararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin faiz borcunun qismən təmin edilməsi hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli xxxx nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, Cavabdeh 23284 manat əsas borc, 12032 manat faiz borcu olmaqla, cəmi 35316 manat p ulun, həmçinin müqavilələrin və çıxarışların notariat qaydasında təsdiq edilməsi üçün 26 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsi ilə satılması, satışdan ətdə ediləcək vəsait hesabına Cavabdeh «xxxx» ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, həmçinin dövlət rüsumunun ödənilməsi, ipoteka p redmeti satıldıqdan sonra 01 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarından görünür ki, Cavabdeh ilə «xxxx» ASC arasında bağlanmış, xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank sonuncuya 48 ay müddətinə illik 19% hesablanmaqla 40000manat məbləğində kredit vermiş və verilmiş kreditin təminatı olaraq Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini pozaraq banka olan kredit və faiz borcunu tam ödəməmişdir Həmçinin iş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli arayışa əsasən Cavabdeh banka 23284 manat əsas borcu, 12032 manat məbləğində faiz borcu, cəmi 35316 manat borcu vardır. «xxxx» MMC-nin xx xxxx 2018-ci il tarixli Mənzilin bazar dəyərinin müəyyənləşdirilməsinin hesabatına əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın Bazar dəyəri112000 (yüz on iki min) manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 5039 nömrəli kredit müqavil əsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxx 2018-ci il tarixə olan borcu 31.679,44 manat məbləğində müəyyən edilir, o, cümlədən əsas borc üzrə - 24505,30 manat, faiz borcu üzrə-7174,15 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəl məsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaq la icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafıq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə borc götürənin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi əsas borcu faiz ilə birlikdə iddiaçıya ö dəməlidir. İddiaçı cavabdehdən iddia tələbində qeyd olunan həcmdə kredit müqaviləsi üzrə faiz məbləğini, kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi ilə iddia ilə məhkəməyə müraciət edildiyi tarixədək tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə faizlər kredit müddətinin sonuna qədər hesablanmalı idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faiz lər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konst itusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı isə kredit müqaviləsinin müddətinin bitməsinə qədər olan faiz borcunu tələb etməmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutu lmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödən işi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdi yi faiz məbləği yalnız kredit müqaviləələrinin icra müddətinin bitdiyi tarixədək hesablanmalıdır. Həmin tarixdən sonrakı dövrə isə iddiaçı yalnız vurulmuş zərər qismində pulun tutulmasının tələb edə bilər ki, bu da hazırkı iddianın predmetini təşkil etmir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 5039 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxx 2018-ci il tarixə olan borcu 31.679,44 manat məbləğində müəyyən edilir, o, cümlədən əsas borc üzrə - 24505,30 manat, faiz borcu üzrə-7174,15 manat. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ekspert rəyinə əsasən əsas borc 24505,30 manat müəyyən edilsə də iddia tələbində 23284 manat tələb edildiyindən birinci instansiya məhkəməsinin əsas borcun məbləği ilə bağlı qənaəti düzgün olsa da, tutulmalı faiz borcunun məbləği hissəsində düzgün olmamışdır. Belə ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə faiz borcunun 7174,15 manat olması müəyyən edilsə də birinci instansiya məhkəməsi faiz borcunun həddini 12032 manat olması qənaətinə gəlməklə düzgün müəyyən etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlarla yanaşı kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbinin borcun ipoteka predmetlərinə yönəldilməklə, açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi eləcə də ipoteka predmetlərinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh həmin əmlakdan çıxmazsa, onların həmin əmlakdan məcburi qaydada çıxarılması ilə bağlı hissəsi üzrə də birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdə n icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək ü çün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəl ik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməmişdir. Həmin qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipotekasaxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Həmin qanunun 59.4-cü maddəsinə görə, bir ay müddətində ipotekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmın şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Digər tərəfdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadına əsasən «xxxx» ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, «xxxx» MMC-nin xx xxxx 2018-ci il tarixli Mənzilin bazar dəyərinin müəyyənləşdirilməsinin hesabatına əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın Bazar dəyəri112000 (yüz on iki min) manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən alınmış əmlakın qiymətləndirilməsi rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal da müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəf indən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar