Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-281/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, alqı-satqı müqaviləsi üzrə əmlakın alıcıya təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X9 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12454/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxxx 2018-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54,7 kv.m olan 2 otaqlı mənzili 60.000 manat müqabilində Cavabdeh1 almışdır. Seriya RX № ******* saylı, xx xxxxx 2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.7 kv.m olan 2 otaqlı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birgə çıxarılmaları və həmin mənzilin sahiblik və qanuni istifadə hüququnun iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə əsl olmayan Cavabdeh2 əsl Cavabdeh3 ilə əvəz edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Rüfət oğlu məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.7 kv.m olan 2 otaqlı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 uşaqları ilə birgə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışd ır ki, iddiaçı xx xxxxx 2018-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.7 kv.m olan 2 otaqlı mənzili Cavabdeh1 satın almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX № ******* saylı, xx xxxxx 2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Hal-hazırda ünvan 2 ünvanında yerləşən mənzilin üzərində tam mülkiyyət hüququ vardır. Həmin mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra Cavabdeh1 bir müddət yaşayış yeri olmadığı üçün ev tapana kimi ailəsi ilə birlikdə qalmağa icazə almışdır. Digər Cavabdeh3 Cavabdeh1 həyat yoldaşıdır. Onlardan başqa hə min mənzildə birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. İddiaçı da həmin vaxt insanlıq xatirinə onlara bir ay vaxt vermişdir ki, ev tapıb rahat çıxsınlar. Lakin cavabdehlər sonradan evdən çıxmamış və iddiaçının tələblərini yerinə yetirməmişlər. İddiaçı cavabdehlərlə evdə yaşamaları barədə heç bir müqavilə bağlamamışdır. Bir neçə müddət əvvəl cavabdehə zəng edərək evin boşaldılmasını tələb etsə də, yenə də heç bir xeyri olmamışdır. İddiaçının və ailə üzvlərinin mənzilinin olmasına baxmayaraq, cavabdehin özbaşına mənzili zəbt etməsi nəticəsində ona külli miqdarda maddi ziyan dəymişdir. Sonunda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər iddiaçıya məxsus evi zəbt etdiyindən uşaqları ilə birgə həmin mə nzildən çıxarılmalıdırlar. Cavabdehlər iddiaya dair yazılı etiraz və ya izahat təqdim etməmişdirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-2659/2019 nömrəli qətnaməsi ilə (hakim Rəşad Cavadzadə) iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh3 (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54.7 kv.m olan 2 otaqlı mənzildən çıxarılmaları qət edilmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən məhkəməyə göndərilmiş 4Ə-02-318 saylı notariat işinin materiallarından görünür ki, Cavabdeh1 notariusa müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzili satmaq istədiyini bildirmiş, həmçinin Cavabdeh3 da ərizə ilə müraciət edərək sözügedən mənzilin satılmasına etiraz etmədiyini bildirmişdir. Bu ndan sonra, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzili 60000 manat müqabilində İddiaçı satmış, xx.xx.2018-ci il tarixli xəzinə mədaxil orderinə əsasən, həmin məbləğ İddiaçı tərəfindən “xxxx” ASC-nin AZ39MUGA**********00001AZM65 saylı hesab nömrəsinə köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almış və hal-hazırda həmin mənzil iddiaçının mülkiyyətindədir. Lakin Cavabdeh1 iddiaçının qanuni mülkiyyətində olan mənzildən çıxmamış, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 228.1 və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(103)-12454/2019 nömrəli qətnaməsi ilə (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, Elşad Şamayev, İsmayıl Xəlilov) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-26 59/2019 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(103)-12454/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilib, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(103)-12454/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermə müddətin bərpasına dair ərizəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli 2(103)12454/2019 nömrəli qərardadı ilə (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Elşən Kazımov) təmin edilməmiş,kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair iddiaçının mülkiyyət hüququ qazanmasının hüquqi əsası olan iddiaçı ilə cavabdeh arasındakı alqısatqı müqaviləsi faktiki olaraq faizlə verilən bo rcun təminatı kimi pərdələnmə nəticəsində bağlanmışdır. Tərəflər arasındaki razılığa əsasən 30.000 (otuz min) manat məbləğində maddi vəsait faizləri ilə birgə qaytarmaq şərti ilə verilmişdir. Bağlanmış alqı-satqı müqaviləsi əslində həmin məbləğdə yəni 30.000 (otuz min) manat məbləğində borc müqaviləsinin pərdələnmiş formasıdır. Alqı-satqı müqaviləsi üzrə əldə edilən 60.000 (altmış min) manat məbləğində pul vəsaiti faktiki olaraq heç kimə verilməyib. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsinin müddəalarını tətbiq etməmişdir. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X3 iş üzrə verilmiş kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-12454/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində mü əyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik e dilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri əsasında ona aid hissədə yoxladığından, onun kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməs i tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil iddiaçıya məxsus olması iş materialları ilə təsdiq olunduğundan və cavabdehin həmin mənzildən istifadəsi üçün hər hansı qanuni əsas mövcud olmadığından cavabdehin qanuni əsas olmadan yaşadığı mənzildən çıxarılması barədə iddiaçının tələbi əsaslıdır. Eyni zamanda, alqı-satqı müqaviləsinə əsasən də satıcı Cavabdeh1 müqavilə üzrə satdığı mənzili alıcıya təhvil vermək öhdəliyi daşıyır. Kassasiya şikayətinin alqı-satqı müaviləsinin pərdələnmiş əqd olması və alınmış borcun müqabilində girov məqsədilə rəsmiləşdirildiyi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Cavabdeh1 müstəqil iddia ilə məhkəməyə müraciət etsə də, həmin ərizə baxılmamış saxlanılmışdır. Həmin əqdin etibarsız olması barədə hər hansı sübut isə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12454/2019 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.