Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2810/2020 09.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Dəmirov İlqar Kamal oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)14084/2019 saylı qətnaməsindən cavabdehlər X6 və X8 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova, iş № 2(009)-1378/2019) İddiaçı cavabdehlər X6 və X3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək İddiaçı iki azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanında ye rləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı xx xxx 2006-cı il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki uşaqları olmuşdur. Nikaha daxil olduqdan sonra İddiaçı ərinin cavabdehlərlə birgə yaşadığı Səbail rayonunun N saylı evə köçmüş, ərinin Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi səbəbindən onun Nlə olan nikahı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə pozularaq uşaqlar analarının yanında saxlanılmışlar. 2019-cu ilin aprel ayında X1 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək köçdüyü 35 saylı evdə 1 il yaşadıqdan sonra cavabdehlərin razılığı ilə həmin evin yanında onun ailəsi üçün ev tikilməsinə başlamalarını, cavabdehlərin maddi imkanlarının olmaması səbəbindən evin tikintisinin anasının vəsaiti hesabına başa çatdırılmasını, evin özbaşına tikili olmaqla onun hesabına tikilməsini və cavabdehlər tərəfindən onun uşaqları ilə birlikdə həmin evə buraxılmamasının qanunsuz olmasını, yaşamağa başqa yerlərinin olmamasını və s. əsas göstərməklə uşaqları ilə birlikdə həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlər kasasiya şikayəti verərək N saylı evin onların mülkiyyətində olmasını, cavabdehin həmin evdə müvəqqəti sakin qismində yaşamaqla mübahisənin Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə uyğun həll edilməli olmasını, iddiaçının mübahisəli evə istifadə hüququnu əldə etməməsini, məhkəmənin sübutlara düzgün qiymət vermədən və tətbiq edilməli olan qanunu tətbiq etmədən səhv nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya kollegiyasının iclasında cavabdehlər və onların vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kasasiya şikayəti ilə razılaşmay araq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 2005-ci ildən mübahisəli L.Babayev küçəsi 35-də yerləşən cavabdehlərin yaşadıqları evə köçmüş, 2006-cı ildən rəsmi nikaha girmiş, sonra isə həmin ünvanda özbaşına tikili inşa etdirməklə orada yaşamışdır. Özbaşına tikilidən istifadə hüququ ilə bağlı münasibət lər mülki qanunvericiliklə bilavasitə tənzimlənmədiyindən məhkəmə qanunun analogiyasından istifadə etməklə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123 və 53-cü maddələrinin qüvvəsini tətbiq etmişdir. Tərəflər arasında mübahisəli hüquq münasibəti 2005-ci ildən yarandığından, kasasiya kollegiyası hesab edir ki, məhkəmə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına qanunun analogiyasından istifadə etməklə əsaslanmaqda haqlı olmuşdur. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçis i özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İddiaçının köçürülməsini tələb etdiyi ev özbaşına tikili olduğundan, həmin mübahisənin Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından həlli qanunun tələbinə uyğun olmadığından kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhr um edilə bilməz. İddiaçının cavabdehlər tərəfindən yaşadığı evə buraxılmaması qanunsuz olduğundan, kasasiya kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və məhkəmə iddianı düzgün olaraq təmin etmişdir. Göstərilənlərlə əlaqədar kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul
Məhkəmə qərarları › İş №2(102)-2810/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2810/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver