Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2810/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti Göygöl Milli Parkına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi, müqavilə müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin Göygöl Milli parkına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-274/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti GöyGöl Milli Parkının xx.xx.2022-ci il tarixli, 119 nömrəli əmrində əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.
2. Mübahisə həmin əmrin qanuniliyi ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin Göygöl Milli Parkına (bundan sonra – “cavabdeh” və ya “Göygöl Milli Parkı”) qarşı iddiа ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə mürаciət edərək, Göygöl Milli Parkının direktoru tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 119 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 ildən çox müddətdə Göygöl Milli Parkının əməkdaşı olaraq əvvəlcə təsərrüfat müdiri, daha sonra həmin ştat ləğv olunduğuna görə müqavilə ilə bələdçi kimi işləmişdir. 14 ildən çox dövr ərzində rəhbərlik tərəfindən bir dəfə də ol sun intizam tənbehi almamış, hər hansı qanun pozuntusuna yol verməmişdir. Vəzifəsinin öhdəsindən həmişə layiqincə gəlmiş və əmək fəaliyyətini layiqincə icra etmişdir. Lakin Göygöl Milli Parkının direktorunun şəxsi qərəzliliyi əsasında xx.xx.2022-ci il tarixli 119 nömrəli əmrlə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir.
3. İddiaçı əmək hüquqlarını pozulmuş hesab etdiyi üçün Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsininin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iddiaçıya Göygöl Milli Parkını n cavabdeh qismində məhkəməyə verilməsi tövsiyə edilmişdir.
4. Əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh tərəfindən verilmiş əmr qanunsuzdur. Əmək fəaliyyətinə xitam verilməsinin səbəbi ilə maraqlanan zaman iddiaçıya məlum olmuşdur ki, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2022-ci il tarixdən işdən qərəzli olaraq çıxarılmışdır. Belə ki, X2 ərazisində qanun pozuntularına yol verilməsi barədə yazdığı şikayət iddiaçının iştirakı ilə yerində araşdırılmış və aşkar edilmiş qanun pozuntuları faktları rəsmiləşdirilərək aşkar edilən nöqsanların aradan qaldırılması və işlərində yol verdikləri xətalara görə X2 mühafizə işçilərinə xəbərdarlıq edilmişdir. Buna görə də iddiaçının barəsində əsassız olaraq əmək müqaviləsinin müddət inin qurtarılması bəhanəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, iddiaçı başqa işə də keçirilə bilərdi. Onunla bağlanmış əmək müqaviləsinə xitam veriləndən sonra cavabdeh tələsik əmrləri ilə başqa şəxsləri X2 ərazisində işə götürmüşdür. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) iddiaçının işdən çıxarılması qanunsuzdur.
5. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 63, 70, 71, 72, 74, 76-cı və 300-cü maddələrinə istinad etmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazında iddiaçının qanuni əsaslarla işdən azad olunduğunu bildirmişdir.
7. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(066)-1300/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Əyyub Kərimov)
8. Birinci instans iyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdeh təşkilatda işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “B” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.
9. Birinci instansiyası məhkəməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə göstərmişdir ki, Əmək Məcəlləsi müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər iki tərəfə bərabər hüquqlar verərək məsələnin həllini onların əmək münasibətlərini davam etdirmək arzusundan asılı etmişdir.
10. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının sözügedən əmək müqaviləsinin müddətli olmasını bildiyi halda onun bu qayda da bağlanması üçün hər hansı bir əsas mövcud olmaması ilə bağlı müqavilə qüvvədə olan dövrdə işəgötürənə hər hansı bir müraciəti olmamış, müqavilənin qanuniliyini mübahisələndirməmişdir.
11. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin 5 ildən artıq müddətə davam etdiyi halda müddətsiz əmək müqaviləsi hesab edilməsi üçün əsas şərt əmək müqaviləsinin fasiləsizliyidir. Müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün işçinin eyni müəsissədə fasiləsiz olaraq 5 ildən artıq müddətdə işləməsi deyil, onunla bağlanmış əmək müqaviləsinin fasiləsiz olaraq 5 il davam etməsi əsasdır.
12. Həmçinin müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün əsasdır, işçi ilə bağlanan yeni əmək müqaviləsinin müddətsiz bağlanmalı olması üçün deyil. Baxılan iş üzrə iş mat erialları ilə təsdiq edilir ki, iddiaçı işdən azad edilmiş və yeni vəzifəyə təyin olunmaqla onunla müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə isə müqavilənin müddəti bitdikdən sonra isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
13. Beləliklə də, tərəflər arasında bağlanmış iddiaçının yeni vəzifəyə təyin edilməsi ilə bağlı əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətdə davam etməmişdir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardığından işəgötürən onunla əmək münasibətlərini davam etdirmək arzusunda olmayaraq və bu barədə iradə ifadəsini iddiaçıya bildiriş verməklə bildirmiş, əmək müqaviləsinə xitam verilmişdir.
14. Qeyd edilənlərə əsasən birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdeh təşkilatda əvvəllər fasiləsiz iş ləməsi onunla əmək müqaviləsinin müddətsiz bağlanması üçün əsas deyildir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması barədə dəlilləri əsassızdır. Bu səbəbdən iddiaçının işə bərpa edilməsi ilə bağlı tələbi təmin edilə bilməz.
15. Birinci instansiyası məhkəməsinin mövqeyinə görə iddia tələbinin iddiaçının işə bərpa edilməsi hissəsinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, prosessual qənaət prinsipinə əsasən, iddia tələbinin digər hissələri üzrə araşdırma aparılmasına və bu tələbə hüquqi qiymət verilməsinə də zərurət yoxdur. İddia tələbi həmin hissədə də təmin edilə bilməz.
16. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləs inin 42, 46, 47, 56, 56, 68, 76, 83, 84, 287, 288, 292, 294, 296, 296-cı maddələrinin müvafiq hissə və bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı Qarabağ Müharibəsi veteranıdır, ölkə ərazisinin müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir, ailəlidir, məcburi köçkündür və 5 nəfər ailə üzvü vardır. Başqa qazanc yeri yo xdur, ailədə yeganə qazanc gətirən odur. Əmək Məcəlləsinin 63, 70, 72, 76, 71, 74-cü maddələrinin tələblərinə görə əmək münasibətlərinin tənzimlənməsində onlara xitam verilməsi, heç bir əsas olmadan əmək müqaviləsinin xitam edilməsi, dəyişdirilməsi, əlavə və dəyişiliklər edilməsi ilə bağlı hüquq və vəzifələr, əsaslar öz əksini tapmışdır. Bu baxımdan hazırkı mübahisə zamanı həmin əsaslar, işin həqiqi və faktiki halları, tərəflər arasında olmuş münasibət, bu müqavilənin ləğvinə əsas vermiş şəxslər, onların dairəsi, şərait geniş şəkildə araşırılmalı olan hallardandır. Birinci instansiya məhkəməsi iddiaçının 14 ildən çox müddətdə Göygöl Milli Parkının əməkdaşı olaraq əvvəlcə təsərrüfat müdiri və sonra ştatı ləğv edərək müqavilə ilə bələdçi kimi fəaliyyət göstərməsini, onunla olan müqavilənin birtərəfli qaydada ləğv edilərək başqa şəxslərin onun yerinə işə götürülməsi faktlarını aydınlaşdırmamışdır.
19. Apellyasiya baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdehlə ilk əmək müqaviləsi müddətsiz olduğundan sonradan onunla müddətli əmək müqaviləsi bağlanmış olsa belə, müqavilə daimi olmalıdır.
20. Apellyasiya baxışında cavabdehin nümayəndəsi bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanuni və əsaslı olmuşdur. Əmrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. İddiaçının vəzifəsi Göygöl Milli Parkına gələn qonaqlara bələdçilik etməkdən ibarət olmuşdur.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-274/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi t amamilə ləğv edilmiş, iddia tələbinin təmin edilərək, Göygöl Milli parkının iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli, 119 saylı əmri ləğv edilmiş, iddiаçının Göygöl Milli parkında bələdçi vəzifəsinə bərpa edilməsi, 04 oktyabr 2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiаçıya ödənilməsi qət edilmişdir. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə)
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarına görə cavabdehin 03 sentyabr 2008-ci il tarixli əmri ilə iddiaçı X1 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departament inin 18 avqust 2008-ci il tarixli 160/6 nömrəli əmrinə əsasən müddətsiz əmək müqaviləsi əsasında yeni yaradılan Göygöl Milli Parkına təsərrüfat müdiri vəzifəsinə təyin edilmiş və 24 iyun 2021-ci il tarixədək müddətsiz müqavilə əsasında həmin vəzifədə işləmişdir. X1 Xidmətinin 23 iyun 2021-ci il tarixli 159/k nömrəli əmrinə əsasən struktur dəyişikliyi ilə əlaqədar cavabdeh təşkilatın 24 iyun 2021-ci il tarixli 61 nömrəli əmri ilə iddiaçı Göygöl Milli Parkına 03 (üç) ay müddətinə bələdçi vəzifəsinə təyin edilmiş və həmin tarixdən təsərrüfat müdiri vəzifəsindən azad edilmişdir. Bununla da iddiaçı ilə cavabdeh təşkilat arasında bağlanmış ilk əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, sonradan 24 iyun 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi müddətli olmaqla bağlanmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Hazırkı işin faktiki hallarına görə isə iddiaçı ilə cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırkı əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması məhkəmə icraatı zamanı cavabdeh tərəfindən mübahisə olunmamış, habelə tərəflər arasında bağlanmış əmək müqaviləsində də bu barədə hər hansı qeyd göstərilməmişdir. Əksinə, sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi Göygöl Milli Parkına ilin hər fəslində qonaqların gəlməsini və onlara bələdçilər tərəfindən xidmət göstərilməsini bildirmişdir.
24. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlaması, eləcə də, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən əmək müqaviləsinin müəyyən müddətə bağlanmasını zəruri edən digər əsasların olması iş materialları ilə müəyyən olunmur.
25. Qeyd edilən halları nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verildikdən sonra onunla müddətli əmək müqaviləsi bağlanarkən tərəflər arasında hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Həmçinin işçinin əmək funksiyasının daimi xarakterə malik olması qabaqcadan bəlli olmuş və iddiaçının əmək müqaviləsi əvvəl müddətsiz olduğu halda, yeni əmək müqaviləsinin müddətli bağlamasının iddiaçının iradə ifadəsinə uyğun olması inandırıcı və ağlabatan hal deyil.
26. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əm ək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur.
28. Həmçinin məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməsi hissəsində də iddianın təmin edilməsi Əmək Məcəlləsinin 300-cü maddəsinə uyğun olaraq qanuni əsaslara söykənir.
29. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edildiyindən sonuncunun məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı da hesablanaraq ona ödənilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 2-ci hissəsi, Əmək Məcəlləsinin 45, 47, 68, 83, 84-cü m addələrinin müvafiq hissə və bəndləri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində Əmək Məcəlləsinin 47-ci maddəsini qeyd etsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının özünün razılığı ilə mövsümi vəzifə olan bələdçi vəzifəsi üçün müddətli əmək müqaviləsinin bağlanıldığını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməs i Konstitusiya Məhkəməsinin müvafiq Plenum Qərarına zidd olaraq öz qətnaməsində bir vəzifədən digər vəzifəyə keçirilmə məsələsinə və iddiaçının öz istəyi ilə bələdçi vəzifəsinə keçirilməsinə aydınlıq gətirməmişdir. Apellyasiya instansiyası məhkəməsi əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirmədən, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmadan səhv nəticəyə gələrək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45, 1-ci hissə. Əmək müqaviləs i müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45, 2-ci hissə. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45, 3-cü hissə. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45, 5-ci hissə. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Maddə 68, 2-ci hissə, “b” bəndi. Əmək müqaviləsinə müqavilənin müddətinin qurtarma sı əsası ilə xitam verilə bilər. Maddə 73, 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 300, 1hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətl ərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə b axarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxıl masını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlib.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 2230-cu bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zər urət görmür.
40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
41. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmə dən bağlanmalıdır.
43. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir.
44. İşin müəyyən edilmiş halına görə iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırkı əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxan məhkəmələrdə mübahisə olunmayıb.
45. Cavabdehin iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsini hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə çevirməsi, eləcə də, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən əmək müqaviləsinin müəyyən müddətə bağlanmasını zəruri edən digər əsasların olmasını ape llyasiya instansiyası məhkəməsi iş materialları ilə müəyyən etməmişdir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarında hüquqi mövqe belə olmuşdur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır, lakin nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlima tlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.
47. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquql arının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
48. Konstitusiya Məhkəməsinin Plenumu işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
49. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
50. Barəsində kassasiya şikayəti verilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən, araşdırılması mühüm əhəmiyyət kəsb edən işin hallarına qiymət verməklə iddianı təmin etmiş və gəldiyi nəticəni də buna uyğun əsaslandırmışdır.
51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin Göygöl Milli Parkının kassasiya şikayəti təmin edilmə sin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-274/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.