Məhkəmə qərarları › İş №2(102)-2811/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2811/2023

18.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2811/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əşyaları ilə birlikdə evdən çıxarılması və mənzilə köçürülmə tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cavabdehin əşyaları ilə birlikdə evdən çıxarılması və mənzilə köçürülmə tələblərinə dair birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(103)1369/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəli ev özbaşına tikilidir. Bu evdə iddiaçının fəaliyyət qabiliyyəti olmayan bacısı Zemfira İsmayılova, 2-ci qrup əlil olan qardaşı X7 və sonuncunun faktiki nikah münasibətlərində olduğu Cavabdeh yaşamış, iddiaçının bacısı və qardaşı vəfat etdikdən sonra cavabdeh həmin evdə yaşamağa davam etmişdir.

2. Hazırda iddiaçı mübahisəli evin onun tərəfindən alınmasına, kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin onunla bağlanmasına istinad edərək bildirir ki, mübahisəli evin mülkiyyətçisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Birinci iş üzrə icraat (İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehin əşyaları il ə birlikdə çıxarılması tələbinə dair iş)

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayan cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılıb ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Qəsəbə küçəsi, ev 15A ünvanda yerləşən fərdi yaşayış evi 23 avqust 2016cı ildən iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının tanışıdır və hazırda iddiaçıya məxsus olan fərdi yaşayış evini zəbt edərək orada qeydiyyatsız yaşayır. Cavabdeh iddiaçıya öz evində yaşamağa icazə vermir. Evin bütün kommunal xərclərini iddiaçı ödəyir.

5. Məhkəmə iclasında cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbin ə etiraz edərək rədd olunmasını xahiş ediblər.

6. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bildirib ki, o, İddiaçı mübahisəli mənzilə girib-çıxarkən görmüşdür. Onun cavabdehin əri ilə tanışlığı olmuşdur. İddiaçı həmin mənzildə yaşadığı ona məlum olmuşdur. Onlarla birlikdə cavabdehin ərinin xəstə bacısı da yaşamışdır.

7. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirib ki, cavabdehin anasıdır, iddiaçı isə onun xalası qızıdır. 6-7 ildir ki, Günay Rafiq ilə ailə qurmuşdur. Onlar əvvəl Biləcəridə yaşamış, daha sonra Biləcəridəki ev satılaraq hazırkı mübahisəli ev alınmışdır. Mübahisəli evin təmiri üçün o, qızına maddi köməklik etmişdir. Sözügedən mənzilin qiyməti 28.500 manatdır.

8. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirib ki, cavabdehi mübahisəli mənzildə görmüşdür. Sevil həmin mə nzildə yaşayır. Cavabdeh əri Rafiq Hüseynov əlil olmuşdur. Rafiq Hüseynov vəfat etmiş, o, Rafiqin yasında iştirak etməmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(011)-4336/2021 saylı qətnaməsi ilə (hakim A. N. Həsənova.) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, hazırkı iddia tələbi əmlakın mülkiyyətçisi və ya qanuni sahibi tərəfindən irəli sürülən iddia tələblərinə aiddir. Məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli əmlakın nə mülkiyyətçisi, nə də qanuni sahibi olması faktı müəyyən edilməmişdir. İddiaçı evin su, işıq, qaz təchizatı müqavilələrinin onun adına olmasını qeyd etsə də, bu hal özlüyündə mülkiyyət hüquqlarının yaranması üçün kifayət deyil. Şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquq ları dövlət reyestrində qeydə alındıqdan sonra əldə edildiyindən, mübahisəli mənzil dövlət reyestrində qeydiyyata alınmadığından və iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmadığından onun hazırkı iddia tələbi təmin edilə bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası MPM-in 4.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İkinci iş üzrə icraat (İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iş)

12. Bundan əlavə iddiaçı cavabdehə qarşı özünə məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi əvvəlki iddia tələbin in dəlillərinə uyğun əsaslandırılmışdır.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(011)5939/2021 saylı qətnaməsi ilə ( hakim Ə. R. Abbasova ) bu iddia da təmin edilməmişdir.

15. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev iddiaçının yaşayış yeri olmadığından onun həmin evə köçürülməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 178.2, 180.1, 180.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. İddiaçı hər iki qətnamədən apellyasiya şikayəti vermişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(103)-2466/2022 saylı qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

19. Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 2(103)-434/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E. Kazımov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(011)-4336/2021 saylı və 21 sentyabr 2021-ci il tarixli 2(011)5939/2021 qətnamələri ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbləri təmin edilərək Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Qəsəbə küçəsi ev 15A ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, İddiaçı Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Qəsəbə küçəsi ev 15A ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmasa da, həmin evin titul sahibidir. Onun həmin ev üzərində mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ vardır. Cavabdeh isə həmin fərdi yaşayış evi üzərində hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. İş materiallarında olan MAPS arayışından görünür ki, Cavabdeh başqa ünvanda – ünvan 3hisəli evin iddiaçıya məxsus olması onun həmin evə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir. O isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini və mənzil üzərində hər hansı hüququ olmayan cavabdehin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır, iddiaçının başqa yaşayış yerinin olması özünə məxsus olan evə köçürülməsi tələbini irəli sürməyə mane olmur.

21. Məhkəmə gəldiyi nəti cəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.8, 158.2, 158.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Qətnamədən cavabdeh (vəkil X6) kassasiya şikayəti vermişdir.

23. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) 11 oktyabr 2022-ci il tarixli, 2(102)-4712/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-434/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

24. Kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmişdir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən edilmir. Eyni zamanda, iş materiallarında həmin evin yerləşdiyi torpaq sahəsinin də həyətyanı sahə kimi ayrılmasına dair hər hansı bir sübut yoxdur. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququ əldə etməyə gözlənti ilə hüququ olması barədə mövqeyi qanuni və əsaslı hesab edilə bilməz.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi iddiaçının hazırda harada yaşaması, onun mülkiyyətində evinin olub-olmaması, yaşayış sahəsi ilə təmin olunub-olunmaması, mübahisəli evə ehtiyacının hansı zərurətdən irəli gəlməsi, o cümlədən, mübahisə predmeti olan evə hər hansı bir hüquqa, yəni subyektiv hüquqa malik olub-olmaması, həmçinin cavabdehin alternativ yaşayış yerinin, başqa ev almaq üçün imkanının olub-olmaması ilə bağlı halları aydınlaşdıraraq nəzərə almalıdır.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3-cü maddələrinə, Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə, Avropa İnsan Hü quqları Konvensiyasının 8-ci maddəsinin 1-ci bəndinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2, 2.4-cü bəndlərinə istinadla əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1369/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4336/2021 saylı 01 iyun 2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5939/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi qəbul etdi yi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. Belə ki, özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən edilmir. Eyni zamanda, iş materiallarında həmin evin yerləşdiyi torpaq sahəsinin də həyətyanı sahə kimi ayrılmasına dair hər hansı bir sübut yoxdur.

29. İddiaçı mübahisəli evin onun tərəfindən və məhz ona məxsus vəsait hesabına əldə edilməsinə, həmin evə mülkiyyətçi kimi qanuni gözlənti hüququnun olmasına istinad etməsinə baxmayaraq bu hallar da məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçı verdiyi izahatında Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Qəsəbə küçəsi ev 15A ünvanda yerləşən fərdi yaşayış evinin özünə məxsus olmasını, bacısının adına formal olaraq rəsmiləşdirilmiş torpaq sahəsinin satılmasından əldə edilmiş vəsait hesabına alındığını bildirmişdir. Onun qeyd etdiyi bu xüsusatlara baxmayaraq işdə olan sübutlara əsasən sözügedən torpaq sahəsinin iddiaçının əlil olmuş bacısına fərdi yaşayış evinin tikintisi üçün ayrıldığı (Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 760 saylı, xx.xx.1998-ci il tarixli sərəncam), ona məxsus olduğu və onun adından qanuni nümayəndəsi bacısı-iddiaçı vasitəsilə satıldığı (xx.xx.2016-cı il tarixli torpaq alqı-satqısına dair ilkin müqavilə,) müəyyən edilmişdir.

30. İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş bu halı təkzib edərək, əslində torpaq sahəsinin ona məxsus olduğuna istinad etsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmiş, beləliklə də mübahisələndirilən yaşayış evinin, evin yerləşdiyi torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmamasından başqa hətta onun vəsaiti hesabına əldə edilməsi halı öz təsdiqini tapmamışdır.

31. Mübahisəli evə aid kommunal xidmətlərin göstərilməsinə dair müqavilələrin iddiaçı tərəfindən bağlanması, "xxxx" MMC tərəfindən verilmiş və Bakı şəhəri Xətai RİH başçısının Əhmədli qə səbəsi üzrə nümayəndəliyinin möhürü ilə də təsdiq olunmuş 23 avqust 2016-cı il tarixli hesabat cədvəlinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair hesabat cədvəlinin onun adına tərtib olunması da ağlabatandır və bu sənədlər məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş halları təkzib etmir.

32. Belə ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2000ci il tarixli 2218 saylı sərəncamı ilə İddiaçı ruhi xəstə, 1-ci qrup əlil olan bacısı X2 qəyyumu təyin edilmişdir. Bununla da iddiaçı xəstə bacısının qanuni nümayəndəsi olmuşdur, yaşadığı evin idarə edilməsi üzrə müvafiq hərəkətləri etməkdə səlahiyyətli idi və qəyyumluğunda olan şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün vəzifə daşıyırdı.

33. İddiaçı həmçinin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 28.000 manat müqabilində X1 onun tərəfindən alınmasına dair notariat qaydasında təsdiq olunmuş ərizəyə istinad etmişdir.

34. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır: sübutlar birlikdə dəyəndirilməlidir.

35. Məhkəmənin gəldiyi qənaətə görə, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 28.000 manat müqabi lində X1 iddiaçı tərəfindən alınmasını təsdiq edən lazımi sənədlər məhkəməyə təqdim edilmədiyindən, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2016-cı tarixli ərizəyə hüquqi qiymət verilməsinə də zərurət aradan qalxır. Çünki mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsilə təsdiq edilməli olduğunu qeyd edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına zərərin dəyməsinə dair irəli sürdüyü dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır.

36. Bundan başqa müvafiq ərizə məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edildiyi təqdirdə belə yuxarıda qeyd edilənlərə əsasən həmin vəsaitin iddiaçıya məxsus olmaması halının öz təsdiqini tapdığından iddiaçının bu ərizə ilə sübut etmək istədiyi halları məhkəmə tərfədindən əsassız hesab ediləcəkdir.

37. Beləliklə yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddiaçının mübahisəli fərdi yaşayış evində yaşamadığı, özbaşına tikiliyə mülkiyyət hüququna dair qanuni gözləntisinin olmadığı qənaətinə gəlmiş və birinci instansiya məhkməsinin hazırki iş üzrə gəldiyi mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayan cavabdehin əşyaları ilə birlikdə həmin ünvandan çıxarılmasını tələb etmək üzrə subyektiv hüquqa malik deyildir.

38. Məhkəmə kollegiyası iddiaçının mənzilə köçürülməsi ilə əlaqədar olan iddiaya dair Ali Məhkəmənin göstərişlərinə əsasən onun hazırda harada yaşaması, mülkiyyətində evin olub-olmaması, yaşayış sahəsi ilə təmin olunub-olunmaması, mübahisəli evə ehtiyacının hansı zərurətdən irəli gəlməsi, o cümlədən, mübahisə predmeti olan evə hər hansı bir hüquqa, yəni subyektiv hüquqa malik olub-olmaması, həmçinin cavabdehin alternativ yaşayış yerinin olub-olmaması ilə bağlı halların aydınlaşdırılmalı olması qənaətinə gəlir.

39. Bununla əlaqədar ilk öncə qeyd edilməlidir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının yaxud hər hansı bir aidiyyətinin, yaşayış sahəsinə olan ehtiyacını yalnız mübahisə predmeti olan evdən istifadə etməklə qarşılamaq məcburiyyətində olub-olmaması ilə bağlıdır.

40. Belə k i, iddiaçı həmin evin əldə olunmasında özünün iştirak etdiyini, mübahisəli evə subyektiv hüquqa malik olduğunu qeyd etsə də, yuxarıda göstərilənlərə əsasən onun mübahisə predmeti olan evə mülkiyyətçi kimi qanuni gözlənti hüququnun olması halının öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Bundan başqa, iş materiallarından, o cümlədən iddiaçının birinci instansiya və apellyasiya baxışı zamanı verdiyi izahatdan görünür ki, onun yaşamaq məqsədilə istifadə etdiyi digər sahələr vardır.

41. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı xəstə bacısına normal qulluq edilmədiyi üçün öz yanına aparmalı olduğu (iş vərəq 98), apellyasiya baxışı zamanı isə ərinin mülkiyyətində mənzil olduğunu və onunla nikah münasibətlərinin pozulmadığını, bacısının uşaqlarını yaşadıqları evdən yazığı gəldiyi üçün qo va bilmədiyini və s. bu kimi izahatlar onun yaşayış yerinin olmasına və alternativ yaşayış yeri kimi mübahisə predmeti olan evə ehtiyacının olmamasına dəlalət edir.

42. Qeyd edilməlidir ki, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə bu cür halların mövcudluğu öz təsdiqini tapmamışdır.

43. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli evdə yaşamadığı və hazırda yaşamam ası, nikahda olduğu şəxsin mülkiyyətində evin olduğu, özünün etiraf etdiyinə görə alternativ yaşayış sahəsinə malik olduğu və mübahisəli yaşayış sahəsinə ehtiyacının hər hansı zərurətdən irəli gəlmədiyi, o cümlədən, mübahisə predmeti olan evə hər hansı bir hüquqa malik olmadığı müəyyən edilmişdir. Bununla da hazırki mülki iş çərşivəsində cavabdehə aid digər məsələlərin aydınlaşdırılmasına ehtiyac qalmamışdır.

44. Məhkəmə öz mövqeyini Mülki Məcllənin 36.1, 180.1-180.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Mülki-Prosessual Məcəlləsinin 4.1,14.2, 77.1,88, 81-ci istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verər ək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsin ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

46. Kassasiya şikayəti belə əsaslandırılıb ki, iş materiallarından məlum olduğu kimi iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmasa da, həmin evin sahibidir. Onun həmin ev üzərində mülkiyyət hüququ əldə etməyə gözlənilən hüququ vardır. Cavabdeh isə həmin fərdi yaşayış evi üzərində hər hansı hüququnun olması müəyyən edilməmişdir. İş materiallarında olan MAPS arayışından görünür ki, Cavabdeh başqa ünvanda - ünvan 5 Beləliklə, mübahisəli evin İddiaçı məxsus olması, onun həmin evə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir və o, bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin evə köçürülməsini və ev üzərində hər hansı hüququ olmayan cavabdehdən evdən çıxarılmasını tələb etməkdə haqlıdır.

47. Mübahisəli fərdi yaşayış evi ilə bağlı kommunal xidmətlərin göstərilməsinə dair bütün sənədlər (müqavilə və s.) iddiaçının adınadır. Başqa sözlə, mübahisəli ev iddiaçı tərəfindən pul müqabilində alınmış və evlə bağlı müvafiq sənədlər onun adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermişdir. Bununla da, məhkəmə maddi hüquq normalarından əlavə, həmçinin prosessual hüquq normasının da pozuntusuna yol vermiş, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul et mişdir.

48. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

50. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 51. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

52. Maddə 139.1 Mülkiyyə t hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

53. Maddə 152.1 Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

54. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

55. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

56. Maddə 158.1.2 Mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.

57. Maddə 158.2 Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

58. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

59. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

60. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

61. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

62. Maddə 181.3. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

63. Maddə 48.2 Azərbaycan Respublikasın ın vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

64. Maddə

82. Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur.

65. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

66. Maddə 68 Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

67. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gə lməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

68. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

72. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Mad də 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Nəzərə alınmalıdır ki, 79. hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığ ını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

80. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərək ətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

81. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də iddiaçının verilmiş tələb üzrə subyektiv hüququnun olub olmamasını araşdırmış və müəyyən etmişdir ki, iddianın bu cür hüququ yoxdur.

82. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, isənilən halda mülki hüquqlar yalnız hüquqi nəticəyə səbəb olan faktlar (hüquqi faktlar) əsasında yaranır. Bu cür faktların siyahısı Mülki Məcəllənin 14.2-ci maddəsində müəyyən edilmişdir. Mülkiyyət hüququ da müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər.

83. Əşyaya mülkiy yət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması da zəruri şərtdir. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda, həmçinin əmlakı özgəninkiləşdirən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir.

84. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də m ülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır.

85. Kassatorun mübahisəli ev üzərində mülkiyyət hüququ əldə etməyə gözlənilən hüququ olması barədə dəlili də apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və təsdiq edilmədiyinə görə rədd edilmişdir (bu qərarın 35-ci paraqrafı). Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyini qanuni hesab edir və əlavə olaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyün ün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hüquqi əsas hesab olunan faktların dairəsi müəyyən olunmuşdur. Baxılan işin hallarına uyğun olaraq torpaq sahəsinə dair qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə dair qəbul olunmuş akt (8.0.1) və ya daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə (8.0.3) təqdim olunmamışdır.

86. Baxılan işdə ümumiyyətlə iddiaçının torpaq sahəsinə və ya tikiliyə qarşılıqlı hüquq və vəzifələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq davranış və hərəkətlərin icra edilməsini ehtiva edən müqavilənin olması müəyyən edilməmişdir. Eyni zamanda mübahisəli əmlaka dair iddiaçının Mülki Mə cəllənin 157.8-ci və 158.1-ci maddələrinə əsasən hüquqi müdafiə altına alınmış istifadə hüquqları da müəyyən olunmamışdır.

87. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

88. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

89. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(103)1369/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar