Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2812/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı vəkili X2, Cavabdeh2 MMC-nin nümayəndəsi X1, vəkili X3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ( bundan sonra cavabdeh) Cavabdeh1, vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, X5 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Satıcı Cavabdeh2 MMC ilə alıcı Cavabdeh1 İsmi qızı arasında 11.05.2009-cu il tarixdə ilkin olaraq ünvan 1 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 115,6 kv.metr olan 3 otaqlı 17 nömrəli mənzilin alğı-satqısına dair müqavilə bağlanmışdır. Lakin sonradan həmin alğı-satqı müqaviləsi eyni binanın 14cü mərtəbəsində ümumi sahəsi 115,6 kv.metr olan 3 otaqlı 71 nömrəli mənzilə dair bağlanm ış və mənzil Cavabdeh1 mülkiyyətinə verilmişdir. Bundan sonra Cavabdeh1 həmin mənzili təmir edərək ailəsi ilə birlikdə ora köçmüşdür və hal-hazıradək mübahisəli mənzil onun istifadəsində və sahibliyindədir. Mənzilə dair bütün kommunal xidmətlərə görə müqavilələr Cavabdeh1 ilə bağlanmışdır. Eyni zamanda həmin mənzilə dair MMC ilə İddiaçı arasında 10.08.2009-cu il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər "xxxx" Company MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında "xxxx" Company MMC tərəfindən inşa edilmiş 3 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən və ümu mi sahəsi 155,6 kv.metr olan 3 otaqlı 71 saylı mənzilə dair MMC ilə Cavabdeh1 arasında bağlanmış 11.05.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 71 saylı mənzildən çıxarılması, 71 saylı mənzilin ona təhvil verilməsi, "xxxx" Company MMC ilə Cavabdeh3 arasında ünvan 2 ünvanında MMC tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 191,4 kv.metr olan 4 otaqlı 14 saylı mənzilə dair bağlanmış 08.10.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, eyni zamanda 14 saylı mənzilə dair MMC ilə x2 arasında bağlanmış 26.07.2013-cü il tarixli müqavilənin etibarsız hesab olunması, 14 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunl a MMC arasında bağlanmış 10.08.2009-cu il tarixli müqaviləyə əsasən MMC tərəfindən 71 nömrəli mənzil ona satılmışdır. 2009-cu ildə yaşayış sahəsinin hər kv.metri üçün 1.080 manat olmaqla, cəmi 168.048 manat məbləğində pul vəsaitini ödəmiş və bu barədə MMC tərəfindən ona maliyyə arayışı verilmişdir. Həmin mənzilin istismara verilməsi gecikdirildiyinə görə mənzilin təmirini həyata keçirə bilməmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, ona satılmış 71 saylı mənzil 11.05.2009-cu il tarixli müqavilə ilə başqa bir şəxsə, yəni hazırkı iş üzrə Cavabdeh1 qanunsuz olaraq satılmışdır. Bundan başqa, həmin tikinti şirkəti ilə 10.08.2009-cu ildə həmin ünvanda inşa edilən 1 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 14 saylı mənzilə görə aralarında 2-ci müqavilə bağlanılmışdır. Həmin müqa viləyə görə o, 191,4 kv.metrdən ibarət olan yaşayış binasının hər kv.metri üçün 960 manat ödəməklə, cəmi 183.744 manat pul vəsaitini satıcıya ödəmiş və bu barədə müvafiq maliyyə arayışı verilmişdir. O, bir neçə ay əvvəl həmin mənzili təmir etdirmək istəsə də, tikinti şirkəti buna da maneçilik yaratmışdır. Ona bildirmişlər ki, mənzilin təmiri və istismara qəbulu üçün ilk öncə sayğaclara görə 1.200 manat ödəniş etmək və qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə bağlanmalıdır. O, şirkətin bildirişinə əsasən sayğaclara görə tikinti şirkətinin kassasına 1.200 manat pul ödəmiş və tikinti şirkəti ilə aralarında 26.03.2018-ci il tarixdə 310 nömrəli müqavilə bağlanmışdır. Bundan sonra da tikinti şirkəti yenidən onun həmin mənzilə daxil olub təmir işləri görməyinə müxtəli f vasitələrlə mane olmuşdur. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, ona satılmış 14 saylı mənzil, 08.10.2008-ci il tarixli müqavilə ilə əvvəlcə Cavabdeh3, sonra isə 26.07.2013-cü il tarixli müqavilə ilə T.Əhədova qanunsuz olaraq satılmışdır.
4. Cavabdeh1 cavabdehlər "xxxx" Company MMC-yə və Qadir Bayramova qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə "xxxx" Company MMC arasında 71 saylı mənzilə dair bağlanmış 10.08.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh1 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, MMC ilə arasında 71 saylı mənzilə dair müqavilə 11.05.2009-cu il tarixdə bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən satıcı 71 saylı mənzili ona təhvil verməlidir. Müqavilənin 2.2.1-ci bəndinin tələbinə əsasən o, mənzilin hər bir kv.metri üçün 1.038 manat olmaqla, ümumilikdə 161.500 manat məbləğində pulu MMC-yə ödəmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, qanuni əsaslarla ona satılmış mənzil MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən İddiaçı satılmışdır. Mənzil onun mülkiyyətində ola-ola, həmin mənzilin başqa bir şəxsə satılması qanunvericiliyin tələblərinə ziddir. Mübahisəli mənzil onun mülkiyyətindədir, o, həmin mənzili təmir etdirmişdir və uzun müddətdir ki, həmin mənzildə yaşayır.
6. Müstəqil tələb irəli sürən üçüncü şəxs x2 "xxxx" Company MMC-yə və İddiaçı qarşı müstəqil iddia ilə məhkəməyə müraciət edərək İddiaçı ilə MMC arasında 14 saylı mənzilə dair bağlanmış 10.08.2009-cu il tarixli müqaviləni etibarsız hesab edilm əsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(011)5526/2018 saylı qətnaməsi ilə (hakim N.Misirzadə) ilkin iddianın təmin edilməsi, 71 saylı mənzilə dair MMC ilə Cavabdeh1 arasında 11.05.2009-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 71 saylı mənzildən çıxarılaraq, həmin mənzilin İddiaçı təhvil verilməsi, 14 saylı mənzilə dair MMC ilə Cavabdeh3 arasında 08.10.2008-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, 14 saylı mənzilə dair MMC ilə T.Əhədov arasında 26.07.2013-cü il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, 14 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxs x2un iddiasının rədd edi lməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzillər iddiaçıya məxsus olduğu halda, habelə iddiaçı ilə Cavabdeh2 MMC arasında göstərilən müqavilələr bağlandığı halda, bununla da qeyd edilən mənzillərlə bağlı hər hansı bir razılaşmalar (müqavilələr) bağlanarkən, iddiaçının da iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakları olmadan, həmin müqavilələrin tərəfi olmayan şəxslər, yəni cavabdehlər Xuaraman Bədəlova, Cavabdeh3 və x2la digər Cavabdeh2 MMC arasında əvvəlki və sonrakı tarixlərdə müqavilələr bağlanaraq, iddiaçıya məxsus mənzillər Cavabdeh2 MMC tərəfindən cavabdehlərə satılmışdır. Bununla da mübahisəli mənzillərə dair Cavabdeh2 MMC ilə cavabdehlər arasında bağlanmış qeyd edilən müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlan mışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 178, 324,337, 421,423-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2018-cu il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və E.Y.Şamayev) Cavabdeh2 MMC, Cavabdeh1 və X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzillər fərdi müəyyən edilən əşyalardır və bağlanmış müqavilələr əsasında yalnız İddiaçı məxsus olmuşdur. Ona məxsus mənzillərlə b ağlanmış müqavilələr ləğv edilmədən MMC ilə digər şəxslər arasında əvvəlki tarixlərlə olsa belə, İddiaçı iradə ifadəsi olmadan qeyd edilən müqavilələr bağlana bilməzdi. Belə olan halda, mübahisəli mənzillərə dair MMC ilə Cavabdeh1, Cavabdeh3a və T.Əhədov arasında bağlanmış müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış kimi qiymətləndirilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2019-cu il tarixli, 2(102)-4503/2019 saylı qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.M.Rüstəmov) cavabdeh "xxxx" Company MMC-nin və üçüncü şəxs X3 oğlunun kassasiya şikayətlərinin qismən, cavabdeh Bədəlov Xuraman Əvəz qızının kassasiya şikayətinin tam təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2018-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi MMC ilə Cavabdeh3 arasında 08 oktyabr 2008-ci il tarixli müqavilə bağlanan zaman sonuncunun ölkə hüdudlarından kənarda olmasına əsaslanmaqla həmin müqavilənin sonradan arxa tarixə tərtib edildiyini göstərməklə, bu baxımdan müqavilənin etibarsız olması qənaətinə gəlməklə müqavilənin tərəfləri olan MMC ilə Cavabdeh3 arasında bu halla bağlı hər hansı bir etirazın olmamasını, əqdin hər iki tərəfin bəyənməsini, müqavilə tərəfi olan Cavabdeh3 müqavilə üzrə MMC qarşısında götürdü yü öhdəliklərə müqavilədə göstərilən tarixdə, yəni 08 oktyabr 2008-ci il tarixdə əməl edərək mənzilin dəyəri olan 114840 manat pulu MMC-yə ödəməsini diqqətdən qaçırmış, bu hallara hüquqi qiymət verməməklə səhvə yol vermişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və A.N.İmanov) Cavabdeh2 MMC, Cavabdeh1 və X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi (yanlışlığın aradan qaldırılması barədə 01.10.2018-ci il tarixli qərardad nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkə məsi hesab etmişdir ki, mübahisəli mənzillərə dair Cavabdeh1, Cavabdeh3 və T.Əhədovla MMC arasında bağlanmış müqavilələr mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır, həmin müqavilələr İddiaçı mübahisəli mənzillərin satılmasına dair iradəsini ifadə etməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, məhkəmə ilkin iddianın “cavabdehlərin mənzillərdən çıxarılmaları, mənzillərin boşaldılaraq ona təhvil verilməsi” hissəsində də düzgün nəticəyə gəlmişdir, belə ki, Mülki Məcəlləsinin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son q oymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2020ci il tarixli, 2(102)-1212/2020 saylı qərarı ilə (hakimlər Q.Ə.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və G.A.Quliyev) üçüncü şəxs Əhmədov Tapdıq Əlirza oğlunun kassasiya şikayətinin təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 oktyabr 20 19-cu il tarixli qətnaməsinin Cavabdeh1 münasibətdə ləğv edilməsi, işin Cavabdeh1 münasibətdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmış, qətnamə X5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
18. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallara görə MMC Cavabdeh1 ilə ilkin olaraq binanın 5-ci mərtəbəsində yerləşən 17 saylı mənzilə dair müqavilə bağlamış, lakin sonradan müqavilə 71 saylı mənzil üzrə 11 may 2009-cu il tarixə rəsmiləşdirilmişdir. 71 saylı mənzil Cavabdeh1 mülkiyyətinə təhvil verilmiş, sonuncu həmin mənzili təmir etməklə yaşamağa başlamışdır. Həmin mənzilə dair İddiaçı arasında müqavilə isə 10.08.2009-cu il tarixdə bağlanmışdır. Həmçinin apellyasyia məhkəmə sinin müəyyən etdiyi hallardan aydın olur ki, Mülki Məcəllənin 452.1-ci maddəsində göstərilən şərtlərdən birincisi Cavabdeh1 münasibətdə müəyyən edilmişdir, yəni mənzil onun mülkiyyətinə verilmişdir. Belə olan halda Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə 71 saylı mənzilə dair digər şəxslərin tələbləri əsaslı ola bilməz Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını, Cavabdeh1 mübahisəli mənzili təmir etməklə orada yaşamasını, onunla mənzilə işıq, su, qaz verilməsinə dair aidiyyatı təşkilarlarla müqavilə bağlanmasını, Cavabdeh1 müqaviləsinin İddiaçı müqaviləsindən əvvəl bağlanmasını nəzərə almadan qətnamə qəbul etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixl i, X5 saylı qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və Ş.Ə.Məhərrəmova) qarşılıqlı iddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-nin apellyasiya şikayətlərinin apellyasiya baxışının predmeti olan hissəyə münasibətdə təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(011)-5526/2018 saylı qətnaməsinin qismən – Cavabdeh1 aid hissədə ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 71 saylı mənzildən çıxarılması və 71 saylı mənzilin ona təhvil verilməsi tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh1 X8 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasını n təmin edilməsi, X11 ilə Cavabdeh2 MMC arasında ünvan 1 ünvanda MMC tərəfindən inşa edilmiş 3 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 155,6 kv.m. təşkil edən 3 otaqlı 71 saylı mənzilin alğı-satqısına dair bağlanmış 10 avqust 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzillə bağlı qarşılıqlı iddiaçı Cavabdeh1 onunla MMC arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə pay haqqını tam olaraq ödədiyindən və həmin mənzili satıcıdan real olaraq təhvil alıb təmir etdikdən sonra orada faktiki olaraq yaşamağa başladığından mülki qanunvericiliyin müddəaları baxımından həmin mənzil onun mülkiyyətinə verilmiş hesab edilməlidir. Belə olan halda, Mülki Məcəllənin 452.1-ci maddəsini n digər şərtinə, yəni mənzillə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanmasına istinad etməklə müqavilənin etibarsızlığını tələb etmək qanuni hesab edilə bilməz.
21. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, Cavabdeh1 ilə MMC arasında ünvan 1 ünvanda inşa edilən 3 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 115,6 kv.metr olan 3 otaqlı 71 nömrəli mənzilin alğı-satqısına dair bağlanmış müqavilə qüvvədə olduğundan və həmin müqavilə üzrə mübahisəli mənzil onun mülkiyyətinə verildiyindən, işin yuxarıda göstərilən hallarına əsasən eyni mənzilə dair MMC ilə İddiaçı arasında bağlanmış 10.08.2009-cu il tarixli müqavilə etibarsız hesab olunmalı və bununla bağlı verilmiş qarşılıqlı iddia təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, m əhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və Cavabdeh1 münasibətdə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiya məhkəməsinin qərarının əsaslandırıcı hissəsi başdan-başa belə pozuntulardan ibarətdir. “Məhkəmə filan məsələləri aydınlaşdırmayıb”, “işin həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi qiymət verməyib”, “iş üzrə onun gəldiyi nəticə qanuni və əsaslı ola bilməz, müqavilə ilkin olaraq Cavabdeh1 ilə bağlanıb” və s. çoxsaylı hallarda kassasiya instansiyası məhkəməsi faktoloji məsələlərə girərək sübutlara qiymət verib, işin bütün hallarının aydınlaşdırılmadığını iddia edib, qətnamədəki nəticələrin işin faktiki hallarına uyğun olmadığını göstərib. Apellyasiya instansiyası məhkəməsi isə bu qanunsuz göstərişlərə əməl edərək Ali Məhkəmənin Mülki Kollegiyasının diqtə etdiyi nəticəni təkrar edərək qərar çıxarıb, müqavilənin ilk dəfə Cavabdeh1 ilə bağlanması barədə kassasiya instansiyası məhkəməsinin qanunsuz göstərişini qərarının əsasınd a qoyub. Məhkəmə Mülki Məcəllənin 146,178. 324. 337. 452.1 və başqa maddələrinin tələblərini pozub, onları yanlış tətbiq və təfsir edib.
24. İddiaçı mənzilə görə pay haqqını 2009-cu ildə, Cavabdeh1 isə 2016-cı ildə ödəyib. Bu halda Mülki Məcəllənin 178.8-ci maddəsinin mənasına görə mənzil üzərində mülkiyyət hüququnu İddiaçı Cavabdeh1 daha əvvəl əldə etmişdi.
25. Bundan başqa, Mülki Məcəllənin 324-cü maddəsinə uyğun olaraq MMC ilə İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən mənzilə sahiblik və istifadə hüquqları İddiaçı verildiyinə görə, onunla bağlanmış müqavilə pozulmadan heç bir halda mənzil başqa şəxsə satıla bilməzdi. Bundan başqa, Mülki Məcəllənin 452-ci maddəsində Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır” dedikdə, əmlakın üçüncü şəxsə qanuni əsaslarla və mülkiyyətə verilməsi nəzərdə tutulur. MMC-nin artıq mülkiyyətçisi olmadığı əşyanı başqa şəxsə verməsi qanunsuzdur.
26. Bundan əlavə, Cavabdeh1 mənzil üzərinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə, Mülki Məcəllənin 146-cı maddəsinə əsasən əmlak ona mülkiyyət hüququ ilə verilmiş hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, Ali Məhkəmənin öz qərarında göstərdiyi və apellyasiya instansiyası məhkəməsində araşdırılmış hallar işin obyektiv və qanuni həlli üçün mühüm əhəmiyyət kəsb edən məqamlardır. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh1 həmin mənzil üzərində mülkiyyət hüququ tam qanuni əsaslarla daşınmaz əmlakın dövlət reyestr ində qeydə alınaraq onun mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir. Göründüyü kimi, kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası yoxdur və həmin dəlillərə əsaslanaraq qanuni və əsaslı qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir. Eyni zamanda qeyd edilməlidir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia üzrə cavabdeh olan Sahil-D Kompani MMC bütün məhkəmə instansiyalarında qarşılıqlı iddianı etiraf etmiş, qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı apellyasiya və kassasiya şikayətləri vermişdir. İlkin iddiaya münasibətdə isə iddia tələbini qəbul etməmişdir. Bu faktın özü də apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsinin əsaslı və qanunauyğun olmasını göstərir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Əliyev Əzizağa Əlibaba oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X4, vəkili X7, Cavabdeh1, vəkili İbrahimov Ramiz Hilal oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı, Cavabdeh3, üçüncü şəxs X3 oğlu məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüqu q
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçir ilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyr inə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun m əhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
33. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
34. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya kollegiyası kas satorun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə istinadən əvvəlki kassasiya icraatında işin faktik halları ilə bağlı göstərişlər verilməsi və faktoloji məsələlərə girərək sübutlara qiymət verməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsində kassasiya instansiya məhkəməsinin qərarının əsaslandırıcı hissəsi deyil, kassasiya şikayətində nəyə istinad edilməsinə yol verilməməsi nəzərdə tutulmişdur. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 146,178, 324, 337, 452.1 və başqa maddələrinin tələblərinin pozulduğunu, onların yanlış tətbiq və təfsir edildiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.
40. Mülki Məcəllənin 452.1-ci maddəsində bəhs olunan mülkiyyət hüququ i lə verildiyi hal” ifadəsi, üçüncü şəxsin əmlaka icarə, istifadə və s. hüququ ilə deyil, məhz mülkiyyət hüququ ilə verilməsini ehtiva edir. MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə də mənzilə alıcının mülkiyyət hüququnun yaranmasının hüquqi əsasıdır. Həmin hüququn alğısatqıdan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması isə, üçüncü şəxs üçün Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş üstünlük hüququnu aradan qaldırmır. Buna görə də kassatorun “Cavabdeh1 mənzil üzərinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə, Mülki Məcəllənin 146cı maddəsinə əsasən əmlak ona mülkiyyət hüququ ilə verilmiş hesab edilə bilməz” dəlili əsassızdır.
41. Kassatorun Mülki Məcəllənin 178.8-ci maddəsinin 01.07.2018-ci il tarixədək qüvvədə olmuş reda ksiyasına istinadən “mənzil üzərində mülkiyyət hüququ pay haqqı tam ödənildikdən sonra əldə edilə bilər” dəlili ilə bağlı qeyd edir ki, İddiaçıla MMC arasında olan münasibətlər kooperativlə payçı arasında yaranan münasibətlər deyildir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisəli mənzillə bağlı qarşılıqlı iddiaçı Cavabdeh1 onunla MMC arasında bağlanmış alğı-satqı müqaviləsi mənzilin razılaşdırılmış dəyərini tam olaraq ödədiyindən və həmin mənzili satıcıdan real olaraq təhvil alıb təmir etdikdən sonra orada faktiki olaraq yaşamağa başladığından mülki qanunvericiliyin müddəaları baxımından həmin mənzil onun mülkiyyətinə verilmiş hesab edilməli olması ilə bağlı gəldiyi qənaətlə razılaşır.
42. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiy yətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, X5 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.