Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2812/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:vəsiyyətnamə üzrə və məcburi payın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(106)-395/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. xx.xx.2022-ci il tarixdə ölmüş X5 ünvan 1 ünvanda 0,02115 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 363,7 kv.metr olan fərdi yaşayış evi (xx.xx.2014-cü ildə ********** nömrə ilə qeydə alınıb); Salyan şəhərində yerləşən 0,50 ha torpaq sahəsi və “TİKO-DX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalıb.
2. X5 arvadı (iddiaçının və cavabdehin anası) X2 2005-ci ildə ölüb.
3. X5 hazırda birinci növbəli vərəsələri bunlardır: Fərayət, Aləddin, Rəna və Samirə.
4. X1 şəhəri, 20 Yanvar küçəsi, 03 saylı ünvanda yerləşən fərdi yaşayış evini, həmin evin yerləşdiyi 0,2115 ha torpaq sahəsini və bütün əmlakını övladı İddiaçı vəsiyyət edib, bu barədə 16 fevral 2020-ci il tarixli notarial qaydada vəsiyyətnamə tərtib edilib və dəfn xərclərinin çəkilməsi də sonuncuya vəsiyyət olunub. 5. 06 iyun 2022-ci il tarixdə İddiaçı nümayəndəsi vasitəsilə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət edib və notariat orqanının 07 iyun 2022-ci il tarixli, 10 saylı qərarı ilə vərəsələr arasında mübahisə olduğu və zəruri sənədlər tam təqdim edilmədiyi üçün İddiaçı adına “Vəsiyyətnamə üzrə vəsərəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda 0,02115 ha torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 233 kv.metr olan fərdi yaşayış evinə, “TİKODX” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə və mərhum Ramiz Əliyevin adına qeydə alınmış Salyan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə verilmiş JN0025 KOD 80901004 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,50 ha torpaq sahəsi üzərində qanun üzrə vərəsə kimi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edib.
7. İddiaçı tələbini onunla əsaslanlırıb ki, X13 xx.xx.2022-ci il tarixdə ölüb, özündən başqa mərhumun Aləddin, Rəna və Samirə adlı 4 vərəsəsi qalıb. X13 16 fevral 2020-ci il tarixdə notarial qaydada təsdiq edilməklə vəsiyyətnamə qoyaraq ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini, evin yerləşdiyi 0,02115 ha torpaq sahəsini və bütün əmlakını ona vəsiyyət edib. Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə cavabdehin X13in mülkiyyətində olan fərdi yaşayış e vindən istifadə hüququna xitam verilib. İki bacısı Samirə və Rəna miras paylarından onun xeyrinə imtina edib. Miras əmlaklarla bağlı yalnız cavabdehlə aralarında narazılıq yaranıb. Lakin, cavabdeh notariusa verdiyi 05 oktyabr 2022-ci il tarixli ərizəsində mübahisəli evdən, həyətyanı torpaq sahəsindən və 52BH018 qeydiyyat nişanlı avtomobildən ona çatası paydan imtina edib. Özü notariusa müraciət edib, notarius isə 07 iyun 2022-ci il tarixli, 10 saylı qərarı ilə ona “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edib. X10 25 may 2022-ci ildə, Samirə Ağayeva isə 22 may 2022-ci ildə miras əmlakdan payının müəyyən edilməsi üçün notariusa müraciət edib. Eyni zamanda Samirə Ağayeva və Rəna Əmirova məhkəməyə ünvanladıqları ərizələrində cavabdehin miras əmlakdan pay almaq hüququndan məhrum edilməsi və öz paylarından onun xeyrinə imtina etmələrini qeyd ediblər. Ona görə də iddianın təmin olunaraq, onun ünvan 2 ünvanda yerləşən 0,02115 ha torpaq sahəsi üzərində yerləşən 4 otaqlı, ümumi sahəsi 233 kv.metr olan fərdi yaşayış evi, “TİKO-DX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil və mərhum Ramiz Əliyevin adına qeydə alınmış Salyan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə verilmiş JN0025 KOD 80901004 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,50 ha torpaq sahəsi üzərində qanun üzrə vərəsə kimi mülkiyyət hüququ tanınmalıdır.
8. Salyan Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Səmədov) iddia qismən təmin edilərək, miras qoyan Ramiz Əliyevin mülkiyyətində olmuş Salyan bələdiyyəsini n xx.xx.2004-cü il tarixli, 12 saylı qərarı ilə ona satılmış 0,50 ha torpaq sahəsinin 1/8 hissəsinə cavabdehin, 7/8 hissəsinə isə iddiaçının payı müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması, habelə mərhum Ramiz Əliyevdən miras qalmış ünvan 2 ünvanda 0,02115 ha həyatyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və “TİKO-DX” markalı, 52BH-018 dövlət qeydiyyat nişanlı avtomobili üzərində iddiaçının mülkiyyət hüququnun tanınması və iddianın qalan hissədə rədd olunması qət edilib.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, miras əmlak üzrə vəsiyyətnamə olmasına baxmayaraq birinci növbəli vərəsələrin miras əmlaklardan məcburi pay almaq hüquqları vardır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh mirası qəbul etdiyi üçün onun miras əmlakdan məcburi payı müəyyən olunmalıdı r. Lakin o, miras əmlak olan evdən və avtomobildən imtina etdiyi üçün həmin əmlaklardan ona pay verilməsi mümkün deyil. Miras əmlaklara dair iddiaçının adına vəsiyyətnamə qoyulduğu üçün ona vəsiyyət üzrə miras əmlaklardan pay və həmçinin daha iki vərəsinin məcburi payları verilməli, digər vərəsə olan cavabdehə isə 0,50 ha torpaq sahəsindən məcburi pay formasında pay müəyyən olunmalı və iddia qalan hissədə təmin olunmamalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1166, 1170.1, 1170.2, 1172, 1180.1, 1180.2, 1193-cü maddələrinə, habelə MPM-in 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, onun xeyrinə qanuni və əs aslı qətnamə qəbul edilməsini xahiş edib.
12. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilib. Belə ki, birinci instansiya məhkəməsi miras əmlakları vərəsələr arasında düzgün bölməyib və cavabdehin miras əmlaka payının alınıb ona verilməsi ilə bağlı araşdırma aparmayıb. Şikayətə görə, məhkəmə onu atasından miras qalmış yaşayış evi və avtomobil üzərində məcburi pay hüququndan məhrum edib.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-395/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən, məruzəçi, S.İ.Mayılov və T.X.Heydərov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Salyan Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qətnaməsi- fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və avtomobil üzərində miras payın müəyyən edilməsinə aid hissədə ləğv edilib və həmin hissədə iddia qismən təmin edilərək, 18 yanvar 2022-ci il tarixdə ölmüş mərhum Ramiz Əliyevdən miras qalmış ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsi, orada yerləşən fərdi yaşayış evi, habelə “TİKO-DX” markalı, **BH-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının payının 5/8 hissədə, cavabdehin payının isə 1/8 hissədə müəyyən edilməsi qət edilib. Qətnamə qalan hissədə mübahisələndirilməyib.
14. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi yalnız torpaq sahəsi üzərində məcburi payı müəyyən edib, lakin miras qalmış fərdi yaşayış evi və avtomobilə aid hissədə məcburi payı müəyyən etməyib və bu hissədə d igər vərəsələr, habelə cavabdeh öz payından iddiaçının xeyrinə imtina ediblər.
15. İşin halları ilə müəyyən olunur ki, Samirə Ağayeva və Rəna Əmirova məhkəməyə ünvanladıqları ərizələrində onlar miras əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınmasını, cavabdehin mirasdan pay almaq hüququndan məhrum olunmasını, iddianı qəbul etdiklərini, habelə paylarından iddiaçının xeyrinə imtina etdiklərini bildirmişlər.
16. Məhkəmə hesab edib ki, cavabdeh mirası qəbul etdiyi üçün onun miras əmlaklardan məcburi payı müəyyən olunmalıdır. Lakin o, miras əmlakın ev və avtomobilə aid hissəsindən imtina etdiyi üçün həmin əmlaklardan ona pay verilməsi mümkün deyil.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məh kəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və düzgün tətbiq etməyib. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunmalı, 18 yanvar 2022-ci il tarixdə ölmüş mərhum Ramiz Əliyevdən miras qalmış ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsi, orada yerləşən fərdi yaşayış evi, habelə “TİKO-DX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının payı 5/8 hissədə, cavabdehin payı isə 1/8 hissədə müəyyən edilməlidir.
18. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edib ki, öz məcburi paylarını almış v ərəsələr, müvafiq surətdə əmlakı əldə etdikdən sonra öz payları üzərində digər şəxslərin xeyrinə sərəncam verə bilərlər.
19. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 1159.1.1, 1166, 1193, 1196, 1202.1, 1202.2, 1246, 1248.1, 1256, 1267, 1269, 1273-cü maddələrinə istinad etməklə əsaslandırıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri d)Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edib.
21. Kassasiya şikayəti Mülki Məcəllənin 1151, 1243.3, 1246, 1248, 1268, 1272, 1273.1-ci maddələri, habelə MPM-in 24.1, 417.1.3, 36 1, 372.4, 418.1-ci maddələri ilə əsaslandırılıb və kassasiya şikayətində göstərilib ki, cavabdeh tərəfindən xx.xx.2022-ci ildə notarial qaydada ərizə verilib, ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsindən və orada yerləşən fərdi yaşayış evindən, habelə “TİKO-DX” markalı, 1**-BH*** dövlət qeydiyyat nişanlı avtomobildə olan payından iddiaçının xeyrinə imtina edib. Cavabdeh tərəfindən mübahisə iki ay ərzində açılmayıb. Yalnız, iddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, mirasda məcburi payının olduğunu bildirib. Belə ki, cavabdehin mirasdan məhrum edilməsi üçün kifayət qədər əsaslar olub ki, apelyasiya instansiyası məhkəməsi bu halları nəzərə almayıb. Bundan başqa, cavabdehin heç bir tələbi və iddiası olmayıb. Eyni zamanda, apellyasiya in stansiyası məhkəməsi cavabdehin mirasdan imtina etməsinə əhəmiyyət verməyib. Bundan əlavə, paylar müəyyən edilərkən vərəsələrə 1/8 və 5/8 hissədə hansı əsaslarla ayrılması barədə qətnamədə heç bir əsaslandırma göstərilməyib. Həmçinin apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən kənara çıxmaqla, şikayətdə əksini tapmayan tələb barədə qətnamə çıxarıb. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmayıb. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 24.Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı aşağıdakıl ar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
26. Maddə 1166 Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
27. Maddə 1193 Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
28. Maddə 1196 Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
29. Maddə 1202.1 Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
30. Maddə 1202.2 Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
31. Maddə 1246 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
32. Maddə 1256 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayar aq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
33. Maddə 1267 Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.
34. Maddə 1269 Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
35. Maddə 1273 Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 3
7. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
41. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismənmübahisələndirilən miras əmlaklar üzərində iddiaçının vərəsəlik payının 5/8 hissədə müəyyən edilməsi hissəsində ləğv edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Belə ki, xx.xx.2022-ci ildə ölmüş X9 şəhəri, 20 Yanvar küçəsi, 03 saylı ünvanda 0,02115 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,7 kv.metr olan fərdi yaşayış evi (xx.xx.2014-cü ildə ********** nömrə ilə qeydə alınıb); Salyan şəhərində 0,50 ha torpaq sahəsi və TİKO-DX markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qal ıb. Ramiz Əliyevin arvadı (tərəflərin anası) Şirmayı Əliyeva 2005-ci ildə ölüb.
43. Ramiz Əliyevin hazırda birinci növbəli vərəsələri bunlardır: Fərayət, Aləddin, Rəna və Samirə. X11 şəhəri, 20 Yanvar küçəsi, 03 saylı ünvanda yerləşən fərdi yaşayış evini, həmin evin yerləşdiyi 0,2115 ha torpaq sahəsini və bütün əmlakını övladı iddiaçıya vəsiyyət edib və bu barədə 16 fevral 2020-ci il tarixli vəsiyyətnamə tərtib olunub. Dəfn xərclərinin çəkilməsini də sonuncuya vəsiyyət edib.
44. Vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət edilib və vərəsələr arasında mübahisə olduğu üçün iddiaçının adına vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunub.
45. İddiaçı tələbində ona atasından miras qalmış ünvan 2 ünvanda 0,02115 ha torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 233 kv.metr olan fərdi yaşayış evinə, “TİKO-DX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə və 0,50 ha torpaq sahəsinə vərəsəlik payının müəyyən edilməsini xahiş edib.
45. Birinci instansiya məhkəməsi 0,50 ha torpaq sahəsi üzərində iddiaçının payını 7/8 hissədə, cavabdehin payını isə 1/8 hissədə müəyyən edib.
46. Birinci instansiya məhkəməsi həmçinin ünvan 1 ünvanda yerləşən 4 otaqlı, ümumi sahəsi 233 kv.metr olan fərdi yaşayış evinə və “TİKO-DX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə bütövlükdə iddiaçının mülkiyyət hüququnu tanıyıb.
47. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini X13dən miras qalmış fərdi yaşayış evi və avtomobil üzərində payının müəyyən edilməsi hissəsində mübahisələndirib.
48. Apellyasiya instansiyası məhkəməsi işə əlavə e dilmiş sübutları, habelə cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələbi əsaslıdır.
49. Belə ki, sözügedən miras əmlaklar üzrə vəsiyyətnamənin mövcud olduğunu, həmin əmlakların tərəflərin ataları tərəfindən iddiaçıya vəsiyyət edildiyini tərəflər mübahisələndirmirlər. İddiaçı miras əmlaklar üzərində payının vəsiyyətnamə üzrə müəyyən edilməsini, mahiyyətcə həm də cavabdehin məcburi payının müəyyən edilməsini tələb edib.
50. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir.
51. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədəölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
52. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
53. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
54. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq q eyd etmişdir ki, sözügedən əmlakların iddiaçıya vəsiyyət edilməsi və cavabdehin məcburi paya malik olması işin mübahisəsiz hallarıdır.
55. Birinci instansiya məhkəməsi 0,50 ha torpaq sahəsi üzrə cavabdehin məcburi payını müəyyən edib, lakin onun miras qalmış fərdi yaşayış evi və avtomobil üzərində məcburi payını müəyyən etməyib və hesab etmişdir ki, bu hissədə digər vərəsələr və cavabdeh öz payından iddiaçının xeyrinə imtina ediblər.
56. Apellyasiya instansiyası məhkəməsi işin hallarına əsaslanaraq müəyyən etmişdir ki, Samirə Ağayeva və Rəna Əmirovanın məhkəməyə ünvanladığı ərizələrindən görünür ki, onlar miras əmlaklardakı payları üzərində mülkiyyət hüququnun tanınmasını, cavabdehin pay almaq hüququndan məhrum olunmasını, iddianı qəbul etdiklərini, paylarından iddiaçının xeyrinə imtina et diklərini bildirmişlər.
57. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb qeyd edib ki, cavabdeh mirası qəbul etdiyi üçün onun miras əmlaklar üzərində məcburi payı müəyyən olunmalıdır.
58. Miras əmlak olan fərdi yaşayış evi və avtomobil üzərində miras paydan imtina etdiyi üçün cavabdehə həmin əmlaklardan pay verilməsinin mümkün olmadığını qeyd etməklə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozub.
59. Belə ki, Mülki Məcəllənin 1196-cı maddəsinin tələbinə görə, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
60. Hə min Məcəllənin 1202.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
61. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
62. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
63. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
64. Həmin Məcəllənin 1267-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədəərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.
65. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədəərizə ilə o, notariat orqanına müraciət etməlidir.
66. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mi rasın açıldığı andan baş verir.
67. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdırıb, işin hallarına əsaslanaraq müəyyən edib ki, iş üzrə öz paylarından məhkəmə zamanı imtina etdiklərini bildirsələr də digər vərəsələr (o, cümlədən hazırkı iş üzrə cavabdeh) qanunla müəyyənləşdirilmiş müddət ərzində, mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində, eləcə də imtina üçün Qanunda müəyyən edilən vaxt ərzində ondan müəyyən edilmiş qaydada imtina etməyiblər. 68. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında hüquqi mövqeyini belə ifadə etmişdir ki, vərəsəlik hüququnda nəzərdə tutulm uş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzindəbildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
69. X4 Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərd ə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
70. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini əsas tutaraq qeyd edib ki, birinci instansiya məhkəməsi cavabdehin mirasın bir hissəsini qəbul etdiyini müəyyən edib və bu hissədə qətnamə mübahisələndirilməyib.
71. Lakin, birinci instansiya məhkəməsi nəticə etibarı ilə bir tərəfdən, mirasın bir hissəsinin cavabdeh tərəfindən qəbul edildiyi qənaətinə gəlib, digər tərəfdən isə cavabdehi qalan hissədə məcburi paydan məhrum edib, bu isə yolverilməzdir.
72. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub, düzgün tətbiq etməyib, bu da məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
73. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunmalı və cavabdehin miras əmlaklar üzərində 1/8 hissədə məcburi pay hüququ tanınmalıdır.
74. Kassasiya instansiyası məhkəməsi sözügedən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, bu hissədə iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır və qətnamə miras əmlaklar üzərində cavabdehin 1/8 hissədə məcburi payının müəyyən edilməsi hissəsi ndə dəyişdirilmədən saxlanılmalıdır.
75. Eyni zamanda işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə miras fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və avtomobil üzərində iddiaçının mülkiyyət hüququ tanınıb və digər vərəsələr Rəna Əmirova və Samirə Ağayeva ondan ümumiyyətlə apellyasiya şikayəti verməyiblər. Cavabdeh isə apellyasiya şikayətində qətnaməni həmin əmlaklar üzərində məcburi payının müəyyən edilməməsi hissəsində mübahisələndirib.
76. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sözügedən əmlaklar üzərində iddiaçının vəsiyyətnamə üzrə vərəsəlik payını 5/8 hissədə müəyyən etməklə və nəticədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq mübahisə edilən hissəsi üzrə yoxlamamaqla işə baxılmanın həddindən kənara çıxıb.
77. Halb uki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını o, halda tam yoxlamağa borcludur ki, şikayət qərarın ləğv edilməsinə yönəlmiş olsun və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olsun.
78. Digər tərəfdən, birinci instansiya məhkəməsinin qətnaməsi ilə miras 0,50 ha torpaq sahəsi üzərində iddiaçının vəsiyyətnamə üzrə payı 7/8 hissədə müəyyən olunduğu və ondan şikayət verilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi digər miras əmlaklar- fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və avtomobil üzərində iddiaçının vəsiyyətnamə üzrə vərəsəlik payını 5/8 hissədə müəyyən etməklə ziddiyyətli nəticəyə gəlib.
79. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - miras həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və avtomobil üzərində iddiaçının vəsiyyətnamə üzrə vərəsəlik payının 5/8 hissədə müəyyən edilməsi hissəsində ləğv edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı Rasmiz qızının kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(106)-395/2023 saylı qətnaməsi qismən - 18 yanv ar 2022-ci il tarixdə ölmüş X3 miras qalmış ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsi, orada yerləşən fərdi yaşayış evi, habelə “TİKO-DX” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı vərəsəlik payının 5/8 hissədə müəyyən edilməsi hissəsində ləğv edilsin, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.