Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2812/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və “X8 Bankı”na ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər) qarşı iş üzrə QƏRARİ (kateqoriya:İpoteka müqaviləsi,əqdin etibarsızlığı,preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Mə hdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və “X8 Bankı”na ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı «ipoteka müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-551/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh X8 Bankı tərəfindən verilmiş kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə 7 547 750 manat və dəbbə pulu üzrə 1 000 000 manat olmaqla cəmi 8 547 750 manatın tutulması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. 2. “X8 Bankı” ilə "xxxx" MMC (onun adından Cavabdeh3) arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqavilədə göstərilmişdir ki, müqavilə Cavabdeh3xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi üçün bağlanır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,4358 hektar torpaq sahəsindəki, ümumi sahəsi 58116,3 kv.metr olan, 24 mərtəbəli, 2 girişli yaşayış binası ipoteka ilə yüklü edilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tar ixli, 2-2(113)-1267/2021 saylı qətnaməsi ilə “X7 Bankı”nın cavabdehlər “El.SƏ.Nİ" MMC və "xxxx" MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia rədd edilmişdir. Sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)778/2022 saylı qətnaməsi ilə, davamlı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 22(102)-144/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Qeyd edilən qətnamələr qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC-yə, Cavabdeh3 və “X8 Bankı”na qarşı iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə rək (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi) “X8 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü ildə iddiaçı qismində cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh3 qarşı "borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda "xxxx" M MC və Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 208/2014 saylı, 10 fevral 2014-cu il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə 7.547.750 manat, dəbbə pulu üzrə 1.000.000 manat olmaqla, cəmi 8.547.750 manat məbləğində pulun tutulması, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 10 fevral 2014-cü il tarxli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmiş, icra prosesində "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında 0,4358 ha torp aq sahəsi üzərində yerləşən 58.116,3 kv.m sahəsi olan 24 mərtəbəli, 2 girişli yaşayış binasının üzərinə Nəsimi rayon icra və Probasiya şöbəsinin təqdimatı əsasında Bakışəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(008)- 565/2018 saylı və xx.xx.2018-ci il tarixli, 8(008)- 555/2018 saylı qərardadları ilə həbs qoyulmuş və bundan sonra həmin əmlak ixtisaslaşdırılmış hərrac təşkilatında hərraca çıxarılmışdır. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, "X7 Bankı” ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə xx.xx.2009-cu il tarixli, 880/М/AZE11 saylı kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında 0,4358 ha torpaq sahəsi üzərində yerləşən 58.116,3 kv.m sahəsi olan 24 mərtəbəli, 2 girişli yaşayış bina "X7" Bankı qarşısı nda ipoteka ilə yüklü edilmişdir. İddiaçı hesab etmişdir ki, qeyd olunan ipoteka müqaviləsi uydurma əqddir, odur ki, "X7 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M1382 reyestr №-li ipoteka müqaviləsinin etibarsız hesab edilməli və həmin ipoteka müqaviləsinin predmetini təşkil edən mübahisəli yaşayış binasının yüklülüyü barədə RX 12187073 №-li daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8/2023 nömrəli iş üzrə 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddianın təmin edilməsi, “X8 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrind ən çıxarışın ləğv edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə 8 547 750 manatın tutulması qət edildiyindən, "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış binasına tutmanın yönəldilməsinin qarşısının alınması üçün həmin əmlak “X8 Bankı” qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2017-ci il tarixli, 3M1382 nömrəli ipoteka müqaviləsi bağlanarkən müqavilə tərəflərinin iradə ifadəsi ona uyğun hüquqi nəticələr yaratmaq olmamışdır. Yəni, həmin ipoteka müqaviləsi uydurma əqddir. “X7 Bankı”nın cavabdehlər “El.SƏ.Nİ" MMC və "xxxx" MMC-yə qarşı kredit borcunun tutulm ası və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-778/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə kredit alan şəxsin borcu qaytarmaq öhdəliyinin yaranması üçün ilk növbədə kredit verən tərəfindən kredit müqaviləsinin predmeti olan pul vəsaitinin kredit alanın mülkiyyətinə verilməsi əsas şərtdir. Hazırki işdə isə kredit məbləğinin nağd şəkildə borc alan "xxxx" MMC-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi halı öz təsdiqini tapmır. İşin qeyd olunan halı ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kredit məbləğinin nağd şəkildə borc alan "xxxx" MMC-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi işin materiallarına əsasən müəyyən edilmir. Beləliklə, iddiaçının iddia etdiyi vəsaitin bank qanunvericiliyinin tələblərinə uyğun olaraq borcalanın kredit müqaviləsi üzrə hesabına daxil olduğu iş üzrə müəyyən edilmədiyindən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuş sayılır. Bu səbəbdən məhkəmə kollegiyası iddia tələbini təmin etməmişdir. Qeyd edilən xüsusatlar Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2 -2(103)-778/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 144/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, beləliklə qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında “X7 Bankı” ilə cavabdeh “El.SƏ.Nİ" MMC arasında xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən hər hansı kredit məbləğinin ödənilmədiyi, yəni tərəflər arasında kredit öhdəliyinin yaranmadığı müəyyən edilmişdir. Beləliklə xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri arasında kredit öhdəliyinin yaranmadığı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən məhkəmə tərəfindən həmin məsələ üz rə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsi isə "xxxx" MMC-nin məhz xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü kredit öhdəliyinin təminatı olaraq bağlanmışdır. xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsinin təminat verdiyi əsas (kredit) öhdəlik mövcud olmadığı üçün ipoteka müqaviləsi özü-özlüyündə etibarsız (əhəmiyyətsiz) əqddir. Çünki həmin müqavilə bağlanarkən tərəflərin həqiqi niyyəti ona uyğun hüquqi nəticələr yaratmaq olmamışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 269.5, 337.1, 337.2, 337.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkild ə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 82.3, 119.1, 216.və 220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdehlər “X8 Bankı” və El.Sə.Ni.”MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC ayrı-ayrılıqda apellyasiya şikayətləri ve rərək, Sumqayıt Şəhər Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(060)-8/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. 11. “X8 Bankı”nın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə əsassız və qanunsuz olmaqla yanaşı işin faktiki hallarına uyğun deyildir. Qətnamədə qeyd olunub ki, “Göründüyü kimi hazırki iddia tələbi əhəmiyyətsiz əqd üzrə əldə edilmişlərin geri qaytarılması ilə bağlı deyildir. Tələb əhəmiyyətsiz müqavilənin etibarsızlığının məhkəmə tərəfindən müəyyən olunmadığı müddətdə iddiaçının hüquqlarının pozulması ilə bağlıdır. Eyni zamanda həmin müqavilə daşınmaz əmlak barədə bağlanmışdır.” Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarına istinad edərək hesab etmişdi r ki, iddiaçının hazırkı tələbinə bir illik kəsici müddət tətbiq edilə bilməz. Yəni, iddiaçının xx.xx.2017-ci il tarixli, yaxud xx.xx.2010-cu il tarixli ipoteka müqavilələrinin mövcudluğundan nə vaxt xəbərdar olmasının iş üzrə əhəmiyyəti yoxdur.” Halbuki “X7 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 880/M/AZU11 saylı kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 4 ünvan: ünvan 5ri-yaşayış sahələri “X7 Bankı” ilə "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixində bağlanmış ilkin ipoteka müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixində yüklü edilərək dövlət reyestrində qeydiyyata alınmışdır. 21 avqust 2014-cü il tarixdə İddiaçı, Cavabdeh3 xahişi ilə keçirilmiş iclasın protokolundan görünür ki, “İddiaçı və onun vəkili X1 bildi rmişdirlər ki, "xxxx" MMC və Cavabdeh3, digər tərəfdən isə “X7 Bankı”, "xxxx" MMC və adıçəkilən banka tabe olan bütün şirkətlər arasında imzalanmış bütün müqavilələr, aktlar və sazişləri qəbul edirlər, 13 dekabr 2013cü il tarixində imzalanmış müqavilədə qeyd olunan torpaq və payların girov qoyulması ilə bağlı ipoteka sənədləri, güzəştli kredit müqaviləsi mötəbər sayılır və həyata keçirilməlidir. İddiaçı və X1 bildirmişlər ki, həmin sənəd və müqavilələrlə bağlı gələcəkdə heç bir iddia qaldırmayacaqlar.” Yəni həmin vaxt tərəflər arasında razılaşmada qeyd edilmişdir ki, bundan sonra İddiaçı və Cavabdeh3 birgə şəkildə yuxarıda qeyd olunan müqaviləyə uyğun olaraq eyni hüquqlara və öhdəliklərə malikdirlər. Onların hüquqlarının dərəcəsi və miqdarı öz aralarında müəyyən edilmişdir ki, ünvan 6 ünva nda icra olunan “Nəsimi Bakı” ticarət, ofis və yaşayış binasının layihəsinin icra prosesinin irəliləməsinə xələl vurmamalı, eləcə də X7 Bankının hüquq və mənafelərinə ziyan və xələl vurmamalıdır. Bununla da aşağıda qeyd olunan düzəliş "xxxx" MMC və Cavabdeh3 arasında imzalanmış xx.xx.2013- cü il tarixli müqaviləyə əlavə olunur. Müqavilənin birinci maddəsində İddiaçı adı və rekvizitləri müqavilə tərəfi olaraq qeyd olunur, eləcə də müqavilənin beşinci maddəsində İddiaçı adı Cavabdeh3 ilə yanaşı qeyd olunub.” Bu Protokol Azərbaycan və Fars dilində hazırlanmışdır və 3 (üç) bənddən ibarətdir, surətləri çıxarıldıqdan sonra üç nüsxədə imzalanmışdır və hər üç nüsxə eyni hüquqi qüvvəyə malikdir. Qeyd olunan protokolu hazırki iş üzrə İddiaçı öz imzası ilə təsdiq etmişdir. Yəni, İddiaçı 2010-cu il tarixli ipoteka müqaviləsindən xəbərdar idi. "xxxx" MMC ilə “X7 Bankı” arasında bağlanmış 2017-ci il tarixli təkrar ipoteka müqaviləsi xx.xx.2010-cu il tarixində bağlanmış ilkin ipoteka müqaviləsinin davamıdır. Belə ki, 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlandıqdan sonra tikinti işləri yenidən başlanmış və "xxxx" MMC, "xxxx" MMC və “X7 Bankı” arasında bağlanmış üçtərəfli müqavilələrlə tikinti işləri "xxxx" MMC tərəfindən davam etdirilmişdir. İpoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi İddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürülməklə verilmişdir. Qeyd edilən müddət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən kəsici müddət kimi qiymətləndirilmişdir. İddiaçı həmin müddəti ötürmüşdür. Cavabdehlər qeyd edilən müddə tin tətbiqini məhkəmədən xahiş etmişdilər, lakin məhkəmə əsassız olaraq kəsici müddəti tətbiq etməmişdir və onu tətbiq etməməsini qətnaməsində əsaslandırmamışdır. Qətnamədə qeyd olunmuşdur ki, “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi hal-hazırda qüvvədədir. İddiaçının da əsas dəlili ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsi mövcud olduğu müddətdə həmin qətnamə ilə tutulmalı olan borc məbləği "xxxx" MMC-nin mülkiyyətində olan və həmin müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməyəcəkdir. Yəni, iddiaçı həmin ipoteka müqaviləsinin etibarsız hesab edilməsində maraqlı olan şəxsdir. Bu səbəbdən məhkəmə cavabdehin və üçüncü şəxslərin iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olmaması barədə dəlillərini əsassız hesab edir.” İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh3 qarşı “borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi” tələbinə dair ilk, "xxxx" MMC-nin və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması” qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2023-cü il tarixli, 2(103)-4331/2023 nömrəli qərardadından qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən şəxs “X4 Bankı” və qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən şəxs "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti 2(102)-4103/2023 iş nömrəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının icraatındadır. İddiaçı ilə "xxxx" MMC arasında ba ğlanmış xx.xx.2009-cu il tarixli borc müqaviləsi etibarsız hesab edildiyi təqdirdə, İddiaçı xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsızlığını mübahisələndirməyə subyektiv hüququ artıq mövcud olmayacaqdır. Bu səbəbdən cavabdehlər işə baxan məhkəməyə vəsatətlər verərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdilər. Lakin, məhkəmə əsassız olaraq həmin vəsatətləri təmin etməmişdir. Məhkəmə həmçinin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-778/2022 saylı qətnaməsinə istinad edərək hesab etmişdir ki, “X8 Bankı” ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən hər hansı kredit məbləğlərinin ödənilmədiyi, yəni tərəflər arasında kredit öhdəliyinin yaranmadığı müəyyən edilmişdir.” Lakin “X7 Bankı” ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında öhdəlik münasibətlərinin olmasını Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 826/17 saylı, 6 iyun 2017-ci il tarixli qərarı sübut etmişdir. Belə ki, həmin qərarda müəyyən edilmişdir ki, “Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh3 göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19 may 2005-ci il tarixdən onun tərəfindən təsis edilərək, 16 iyun 2005-ci il tarixdə 2 saylı Ərazi Vergilər Departamentində ********** VÖEN ilə vergi uçotuna alınmış, cəmiyyət təsis olunan vaxtdan hazıradək direktor vəzifəsində özü işləyir. Təxminən 2011-ci ilədək cəmiyyət heç bir fəaliyyətlə məşğul olmamış, 2008-ci ilin payız aylarında şəxsi mülkiyyətində olan ü nvan 8 ünvanda yerləşən 48 sot torpaq sahəsində bina tikintisi ilə məşğul olmaq qərarına gəlmiş, elə həmin vaxtlarda torpaq sahəsində bina tikintisi aparmaq üçün Bakı şəhəri İcra Hakimiyyətindən sərəncam alaraq, tikinti aparılması məqsədi ilə İran İslam Respublikasının X3 Bankına kredit almaq üçün müraciət etmişdir. Təxminən 2010-cu ilin oktyabr-noyabr aylarında X3 Bankı ilə olan danışıqlar müsbət nəticə vermiş və həmin bankla 27.000.000 avroluq kredit müqaviləsi bağlanmışdır. Kredit alınması üçün şəxsi mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 48 sot torpaq sahəsini "xxxx" MMC-nin balansına keçirməklə həmin banka girov qoymuşdur. Müqavilənin şərtləri belə olmuşdur ki, binanın tikintisi üçün bütün maliyyə vəsaiti mərhələlərlə bank tərəfindən kredit şəklində ödəniləcək, tikintini İran şirkəti tərəfindən podrat müqaviləsi əsasında həyata keçirilməklə, ayrılmış kreditin 65-75 faizi məcburi olaraq İran tərəfindən alınacaq mal-material və işçi qüvvəsinə ödəniləcək. Kredit müqaviləsi bağlandıqdan sonra 2011-ci ilin ilk aylarında "xxxx" MMC-nin direktoru kimi bankın ona təklif etdiyi müqavilə bağladığı İran firması olan “115 yol salma və tikinti şirkəti” tikinti işlərinə başlamışdır. Tikinti işlərinə başlanmazdan 3-4 ay əvvəl İran İslam Respublikasından tikintidə istifadə olunacaq tikinti materialları gətirilmiş, həmin tikinti başlanmazdan əvvəl, həm də tikinti aparılan dövrdə İrandan gətirilən tikinti materiallarının hamısı gömrük orqanlarında "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş, həmin materialların gömrük rüsumları və vergiləri onun tərəfindən “115 yol salma və tikinti ş irkəti” nin nümayəndələri tərəfindən ona təqdim olunmuş nağd vəsaitlər hesabına ödənilmişdir. Yalnız iki dəfə müəssisənin “Nikoil bank”-ın Sumqayıt filialında olan hesabına bir dəfə 500.000 manat, bir dəfə isə 300.000 manat köçürmə yolu ilə vəsait daxil olmuşdur ki, bu məbləğ onun tərəfindən nağdlaşdırılaraq bir hissəsi gömrük ödənişlərinə, bir hissəsi isə “qara bazar” dan alınmış müxtəlif tikinti materiallarının dəyərinin ödənilməsinə yönəldilmişdir.” 115 X9 Yol İnşası Şirkəti “Nəsimi” ticarət, yaşayış və ofislər üçün nəzərdə tutulmuş 25 mərtəbəli binanın inşası haqqında” 105-B-2008 saylı xx.xx.2008-ci il tarixli podrat müqaviləsinin tərkib hissəsi olan ümumi podrat müqaviləsi üzrə borcun ödənilməsi tələbi ilə cavabdeh "xxxx" MMC-yə qarşı İran İslam Respublikasının Tehran şəhəri Şəhid Səd r adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2012-ci il tarixli qərarı ilə iddiaçıya çatası pul vəsaitinin bir qisminin X7 Bankı tərəfindən ödənilməsi təsdiq edilmişdir. Həmin məhkəmə qərarının Azərbaycan Respublikasının ərazisində tanınması və məcburi icrası üçün İran İslam Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-01/13 saylı xx.xx.2013 tarixli qərarı ilə İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı tanınmışdır və məcburi icraya yönəldilmişdir. Həmin məhkəmə qərarları da “X8 Bankı”-nın "xxxx" MMC-nin tapşırığı ilə 115 X9 Yol İnşası Şirkətinə pul ö dəməsi faktlarını təsdiq edir. Bundan əlavə, İran İslam Respublikasının “115 yolsalma və tikinti şirkəti” tərəfindən təqdim edilən maliyyə sənədi “X7 Bankı” dan alınan pul vəsaitlərini təsdiq etmişdir. Sənəd banka təqdim olunub və bankın möhürü sənəd üzərində mövcuddur. Sənədin tərcüməsi İranda notarius və ədliyyə nazirliyi tərəfindən təsdiqlənmiş və Azərbaycan konsulluğunun möhürü ilə leqallaşmışdır. Göründüyü kimi işə baxan məhkəmə bu halları araşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. 12. "xxxx" MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə əsassız və qanunsuz olmaqla yanaşı işin faktiki hallarına uyğun deyildir. Belə ki, məhkəmə qətnaməsində maddi hüquq normalarının tətbiq e dilməsində səhvə yоl vеrmiş və iş üzrə əsassız qətnamə qəbul etmişdir. Mülki qanunvericiliyə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə iddia tələbinə kəsici müddətin tətbiqindən əsassız olaraq imtina etmişdir. Bu zаmаn məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinаd еdərək qеyd etmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqd dir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Məhkəmənin bu mövqеyi əsаslаndığı istinad edilən Plenum Qərarına ziddir. Bеlə ki, həmin Qərаrın 5-ci bəndində qеyd olunur ki, "Bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir." Məhkəmə isə nоrmа yаrаdıcılıqlа məşğul оlаrа q Plenumunun аdı çəkilən qərаrını təfsir еtmişdir. Hаlbuki, iddiаçı N. İsayevin hаzırki tələbinə 1 illik kəsici müddət tətbiq еdilərək, iddiа tələbi rədd еdilməliydi. İşə baxan məhkəmə mübahisələndirilən əqdi qətnaməsinin əsaslandırıcı hissəsində əhəmiyyətsiz, nəticə hissəsində isə etibarsız hesab etmişdir. "xxxx" MMC ilə 115 Yol İnşaat və Tikinti Şirkəti arasında podrat münasibətlərinin olması həm tərəflərin izahatları, həm ödəniş sənədləri, həm də işin 3-cü cildinin 39-103-cü vərəqələrində olan gömrük sənədlərinin surətləri ilə təsdiq olunur. Həmin sənədlərdən müəyyən edilir ki, 2010-2012-ci illərdə 115 Yol İnşaat və Tikinti Şirkəti tərəfindən EL.SƏ.Nİ” MMC-nin adına müxtəlif mallar idxal edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 yanvar 2013 -cü il tarixli qərardadı ilə İran İslam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ərizə təmin edilərək, İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsi, Hakimlər Heyətinin xx.xx.2012-ci və xx.xx.2012-ci il tarixli qərarları iddiaçı İran İslam Respublikasının 115 X9 Yol İnşaşı Şirkəti ilə cavabdeh Azərbaycan Respublikasının "xxxx" MMC arasında imzalanmış “Nəsimi” Ticarət, yaşayış və ofislər üçün nəzərdə tutulmuş 25 mərtəbəli binanın inşası haqqında” 105-B-2008 saylı xx.xx.2008-ci il tarixli podrat müqaviləsinin tərkib hissəsi olan X5 48-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, ********** avro məbləğində borcun "xxxx" MMC-yə məxsus tikinti materialları, o cümlədən quraşdırılmış metal konstruksiyaya və tikintisi yarımçıq qalan 2 bloklu binanın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon məhkəməsinin 8(005)-1097/2013 saylı, 10 iyun 2013-cü tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. İcra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1097/2013 saylı qərardadına əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 4, 3014 məhəllədə yerləşən tikinti materialları və tikintisi yarımçıq qalan iki bloklu binanın üzərinə həbs qoyulmuş və tələb həmin əmlaklara yönəldilmişdir. Əmlaka həbs qoyulmuş və hərrac a çıxarılmışdır. Daha sonra əmlak tələbkara təklif edilmiş və təhvil alınmışdır. Bundan sonra isə tələbkarın pulu X6 bankının kredit vəsaiti hesabına ödənilmiş və həbs götürülmüşdür. Podrat müqaviləsi üzrə tikinti işlərinin icrası prosesindən "EL.SƏ.Nİ” MMC və podratçı 115 şirkət arasında mövcud münasibətlər indiyə qədər müxtəlif məhkəmə aktlarında öz təsdiqini tapmış və bu aktlar birinci instansiya məhkəməsində iddiaya baxılan zaman təqdim olunmuş, iş materiallarına əlavə edilmişdir. Lаkin məhkəmə bu xüsusatları аrаşdırmаmış, hüquqi qiymət vеrməmişdir. Məhkəmə qətnaməsində bеlə nəticəyə gəlmişdir ki, iddiаçı İsаyеv Nərimаn Tаnrıvеrdi oğlunun tələb еtmək üçün subyektiv hüququ оlmuşdur. Lakin özünü mаrаqlаrınа tохunаn şəxs kimi təqdim еdən iddiаçı İsayev Nərimаn Tаnrıvеrdi oğlunun tələbi tа mаmilə əsassız və qəbul оlunmаzdır. Bеlə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, 10 fevral 2014-cü il tarixli qətnaməsi qəbul edildikdən 4 il sоnrа, 2018-ci ildə əmlak üzərinə həbs qoyulmuşdur. Həmin vахtаdək qətnаmənin icrası qaydasında əmlаklа bаğlı hеç bir əməliyyаt аpаrılmаmışdır. İş mаtеriаllаrındаn həmçinin görünür ki, "xxxx" MMC-yə məxsus əmlаk hələ 2009-cu ildə ipоtеkа ilə yüklü еdilmiş, dаhа sonra xx.xx.2017-ci il tarixdə təkrаr ipоtеkа ilə yüklü еdilmişdir. Bаşqа sözlə, həmin vахtаdək həmin əmlаk üzərində artıq yüklülük mövcud olmuşdur. Bеlə ki, iş materiallarına əlavə olunmuş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, 21 noyabr 2009-cu il tarixli, 880/M/AZE11 s aylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə "xxxx" MMC-nin mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0,4358 ha torpaq sahəsi və onun üzərində yerləşən qеyri-yаşаyış sahəsi ipоtеkаyа qoyulmuşdur. Dаhа sоnrа həmin tоrpаq sаhəsi və üzərində оlаn 58.116,3 kv.m sahəli çoxmərtəbəli yaşayış binası 18 yanvar 2018-ci il tarixdə "X8" Bankının adına 28 dekabr 2025-ci il tarixədək təkrаr ipoteka ilə yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, həmin əmlak X8 Bankının adına ipoteka ilə yüklü edilmişdir. Bаşqа sözlə, Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsinin icrası qaydasında artıq 2018-ci ildə "xxxx" MMCnin mülkiyyətində olan dаşınmаz əmlаkа həbs qoyularkən həmin əmlаkın yüklülüyü yо хlаnılmаmış, əmlаkın hələ 2009-cu ildən ipоtеkаyа qоyulmаsı, dаhа sonra 2017-ci ildə təkrаr ipоtеkаyа qoyulması аrаşdırılmаmış, nəticədə əsassız qərardadlar qəbul edilmişdir ki, həmin qərаrdаdlаr hаzırdа "xxxx" MMC tərəfindən mübahisələndirilmişdir. Bundаn bаşqа, İddiaçı tərəfindən hazırkı iddia tələbi yаlnız digər işlərin yubadılmаsınа və süründürməçiliyə qulluq еtmişdir, Nərimаn İsayev həmin əqd bаğlаnаrkən tərəf оlmаmış, həmin müqаvilə оnа münаsibətdə hər hаnsı bir vəzifə və öhdəlik yаrаtmamış, hеç bir mаrаğınа tохunmamışdır. Bаşqа sözlə, hazırkı iddia tələbi Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsinin ləğvinin qаrşısını süni şəkildə аlmаqdаn ibаrətdir. Çünki "xxxx" MMC ilə hеç bir zаmаn həqiqi bоrc müqаviləsi bаğlаnmаmışdır. İsayev Nərimаn tərəfindən "xxxx" MMC- yə qаrşı hеç vахt əmlаk tələbinə dаir iddiа qаldırılmаmışdır, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi yаlnız pulun tutulmаsı hissəsində təmin еdilmişdir. Hаzırdа "xxxx" MMC-nin mülkiyyətində оlаn əmlаk аrtıq ipоtеkа ilə yüklü еdildikdən sonra "pulun tutulmаsı tələbinin "əmlаkа yönəldilməsi icrа hərəkətləridir və Nərimаn İsayevin "xxxx" MMC-yə məxsus əmlаk üzərində hər hаnsı bir hüququnu yаrаdа bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. 13. "xxxx" MMC-nin apellyasiya şikayəti təxminən "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlilləri ilə analoji məzmunda tərtib olunmuş və əsasən qeyd edilmişdir ki, iddiaçının əsassız dəlilləri məhkəmə tərəfindən araşdırılmadan sübut kimi qəbul olunmuşdur. Məsələn, iddiaçı qeyd edir ki, "xx.xx.2017-ci il tarixli müqavilə uydurma əqddir, həmin müqavilənin bağlamaqda məqsəd tamamilə fərqlidir, yəni məqsəd İddiaçı məhkəmə qətnaməsi ilə ödənilməli olan pulun verilməsindən yayınmaqdır. İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh3 qarşı "borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə hələ 2013-cü ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən, tutmanın məhz ünvan 1 ünvanında yerləşən yaşayış binasına yönəldilməsini xahiş etmiş, lakin iddiası təmin edilməmişdir." Onun bu dəlili tamamilə uydurma və yalandır. Belə ki, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh3 qarşı "borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə 2013-cü ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müra ciət etsə də, sonradan məhkəmə gedişatında tələbin "borcun əvəzinin borclunun əmlakına yönəldilməsi" hissəsində geri götürüldüyü üçün məhkəmə buna qiymət verməmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə yalan məlumat verməsinə baxmayaraq məhkəmə bu halları araşdırmamış, nəticədə sanki iddiaçının "xxxx" MMC-nin əmlakına "şərik olduğu" absurd nətiyə gəlmişdir. Göründüyü kimi işə baxan məhkəmə işin hallarını tam araşdırmadan, təqdim edilmiş sübutları düzgün təhlil etmədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
14. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat vermiş və bildirmişdir k i, “X8 Bankı” ilə El.Sə.Ni” MMC arasında uzun müddət davam edən məhkəmə mübahisələri zamanı həmin tərəflər arasında kredit münasibətlərinin mövcudluğu və pul vəsaitinin verilməsi sübuta yetirilməmişdir. Ümumiyyətlə, belə bir pul vəsaiti mövcud olmamışdır. Müqavilə süni şəkildə formalaşdırılmış, pulun verilməsi məhkəmə qərarları ilə də təsdiq edilməmişdir. İpoteka müqaviləsi əsassızdır. Verilməmiş pul vəsaiti üzərində hər hansı bir əmlakın yüklü edilməsindən söhbət gedə bilməz. İddiaçı tərəfindən mübahisələndirilən ipoteka müqaviləsi 2017-ci ildə bağlanmış müqavilədir. İddiaçı həmin müqavilənin mövcudluğundan yuxarıda qeyd edilən məhkəmə mübahisəsi gedən zaman xəbərdar olmuşdur. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi.
15. Cavabdeh “X8 Bankı”nın və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin vəkili Vəkil4 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. İddiaçı mübahisələndirdiyi müqavilə üzrə tərəf deyil. Sözügedən müqavilə onun üçün heç bir hüquq və vəzifə yaratmır. İddiaçının təkcə istinad etdiyi Nəsimi Rayon Məhkəməsinin müvafiq qərardadı olmuşdur. Həmin qərardad isə ləğv olunmuşdur və hazırda qüvvədə deyil. İpotekada olan əmlaka məhkəmə hər hansı bir tutma yönəldə bilməz. Digər tərəfdən müqavilənin etibarsızlığı barədə qanunda konkret hallar nəzərdə tutulmuşdur. İddiaçı isə həmin halların heç birinə istinad edə bilmir. Bu faktları təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir. İpoteka m üqaviləsi əsas yox, əlavə müqavilədir. Əsas müqavilə olan kredit müqaviləsinin etibarsızlığı barədə isə iddia qaldırılmayıb. Yəni, həmin müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmə aktı mövcud deyildir. Sözügedən kredit müqaviləsi qüvvədədir. Kredit müqaviləsi qüvvədə ola-ola əlavə müqavilə kimi ipoteka müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmaq absurddur. İddiaçı hələ 2010-cu ildə bağlanmış ipoteka müqaviləsindən məlumatlı olmuşdur. 2017-ci ildə bağlanmış ipoteka müqaviləsi isə həmin müqavilənin davamıdır. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbinin verilməsi üçün müəyyən edilmiş müddəti buraxmışdır. Qeyd edilənlərə əsasən vəkil iddianın rədd edilməsini xahiş etmişdir.
16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi, qanuni təmsilçisi Nümayəndə2 mə hkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbi Nəsimi Rayon Məhkəməsinin 2014-cü ildə qəbul edilmiş müvafiq qətnaməsi üzərində qurulmuşdur. Həmin qətnamədən də aydın olmuşdur ki, əmlakla bağlı hər hansı bir qərar qəbul edilməmişdir. İddiaçının 6 milyon avro məbləğində pul vəsaitini Rusiya Federasiyasından Azərbaycana necə gətirməsi sual doğurur. Müvafiq materiallarla bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq aparılmış, müvafiq sorğular verilmişdir. Həmin materiallardan da müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ölkəyə 10.000 ABŞ dollarından çox pul gətirilməmişdir. Ümumiyyətlə, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. İddiaçı ipoteka müqaviləsi üzrə tərəf deyil. Borc əmlaka yönəldilmiş, iddiaçının və onun nümayəndəsinin ərizələri əsasında əmlak üzərindən həbs dəfələrlə götürülmüşdür. Bununla bağlı məhkəmə qərardadları var. Qanunvericilikdə müqavilənin etibarsızlığı barədə konkret hallar nəzərdə tutulmuşdur. İpoteka müqaviləsinin etibarsızlığını təsdiq edən hallar sübut edilmir. Digər tərəfdən də hazırkı mübahisəyə kəsici müddət tətbiq edilməlidir. Belə ki, iddiaçı həmin müddəti ötürmüşdür. İddiaçının ipoteka müqaviləsindən məlumatı olmuş, lakin bir illik kəsici müddəti buraxmaqla məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir.
17. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin vəkili Vəkil3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, "xxxx" MMC "xxxx" MMCnin təsisçisi olmaqla, bilavasitə işə aidiyyəti olan hüquqi şəxsdir. İş materiallarına gömrük sənədlər i əlavə edilmişdir. Həmin sənədlərdən də təsdiq edilir ki, İrandan dəmir konstruksiyalar sifariş olunmuş və podrat şirkəti tərəfindən Azərbaycan gətirilmişdir. Kredit İran Bankı tərəfindən "xxxx" MMC-nin razılığı ilə podrat şirkətinə verilmişdir. Sözügedən kredit müqaviləsinin davamı olaraq “X8 Bankı”, "xxxx" MMC və "xxxx" MMC arasında üçtərəfli müqavilə imzalanmışdır. Bank pul ayırmış, "xxxx" MMC-nin nəzarəti ilə "xxxx" MMC tikintini davam etdirmişdir. Həmin müqavilə ilə 2022-ci ilə qədər tikinti işləri yekunlaşdırılmalı idi. Birbaşa “X8 Bankı” tərəfindən pul Azərbaycana, "xxxx" MMC-nin hesaba daxil olmuşdur. Pul vəsaiti hissə-hissə "xxxx" MMC-yə verilib. "xxxx" MMC-də həmin puldan təyinatı üzrə istifadə etmiş və "xxxx" MMC-yə bununla bağlı “forma-2” təqdim etmişdir. İpoteka müqaviləsin dən də iddiaçının xəbəri olmuşdur. Sözügedən torpaq ipotekaya qoyulmuşdur. Müqavilədə də qeyd edilmişdir ki, torpaq üzərində gələcəkdə tikiləcək 24 mərtəbəli bina ipotekaya qoyulmalıdır. Qeyd edilənlərə əsasən vəkil iddianın rədd edilməsini xahiş etmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-551/2024 nömrəli mülki iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lalə Rəhimli) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(060)-8/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “X7 Bankı”nın cavabdehlər “El.SƏ.Nİ" MMC və "xxxx" MMC-yə qarşı kredit borcunun t utulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-778/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə kredit alan şəxsin borcu qaytarmaq öhdəliyinin yaranması üçün ilk növbədə kredit verən tərəfindən kredit müqaviləsinin predmeti olan pul vəsaitinin kredit alanın mülkiyyətinə verilməsi əsas şərtdir. Hazırki işdə isə kredit məbləğinin nağd şəkildə borc alan "xxxx" MMC-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi halı öz təsdiqini tapmır.
20. Məhkəmə kollegiyası qeyd etmişd ir ki, iddiaçı kredit müqaviləsi üzrə pul vəsaitinin bir hissəsinin cavabdehə, bir hissəsinin isə onun xahişi ilə podratçı olan şirkətlərə ödənildiyini bildirsə də, onun tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən həmin hallar ümumi şəkildə qeyd olunmuş, konkret olaraq iddia olunan pul vəsaitinin nə qədər hissəsinin “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasına gətirilməsinə aydınlıq gətirilməmişdir.
21. Məhkəmə müəyyən etmişdir ki, kredit məbləğinin nağd şəkildə borc alan "xxxx" MMC-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi işin materiallarına əsasən müəyyən edilmir. İddiaçının iddia etdiyi pul vəsaitinin həqiqətən verilməsini sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi «maliyyə sənədləri»nə münasibətdə isə qeyd olunmalıdır ki, həmin sənədlər ziddiyyətli olmaqla yanaşı, nağdsız hesablaşmaların aparılmasını təsdiq edən ümumi qəbul edilmiş sənədlər olaraq tərtib olunmuşdur. Həmin sənədlər İran İslam Respublikasının Xarici işlər Nazirliyi tərəfindən leqallaşdırılmış, rəsmi tərcümə olunmuş və Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilsə də, təkcə formasına görə deyil, həm də məzmunu ilə bağlı iddiaçı tərəfin iddia etdiyi məbləğdə pul vəsaitinin verilməsini təsdiqləmir və buna görə də iddia tələbinin təmin olunması üçün yetərli sübutlar sayılmır.
22. M əhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən “maliyyə sənədləri”nin hazırkı işə aidliyi müəyyən olunarkən nəzərə alınmalıdır ki, iddiaçı maliyyə sənədlərinə əsasən 44 milyon avro məbləğindən artıq vəsaitin cavabdeh "xxxx" MMC-nin öhdəliklərinə görə 115 Yol İnşaatı və Tikinti Şirkətinə və İran İslam Respublikasının ayrı-ayrı hüquqi şəxslərinə ödənildiyini göstərmişdir. Bununla belə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2013-cü il 9 yanvar tarixli qərardadından aydın olur ki, "xxxx" MMC-nin 115 Yol inşaatı və Tikinti Şirkəti qarşısında öhdəliyi icra olunmamış qalmış və bu səbəbdən İran İslam Respublikasında 2012-ci il 18 iyul tarixli qərar qəbul edilmişdir. Beləliklə, iddiaçının iddia etdiyi vəsaitin bank qanunvericiliyinin tələblərinə uyğun olaraq borc alanın kredit müqaviləsi üzrə hesabına daxil olduğu iş üzrə müəyyən edilmədiyindən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuş sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında mübahisəli kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmadığından kredit borcunun qaytarılması ilə bağlı iddiaçının tələbi əsassızdır və təmin oluna bilməz. Qeyd edilən xüsusatlar əlaqəli olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-144/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır. Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında “X7 Bankı” ilə cavabdeh “El.SƏ.Nİ" MMC arasında xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən hər hansı kredit məbləğinin ödənilmədiyi, yəni tərəflər arasında kredit öhdəliyinin yaranmadığı müəyyən edilmişdir. Demək ki, iddiaçının hazırda qeyd etdiyi fakt və hallar bundan öncə məhkəmə mübahisə zamanı araşdırılmış və həmin qətnamədə qeyd olunan hallara hüquqi qiymət verilmişdir. Başqa sözlə xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri arasında kredit öhdəliyinin yaranmadığı, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən məhkəmə tərəfindən həmin məsələ üzrə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsi də məhz yuxarıda qeyd olunan, konkret halda "xxxx" MMC-nin məhz xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əs asən üzərinə götürdüyü kredit öhdəliyinin təminatı olaraq bağlanmışdır. Göründüyü kimi xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsinin təminat verdiyi əsas (kredit) öhdəlik mövcud olmadığı üçün ipoteka müqaviləsi də özü-özlüyündə etibarsız (əhəmiyyətsiz) əqddir. Çünki həmin müqavilə bağlanarkən tərəflərin həqiqi niyyəti ona uyğun hüquqi nəticələr yaratmaq olmamışdır.
24. Apellyasiya şikayətlərinin digər dəlillərindən biri də ondan ibarətdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası bu hissədə də apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək aşağıdakıları qeyd etmişdir. Baxılan işdə iddiaçı, cavabdehlər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız sayılması barədə tələbini onunla əsaslandırmışdır ki, qanuni qüv vədə olan məhkəmə qətnaməsinə əsasən (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən) cavabdehlərdən müştərək qaydada onun xeyrinə 8 547 750 manatın tutulması qət edilməsinə baxmayaraq sonuncular pulu ödəməkdən yayınır və əlavə olaraq borcun əmlaka yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq kredit və hazırda mübahisə olunan ipoteka müqavilələrini rəsmiləşdirməklə əslində uydurma əqd bağlamışlar. xx.xx.2017-ci il tarixli, 3M1382 nömrəli ipoteka müqaviləsi bağlanarkən müqavilə tərəflərinin iradə ifadəsi ona uyğun hüquqi nəticələr yaratmaq olmamışdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir.
25. İddiaçı həm də ona istinad etmişdir ki, mübahisə olunan əqdin rəsmiləşdirilməsində məqsəd borclunun müqavilələrin predmeti olan əşyaların mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilmənin qarşısını almaqdır. Belə olan halda, alacağının borclunun əmlakı hesabına ödənilməsi imkanı aradan qalxır və tələbkar kimi hüquqları pozulur. Kollegiya qeyd etmişdir ki, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Mövcud vəziyyətdə həmin şəxsin subyektiv hüququnun olmaması barədə mövqe məhkəmə müdafiəsi hüququ na ziddir.
26. Apellyasiya instansiya məhkəməsi bu qənaətə gəlir ki, kreditorun (tələbkarın) borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdlərin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququ vardır və belə iddia uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında həll edilməlidir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu zaman məsələlərə formal yanaşılmamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi ilə hədəflənən hüquqi nəticənin nədən ibarət olmasını, başqa sözlə əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilələrin sadəcə üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədilə bağlanmasını, b u konteksdə müqavilələrin rəsmiləşdirildiyi dövrü, alıcının kimliyini və satıcı ilə münasibətlərinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını, əşyaların alıcının sahibliyinə verilib-verilməməsini, müqavilə bağlandıqdan sonra satıcının bu əşyalar üzərindəki faktiki sahiblik və idarəçiliyinin davam edib-etməməsini və digər xüsusatları aydınlaşdırılmaqla MM-in 340.1-ci şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olubolmamasına hüquqi qiymət verilməlidir.
28. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdehlərdən müştərək qaydada İddiaçı xeyrinə ümumilikdə 8 547 750 manatın tutulması barədə məhkəmə qərarı mövcuddur və sözügedən qərar qüvvədədir. İddiaçının da əsas dəlili ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixli, 3M-1 382 nömrəli ipoteka müqaviləsi mövcud olduğu müddətdə həmin qətnamə ilə tutulmalı olan borc məbləği "xxxx" MMC-nin mülkiyyətində olan və həmin müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməyəcəkdir. Yəni, iddiaçı həmin ipoteka müqaviləsinin etibarsız hesab edilməsində maraqlı olan şəxsdir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxslərin iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmaması barədə dəlillərini də əsassız hesab edir.
29. Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmiş və işin halları tam və hərtərəfli araşdırılmaqla, gəldiyi nəticə qanunvericiliyə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 14.1, 269.1, 269.2, 269.4, 269.5, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 334.1, 334.2, 334.3.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 404.1, 404.2-ci maddələrinə, İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 10.1, 48.1.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh X8 Bankı (Vəkil4) kassasiya şikayə ti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
33. Əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" MMC ilə “X7 Bankı” arasında bağlanmış 2017-ci il tarixli təkrar ipoteka müqaviləsi xx.xx.2010-cu il tarixində bağlanmış ilkin ipoteka müqaviləsinin davamıdır. Belə ki, 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlandıqdan sonra tikinti işləri yenidən başlanmış və "xxxx" MMC, "xxxx" MMC və “X7 Bankı” arasında bağlanmış üçtərəfli müqavilələrlə tikinti işləri "xxxx" MMC tərəfindən davam etdirilmişdir. İran İslam Respublikasının “115 yol salma və tikinti şirkəti” tərəfindən təqdim edilən mali yyə sənədi “X7 Bankı” dan alınan pul vəsaitlərini təsdiq etmişdir. Sənəd banka təqdim olunub və bankın möhürü sənəd üzərində mövcuddur. Sənədin tərcüməsi İranda notarius və ədliyyə nazirliyi tərəfindən təsdiqlənmiş və Azərbaycan konsulluğunun möhürü ilə leqallaşmışdır. Cavabdeh məhkəmə kollegiyasına iş üzrə icraata xitam verilməsi barədə vəsatətlə müraciət etmişdir. Vəsatət belə əsaslandırılmışdır ki, İddiaçı tərəfindən mübahisələndirilən müqavilə sahibkarlıq subyektləri olan “X8 Bankı” ilə "xxxx" MMC arasında bağlanmışdır. “X8 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsində göstərilmişdir ki, müqavilə "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi üçün bağlanır. Bun dan başqa, İddiaçı iddia ərizəsində belə dəlil irəli sürmüşdür ki, guya cavabdeh "xxxx" MMC ondan borc aldığı pulun hesabına çoxmənzilli yaşayış binasını inşa etmişdir. Buradan görünür ki, İddiaçı da "xxxx" MMC ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirib. Belə olan halda mübahisəyə aidiyyət üzrə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı idi. Lakin, Sumqayıt şəhər Məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq məhkəmə aidiyyəti kommersiya məhkəməsinə aid olan işi öz icraatına qəbul etmişdir və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən heç bir əsaslandırma gətirilmədən cavabdehin vəsatəti rədd edilmişdir.
34. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1, 354.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 76.1, 8 2.3, 254.1, 254.1.4, 256, 261-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.
37. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
38. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
39. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
40. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
41. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
42. Maddə 334.1. Əqdin notariat qayda sında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
43. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.
44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
45. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əq d həmin şəxsə qarşı mübahisə edilir.
46. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
47. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
48. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
49. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
50. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İpoteka Haqqında Azərbaycan Respublikası Qanunu
51. Maddə 10.1. ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
52. Maddə 48.1.2. Əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnı z tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Maddə 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:
58. Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
65. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qər arlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
66. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh “X8 Bankı” tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Su mqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-551/2024 nömrəli iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.