Məhkəmə qərarları › İş №2(102)-2812/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2812/2025

10.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2812/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual müddətin bərpasından imtina barədə 10.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 avqust 2025-ci il tarixli, 2(103)2692/2025 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı1 Cavabdeh1 və digərlərinə qarşı ("xxxx" ASC 3-cü şəxs qismində cəlb olunmaqla) “zaminlik müqaviləsinin ləğv edilərək etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 X və Cavabdeh1 əsas borclu kimi tanınması, "xxxx" ASC-nə 23.340 ABŞ dolları borcun ödənilməsinin onlara həvalə edilməsi və onlarla zaminlik müqaviləsinin aldatma yolu ilə bağlanmasına görə xx.xx.2015-ci il tarixli “zaminlik” müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)3719/2024 saylı qərardadı ilə (hakim Pərvin Məmmədov) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" ASC 3-cü şəxs qismində cəlb olunmaqla) “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2(103)2692/2025 saylı qərardadı ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən, məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-3719/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı1 Bakı Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2(103)-2692/2025 saylı qərardadından kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2692/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının İMES-ə yerləşdirilməsi barədə elekrton ünvanına məlumat gəlmədiyindən iddiaçı qərardadı vaxtında əldə edə bilməmiş, bu səbəbdən həmin qərardaddan şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən ötürmüşdür. Həmin qərardadın sürəti iddiaçının müraciətinə əsasən xx.xx.2025-ci il tarixdə ona təqdim olunmuşdur. Ona görə də ötürülmüş prosessual müddət üzürlü hesab edilərək, buraxılmış həmin müddət bərpa edilməlidir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 avqust 2025-ci il tarixli, 2(103)2692/2025 saylı qərardadı ilə (hakimlər- Cəmilə Musayeva (sədrlik edən, məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) həmin məhkəmənin 2(103)-2692/2025 saylı, 22 aprel 2025-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

8. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2692/2025 saylı, 22 aprel 2025-ci il tarixli qərardadı İddiaçı1 elektron kabinetinə 30 aprel 2025-ci il tarixdə yerləşdirilmiş, həmin qərardaddan kassasiya şikayəti isə məhkəməyə 24 iyul 2025-ci il tarixdə da xil olmuşdur. Bununla da qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Sözügedən prosessual hərəkətin edilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddəti buraxmış iddiaçı, verdiyi ərizədə istinad etdiyi hallar ötürülmüş müddətin bərpası üçün əsas olaraq nəzərdən keçirilə bilməz. Onun ərizədə göstərdiyi halların üzrlü hesab edilməsi mülki prosessual qanunvericiliyə ziddir.

9. Məhkəmə kollegiyası vurğulamışdır ki, məhkəmədə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu kontekstdə qeyd olunmalıdır ki, məhkəmə aktının müvafiq müdd ət ərzində mübahisələndirilməməsi, daha sonra isə ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına səbəb ola bilər. Belə ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə zidd iyyət təşkil etmiş olardı.

10. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.1, 128.1, 129.1, 130.1, 133.1, 268.1, 402.2, 403.1, 405.0.1, 405.0.2, 408.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı1 kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 avqust 2025-ci il tarixli, 2(103)-2692/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin şikayət olunan 2(103)2692/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının MEİS yerləşdirilməsi barədə iddiaçının elekrton ünvanına məlumatın göndərilməsi t əmin edilmədiyindən iddiaçı qərardaddan məlumatlı olmayaraq qərardaddan şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzürlü səbəbdən ötürmüşdür. Qərardadın sürəti iddiaçının müraciətinə əsasən xx.xx.2025-ci il tarixdə rəsmi qaydada əldə edilmiş və həmin qərarddaddan kassasiya şikayəti təqdim olunmuşdur. Ona görə də ötürülmüş prosessual müddət üzürlü hesab olunmalı idi. Lakin məhkəmə qeyd olunan halları üzürlü hesab etməyərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hazırkı qərardadın EMİS-ə yerləşdiriliməsi haqqında iddiaçının elektron ünvanına məhkəmə tərəfindən məlumat göndərilərək həmin nöqsan aradan qaldılımış, qərardadı vaxtında əldə edərək qanunla müəyyən edilmiş hüquqdan vaxtıda istifadə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hərtərəfli, ta m və obyektiv tədqiqinin təmin edilməsini və həqiqətə nail olunmasını istəməmiş, iddiaçının hüquqlarını bərpa etmək əvəzinə onları pozmuşdur. İşin çəkişmə prinsiplərinə əməl olunaraq uzun müddət davam etməsi isə ədalət mühakiməsinə xələl gətirən hallara deyil, mübahisənin hərtərəfli və tam araşdırılaraq iş üzrə obyektiv yekun qərar qəbul edilməsinə xidmət edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 15. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məh kəmə tərəfindən təyin edilir.

19. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

22. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

25. Maddə 405.0.2 Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 27. 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edi lən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara ist inad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı İddiaçı1 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

33. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əs aslar yoxdur.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2025-ci il tarixli, 2(103)-2692/2025 saylı qərardadı İddiaçı1 elektron kabinetinə 30 aprel 2025-ci il tarixdə yerləşdirilmiş, həmin qərardaddan kassasiya şikayəti isə məhkəməyə 24 iyul 2025-ci il tarixdə daxil olmuşdur. Bununla da qərardaddan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Sözügedən prosessual hərəkətin edilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddəti buraxmış İddiaçı1 verdiyi ərizədə istinad etdiyi hallar ötürülmüş müddətin bərpası üçün əsas olaraq nəzərdən keçirilə bilməz. Çünki, onun ərizədə göstərdiyi halların üzrlü hesab edilməsi mülki prosessual qanunvericiliyə ziddir.

35. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmədə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu kontekstdə qeyd olunmalıdır ki, məhkəmə aktının müvafiq müddət ərzində mübahisələndirilməməsi, daha sonra isə ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına səbəb ola bilər.

36. Belə ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçıların ı intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı.

37. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol ver məmiş və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 avqust 2025-ci il tarixli, 2(103)-2692/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar