Məhkəmə qərarları › İş №2(102)-2813/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2813/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2813/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2 14/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən şirkət ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan mülkiyyətçiyə məxsus birmərtəbəli qəzalı tikilinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, mülkiyyətçinin 41 saylı mənzilinin ümumi sahəsinə şirkət tərəfindən güzəşt edilməklə (122 kv.m + 24 kv.m (20%) + 19,4 kv.m əlavə sahə v erilməklə) binanın 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan təmirli 2 mənzili onun mülkiyyətinə verməyi, mülkiyyətçi isə yaşayış üçün qəzalı vəziyyətdə olan, söküləcək mənzili şirkətin istifadə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən şirkət 24 aylıq (24 ay + 600 manat) 14.400 manat məbləğində kirayə haqqını bu müqavilə bağlanan anda müllkiyyətçiyə ödəməyi, 2.2.4-cü maddəsinə əsasən hər hansı bir səbəbdən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə bu müqavilə ilə nəzərdə tutulmuş kirayə haqqı ödənişinin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməyi, müqavilənin 2.2.5-ci bəndinə əsasən isə yeni tikiləcək bina nın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzilləri təmirli təhvil vermək öhdəliyini götürmüşdür. 2. "xxxx" MMC İddiaçı ünvanladığı məktubda "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 2022-ci ilin aprel ayında blok 3 mərtəbə 13 sahə 105,5 kv.m. 2 saylı mənzilin və blok 3 mərtəbə 15 sahə 69 kv.m. 5 saylı mənzilin təhvil verilməsi üçün müraciət olunsa da, onun təhvil-təslimə gəlmədiyi bildirilmiş və "xxxx" MMC-yə yaxınlaşıb mənzilərin təhvil alınması ondan xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin onunla Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərini yerinə yetirərək, ünvan 1 ünvanında yerləşən, yeni yaşayış binasının 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa, həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ayrı-ayrı mənzillərin tam təmirli şəkildə ona təqdim etdilməsi öhdəliyinin qoyulması, mənzil kirayə haqqına görə ödədiyi 4.800 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, müqavilədə nəzərdə tutulan vəzifələri yerinə yetirərək mülkiyyətində olan mənzili "xxxx" MMC-nə təhvil vermiş, mülkiyyətində olan mənzil sökülərək yerində çoxmərtəbəli mənzil tikilmiş, lakin, cavabdeh müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməmiş, cavabdeh iddiaçıya bildirmişdir ki, 85,6 kv.m və 79,8 kv.m sahəsi olan təmirli 2 mənzili onun mülkiyyətinə vermək istəməmiş, cavabdeh tərəfindən ona təklif edilən mənzillərin ölçüləri müqavilənin şərtlərinə uyğun olmamış, həmçinin mənzillər həmin mərtəbələrdə deyil, ayrı-ayrı mərtəbələrdə yerləşmiş, həmçinin mənzil 18-24 ay ərzində iddiaçıya təqdim edilmədiyi üçün o, kirayədə qalmaq məcburiyyətində qalmış, son 8 ayda hər ay 600 manat mənzil kirayə haqqı ödəmiş, bu məbləği ona ödəməmişlər. Bunun da nəticəsində ona 4800 manat maddi ziyan dəymiş, iddiaçı dəfələrlə cavabdehə müraciət edərək müqavilə şərtlərini yerinə yetirməyi xahiş etsə də, bunun da heç bir nəticəsi olmamışdır. İddiaçı mənzilləri t əhvil ala bilməmiş, özü də qeyd edilən ərazidə olmuş, iddiaçının sökülən evi ilə tikilən bina arasında 15 metr məsafə olmuş, iddiaçının evinin yerində isə başqa bir tikili olmuş, iddiaçı ilə birlikdə onun qonşusu ilə də eyni vaxtda müqavilə bağlanmış, həmin qonşuya həmin binada mənzil təhvil verilmiş, lakin bu barədə sübutu olmamışdır. 5. "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 4 aprel 2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, MMC öhdəliklərini yerinə yetirməkdən imtina etməmişdir, əksinə dəfələrlə qarşı tərəfə müqavilədə müəyyən olunan sahədən də artıq mənz illəri qəbul etməyi təklif etmiş, o, əvvəl razı olsa da, sonradan həmin mənzilləri qəbul etməkdən imtina etmişdir. Bu hal müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilərək, müqavilənin ləğvi üçün əsas olmuş, həmçinin müqavilə bağlandığı 2018-ci ildəki şərait hazırki şəraitə nisbətən əhəmiyyətli dərəcədə dəyişmiş, əvvəl yeni tikilən binalarda mənzillərin 1 kv.m qiyməti 700-900 manat idi, hazırda isə həmin ərazidə yeni binalarda mənzillərin 1 kv.m dəyəri 1700-1900 manat təşkil etmiş, "xxxx" MMC Kronşner” MMC-nin 2018-ci ildə təklif etdiyi 19.4 kv.m əlavə sahənin dəyəri 16000-17000 manat idisə, hazırda həmin sahənin dəyəri 32000-35000 manat təşkil etmiş, bu da "xxxx" MMC-yə əhəmiyyətli ziyan vura biləcəyi, qeyd edilən binanın hələ də tikilməsi davam etmiş, tikintisi tam bitmə miş, sökülən tikintinin yerində bina tikilmiş, tikinti gecikmiş, bunun səbəbi isə maliyyə cəhətdən baş vermiş çətinliklər olmuşdur.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(011)-278/2023 nömrəli qətnaməsi ilə (Şəhriyar Əliyev) ilkin iddia tələbi təmin edilmiş, "xxxx" MMC tərəfindən tərəflər arasında bağlanmış 04 aprel 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, ünvan 2 ünvanında yerləşən, yeni yaşayış binasının 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ayrı-ayrı mənzillərin tam təmirli şəkildə iddiaçıya təqdim edilməsi, cavabdehdən vurulmuş maddi ziyana görə 4800 manat və ödənilmiş dövlət rüsumu qismində 100 manat alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun MMC-nin özünə aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 04 aprel 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC İddiaçı məxsus tikilinin əvəzində həmin sahədə tikiləcək yeni yaşayış binasında ona binanın 9-cu mərtəbəsində 85,6 kv.m və 79,8 kv.m sahəsi olan təmirli vəziyyətdə 2 mənzil verməyi, 24 aylıq (24 ay+600 manat) 14400 manat məbləğində kirayə haqqını bu müqavilə bağlanan anda İddiaçı ödəməyi, hər hansı bir səbəbdən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə kirayə haqqı ödənişinin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməyi, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra t ikinti işlərini 18-24 ay müddətinə başa çatdırmaqla mənzilləri İddiaçı təmirli təhvil verməyi, İddiaçı isə ona məxsus mənzili "xxxx" MMC-nin istifadə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür, İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək ona məxsus mənzili "xxxx" MMC-yə təhvil vermişdir, "xxxx" MMC isə müqavilədə nəzərdə tutulan mənzilləri müəyyən edilmiş müddətdə ona təhvil verməmiş, bununla da müqavilə öhdəliklərini yerinə yetirməmiş, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, "xxxx" MMC-nin müqavilə üzrə öhdəliklərinin yerinə yetirməsini istisna edən, habelə müqavilənin ləğv olunmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

9. Birinci instansiya məhkəməsi belə olan halda hesab etmişdir ki, İddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını (m üqavilədə nəzərdə tutulan mərtəbədə yerləşən və sahəyə malik) tələb etməkdə haqlı olmuşdur. 10.Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi sübutetmə yükü ilə bağlıdır və "xxxx" MMC bu hallara (müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması və s.) dair sübutetmə vəzifəsi daşımış, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. 11.Birinci instansiya məhkəməsi tərəfin “dəfələrlə qarşı tərəfə müqavilədə müəyyən olunan sahədən də artıq mənzilləri qəbul etməyi təklif edilməsi barədə” dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, belə razılaşmaya dair hallar tərəflər arasında bağlanmış mübahisəli müqavilənin şərtlərinə daxil olmadığından, bu barədə təklifin İddiaçı tərəfində n qəbul edilməməsi də müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə əsasən, kreditor, yəni İddiaçı müqavilə üzrə ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. 12.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 21.1, 21.2, 385.1, 386.1, 389.1, 421.1, 421.2, 435, 442, 443.1, 443.2. 443.3, 445.1, 445.5ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il qəra rına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 107, 119.1, 124.1, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 13.İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" MMC mübahisə olunan sahədə 6 bina inşa edir. Lakin ilk iddia ərizəsində konkret hansı binadan mənzil verilməsi göstərilməmişdir. İlk iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşmiş tikilinin yerində isə hələ bina tikilib qurtarmamışdır. Məhz buna görə də "xxxx" MMC dəfələrlə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona məxsus olmuş sahənin yerində tikilən bina hələ tikilib başa çatmadığına görə, ona həmin həyətdə digər binadan, hətta müqavilədə nəzərdə tutulmuş sahədən də artıq sahəyə malik mənzilləri qəbul etməyi təklif etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh əvvəllər şirkətin təklifləri ilə razı olsa da, sonradan naməlum səbəbdən həmin mənzilləri qəbul etməkdən imtina etmişdir. Belə olan halda, iddianın təmin edilməsi barədə qətnamə qüvvəyə minərsə, İddiaçı hansı binadan mənzil verilməlidir? Birinci instansiya məhkəməsinin qətnaməsində də konkret olaraq hansı binadan İddiaçı mənzil verilməli olması müəyyən olunmamışdır. Göründüyü kimi, iddia tələbləri dəqiq olmamışdır. Məhkəmədə işə ba xılarkən, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə vəsatəti rədd etsə də, bununla bağlı ayrıca qərardad qəbul etməmiş və bu qərarını əsaslandırmamışdır. İlk iddia tələblərindən biri "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 4.800 manatın tutulması olmuşdur. Məhkəmə iclasında da İddiaçı izahatında bildirmişdir ki, o, 4.800 manat kirayə haqqı ödəmişdir. Lakin İddiaçı 4.800 manat kirayə haqqı ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. 15.xx.xx.2023-cü il tarixli tədqiqat obyektinə baxış keçirilməsinə dair akta əsasən Bakı şəhəri, Xətai rayonu, 8-ci Qaraşəhər küçəsində yerləşən "xxxx" MMC-nin tikdiyi yaşayış kompleksinə baxış üçün ekspert X2, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 həmin ərazidə olmasına baxmayaraq, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılmamışdır, eyni bu hal xx.xx.2023-cü il tarixdə keçirilmiş baxış zamanı da yaşanmışdır. 16."xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 01/24 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2018-ci il tarixli müqavilədə göstərilən mənzillərin İddiaçı təhvil verilməli həmin vaxt mövcud olan ilkin layihə əsasında nəzərdə tutulmuşdur. Lakin onlardan asılı olmayan səbəblərə görə həmin müqavilədən sonra binanın təsdiq edilmiş son inşaat layihəsinə əsasən binada müqavilədə göstərilən sahədə mənzillər nəzərdə tutulmadığı üçün məhz belə sahəyə uyğun gələn mənzillər inşa edilməmişdir. Bu səbəbdən İddiaçı dəfələrlə, ümumi sahəs i müqavilədə müəyyən edilmiş mənzillərin cəmi ümumi sahəsinə uyğun mənzillər, məsələn, 102,5 kv.m. + 69 kv.m. sahəsi olan mənzillər təklif edilsə də, o, həmin mənzilləri qəbul etməkdən imtina etmişdir. 17.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-214/2024 nömrəli mülki iş üzrə 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X1) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 18.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uy ğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur. 19.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, İddiaçılə "xxxx" MMC iradə ifadəsini bildirməklə razılığa gələrək aralarında dəyişdirmə və podrat müqaviləsi bağlamış və həmin müqavilə imzlandığı andan aralarında yaranmış mülki hüquq münasibətlərinə uyğun olaraq İddiaçı ünvan 1 ünvanında yerləşməklə mülkiyyətində olan evi söküntü və yerində hündürmətrəbəli çoxmənzili yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə təhvil vermiş, sonuncu isə bunun müqabilində inşa etdiyi binanın 9-cu mərtəbəsindən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ədəd təmirli mənzili onun mülkiyyətinə verməyi barədə üzərinə öhdə lik götürmüşdür. Həmçinin, üzərinə götürdüyü öhdəliyə əsasən "xxxx" MMC binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzilləri təmirli təhvil verməli idi. 20."xxxx" MMC öhdəliyin icrasından imtina etmədiyini, sadəcə olaraq müqavilədə göstərilən sahədə mənzillərin binanın ilkin layihəsində olduğunu, hazırki layihədə belə bir sahədə mənzillərin olmadığını, həmçinin binanın hər hansı girişinin 9-cu mərtəbəsində bu sahədə və ölçü baxımdan bu sahəyə yaxın sahədə mənzillərin olmadığını (satıldığını) bildirmişdir. Lakin bu halı, təsdiq edəcək hər hansı sübut, o cümlədən ümumiyyətlə binada yerləşən mənzillərin sahələri barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Məsələyə aydınlıq gətirilməsi, o cümlədən binada re al sahəsi 85,6 kv.m və 79,8 kv.m. olan mənzillərin olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin məhkəmə eksperti tərəfindən tərtib edilmiş akta əsasən məhkəmə eksperti ekspert tədqiqatının aparılması üçün müəyyən edilmiş vaxta, yəni xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə mübahisəli sahəyə gəlmiş, lakin ona (həmçinin tədqiqatda iştirak etmək üçün gəlmiş İddiaçı və onun vəkilinə) tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılmamış, nəticədə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. 21.Məhkəmə kollegiyası tərəfindən mübahisəli sahədə keçirilmiş yerinə müayinə də bir nəticə verməmiş, mənzillərin hamısının sat ılması və ayrı-ayrı şəxslərin mülkiyyətində olması bildirildiyindən mənzillərə baxış keçirilməsi mümkün olmamışdır. Lakin yerində müayinə zamanı da mənzillərin sahəsi ilə bağlı hər hansı sənəd təqdim edilməmiş, o cümlədən müqavilələr göstərilməmişdir. Mənzillərə baxış keçirilməsinin məhz satılması səbəbindən mümkün olmadığı bildirilsə də, İddiaçı vəkili və nümayəndəsinin suallarına "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş cavablardan müəyyən edilmişdir ki, cəmiyyətin satış şöbəsi artıq ayrı-ayrı mənzil sahiblərinin müraciətinə əsasən onlara məxsus mənzillərin satışını həyata keçirir (halbuki, vəkil və nümayəndə satış şöbəsinə adi vətəndaş kimi zəng etdiyini və satış şöbəsindən ona binada satılmamış mənzillərin olduğu və onların satılması barədə məlumatın verildiyini bildirmişdir). Bu da öz növbəsində ən azı həmin mənzillərin hazırda cəmiyyət üçün əlçatımlı olmasını və bu baxımdan cəmiyyətin onlara baxış keçirilməsinə şəraitin yaradılması imkanına malik olmasını təsdiq edir. 22.Nəzərə alınmalıdır ki, həmin ərazidə yaşayan digər mülkiyyətçilərlə də eyni məzmunlu və oxşar müqavilələr bağlanmışdır. Lakin İddiaçı başqa hər hansı digər belə şəxsə münasibətdə "xxxx" MMC tərəfindən müqavilə öhdəliyinin icra edilmədiyi barədə məlumat verilməmişdir. Əksinə digər şəxslərlə belə bir problemlərin olmadığı qeyd edilmişdir. Ümumiyyətlə belə qənaətə gəlmək olmuşdur ki, "xxxx" MMC öz mövqeyini sübut edə bilməmiş, mövcud vəziyyət onun hərəkətlərinin müqavilə üzrə İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasından yayınması kimi qiymətləndirilməsi üçün əsas yaratmışdır. 23.İdd iaçıın müqavilədə göstərilən mənzillərin sahəsinə uyğun pul kompensasiyasının ödənilməsi, habelə ölçü baxımdan həmin sahədən də artıq sahəsi olan digər mənzillərin verilməsi barədə "xxxx" MMC-nin təkliflərini qəbul etməməsi müqavilə öhdəliklərinin onun tərəfindən pozulması və ya icrasından imtina etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, bu təklifləri irəli sürməklə “Kronşnep” MMC hüquqi nəticə etibarı ilə müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etməyi təklif etmişdir ki, bunu da qəbul etmək İddiaçıın vəzifəsi deyil, hüququ olmuşdur. Başqa sözlə, qanunverici bu məsələnin belə bir qaydada həll edilməsinin mümkünlüyünü kreditorun (hazırki vəziyyətdə İddiaçıın) sərbəst iradəsinə buraxmış və onun razılığından asılı etmişdir. 24.Məhkəmə kollegiyası iddia üzrə tələb edilən 4800 manat məbləğində pulun ödənilməməsinin təsdiq edən hər hansı sənədin təqdim edilməməsi dəlili ilə bağı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cəmiyyət 24 aylıq (24 ay + 600 manat) 14.400 manat məbləğində kirayə haqqını bu müqavilə bağlanan anda mülkiyyətçiyə ödəməyi (1.2-ci bənd), hər hansı bir səbəbdən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə bu müqavilə ilə nəzərdə tutulmuş kirayə haqqı ödənişinin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməyi (2.2.4-cü bənd) barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilədə şərtləşdirilmiş 18-24 ay müddəti də artıq bitmişdir. Bu baxımdan cəmiyyət şərtləşdirilmiş, lakin ödənilməmiş aylıq 600 manat məbləğində pulu ödəməlidir. Lakin cəmiyyət ödənişlərin tam şəkildə aparılmasını təsdiq edən sübutları təqdim etmək əvəzinə, qarşı tərəfin bu barədə sübut təqdim etməməsinə istinad edir. Hər bir halda, iddia edilən məbləğ ödənildiyi təqdirdə cəmiyyət bu halı təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etmiş olardı. Qeyd edilənlər öz növbəsində həmin dəlillərin əsassız olduğunu və iddia edilən məbləğin İddiaçı ödənilmədiyini təsdiq etmişdir. 25.Məhkəmə kollegiyası müqavilənin ləğv edilməsi ilə bağlı da "xxxx" MMC-nin dəlillərini əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, həmin ərazidə yeni tikilən binalarda mənzillərin 1 kv.m. sahəsinin qiymətinin artması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz və həmin müqavilənin ləğv edilməsi üçün əsas yaratmır. Hər bir halda, müqavilə üzrə öhdəliklərin icrası məhz cəmiyyət tərəfindən gecikdirilmiş, həmin ərazidə İddiaçı mülkiyyətində olan ev yerləşmiş və mənzillər də hər hansı pul müqabilində deyil, məhz bu evin müqabilində ona verilməli idi. Digər tərəfdən bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan cəmiyyət istinad etdiyi məsələlərdən tam məlumatlıdır və müqavilə bağlanan zaman da belə bir halın mümkünlüyünü gözünün önünə almışdır. 26.Apellyasiya instansiyası məhkəməsi bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün hər hansı əsas mövcud olmamışdır. "xxxx" MMC xx.xx.2018-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, İddiaçı ödəməli aylıq kirayə haqqının 4.800 manat hissəsinin ödənilməsini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada təmin etməmiş, habelə müqaviləyə əsasən inşa edərək, ona təhvil verməli olduğu 2 ədəd mənzili müəyyən edilmiş müddətdə və qaydada ona təhvil verməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də "xxxx" MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cəmiyyət onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 4.800 manat məbləğində pulu İddiaçı ödəməli, habelə binanın 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan təmirli 2 mənzili razılaşdırıldığı kimi İddiaçı təhvil verməlidir. 27.Məhkəm ə kollegiyası o halı da qeyd etmişdir ki, həmin müqavilədə mənzillərin yerləşdiyi girişin (blokun) göstərilməməsi müqavilənin icrasına maneə olan hal kimi qiymətləndirilməməlidir. Hər bir halda, girişi göstərməməklə bu müqavilənin tərəfi olaraq "xxxx" MMC hüquqi nəticə etibarı ilə İddiaçı təhvil veriləcək mənzillərin binanın girişlərinin hansı birində yerləşməsinin müəyyən edilməsi (bununla bağlı əvvəlcədən qeydiyyat aparması (mənzillərin ayrılması) öhdəliyini də öz üzərinə götürmüşdür. Bu baxımdan müqavilənin belə bir məzmunda (girişi göstərməməklə) bağlanması həmin binanın ixtiyari girişinin (blokunun) qeyd edilən mərtəbəsində yerləşən müvafiq mənzillərin İddiaçı təhvil verilməsini özündə ehtiva edir. Başqa sözlə, müqaviləni tərtib edən və həmin müddəanı belə bir məzmunda yazılmasını tək lif edən tərəf "xxxx" MMC olduğundan bu qeyrimüəyyənlik məhz onun ziyanına (əlehinə) təfsir edilməli və hüquqi nəticə etibarı ilə onun tərəfindən həll edilməlidir. 28.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 389.1, 399.1, 421.1, 425.1, 435, 442, 443.1, 443.2. 443.3, 445.1, 445.5, 448.1, 752.1, 762.1-ci, MPM-in 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 29.İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə ilkin iddianın rədd edilməsi və qarşıl ıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 30.Kassasiya şikayəti Mülki Məcəllənin 404, 421, 422-ci, MPM-in 97.1, 97.5, 99.3, 149, 152, 372.2-ci maddələrinə istinad edilmiş, apellyasiya şikayətinin dəlillıri ilə eynilik təşkil etmiş və əlavə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 4 aprel 2018-ci il tarixli müqaviləsi tərəflər arasında qarşılıqlı surətdə müzakirə edilmiş və tərtib edilmişdir. Müqavilənin məhz "xxxx" MMC tərəfindən tərtib edilməsi və təklif edilməsi barədə iş materiallarında heç bir sübut olmamışdır. Bundan başqa, Bakı şəhərində köhnə və ya istismara yararsız sahələrin sökülüb yerində yeni yaşayış binalarının tikintisi üzrə formalaşmış adətlərə uyğun olaraq, köhnə mənzilin əvəzinə yenisi verilərkən və xüsus ən də əgər hələ tikinti başlamamışdırsa, yeni mənzilin yerləşməsi ilkin olaraq təqribi göstərilir, tikiləcək binanın dəqiq ünvanı və nömrəsi də olmur. Bu mənada müqavilədə mənzillərin yerləşdiyi girişin (blokun) göstərilməməsi tərəflər arasında bununla bağlı gələcəkdə, yəni bina tikilib istismara veriləndə həmin məsələnin dəqiqləşdirilməli olmasını nəzərdə tutur. Buna görə də, "xxxx" MMC İddiaçı arasında bağlanmış 4 aprel 2018-ci il tarixli müqavilənin mənası "xxxx" MMC-nin ziyanına təfsir edilə bilməz. İş materiallarında olan Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin eksperti Teymur Məmmədovun xx.xx.2023-cü il tarixli vəsatətinə əsasən, tədqiqat obyektinə baxış keçirilməsinin xx.xx.2023-cü il tarixə təyin edilməsi xahiş edilmişdir. xx.xx.2023-cü ildə tərəflər, o cümlədən MMC-nin nümayəndələ ri tədqiqat obyektində olmuşlar. Bu iş materiallarında olan Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin eksperti Teymur Məmmədovun xx.xx.2023-cü il tarixli məlumatında təsdiq edilmişdir. Lakin iş materiallarında olan Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin eksperti Teymur Məmmədovun tədqiqat obyektinə baxış keçirilməsinin xx.xx.2023-cü il tarixə təyin edilməsi barədə vəsatəti və bununla bağlı, tərəflərə rəsmi məlumat verilməsi barədə digər bildiriş də iş materiallarında olmamışdır. Göründüyü kimi, ”Kronşnep” MMC rəsmi qaydada məlumatı olan xx.xx.2023-cü il tarixdə ekspertizanın keçirilməsində iştirak etmiş və binaya baxış keçirilməsi üçün şərait də yaratmışdır. Buna görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası xx.xx.2024-cü il tarixli 2(103)-214/2024 saylı qətnaməsində tədqiqat obye ktinə baxış keçirilməsinə "xxxx" MMC tərəfindən şərait yaradılmaması qeyd edilməsi əsassız və faktiki olaraq ekspertin ekspertizanı keçirməkdən imtina etməsini "xxxx" MMC-yə ziyanına qiymətləndirməsi qanunsuz olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 31.İlk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 32.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 33.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 34.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 35.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gə lməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 36.Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 37.Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 38.Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 39.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli s ürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 40.Maddə

435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 41.Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 42.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 43.Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyy ənləşdirilir. 44.Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 45.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 46.Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 47.Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 48.Maddə 1 4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 50.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 51.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 52.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 53.Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 54.Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 55.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 56.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 57.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 58.Hazırkı kassasiya şikayətində qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 59.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 60.Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara və kassasiya şikayətində göstərilən dəlillərlə eynilik təşkil edən dəlillərə hüquqi qiymət vermişdir. 61.İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin ol unması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olduğu qənaətinə gələrək ilk iddianı təmin və qarşılıqlı iddianı isə rədd etmişdir.

62. Apellyasiya instansiya məhkəməsi ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 18-28-ci bəndlərində qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilməmiş, hansı binada mənzil verilməsinə dair qeydi məhz cavabdeh müqaviləyə daxil etmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzillər təhvil verilmədiyi üçün iddia olunan müddətlər üçün ödədiyi əlavə kirayə haqqının ödənilməsində məhz o, cavabdehdir. 63.Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxar ıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

64. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. 65.Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şik ayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. 67.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 68.Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(103)-214/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar