Məhkəmə qərarları › İş №2(102)-2816/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2816/2019

24.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2816/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli 2(103)11178/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.B.Məhərrəmova, iş № 2(004)-3936/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MTK və Yasamal rayon İcra Hakimiyyətinə qarşı pu l tələbinə dair iddiası qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə dair Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti adından X4 ilə Cavabdeh1 (etibarnamə əsasında Nümayəndə2) arasında 17 aprel 2017-ci il tarixdə bağlanmış və Bakı şəhəri 19 saylı notariat kontorunda rəsmiləşdirilmiş müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 ödənilmiş kompensasiya məbləğindən 280.500 manat, iddianın qaldırılması üçün dövlət rüsumunun və bank xidməti haqqının əvəzi qismində 31 manat, cəmi 280.531 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və İ.K.Xəl ilov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 04 iyun 2005-ci il tarixdə Cavabdeh2 MTK ilə X3 arasında MTK tərəfindən N-də tikilməkdə olan evin üç otaqlı (ümumi sahəsi 165 kv.metr) mənzilinə dair kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmış, mənzilin dəyərinin N tərəfindən MTK-ya ödənilməsi barədə sonuncuya kassa mədaxil orderinin qəbzi verilmişdir. MTK-nın sədrinin 28 oktyabr 2011-ci il tarixli 18 saylı əmri ilə mənzilin dəyərinin ödənilməməsi əsas göstərilməklə N ilə MTK arasında bağlanmış 04 iyun 2005-ci il tarixli müqavilə ləğv edilmiş, MTK-nın 28 oktyabr 2011-ci il tarixli iclasında M.H.Ağayeva kooperativin üzvülüyündən xa ric edilmişdir. 22 oktyabr 2012-ci il tarixdə həmin mənzilə dair MTK ilə Cavabdeh1 arasında kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə X1 iddiası qismən təmin edilərək Cavabdeh2 MTK-nın sədrinin 28 oktyabr 2011-ci il tarixli 18 saylı əmrinin və Nın kooperativin üzvlüyündən azad edilməsi barədə MTK-nın 28 oktyabr 2011-ci il tarixli 18 saylı əmrinin və Nın kooperativin üzvlüyündən azad edilməsi barədə MTK-nın 28 oktyabr 2011-ci il tarixli qərarının ləğv edilməsi, mənzilə dair MTK ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2012-ci il tarixli kooperativdə mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, mənzilin İddiaçı təhvil verilməsi və onun mənzildən istifadə et məsinə MTK tərəfindən maneələrin aradan qaldırılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2017-ci il tarixli qərarı ilə MTK-nın və 3-cü şəxs Nın kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilən mübahisəyə məhkəmə instansiyalarında baxılan ərəfədə MTK-ya məxsus mübahisəli mənzilin yerləşdiyi binanın dövlət ehtiyacları üçün sökülməsi barədə qərar qəbul edilmiş, lakin Yasamal rayon İcra Hakimiyyətində fəaliyyət göstərən dövlət komissiyası tərəfindən Cavabdeh1 364.000 manat məbləğində kompensasiya ödənilmişdir. 2018-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin ona məxsus o lmasını və onun söküntüsü ilə əlaqədar kompensasiyanın da ona ödənilməli olmasını, lakin MTK-nın və Cavabdeh1 təqdim etdiyi və məhkəmə qətnaməsi ilə sonradan etibarsız sayılmış saxta sənədlər əsasında kompensasiyanın Cavabdeh1 ödənilməsini əsas göstərməklə 280.500 manat məbləğində kompensasiyanın Cavabdeh1 alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək ödənilmiş kompensasiyanı almaqla əsassız varlanması barədə məhkəmə kollegiyasının nəticəsinin qanunsuz olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədin, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddi anın ona münasibətdə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Tərəflər arasında mübahisə yaradan məsələ mənzilin sökülməsi ilə əlaqədar ödənilmiş kompensasiyanın cavabdehə ödənilməsinin qanuniliyi ilə bağlıdır. Cavabdehə görə kompensasiya ona Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2017-ci il tarixli qətnaməsindən təxminən 10 gün əvvəl ödənildiyindən iddianın ona münasibətdə təmin edilməsi üçün əsaslar yoxdur. İddiaçı isə cavabdehin MTK ilə qanunsuz bağladığı və məhkəmə qətnaməsi ilə sonradan etibarsız sayılmış müqaviləyə əsasən mənzilə olan hüquq əldə etməsinə əsaslanaraq kompensasiyanın cavabdehə ödənilməsinin qanunsuz olmasını iddia etmiş və hesab ed ir ki, ödənilmiş kompensasiya cavabdehdən alınaraq ona verilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını əsaslı sayarkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsaslanmışdır. Kollegiya hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün cavabdehin mübahisəli mənzilə əldə etdiyi hüququn qanuniliyinə qiymət verilməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdehlə müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmışdır. Belə ki, mənzilə dair müqavilə iddiaçı ilə 2005-ci ildə bağlanmasına baxmayaraq həmin müqavilə MTK tərəfindən qanunsuz ləğv edilərək cavabdehlə həmin mənzilə dair 2012-ci ildə müqavilə bağlanmışdır. Mənzil göstərilən vəziyyətdə Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən iddiaçının mülkiyyəti olduğundan həmin mənzil cavabdehə satıla bilməzdi. Bundan başqa MTK Mülki Məcəllənin 572.1-ci maddəsinin ziddinə olaraq cavabdehə iddiaçının qanuni əsasla əldə etdiyi hüquq ilə yüklü edilmiş mənzili satmışdır. Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Cavabdehə mənzilə hüquq verən müqavilə qanuns uz olduğundan Mülki Məcəllənin 337.1-ci maddəsinin qüvvəsi tətbiq olunmaqla etibarsız hesab edilmişdir. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Cavabdehin kompensasiyanı onunla bağlanmış müqavilənin etibarsız sayılmasına dair qəbul edilmiş məhkəmə qətnaməsindən təxminən 10 gün əvvəl alması onun hərəkətinin qanuni olması barədə nəticəyə gəlmək üçün əsas vermir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlə bağlanmış müqavilənin etibarsız sayılması onun mənzilə olan hər hansı bir hüququnun olmasını istisna etdiyindən, belə vəziyyətdə cavabdehin kompensasiyanı almaq hüququna malik olmasından söhbət gedə bilməz. Hazırda cavabdehin mənzilə hüqu qu olmadığı kimi kompensasiya əldə etməyə də hüququ yoxdur. Əks halda bu, mənzilin həqiqi mülkiyyətçisini həmin kompensasiyadan məhrum edə, cavabdehin isə əsassız varlanmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.(1091.2). Cavabdeh əsassız varlanmasına haqq qazandıran qanuni əsasa və müqavilə əsasına malik olmadığından kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehi əsassız varlanmış şəxs hesab etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh kompensasiyanı əldə etməklə əsassız varlanmış olduğundan, iddiaçı isə mənzilinin sökülməsi nəticəsində həmin kompensasiyanı almaq hüququndan məhrum olduğundan, iddiaçı hazırkı tələblə Cavabdeh1 qarşı iddia qaldırmaqda haqlı olmuş və iddianın göstərilən vəziyyətdə ona münasibətdə təmin edilməsi əsaslı olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar