Məhkəmə qərarları › İş №2(102)-2816/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2816/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2816/2020 10.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “X9 Azərbaycan” QSC-nin nümayəndəsi X4 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X9 Azərbaycan” QSC cavabdeh Borclu qarşı iddia qaldıraraq (sonradan tələbin həcmini artırmaqla), 558.701,59 ABŞ dolları əsas kredit borcu, 112.596,98 ABŞ dolları faiz borcu, hər gecikdirilmiş günə görə 294.577,12 ABŞ dolları cərimə borcu, cəmi 965.875,69 ABŞ dolları məbləğində borcun və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən “xxxx” QSC-nin xeyrinə tutulması barədə, habelə banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş X2 mülkiyyətinə verilən, ümumi sahəsi 550,0 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, açıq hərracdan satılması hesabına borcun ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin borcludan tutulması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə qeyri -yaşayış sahəsinin 1 ay mülddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Ə.Rzayev) xx.xx.2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Borclu 557.754,14 ABŞ dolları əsas kredit borcu, 112.596,98 ABŞ dolları faiz borcu, hər gecikdirilmiş günə görə 3569,96 ABŞ dolları cərimə borcu, cəmi 673.921,08 ABŞ dolları (ekvivalenti ödəniş gününə mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində borcun «xxxx» QSC-nin xeyrinə tutulması, borc məbləğinin ipotekaya qoyulmuş Borclu mülkiyyətinə verilən ümumi sahəsi 550,0 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ilkin satış qiymətinin 1.100.000 manat müəyyən edilməklə açıq hərracdan satılması hesabına borcun ödəni lməsi, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə qeyri-yaşayış sahəsinin 1 ay mülddətində boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-V.Həsənov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) xx.xx.2019-ci il tarixli, x nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin faiz borc, cəmi borc məbləğinə münasibətdə ləğv olunması və həmin hissədə iddianın qismən təmin olunması, cavabdeh X1 64.309,36 ABŞ dolları məbləğində faiz borcunun tutularaq iddiaçı “xxxx” QSC-nə verilməsi, ləğv olunmuş qalan hissədə iddianın təmin olunmaması, cavabdeh Borclu münasibətdə qalan mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyərinin 100 manatının iddiaçı Borclu, 45 manatının “xxxx” QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı “X9 Azərbaycan” QSC və cavabdeh Borclu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi və dəlilləri: İddiaçı “X9 Azərbaycan” QSC həmin qətnamənin faiz borcu və cəmi borc məbləğinin müəyyən olunması hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, kredit üzrə faiz məbləği tərəflər arasında bağlanmış və sərbəst iradə ifadəsi olan müqavilənin şərtlərinə uyğun hesablanmışdır və apelyasiya məhkəməsi təyin edilmiş ekspertiza rəyinə istinad etməklə kifayətlənmiş, nə nə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, nə də bununla bağlı mövcud qanunvericiliyin müddəalarını nəzərə almamış, həmçinin həmin sübutu Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Cavabdeh Borclu isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin “faiz borcunun tutulması” hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə borcun məbləğinin düzgün müəyyən edilməsi üçün işi kifayət qədər araşdırmamış, cavabdeh tərəfindən təqdim edilmiş rəyi nəzərə almamı şdır. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəllənin 385 və 739.1-ci, Mülki Prosessual Məcəllənin 88-ci və digər maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası, qətnaməni tərəflərin mübahisələndirdikləri hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bankın kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə mə hkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” QSC, Borclu illik 12 % dərəcəsilə, 36 ay müddətinə 780.000 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Bank, müqavilə üzrə öhdəliyini ic ra edərək, kredit məbləğini cavabdehə vermişdir. Tərəflərin bağladıqları eyni tarixli ipoteka müqaviləsi ilə cavabdehə məxsus olan, ünvan 2 ünvanında yerləşən 550 kv.m. qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilərək bankın tələb hüququna təminat verilmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq cavabdeh öhdəliyin icrasını gecikdirərək borcunu vaxtında qaytarmamışdır. İddiaçı, cavabdehə müvafiq qaydada pretenziya məktubu göndərməklə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi dövlət reyestrində qeydə aldırmış və məhkəmədə iddia qaldıraraq yuxarıda qeyd edilən tələbləri irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsində cavabdehin şikayətinə baxılarkən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspe rtizası Mərkəzinin verdiyi xx xxxxxx 2019-cu il tarixli, 8557 nömrəli rəylə Borclu xx.xx.2017-ci il tarixədək ödənilməli olan əsas borcu 557.754,14 ABŞ dolları, faiz borcu isə 64.309,36 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyası hər iki tərəfin kassasiya şikayətinin dəlillərinin faiz borcu ilə bağlı olduğunu nəzərə alaraq bildirir ki, apelyasiya instansiyası məhkəməsinin faiz borcu məbləğini 64.309,36 ABŞ dolları həcmində müəyyən etməsi aşağıdakılara əsasən qanunvericiliyə uyğundur. Belə ki, Mülki Məcəllənin 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Faiz tələbləri ilə bağ lı nəzərə alınmalıdır ki, kreditor, müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (müqavilə ilə şərtləşdirilmiş illik faizin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icrasının gecikdirilməsinə görə qanunla nəzərdə tutulmuş faizin ödənilməsini tələb edə bilər. Başqa sözlə, müqavilə müddəti başa çatdıqdan sonra öhdəliyin icra edilməməsinə görə müqavilədə nəzərdə tutulmuş faizin tutulması mövcud qanunvericiliyə əsasən yolverilməzdir. Kreditor həmin dövr üçün ödənilməmiş əsas borcun illik beş faiz miqdarını tələb edə bilər (əgər başqa əsaslara görə daha böyük məbləğ tələb edə bilmirsə). Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında vurğulamışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MMin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Baxılan işdə isə kredit müqaviləsinin müddətinin xx.xx.2017-ci il tarix də bitməsinə baxmayaraq, cavabdehdən xx.xx.2018-ci il tarixə olan faiz borcu hesablanaraq tutulmuşdur. Halbuki xx.xx.2017-ci il tarixdən sonrakı dövr üzrə müqavilədəki illik 12 faiz deyil, iddiaçı tələb etdiyi halda əsas borcun illik 5 faiz məbləği tutula bilər. Odur ki, apelyasiya instansiyası məhkəməsi müqavilə müddətinin bitdiyi tarixə olan faiz borcu məbləğini mühasibatlıq sahəsində dövlət ekspertizasının rəyi ilə müəyyən edərək tutmaqda haqlı olmuşdur və bu qənaət yuxarıda qeyd edilən maddi hüquq normalarına uyğundur. Kollegiya onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təmina tın kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar