Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2817/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmaqla cavabdehdən mənzildə aparılmış təmirin dəyəri olaraq 39 319 (otuz doqquz min üç yüz on doqquz) manatın, mənzilə görə ödənilmiş 33 317,20 (otuz üç min üç yüz on yeddi manat iyirmi qəpik) manatın, yəni cəmi 72 636,20 (yetmiş iki min altı yüz otuz altı manat iyirmi qəpik) manat məbləğində pulun, hüquqi yardıma görə çəkilmiş 300 manat xərcin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, habelə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun cavabdehdən tutularaq müvafiq hesaba keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) Cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1821/2018 saylı iş üzrə 06 sen tyabr 2018-ci il tarixli qətnaməsi “mənzilə görə ödənilmiş 33 317,20 (otuz üç min üç yüz on yeddi manat iyirmi qəpik) manat və mənzildə aparılmış təmirin dəyəri olaraq 39 319 (otuz doqquz min üç yüz on doqquz) manat pulun Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilməsi, mənzilə görə ödənilmiş pul vəsaiti qismində 32 421,18 (otuz iki min dörd yüz iyirmi bir manat 18 qəpik) manat, mənzildə aparılmış təmirin dəyəri olaraq isə 12 529,01 (on iki min beş yüz iyirmi doqquz manat 1 qəpik) manat Cavabdeh ASC-dən alınaraq İddiaçı ödənilməsi, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə (cav abdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında 29 may 2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlandığını, cavabdehin ünvan 1 ünvanda yerləşənümumi sahəsi 136,18 m2 olan 3 otaqlı 164 saylı mənzili ona satmağı, onun isə mənzilin dəyərini müqavilədə müəyyən edilmiş qaydada cavabdehə ödəməyi öhdələrinə götürdüklərini, 02.07.2015-ci il tarixinə cavabdehin hesabına cəmi 47 596 manat pul ödədiyini, qrafik üzrə pul ödəməyi gecikdirdiyindən müqavilənin ləğv edildiyini, həmin mənzilin təmirinə 40 000 manat xərclədiyini, sözügedən mənzildən çıxarılması, mənzilin boşaldılması və cavabdehə təhvil verilməsi barədə Nərimanov Rayon Məhkəməsinin 06.07.2015-ci il tarixdə qətnamə çıxardığını, bu qətnamənin Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanıldığını, lakin cavabdehin hesabına keçirdiyi 47 596,02 manatın və mənzilin əsaslı təmirinə çəkdiyi 40 000 manatın, yəni cəmi 87 596 manat pulun qaytarılmadığını, cavabdehdən pulu dəfələrlə tələb edib istəsə də könüllü verməkdən imtina etdiyini, cavabdehin mənzilin təmirinə çəkilən pulun 38 000 manat olduğunu əvvəlki məhkəmələrdə etiraf etdiyini irəli sürmüş, buna görə də 87 596 manat əsas pulun, 5000 manat dəbbə pulunun, Mərkəzi Bankın uçot faizi dərəcəsinə uyğun olaraq 3 ilə hesablanmış faizin və əldən çıxmış 5000 manat faydanın, habelə məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilən 300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə a ktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Cavabdeh ASC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün təfsir edilməmiş, dəlillər işin hallarına uyğun deyildir. İşdəki sübutlara düzgün qiymət verilməmiş və nəticədə səhv qərar qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkənməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər tərəf üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxı lmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh ASC arasında 29.05.2013-cü il tarixdə ****** müqaviləsi bağlanmış, həmin müqaviləyə görə adı çəkilən ASC Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində inşa etdiyi 8 saylı binanın 2-ci blo kunda ümumi sahəsi 136,18 m2 olan 3 otaqlı 164 saylı mənzili iddiaçıya satmağı, iddiaçı isə müqavilə ilə nəzərdə tutulmuş qaydada aldığı mənzilin dəyərini (qiymətini) satıcıya (cavabdeh ASC-yə) ödəməyi öhdəsinə götürmüş, mənzilin dəyəri (qiyməti) 115 265,75 manat məbləğində müəyyən olunaraq alıcı tərəfindən hər ay 896,02 manat olmaqla 84 ay müddətinə ödənilməsi razılaşdırılmışdır. İddiaçı (alıcı), üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilmədiyindən cavabdeh ASC ona qarşı məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və sözügedən mənzilin boşaldılmaqla ASC-yə təhvil verilməsi qət olunmuş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı m ənzili cavabdeh ASC-yə təhvil vermiş, bundan sonra mənzil başqa şəxsə (X1) 130 000 manata satılmışdır. İddiaçı, müqavilə ləğv olunana qədər mənzilə görə cavabdeh ASC-nin hesabına cəmi 47 596,02 manat məbləğində pul vəsaiti ödəmiş, həmçinin mənzili təmir edərək orada uzun müddət yaşamışdır. Cavabdeh ASC-nin sifarişi əsasında 25 yanvar 2016-cı il tarixdə Cavabdeh MMC tərəfindənünvan 1 ünvanda yerləşən ümumi sahəsi 136,18 m2 olan 3 otaqlı 164 saylı mənzildə həyata keçirilmiş təmir işlərinin qiymətləndirilməsi həyata keçirilmiş, İddiaçı məxsus həmin mənzildə aparılmış təmir işlərinin həcminin 35 faiz köhnəlmə dərəcəsi nəzərə alınmaqla 12 529 manat təşkil etdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın 13 avqust 2018-ci il tarixli rəyində isə, həmin mənzild ə iddiaçının aparmış olduğu tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq təqribi ümumi dəyərinin 39 319 manat olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi, iddiaçının mənzili təmir etdirməklə bir müddət orada yaşadığını, bu müddətdə sadəcə 8 aylıq ödəniş etdiyini və müqavilə üzrə yaranmış öhdəliklərini yerinə yetirə bilmədiyi üçün məhkəmə qətnaməsi ilə həmin mənzildən çıxarıldığını müəyyən etməklə mənzilə görə iddiaçının cavabdehin hesabına ödəmiş olduğu 47 596,02 manat pulun bütövlükdə qaytarılmasının əsaslı və ədalətli olmadığını vurğulamış, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə alıcının təşəbbüsü ilə müqavilənin ləğv edildiyi hallarda satıcının alıcı tərəfindən ödənilmiş məbləğin 30 (otuz) faizinə bərabər tutulan hissəsini və ilkin ödənişi alıcıya qay tarmamaq hüququnun olduğunu nəzərə alaraq cavabdehə ödənilmiş 47 596,02 manat məbləğindən 30 % çıxmaqla (47 596,02 – (47 596,02 / 100x30 = 14 278,80) = 33 317,20) qalan 33 317,20 (otuz üç min üç yüz on yeddi manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin mənzilin təmir xərcləri kimi 39 319 (otuz doqquz min üç yüz on doqquz) manatın cavabdeh ASC-dən alınaraq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə iddia üzrə bu nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi mənzilə görə cavabdehə ödənilən məbləğin, həmçinin mənzilin təmirinə çəkilmiş xərclərin iddiaçıya qaytarılmalı olması barədə düzgün nəticəyə gəlsə də, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğlərini düzgün müəyyən etməmişdir. Be lə ki, iddiaçının cavabdehin hesabına cəmi 47 596,02 manat pul vəsaiti ödəmiş olduğu işin mübahisəsiz hallarındandır; işin bu halı iş materiallarına əlavə edilmiş arayışla yanaşı, qanuni qüvvəsini almış məhkəmə aktı ilə də öz təsdiqini tapmışdır. Tərəflər arasında bağlanmış müqavilə ilə isə alıcının təşəbbüsü ilə müqavilənin ləğv edildiyi hallarda satıcının alıcı tərəfindən ödənilmiş məbləğin 30 (otuz) faizinə bərabər tutulan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq hüququnun olduğu müəyyən edilmiş (müqavilənin 3.1.1.8-ci bəndi), birinci instansiya məhkəməsi də məhz qeyd edilən müqavilə şərtinə əsasən iddiaçının cavabdehin hesabına ödəmiş olduğu 47596,02 manatdan 30 % çıxılmaqla (47 596,02 – (47 596,02 / 100 x 30 = 14 278,80) = 33 317,20) yerdə qalan 33 317,20 manat pulun iddiaçının xeyirinə tutulmalı olduğu nəticəsinə gəlmiş, iddiaçının ilkin ödəniş etmədiyini bildirməsinə və cavabdehin bunun əksini təsdiq edən sübut təqdim etmədiyinə əsaslanmaqla həmin məbləğdən müqavilə üzrə ödənilmiş ilkin ödənişi çıxmamışdır. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə görə, alıcının bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin bir aylıq ödənişi miqdarında ilkin ödəniş ödədiyi, ilkin ödənişin müqavilə imzalandıqdan sonra 5 (beş) gün ərzində ödənilməli olduğu və müqavilə qiymətinə hesablandığı müəyyənləşdirilmiş, müqavilənin 2.1-ci bəndində isə aylıq ödənişin 896,02 manat olduğu nəzərdə tutulmuşdur. Qeyd edilən xüsusat, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının 896,02 manat məbləğində ilkin ödəniş həyata keçirdiyi qənaətinə gəlməyə əsas verir. Birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi 33 317,20 manatdan həmin məbləğ də çıxılmalı və məhz qalan məbləğ (33 317,20 – 896,02 = 32 421,18) cavabdeh ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. “Mənzilin təmirinə çəkilmiş xərclərin iddiaçıya qaytarılması” tələbinə münasibətdə isə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyindən, qiymətləndirmə zamanı mənzildə təmir və yenidənqurma işlərinin köhnəlmə faizinin (aşılanma) nəzərə alınmadığı müəyyən edilməkdədir; halbuki, yuxarıda qeyd edildiyi kimi, mənzilin cavabdeh ASC-yə qaytarılmasından əvvəl ASC-nin sifarişi əsasında 25 yanvar 2016-cı il tarixdə Cavabdeh MMC tərəfindən sözügedən mənzildə həyata keçirilmiş təmir işlərinin qiymətləndirilməsi həyata keçirilmiş və aparılmış təmir işlərinin həcmin in cəmi 19 275,40 manat olduğu, köhnəlmə faizi (35%) nəzərə alınmaqla ümumilikdə həmin mənzil üçün həyata keçirilmiş təmir işlərinin həcminin 12 529,01 manat təşkil etdiyi müəyyənləşdirililmişdir. Belə olan halda Cavabdeh MMC-nin 25 yanvar 2016-cı il tarixli qiymətləndirmə hesabatı işin faktiki halları üzrə daha mötəbər və real qiymətləndirmə kimi nəzərə alına bilər. Həmin qiymətləndirmə məhz cavabdehin sifarişi əsasında aparılmış və bundan sonra iddiaçı qeyd edilən qiymətləndirmə hesabatına hər hansı pretenziya bilmədən sözügedən mənzili cavabdehə qaytarmışdır. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən mənzilə görə ödənilmiş 33 317,20 (otuz üç min üç yüz on yeddi manat iyirmi qəpik) manat və mənzildə aparılmış təmirin dəyəri olaraq 39 319 (otuz doqquz min üç yüz on d oqquz) manat pulun iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilməli, həmin məbləğlər müvafiq olaraq 32 421,18 manat və 12 529,01 manat müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin maddi əsası aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər; yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 424.4-cü maddəsində Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilmədiyi halda tərəflərin müqavilənin dəyişdirildiyi və ya ləğv edi ldiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb etmələrinin yolverilməz olduğu müəyyən edilmişdir. Yuxarıda da göstərildiyi kimi apellyasiya araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilədə ayrı qayda nəzərdə tutulduğu müəyyən edilmişdir və belə olan halda qanunvericiliyin göstərilən müddəası hazırki mübahisəyə tətbiq edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh ASC-nin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri -obyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə baxarkən sübutlara düzgün qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstutisuya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlan ılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməıyi zəruri hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda, eləcə də məcmu halda qiymət vermişdir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 22 noyabr 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2817/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2817/2019
22.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver