Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2817/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)13413/2019 saylı qətnaməsindən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.X.Nəbizadə, iş № 2(001)-377/2019) iddiaçı l əğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borc və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 31.595,37 manat məbləğində borcun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan N saylı evin 7 saylı mənzilinə yönəldilməsi, N saylı evin 7 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh qaytarılması, ödənilmiş dövlət rüsumunun 19,27 manat hissəsinin Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, 10,79 manat hissəsinin isə iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatı nın 200 manat dəyərinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Y.Şamayev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2018-ci il tarixə ödənilməmiş 13.415,81 ABŞ dolları məbləğində əsas, 10.186 ABŞ dolları faiz borcu, cəmi 23.601,81 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəy yən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 manat, cəmi 40 manat pulun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə tutma Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş N saylı evin 7 saylı mənzilinə yönəldilmiş, həmin əmlakın ilkin satış qiyməti 95.000 manat məbləğində müəyyən edilərək, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, satışdan əldə edilmiş pul vəsaitinin qətnam ənin icrasından artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq xx xxxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan N saylı mənzil ipoteka ilə yüklü edilmişdir. 2018-ci ilin aprel ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 29.024 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə cavabdehdən həmin məbləğin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri: İş üzrə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kasasiya şikayəti verərək qətnamənin əsas borc məbləğinin azaldılması hissəsində əsassız olduğunu bildirərək, qətnamənin dəyişdirilməklə əsas borc hissəsində iddianın tam təmin edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelya siya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili, cavabdeh və onun vəkili verdikləri kasasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh bankla bağladığı kredit müqaviləsinə əsasən 20.000 ABŞ dolları məbləğind ə kredit götürmüş və həmin krediti ödəniş cədvəlində müəyyən olunmuş müddət və qaydada banka qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını lazımınca təmin etməmiş, banka ödənilməmiş əsas və faiz borcu yaranmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə birinci instansiya məhkəməsində baxılarkən borcun məbləğinin müəyyən olunması məqsədi ilə ekspertiza təyin olunmuş və məhkəmə ekspertizası mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, Nın xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borcu 13.415,81 ABŞ dolları, faiz borcu isə 11.738,83 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi cavabdehdən tutulmalı olan əsas borcun məbləğini həmin rəyə uyğun 13.415,81 ABŞ dolları məbləğində, faiz borcunu isə-iddiada faiz məbləği ekspert rəyindən daha aşağı məbləğdə göstərildiyindən iddia tələbi həddində, yəni 10.186 ABŞ dolları mə bləğində müəyyən edərək cavabdehdən tutulması barədə nəticəyə gəlmiş, borcun ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılmasından əldə edilmiş pul vəsaitindən ödənilməsini əsaslı hesab etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Cavabdeh özünə məxsus əmlakı götürdüyü kreditin müqabilində ipoteka ilə yüklü etdiyindən tutmanın həmin əmlaka yönəldilməsi qanunun tələbinə uyğun olmuşdur. Kollegiya apelyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kasasiya şikay ətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2817/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2817/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver