Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2818/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xələfov İlqar Rəhim oğlu, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8125/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və qeyrilərinə qarşı mülkiyyət hüquqlarının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetir ilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8125/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-149/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbləri təmin edilmişdir. İş üzrə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin Bakı Şəhər İcra Hakimiyyətinə münasibətdə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim ki, kassasiya şikayəti mümkün sayılmamalıdır. İş mater iallarından görünür ki, kassasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması qeyd olunaraq ləğv edilməsi tələb olunarkən bu pozuntuların nədən ibarət olması göstərilməmiş və şikayət MPM-nin 407-ci maddəsinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə görə kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iş üzrə kassasiya şikayətinin mü mkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 407, 408-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8125/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2818/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2818/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver