Məhkəmə qərarları › İş №2(102)-2818/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2818/2022

31.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2818/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-338/2022 nömrəli iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 02M000001470 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 02M000001470 saylı ipoteka müqaviləsi əsasında E küçəsində yerləşən istifadədə olan 0,0078 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2 kv.m yaşayış sahəsi, 25 kv.m yardımçı sahəsi, 49,2 kv.m ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilədə ipoteka predmetinin qiyməti 27464 manat müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 ilə bank arasında xx.xx.2012-ci i tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 02R000026990 saylı kredit razılaşması əsasında 36 ay - müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli sazişə və xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin 7668,55 ABŞ dolları qalığını hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq xx.xx.2019-cu il tarixədək banka ödəməyi öz öhdəsinə götürmüşdür. Sonuncu razılaşma üzrə ödəniş planı zamin Cavabdeh1 ilə razılaşdırılmış və imzası ilə təsdiq edilmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh2 AccessBank» QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 02R000032935 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, borclu götürdüyü kreditin 8054,31 ABŞ dolları qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq xx.xx.2019-dək banka ödəməyi öz öhdəsinə götürmüşdür. Sonuncu razılaşma üzrə ödəniş planı zamin Cavabdeh1 ilə razılaşdırılmış və imzası ilə təsdiq edilmişdir. Bundan əlavə kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 02R000026990 saylı k redit razılaşması üzrə 7284,03 ABŞ dolları məbləğində kredit borcu, 721,56 ABŞ dolları məbləğində faiz borcu və 878,52 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 8884,11 ABŞ dolları məbləğində borcun, 02R000032935 saylı kredit razılaşması üzrə 7629,82 ABŞ dolları məbləğində kredit borcu, 752,81 ABŞ dolları məbləğində faiz borcu və 875,12 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 9257,75 ABŞ dolları məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə 3322,17 manat məbləğində kredit borcu, 251,84 manat məbləğində faiz borcu və 310,93 manat məbləğində cərimə olmaqla, cəmi 3884,94 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin E küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2 kv.m yaşayış sahəsi, 25 kv.m yardımçı sahəsi, 49,2 kv.m ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və 02R000026990 saylı kredit razılaşması üzrə cəmi 8884,11 ABŞ dolları məbləğində borcun, 02R000032935 saylı kredit razılaşması üzrə cəmi 9257,75 ABŞ dolları məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə cəmi 3884,94 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əml akın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənılməsınə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması, E küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2 kv.m yaşayış sahəsi, 25 kv.m yardımçı sahəsi, 49,2 kv.m ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC iddia tələbini yuxarıda gös tərilən müqavilələrə və müqavilələrin şərtlərinə, həmçinin öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə istinad edilməklə əsaslandırmışdır. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 avqust 2016-cı il tarixli 2(012)-4462/2016 nömrəli qərardadı ilə (hakim Sevinc Quliyeva) ipoteka predmeti olan fərdi yaşayış evinin hazırki dövr üçün orta bazar qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması, qərardadın icrasının “X1” MMC-yə həvalə edilməsi qərara alınmışdır. “X1” MMC-nin xx.xx.2016-cı il tarixli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X2 küçəsində yerləşən 86 saylı fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiyməti 73707 manat müəyyən edilir. Birinci instansiya məhkəməsinin 20 aprel 2017-ci il tarixli 2(012)-4 69/2017 nömrəli qərardadı ilə (hakim Sevinc Quliyeva) ipoteka predmeti olan fərdi yaşayış evinin hazırki dövr üçün orta bazar qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması, qərardadın icrasının “Əmlak Bazarı İştirakçıları” İB-nə müəssisəsinə həvalə edilməsi qərara alınmışdır. “Əmlak Bazarları İstehlakçıları” İctimai Birliyinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X2 küçəsində yerləşən 86 saylı fərdi yaşayış evinin hazırki dövrə olan orta bazar qiyməti 42000 manat müəyyən edilir. Birinci instansiya məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(012)-3744/2019 nömrəli qətnaməsi ilə (hakim Sevinc Quliyeva) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 02R000026990 saylı kredit razılaşması üzrə 7284,03 ABŞ dolla rı məbləğində kredit borcu, 721,56 ABŞ dolları məbləğində faiz borcu və 878,52 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 8884,11 ABŞ dolları məbləğində borcun, OİR000032935 saylı kredit razılaşması üzrə 7629,82 ABŞ dolları məbləğində kredit borcu, 752,81 ABŞ dolları məbləğində faiz borcu və 875,12 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 9257,75 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla, 002R********** saylı kredit razılaşması üzrə 3322,17 manat məbləğində kredit borcu, 251.84 manat məbləğində faiz borcu və 310,93 manat məbləğində cərimə olmaqla, cəmi 3884,94 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin E küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli, 1 otaqlı, 24,2 kv.m yaşayış sahəsi, 25 kv.m yardımçı sahəsi, 49,2 kv.m ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və 02R000026990 saylı kredit razılaşması üzrə cəmi 8884,11 ABŞ dolları məbləğində borcun 02R000032935 saylı kredit razılaşması üzrə cəmi 9257,75 ABŞ dolları məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə cəmi 3884,94 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş in qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 42000 manat məbləğində müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, 17 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə 19 aprel 2013-cü il tarixli kredit razılaşması əsasında 20.000 (iyirmi min) ABŞ dolları, 23 may 2014-cü il tarixli kredit razılaşması üzrə isə 11.000 (on bir min) ABŞ dolları məbləğində, 13 yanvar 2015-ci il tarixli kredit razılaşması üzrə 5.000 (beş min) manat olmaqla Cavabdeh2 ayrılmış, bununla da 17 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə kredit razılaşmasının 1.1-ci və 1.4-cü bəndlərində göstərilən məbləği aşdığından və Cavabdeh1 həmin digər razılaşmalarda razılığı olmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsassız olmaqla təmin edilə bilməz. Ona görə də iddia tələbi əsas borcluya münasibətdə əsaslı olmaqla, digər cavabdehə münasibətdə əsassızdır. Bundan başqa, cavabdehin istifadə hüququnun itirilməsi və çıxarılması mülkiyyətçiyə xas hüquq olduğundan təmin edilməməlidir. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti də müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı 2 dəfə qiymətləndirmə ekspertizası təyin edilmiş, tərəflər arasında razılaşma olan ipoteka müqaviləsindəki məbləğə nisbətən uyğun və 1 otaqlı mənzil üçün ağlabatan olduğundan sonuncu “Əmlak Bazarı İştirakçıları” İB-nin ekspert rəyini əsas götürməyi daha qanuni hesab edir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 296, 385.1, 439.1, 443.1, 448.1, 460.1, 470.1, 472, 477, 739.1, 739.2-cİ, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1, 34.1.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – bankın iddia tələbini n təmin edilməyən, yəni Cavabdeh1 aid, həmçinin Cavabdeh2 ipotea predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) 09 fevral 2021-ci il tarixli, 2(105)-162/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(012)-3744/2019 nömrəli qətnaməsinin qismən, Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin e vdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi, Cavabdeh2 mülkiyyətində olan E küçəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 24,2 kv.m yaşayış sahəsi, 25 kv.m yardımçı sahəsi, 49,2 kv.m ümumi sahədən ibarət 86 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini zamin Cavabdeh1 münasibətdə iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, 17 oktyabr 2012-ci i l tarixli kredit xətti müqaviləsi üzrə 19 aprel 2013-cü il tarixli kredit razılaşması əsasında 20000 ABŞ dolları, 23 may 2014-cü il tarixli kredit razılaşması üzrə isə 11.000 ABŞ dolları məbləğində, 13 yanvar 2015-ci il tarixli kredit razılaşması üzrə 5000 manat olmaqla Cavabdeh2 ayılmış, bununla da 17 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə kredit razılaşmasının 1.1-ci və 1.4-cü bəndlərində göstərilən məbləği aşmışdır və belə olan halda Cavabdeh1 həmin digər razılaşmalarda razılığı olmadığından iddiaçı tələbi ona dair hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, iddia tələbinin Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, h əmin evin boşaldılması və İddiaçı QSCyə təhvil verilməsi hissəsində iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 33-cü və 59.3-cü maddələrinin tələblərinə uyğun olaraq iddia tələbinin bu hissəsi əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi tələbi bu hissədə təmin etməmişdir. Qətnamədən narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – bankın iddia tələbinin təmin edilməyən, yəni Cavabdeh1 aid hissədə ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin apelyasiya məhkəməsinə göndərilməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Elşad Şamayev, Aqil Abbasov) 13 sentyabr 2021-ci il tarixli, 2(102)-4171/2021 saylı qərardadı ilə kasasiya şikayətləri qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-162/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsinin qismən, Cavabdeh1 aid hissədə iddianın rədd edilməsi və Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi hissəsində ləğv edilməsi və işin həmin hissələrdə yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nətic əni onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi zaminə qarşı iddianı rədd edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarına istinad etmişdir. Halbuki həmin qərar borclunun ölümü halında onun vərəsələrinin və zaminin borclunun öhdəliklərinə görə məsuliyyətinin həddinin müəyyən edilməsi barədədir və hazırki mübahisəyə aidiyyəti yoxdur. Həmçinin apellyasiya məhkəməsi 17 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə 19 aprel 2013-cü il tarixli kredit razılaşması əsasında 20000 (iyirmi min) ABŞ dolları, 23 may 2014-cü il tarixli kredit razılaşması üzrə isə 11.000 (on bir min) ABŞ dolları məbləğində, 13 yanvar 2015-ci il tarixli kredit razılaşması üzrə 5000 (beş min) manat olmaqla Cavabdeh2 ayılmış kredit məbləğinin 17 oktyabr 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə kredit razılaşmasının 1.1-ci və 1.4-cü bəndlərində göstərilən məbləği aşdığını və bu zaman Cavabdeh1 həmin digər razılaşmalarda razılığı olmadığını göstərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən ona münasibətdə iddianı rədd etmişdir. Lakin işdə olan 19 aprel 2013-cü il tarixli kredit razılaşması əsasında 20000 (iyirmi min) ABŞ dolları, 23 may 2014-cü il tarixli kredit razılaşması üzrə isə 11.000 (on bir min) ABŞ dolları məbləğində verilmiş kreditlərə dair sonuncu razılaşmalar üzrə ödəniş planı zamin Cavabdeh1 ilə razılaşdırılmış və imzası ilə təsdiq edilmişdir.(i. v. 13,19) Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 355 və 357-ci maddələrinin tələbləri nəzərə alınmaqla, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarındakı hüquqi mövqelərinə uyğun təhlil edilməklə, zaminə qarşı hissədə iddia yenidən araşdırılmalı və gəlinən nəticələr əsaslandırılmalıdır. Cavabdehin kasasiya şikayəti əsasında iddianın təmin edilmiş hissəsi üzrə araşdırma apararaq məhkəmə kollegiyası hesab edir ki qətnamə qismən, Cavabdeh2 ipoteka predmetinə istifadə hüququnun itirilməsi, evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, «İpoteka haqqında» Qanunda ipoteka qoyulmuş yaşayış sahəsinə tutma yönəldilən zaman həmin yaşayış sahəsindən ipoteka qoyanın, onunla birl ikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin istifadə hüquqlarının itirilməsi, həmçinin həmin yaşayış sahəsinin boşaldılaraq ipoteka saxlayana təhvil verilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsindən şəxslərin istifadə hüquqlarının itirilməsini və yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb etmək hüququ həmin əmlakın mülkiyyətçisinə məxsusdur. Hazırki halda isə ipoteka predmetinin açıq hərracda kim tərəfindən alınacağı əvvəlcədən bəlli deyil. Həmin məsələ qətnamə qanuni qüvvəyə mindikdən və ipoteka predmeti satıldıqdan sonra mübahisə doğurduğu halda müstəqil iddia predmeti ola bilər. «İpoteka haqqında» Qanun 59.3-cü maddəsinə əsasən iddianın bu hissəsi yalnız ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildi kdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, onların evdən çıxarılması məzmununda təmin edilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 tutulan kredit borcunun məbləği, tutmanın ipotekaya yönəldilməsi, ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəslərində isə hər hansı maddi və prossesual hüquq normalarının pozuntusu aşkar edilməmişdir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 11 yanvar 2022-ci il tarixli, 2(105)-338/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşer on Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-3744/2019 saylı qətnaməsinin Cavabdeh1 qarşı qaldırılmış iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, bu hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin İddiaçı QSC-nin xeyrinə 02R000026990 saylı kredit razılaşması üzrə 7284,03 ABŞ dolları məbləğində kredit borcu, 721,56 ABŞ dolları məbləğində faiz borcu və 878,52 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 8884,11 ABŞ dolları məbləğində borcun, OİR000032935 saylı kredit razılaşması üzrə 7629,82 ABŞ dolları məbləğində kredit borcu, 752,81 ABŞ dolları məbləğində faiz borcu və 875,12 ABŞ dolları məbləğində cərimə olmaqla çəmi 9257,75 ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alı nmaqla, 002R********** saylı kredit razılaşması üzrə 3322,17 manat məbləğində kredit borcunun, 251.84 manat məbləğində faiz borcunun və 310,93 manat məbləğində cərimə olmaqla, cəmi 3884,94 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması hissəsində Cavabdeh1 aid hissədə də təmin edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 ilə birlikdə ondan da tutulması, qətnamənin qalan hissədə, yəni tələbin E küçəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli, 1 otaqlı, 24,2 m2 yaşayış sahəsi, 25 m2 yardımçı sahəsi, 49,2 m2 ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracdan satılması və 02R000026990 saylı kredit razılaşması üzrə cəmi 8884,11 ABŞ dolları məbləğində borcun 02R000032935 saylı kredit razılaşması üzrə cəmi 9257,75 ABŞ dolları məbləğində borcun, 002R********** saylı kredit razılaşması üzrə cəmi 3884,94 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 42000 manat məbləğində müəyyən edilməsi, hərracdan əldə olunmuş vəs ait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutulması, həmçinin E küçəsində yerləşən Cavabdeh2 mülkiyyətdə olan 1 mərtəbəli, 1 otaqlı, 24,2 kv.m yaşayış sahəsi, 25 kv.m yardımçı sahəsi, 49,2 kv.m ümumi sahədən ibarət 86 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun 7,70 manat hissəsinin İddiaçı QSCnin özünə aid edilməsi, qalan 7,70 manat hissəsinin isə Cavabdeh1 tutularaq İddiaçı QSC-yə qaytarılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işdə olan 19 aprel 2013-cü il tarixli kredit razılaşması əsasında 20000 ABŞ dolları, 23 may 2014-cü il tarixli kredit razılaşması üzrə isə 11.000 ABŞ dolları məbləğində verilmiş kreditlərə dair sonuncu razılaşmalar üzrə ödəniş planı zamin Cavabdeh1 ilə razılaşdırılmış və imzası ilə təsdiq edilmişdir. (iş vərəqi 13 və 19). İşin bu halları isə onu deməyə əsas verir ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh2 bank öhdəliklərinə görə zamin durmuş Cavabdeh1 sonradan kredit razılaşmaları əsasında götürülmüş kredit vəsaitlərinin məbləğini bilmiş və bu barədə də borclunun öhdəliklərinin təminatçısı rolunda çıxış etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhz Cavabdeh1 yaranmış borcla bağlı Cavabde h2la birlikdə iddiaçı bank qarşısında müştərək məsuliyyət daşıyır və qət edilmiş borc onlardan birlikdə tutulmalıdır. Başqa sözlə, kollegiyanın qənaətinə görə, Cavabdeh1 qarşı qaldırılmış iddianın rədd edilməsi barədə işə baxan məhkəmənin gəldiyi nəticə nə işin faktiki hallarına, nə də yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə uyğun gəlmir. Bundan başqa, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı ipoteka predmetinin istifadə hüququ barədə yüklülükdən azad olunması, Cavabdeh2 oradan çıxarılması və oranın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddianı rədd etmiş, lakin iddiaçı bank bu hissədə də qətnaməni mübahisələndirmişdir. «İpoteka haqqında» Qanunda ipoteka qoyulmuş yaşayış sahəsinə tutma yönəldilən zaman həmin yaşayış sahəsindən ipoteka qoyan ın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin istifadə hüquqlarının itirilməsi, həmçinin həmin yaşayış sahəsinin boşaldılaraq ipoteka saxlayana təhvil verilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsindən şəxslərin istifadə hüquqlarının itirilməsini və yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb etmək hüququ həmin əmlakın mülkiyyətçisinə məxsusdur. Hazırki halda isə ipoteka predmetinin açıq hərracda kim tərəfindən alınacağı əvvəlcədən bəlli deyildir. Həmin məsələ qətnamə qanuni qüvvəyə mindikdən və ipoteka predmeti satıldıqdan sonra mübahisə doğurduğu halda müstəqil iddia predmeti ola bilər. Başqa sözlə, hazırki halda iddia tələbinin ipoteka predmeti olan əmlakın satıldıqdan bir ay sonra boşaldılması hissəsində qeyri-müəyyən zaman və şərt altında təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinə ziddir. Digər tərəfdən, daha öncə qeyd edildiyi kimi artıq satılmış əmlak barəsində hüquq münasibətləri yeni müstəviyə keçməklə, ipoteka saxlayanla ipoteka qoyan arasında deyil, köhnə və yeni mülkiyyətçi arasında yaranan münasibətləri tənzimləyir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mərhələdə bu sahədə heç bir mübahisə olmadığı halda iddia tələbi əmlakın boşaldılması hissəsində təmin edilə bilməz. Birinci instansiya məhkəməsi iş üzrə bu hala düzgün qiymət vermiş, hazırkı mərhələdə heç bir əsas olmadan əmlakın boşaldılması barədə iddianın rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasi ya şikayətinin dəlilləri İddiaçı QSC (vəkili Nümayəndə2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsi əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra cavabdehin həmin əmlakdan çıxarılmasının və əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində əsassızdır. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanı n aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əş yanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Cavabdeh mülkiyyətində olan əmlakı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Hesab edir ki, göstərilən müddəaların tələbləri baxımından cavabdehin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Məhkəmə tərəfindən sübutlar tam, hərtərəfli şəkildə araşdırılmam ışdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi, müqavilə üzrə tərəflərin üzərlərinə götürdüyü öhdəliklər, cavabdehin ipoteka müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməməsinə düzgün hüquqi qiymət verilməyərək əmlakın boşaldılması və cavabdehin həmin əmlakdan çıxarılmasına dair hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq «İpoteka haqqında» Azərbaycan Respublikasın ın Qanunu: Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yonəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Maddə 59.4. B u Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bil ər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. B elə ki, iddiaçı kasasiya şikayətində ipoteka predmeti olan əmlakdan tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehin çıxarılması və mənzilin boşaldılması ilə bağlı apelyasiya kollegiyasının mövqeyinin düzgün olmadığını əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində də aşkar edilmişdir ki, işə daha əvvəl kasasiya qaydasında baxılarkən tələbin bu hissəsi üzrə də kasasiya kollegiyası mövqe sərgiləmiş və bu hissə üzrə tələb hüququnun gələcək mülkiyyətçiyə məxsus olmağını vurğulamışdır. İşə sonuncu baxmış apelyasiya kollegiyası da düzgün olaraq həmin mövqedən çıxış etməklə tələbin bu hissəsini təmin etməmiş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntusuna yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qə naətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-338/2022 nömrəli iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar