Məhkəmə qərarları › İş №2(102)-2818/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2818/2025

29.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2818/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2nə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3149 /2025 nömrəli, 27 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 203 nömrəli sərəncamı ilə Nəsimi RİH-in xx.xx.2005-ci il tarixli 01-04/58 nömrəli razılıq məktubu, Cavabdeh1 MTK-nın xx.xx.2004-cü il tarixli 41 nömrəli müraciəti və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli 003494 nömrəli şəhadətnaməsi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 787-ci məhəllədə qeyri-yaşayış sahəsinin tutduğu 3943,3 kv.m torpaq sahəsinə bitişik 432,7 kv.m sah ə icarə əsasında, ümumi 4376 kv.m torpaq sahəsində 24 m dəmir yolunun mühafizə zolağından məsafə saxlanılmaqla, çoxmərtəbəli qaraj binasının layihələşdirilməsi və tikintisi üçün həmin MTK-nın istifadəsinə verilmişdir. Eləcə də, Cavabdeh1 MTK-ya tikinti işlərinə başlayana qədər, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 3943,3 kv.m torpaq sahəsi üçün Azərbaycan Respublikası İİN DƏİO və ÖD ilə icarə müqaviləsi bağlaması tapşırılmışdır. 2. xx.xx.2023-cü il tarixində İddiaçı mülkiyyətində olan 2022-ci il istehsalı «Mazda CX-5» markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilini «Messenat Holdinq»in binasında icarədə olan «Bank VTB (Azərbaycan)» ASC-nin bank əməkdaşları üçün müəyyən olunmuş və Xətai prospekti 38 ünvanda yerləşən, «Messenat Holdinq» tərəfindən idarə edilən binanı n dayanacağında saxlamış (İddiaçı qeyd olunan bankın işçisidir), saat təqribən 11:00-da bankın əməkdaşları İddiaçı zəng vuraraq, avtomobilinin üzərinə yaxında yerləşən binadan taxtaların düşdüyünü və avtomobilinin zədələndiyini bildirmişlər. 3. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, MZ-68744 nömrəli iş kartı ilə “Mazda” markalı, CX-5 modelli, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı xx.xx.2022-ci il tarixdə satılmış, yürüyüş 1660 km, avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün təmir və ehtiyat hissələrinə 8311,32 manat, 18% ƏDV 1496,04 manat olmaqla, cəmi 9807,36 manat pul vəsaiti tələb olunur. 4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ƏEM/M-07-111/23 nömrəli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ilə nəqliyyat vasitəsinin qəzadan əvvəlki bazar d əyəri “Cədvəl 2”-yə uyğun olaraq 52000 manat təşkil etmişdir. Həmin nəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin məbləği “Cədvəl 1” və 1.1-ə uyğun olaraq 9.807,36 manat təşkil etmişdir. Nəzərə alınsa ki, qeyd edilən avtomobilin təmir-bərpasına çəkilmiş xərc ehtiyat hissələri və təmir xərci daxil olmaqla 9807,36 manat təşkil etmiş, bu zaman təmirdən sonra əmtəə dəyərinin itirilməsi birmənalı olaraq avtonəqliyyat vasitəsinin bazar dəyərinə təsirsiz ötüşmür. Bu baxımdan təqdim edilmiş qüsur aktı təfərrüatlı tədqiq edilmişdir. Təhlil edildikdən sonra itirilmiş əmtəə faizi dəymiş zərərin təyinatından və həcmindən asılı olaraq 20% təşkil etmişdir. Hesablamalara əsasən 52000 manat (nəqliyyat vasitəsinin bazar dəyəri) - 20% (itirilmiş əmtəə faizi) = 41600 manat həcmində müəyyən edilmişdir. Beləliklə, aparılmış tədqiqatlara və təhlillərə əsasən nəqliyyat vasitəsinin qəzadan sonrakı bazar dəyəri 41600 manat, likvid dəyəri 37440 manat təşkil edir.

5. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasını rədd edilmiş, İddiaçı dəymiş maddi ziyanın ödənilməsi tələbi mülki xarakter daşıdığından mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

6. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 38 ünvanda «Messenat Holdinq»in avtodayanacağında nəqliyyat vasitəsini saxladığı zaman taxta parçalarının avtomobilin üzərinə düşməsi nət icəsində ziyan dəyməsi ilə bağlı FHN-ə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətinə Agentlikdə baxılmışdır. Həmin ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, Nəsimi rayonu Xətai prospekti 787-ci məhəllədə Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasına bitişik avtodayanacaq binasının tikintisi 3-cü mərtəbə səviyyəsində uzun müddətdir ki, dayandırıldığından, binanın şaquli və üfüqi elementləri üçün qurulmuş qəliblərin bir hissəsinin dağılaraq ətrafa səpələnməsi halı baş vermişdir. Yaranmış təhlükə ilə əlaqədar həmin ərazidə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə lazımi tədbirlərin yerinə yetirilməsi barədə Cavabdeh1 MTK-nın rəhbərliyinə xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Həmin məktubun surəti əlavə olunmuşdur. Agentliyin Cavabdeh1 MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda eyni hallar qeyd edilməklə yaranmış təhlükə ilə əlaqədar həmin ərazidə yaşayan insanların, yaxınlıqda olan tikililərin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə lazımi tədbirlərin yerinə yetirilməsi tapşırılmışdır.

7. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində müşahidə edilmiş hava şəraiti haqqında” arayışa əsasən Binə hidrometeoroloji stansiyası: xx.xx.2023-cü il tarixində hava tutqun buludlu (10/10), meteoroloji görünüş məsafəsi 10 km, havanın orta temperaturu mənfi 0,1°C, minimal temperaturu mənfi 1,2°C, maksimal temperaturu 1600 müşahidə müddətində 0,6°C, sutkanın maksimal temperaturu 1,6°C, Qərb-Şi mal-Qərb istiqamətli küləyin maksimal sürəti 24 m/san (9 bal) olmuşdur. 9 bal Bofort şkalasına əsasən fırtınadır. Gündüz və axşam saatlarında qar yağmış, yağıntının miqdarı 0,9 mm olmuşdur. Bakı (Xırdalan) hidrometeoroloji stansiyası: Həmin tarixdə hava dəyişkən buludlu (7/7), meteoroloji görünüş məsafəsi 20 km, havanın orta temperaturu mənfi 0,5°C, minimal temperaturu mənfi 1,8°C, maksimal temperaturu mənfi 1,3°C, ŞimalQərb istiqamətli küləyin maksimal sürəti 38 m/san (12 bal) olmuşdur. 12 bal - Bofort şkalasına əsasən qasırğadır. Gündüz və axşam saatlarında qar yağmış, yağıntının miqdarı 0,0 mm olmuşdur. Maştağa aqrometeoroloji stansiyası: Həmin tarixdə hava tutqun buludlu (10/10), meteoroloji görünüş məsafəsi 10 km, havanın orta temperaturu mənfi 0,4°C, minimal temperaturu mənfi -1,4°C, maksimal temperaturu mənfi 0,1°C, Şimal istiqamətli küləyin maksimal sürəti 30 m/san (11 bal) olmuşdur. 11 bal - Bofort şkalasına əsasən şiddətli fırtınadır. Gecə və gündüz saatlarında qar yağmış, yağıntının miqdarı 1,9 mm olmuşdur. Xəbərdarlıq: Fevralın 09-da Şimal-Qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə sulu qar, qar yağacağı haqqında № 4 xəbərdarlığı tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən yol verilmiş hərəkətsizlik nəticəsində qeyri-qanuni tikintilərin aparılması və həmin tikintilərdə tikinti normalarının pozulmasının qarşısının alınmaması nəticəsində ona vurulmuş 9807,36 manat həcmində m addi ziyanın, 10400 manat dəyərin itkisi, qiymətləndirmə rəyi ilə bağlı ödənilmiş 100 manat, hüquqi xidmətlə bağlı ödənilmiş 1230 manat olmaqla, cəmi 21692,36 manat məbləğində kompensasiya və ödənilmiş 155,08 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər fəaliyyətlərində yol verdikləri qanunsuzluqlar nəticəsində iddiaçının əmlakına ziyan vurulmaqla ona maddi ziyan vurulmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixində iddiaçıya məxsus avtomobilini «Messenat Holdinq»in binasında icarədə olan «Bank VTB (Azərbaycan)» ASC-nin bank əməkdaşları üçün müəyyən olunmuş və Xətai prospekti 38 ünvanda yerləşən «Messenat Holdinq» tərəfindən idarə edilən binanın dayanacağında saxlamış (iddiaçı qeyd olunan bankın işçisidir), saat təqribən 11:00-da bankın əməkdaşları iddiaçıya zəng vuraraq, avtomobilinin üzərinə yaxında yerləşən binadan taxtalar düşdüyünü və avtomobilinin zədələndiyini bildirmişlər. İddiaçı nə baş verdiyini görmək üçün dərhal dayanacağa getmişdir. İddiaçı dayanacağa gələrək avtomobilə çoxlu ziyan dəydiyini görmüş və avtomobilin vəziyyətinin şəklini çəkmişdir. Taxtaların avtomobilin üzərinə düşməkdə davam etdiyini görüb, iddiaçı özünə yaranan təhlükəni və riski nəzərə almayaraq avtomobili təhlükəsiz yerə köçürmüşdür. Hadisə nəticəsində daha üç avtomobilə zərər dəymişdir. Avtomobilin vəziyyətini daha ətraflı fotoşəkil və videoya çəkmişdir. Avtomobil demək olar ki, bütün korpus üzrə əhəmiyyətli əzilmə və cızıqlar kimi çoxsaylı zədələ r almışdır və ön şüşə də çatlamışdır. İddiaçı bundan bir qədər sonra, saat 11:31-də 102-yə zəng edib hadisə barədə məlumat vermişdir. İş uzun müddət aidiyyəti müəyyən edildikdən sonra araşdırılması üçün Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə verilmiş və həmin idarəyə yazılı şikayət verilmişdir. Eyni zamanda, FHN-in qaynar xəttinə 112 nömrəsinə zəng edilmişdir və hadisə barədə məlumat verilmişdir. Hadisə FHN tərəfindən ətraflı araşdırılmadığından iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən müraciət etmişdir. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub verilmişdir. FHN TTDA tərəfindən verilmiş cavab məktubundan göründüyü kimi iddiaçıya ziyan vurulmasına səbəb olan tikinti qoruma taxtalarının cavabdehlərin mülkiyyəti və sahibliyində olan yar ımçıq tikilidən küləyin təsirindən qoparaq iddiaçıya ziyan vurulmuşdur. İddiaçının avtomobilinə dəymiş zərərin müəyyən edilməsi üçün iddiaçı tərəfindən «Mazda» rəsmi servisinin icraçısı "xxxx" MMCnin servis xidmətinə müraciət etmiş, həmin servis tərəfindən araşdırma aparılmış və təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən avtomobilə dəymiş zərər 9807,36 manat təşkil edir. Bundan başqa, avtomobil xəsarət almadan cəmi 48 gün əvvəl alınmışdır. Yəni tam təzə olmuşdur. Xəsarət dəyməsi isə onun əmtəə bazar dəyərini də aşağı salmışdır. Bununla bağlı Əmlak Ekspert Mərkəzinə müraciət olunmuşdur. Həmin mərkəzin təqdim etdiyi xx.xx.2023-cü il tarixli rəyə əsasən avtomobil 10400 manat əmtəə dəyərini itirmişdir.

10. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq və avtomobil-texniki eks pertizaları təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 316-16/2-3/403; 9/1695 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş «Mazda CX-5» markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (banında, qabaq sağ qapıda, qabaq sol qanadda, qabaq sol qapıda) olan zədələr, izlər içəriyə doğru batmış, sürtünmüş vəziyyətdə olmuşdur. Qeyd olunan (qabaq-arxa sol qapılarda, qabaq sağ və sol qanadlarda, qanadları bərkidən metal lövhədə, arxa sol qanadda, arxa yük yerinin qapısı) detalların bərkinc vintlərində sürtünmə, cızılma əlamətlərinin olması onların açılıb-bağlanmasına dəlalət etməklə təmir olunmasına, qabaq alın şüşəsi, qabaq sol qanad və oblisovka isə yenisi ilə əvəz olunmağa uyğun gəlir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" Servisi tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı «Mazda CX-5» markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8295 manat təşkil edir (dəyişməli hissələrin qiyməti 3495 manat, təmir-bərpa işlərinin qiyməti - 4800 manat; avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8190 manat, dəyişilməli hissələrin qiyməti - 3390 manat; təmir-bərpa işlərinin qiyməti - 4800 manat).

11. Məhkəmənin qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq və avtomobiltexniki ekspertizası təyin edilmiş və həmin qərarda əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdi m edilmiş «Mazda CX-5» markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (banında, qabaq sağ qapıda, qabaq sol qanadda, qabaq sol qapıda) olan zədələr, izlər içəriyə doğru batmış, sürtünmüş vəziyyətdə olmuş və qeyd olunan (qabaq-arxa sol qapılarda, qabaq sağ və sol qanadlarda, qanadları bərkidən metal lövhədə, arxa sol qanadda, arxa yük yerinin qapağında) detalların bərkinc vintlərində sürtünmə, cızılma əlamətlərinin olması onların açılıb-bağlanmasına dəlalət etməkdə təmir olunmasına, qabaq alın şüşəsi, qabaq sol qanad və oblisovka isə yenisi ilə əvəz olunmağa uyğun gəlir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" Servisi tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2022-ci il buraxılışlı «Mazda CX-5» markalı **DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8295 manat müəyyən edilməklə, həmin iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli (3/403; 9/1695 saylı) rəyin nəticəsi təsdiq edilir, o cümlədən: dəyişməli hissələrin qiyməti - 3495 manat, təmirbərpa işlərinin qiyməti – 4800 manat. Az istifadə olunmuş (48 gün) 2022-ci il buraxılışlı «Mazda CX-5» markalı (**-DO-*** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə hadisə baş verən tarixə, yəni 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti barədə internet saytlarında məlumat (elan) mövcud deyil. 2022-ci il buraxılışlı «Mazda CX-5» markalı (**-DO-*** dövlət qeydiyyat nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə hadisə baş verən tarixə, yəni 2023-cü ilin fevral ayına olan orta bazar qiymətini müəyyən etmək mümkün olmadığından, qəza nəticəsində əmtəə dəyərini nə qədər itirməsini müəyyən etmək mümkün olmadı.

12. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2025-ci il tarixli, MB 18/0070 nömrəli arayışında göstərilmişdir ki, “Mazda CX-5 minik” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əmtəə itkisi dəyəri yaxşı vəziyyətdə satış dəyəri təmirdən sonrakı satış dəyəri 42000-34500=7500 manat təşkil etmişdir.

13. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında təyin edilmiş ekspertizaların rəyi ilə razı olmadığını bilirmiş, rəsmi servis xidmətindən dəymiş zərəri müəyyən edən aktı təqdim etmişdir.

14. Qarşı tərəf həmin aktı, habelə ekspert rəylərini mübahisələndirsə də, öz dəlillərini təsdiq edən sübutlar təqdim etm əmişlər.

15. Cavabdeh1 MTK-nın nümayəndəsi izahatında bildirmişdir ki, hadisə baş verən gün ölkə ərazisində güclü külək olmuş, hətta bu barədə bir çox sosial şəbəkələrdə xəbərdarlıq da edilmiş, üstəlik də tərəflərin müvafiq quruma verdikləri sorğuya cavabda da həmin gün küləyin sürəti barədə məlumat göstərilmişdir. Həmin konstruksiyaların dağılmasına səbəb küləyin gücü olmuşdur, təmsil etdiyi şəxsin təqsiri yoxdur, bu qarşısıalınmaz qüvvədir. Digər tərəfdən avtomobilə dəymiş zərərin məbləği ilə razı deyildir, avtomobilin həmin hissələrinin dəyişdirilməsinə əsas olmamışdır, avtomobil təmir oluna bilərdi. Aparılmış ekspertiza tədqiqatının rəyi ilə razı deyildir, ekspertizanın keçirilməsində onların iştirakları təmin edilməmişdir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - biri nci instansiya məhkəməsi) 2(006)-105/2025 nömrəli 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 MTK-dan vurulmuş maddi ziyana görə 8295 manat və avtomobilin əmtəə dəyərinin itkisinə görə 7500 manat, ödənilmiş vəkil xərcinə görə 1200 manat, qiymətləndiriciyə ödənilmiş 100 manat və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 141,28 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Vüsalə Musayeva).

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus avtomobilə Cavabdeh1 MTK-ya məxsus tikinti sahəsindən (binadan) tikilinin şaquli və üfüqi elementləri üçün qurulmuş qəliblərin bir hissəsinin dağılaraq ətrafa səpələnməsi nəticəsində zərər dəymişdir. İddiaçının dəlillərinin əsası k imi məhkəməyə təqdim edilmiş Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq məktubunda iddiaçının avtomobilinin dayandığı yerə bitişik binanın, yəni Cavabdeh1 MTK tərəfindən tikintisi başa çatdırılmamış binanın konstruksiyalarının səpələnməsi barədə məlumat öz əksini tapmışdır.

18. Cavabdeh tərəf buna dair mövqeyində həmin konstruktiv elementlərin səpələnməsinə səbəb olaraq hava şəraitini göstərmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində müşahidə edilmiş hava şəraiti haqqında arayışını təqdim etməklə, həmin gün küləyin gücünə görə havanın fırtına və qasırğa kimi qiymətləndirilməsinə istinad etmişdir. Məhkəmə tərəflərin bu dəlillərini müqayisə edərək bildir mişdir ki, həmin gün hava şəraitindən asılı olmayaraq iddiaçının avtomobilinin zədələnməsinə səbəb olan hal, yəni cavabdehin məhz tikinti norma və qaydalarına əməl olunmaması müvafiq orqanın məktubunda da qeyd edilmiş və həmin halın aradan qaldırılması cavabdehin diqqətinə çatdırılmışdır. Zərərin qaynaqlandığı tikilinin şaquli və üfüqi elementləri üçün qurulmuş qəliblərin, eləcə də, digər elementlərin təhlükəsizlik tələblərinə cavab verilməklə saxlanılmasına görə məsuliyyəti məhz Cavabdeh1 MTK daşıyır. Digər cavabdeh qismində qeyd edilmiş “X1 Qrupu” MMC-nin hazırkı zərərin vurulmasında təqsiri müəyyən edilmədiyindən iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Cavabdeh1 MTK isə öz dəlili ilə bağlı yalnız həmin gün ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə bağlı arayışı təqdim etmişdir. Bu arayış həmin gün ölkə ərazisində müşahidə olunan hava şəraitini təsbit edən arayışdır və bu arayış cavabdehin baş vermiş hadisədə təqsirini aradan qaldıran sübut deyildir.

19. İşin mübahisələndirilən digər halı isə avtomobilə dəymiş zərərin həcmi ilə bağlı olmuşdur. Belə ki, ilkin ekspertizanın aparılmasında cavabdeh tərəfin iştirakının təmin edilməməsi əsası ilə təyin edilmiş təkrar ekspertiza rəyində ilkin rəylə müəyyən edilən hallar təkrarlanmışdır. Lakin hər iki ekspert rəyində avtomobilin dəyər itkisi ilə bağlı hal müəyyən edilmədiyindən məhkəmə bu halın dəqiqləşdirilməsi məqsədilə özəl qiymətləndiriciyə müraciət etmiş və iddiaçı tərəfindən irəli sürülən bu tələb də obyektiv şəkildə qiymətləndirilmişdir. Cavabdeh ekspert rəylərini mübahisələndirsə də, alternativ qiymətlən dirmə ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, istər Məhkəmə Ekspertizası Mərkəzinin apardığı ekspert tədqiqatı ilə və istərsə də özəl qiymətləndirici tərəfindən aparılmış mütəxəssis rəyində müəyyən edilmiş qiymətləndirmə mötəbər hesab edilməklə iddiaçının maddi ziyanla bağlı tələbinə həmin rəylərə əsasən qiymət vermək mümkündür.

20. Beləliklə, məhkəmə məhz Cavabdeh1 MTK tərəfindən tikintidə təhlükəsizlik qaydalarına əməl olunmamasına görə iddiaçıya vurulmuş maddi ziyana görə onun təqsirli olmasına dair qənaətə gəlmişdir. Həmçinin, həmin zərərin avtomobilə dəymiş zərər kimi dəyişməli hissələrin qiyməti - 3495 manat, təmir-bərpa işlərinin qiyməti - 4800 manat olmaqla, cəmi 8295 manat və avtomobilin dəyər itkisinə görə isə 7500 manat, bütövlükdə 15795 manat dəyərində müəyyən edilməsini əsaslı hesab etmişdir.

21. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1108, 1111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, sübutlara yetərincə qiymət verilməmiş, eyni zamanda avtomobilə dəyən zərər düzgün qiymətləndirilməmişdir.

24. Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyas iya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus avtomobilə dəyən zərər məhz qarşısıalınmaz qüvvənin təsirindən dəymişdir. Belə ki, bu güclü küləyin olması ilə bağlı proqnoz müvafiq qurum tərəfindən öncədən xəbərdarlıq edilmişdir və məlum hadisə şirkətin iradəsindən asılı olmadan baş vermişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-3149/2025 nömrəli 27 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov).

27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus avtomobilə Cavabdeh1 MTK-ya məxs us tikinti sahəsindən (binadan) tikilinin şaquli və üfüqi elementləri üçün qurulmuş qəliblərin bir hissəsinin dağılaraq ətrafa səpələnməsi nəticəsində zərər dəymişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin verdiyi müvafiq məktubda qeyd edilmişdir ki, iddiaçının avtomobilinin dayandığı yerə bitişik binanın, yəni Cavabdeh1 MTK tərəfindən tikintisi başa çatdırılmamış binanın konstruksiyalarının səpələnməsi barədə məlumat öz əksini tapmışdır.

28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin “zərərin düzgün qiymətləndirilməməsi” barədə dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edib ki, iş üzrə aparılmış ekspert rəyləri və özəl qiymətləndiricinin verdiyi rəy mötəbər olmuş və bunun əksini sübut e dəcək, ekspert rəylərini şübhə altına ala biləcək hər hansı mötəbər, şübhədən kənar sübutlar təqdim edilməmişdir. Buna görə də iddiaçının şikayəti əsassızdır və təmin olunmamalıdır.

29. Cavabdeh tərəfin apellyasiya şikayətinin əsas dəlili bundan ibarət olmuşdur ki, həmin konstruktiv elementlərin səpələnməsinə səbəb hava şəraiti - güclü külək olmuşdur, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Bakı şəhəri ərazisində müşahidə edilmiş hava şəraiti haqqında arayış təqdim etmişdir.

30. Kollegiya cavabdehin həmin dəlili ilə bağlı bildirmişdir ki, hadisə baş verən gün xx.xx.2023-cü il tarixdə iddiaçının avtomobilinin zədələnməsinə səbəb olan hal, Cavabdeh1 MTK tərəfindən tikinti norma və qaydalara əməl olunmaması idi. Belə ki, cavabdeh MTK-ya mə xsus tikilinin şaquli və üfüqi elementləri üçün qurulmuş taxtalar (qəliblər) yarımçıq tikilidən qopub iddiaçının avtomobilinə düşərək, ona zərər vurmuşdur. Halbuki, həmin “taxta parça”larının təhlükəsizlik tələblərinə cavab verilməklə saxlanılmasında məhz Cavabdeh1 MTK məsuliyyət daşıyır.

31. Şəhərsalma və Tikinti Məcəlləsinin 67.1-ci maddəsinə görə təhlükə potensiallı təbiət hadisəsinin baş vermə ehtimalı yüksək olduğu zonalarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə tədbirlərinin yerinə yetirilməsi müəyyən edilir. Bu tədbirlərin növləri və onların tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bakı təhlükə potensiallı təbiət hadisəsi kimi küləyin baş vermə ehtimalı yüksək olan bir şəhərdir və bu halı eləcə də, yuxarıda qeyd edilən maddəni nəzərə alsaq, mübah isəli tikili ilə bağlı təhlükəsizlik və mühafizə tədbirlərinin təmin olunması bu tikintini həyata keçirən Cavabdeh1 MTK-nın vəzifəsi olmuşdur.

32. Müvafiq qurum tərəfindən hadisə baş verən günə dair verilən arayış sadəcə hava proqnozu ilə bağlı olmuş hava şəraitini təsdiq edir və bu cavabdehin hadisənin nəticələrinə görə məsuliyyətini aradan qaldırmır. Eyni zamanda da müəyyən olunmuşdur ki, həmin ünvanda cavabdeh tərəfindən həyata keçirilən tikili uzun müddət - on ildən də artıq bir müddətdə yarımçıq qalmış, tikintinin həyata keçirildiyi vaxt quraşdırılmış taxta qəliblər sökülməmiş, eləcə də uçub tökülməsinin qarşısının alınması üçün heç bir qabaqlayıcı tədbirlər görülməmişdir. Baş vermiş hadisədən sonra da həmin taxta qəliblərin eynilə qalması da anlaşılan deyildir, çünki bu vəziyyət daha ağır fəsadlara - insanların həyat və sağlamlığının itirilməsinə səbəb ola bilər.

33. İddiaçıya vurulmuş zərərin məbləği ilə əlaqədar cavabdehin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edib ki, zərərin həcminin müəyyən edilməsi üzrə alınmış mütəxəssis və ekspert rəylərini şübhə altına ala biləcək hər hansı sübut təqdim edilməmişdir. Buna görə də cavabdehin bu dəlilləri əsassızdır.

34. Kollegiya qeyd etmişdir ki, cavabdeh MTK-nın tikinti norma və qaydalarına əməl etməməsi nəticəsində iddiaçının avtomobilinə zərər dəyməsi təsdiq olunduğundan birinci instansiya məhkəməsi ekspert rəylərini və müvafiq qurumların verdiyi məktub və arayışları nəzərə almaqla iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

35. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləs inin 21, 1096, 1097, 1108, 1111-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 67-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh MTK (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

37. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə ilk dəfə keçirilən ekspertizanın vaxtı barədə məlumat verildikdən sonra yenidən əlaqə saxlayaraq ekspertizanın keçirilməsinin başqa bir vaxta təxirə salındığını bildiriblər. Eyni zamanda yeni vaxt barədə məlumat veriləcəyi bildirilsə də, bu barədə məlumat verilməyib və MT K-nın nümayəndəsinin iştirakı olmadan baxış keçirilib. Daha sonra vəsatət verərək, təkrar ekspertiza keçirilməsini məhkəmədən xahiş edib və israrla bildirib ki, ekspertizanın keçirilməsi zamanı nümayəndənin iştirakı təmin olunsun. İkinci dəfə keçirilən ekspertizada isə ekspert heç gedib yerində baxış keçirməmiş, yalnız mütəxəssis rəyi əsasında rəy vermişdir. Bundan sonra isə yenidən vəsatət verərək, kompleks ekspertiza keçirilməsini xahiş etsə də, məhkəmə bunu təmin etməyib. Ekspertiza keçirilməsi zamanı hüquqları kobud şəkildə pozulub.

38. Həmin hadisə qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlib və bununla bağlı sübutlar məhkəməyə təqdim edilib. Belə ki, hadisə baş verməmişdən 1 gün əvvəl Fövqəladə Hallar Nazirliyi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı əhaliyə müraciət etmiş, kütl əvi informasiya vasitələrində güclü külək əsəcəyi, qasırğa ola biləcəyi barədə əhaliyə xəbərdarlıq etmişdir. Həmin video-material və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən daxil olmuş sorğu ilə əlaqədar qeyd edilən ərazidə müşahidə edilmiş hava şəraiti haqqında məlumat iş materiallarında vardır. Göründüyü kimi güclü külək əsməsi nəticəsində tufan olmuşdur və baş verən hadisə MTKnın iradəsindən asılı olmayaraq qarşısı alınmaz qüvvə nəticəsində baş vermişdir. İddiaçının avtomobilinə zərər vuran qəliblər Cavabdeh1 MTK-ya məxsus tikilinin hər hansı bir konstruksiyaları deyil, tikilinin pis görünməməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin düzəltdiyi sosial reklam şəkillərinin konstruksiyalarıdır. Eyni zamanda məhkəmə hadisənin qarşısıalınmaz qü vvə nəticəsində baş verməsi faktını təsdiq edən konkret sübutlar olmasına baxmayaraq, məsələyə düzgün hüquqi qiymət verməmişdir.

39. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. İddiaçının vəkili kassasiya şikayətinə qarşı yazılı etirazında kassasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Etiraz iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin ə vəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

44. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şə xsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

46. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

47. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquq i şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

48. Maddə 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir.

49. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılm ası nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

50. Maddə 67.1. Tikintiyə dair təhlükəsizlik tələbləri, eləcə də tikinti obyektinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi tələbləri bu Məcəllə ilə və şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilir.

51. Maddə 67.2. Tikinti obyektlərinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi haqqında müddəalar tikinti layihəsində nəzərdə tutulmalıdır.

52. Maddə 67.4. Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu z onalarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə tədbirlərinin yerinə yetirilməsi müəyyən edilir. Bu tədbirlərin növləri və onların tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qü vvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə iddia tələbinin təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

63. Bu baxımdan işin hallarına nəzər salındıqda gör ünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

64. Bununla yanaşı, məhkəmə kollegiyası əlav ə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

65. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa olunan yaşayış binasının tikintisi uzun müddət - təqribən on ildən artıq müddətdə 3-cü mərtəbə səviyyəsində dayandırılmış, binanın şaquli və üfüqi elementləri üçün quraşdırılmış taxta qəliblər sökülmədən saxlanılmış və təhlükəsizlik tələblərinə uyğun bərkidilməmişdir. Bu səbəbdən həmin qəliblərin bir hissəsi dağılaraq ətrafa səpələnmiş və iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə zərər dəymişdir. Bu məktub zərərin yaranma mexanizmini, səbəb-nəticə əlaqəsini və cavabdehin hərəkətsizliyini obyektiv sübutlarla təsdiq edir

66. Apaelyasiya instansiyası məhkəməsinin də istinad etdiyi Şəhərsalma və Tikinti Məcəlləsinin 63.2, 64.1 və 67.1-ci maddələrinə əsasən tikinti işlərini həyata keçirən şəxs: tikinti obyektinin təhlükəsiz vəziyyətdə saxlanılması, mühafizə və təhlükəsizlik tədbirlərinin vaxtında görülməsi, mövcud risklərin aradan qaldırılması üzrə məsuliyyət daşıyır. Bu baxımdan, Bakı şəhəri külək təhlükəsinin yüksək olduğu meteoroloji zona kimi tanındığından, cavabdehdən xüsusi mühafizə tədbirləri görməsi tələb olunurdu. Buna görə də apelyasiya instansiyası məhkəməsi, baş vermiş hadisənin qarşısıalınmaz qüvvə səbəbindən yaranması barədə cavabdehin dəlilini qəbul etməməkdə haqlı olmuşdur.

67. Kassatorun «İddiaçının avtomobilinə zərər vuran qəliblər Cavabdeh1 MTK-ya məxsus tikilinin hər hansı bir konstruksiyaları deyil, tikilinin pis görünməməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin düzəltdiyi sosial reklam şəkillərinin konstruksiyalarıdır» dəlili üzrə araşdırma aparıla bilməz. Çünki cavabdeh tərəfindən bu məzmunda dəlil aşağı instansiya məhkəmələrində irəli sürülməmişdir.

68. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ə rizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəflərin dəlillərini nəzərə almadan özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

69. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsini n qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır.

70. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.

71. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qəd ər şikayət - o qədər qərar” qaydasına çevrilir.

72. Bu baxımdan apelyasiya instansiyası məhkəməsində irəli sürülməmiş, və araşdırma predmeti olmamış halların kassasiya icraatında mübahisələndirilməsi və yoxlanılması, mülki prosesin prinsiplərinə ziddir.

73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

74. Məhkəmə kollegiyası kassatorun “ekspertiza keçirilməsinin vaxtı barədə məlumat veriləcəyi bildirilsə də, bu barədə məlumat veril mədiyi, təkrar ekspertiza zamanı ekspertin yerində baxış keçirməməsi, kompleks ekspertiza keçirilməsini xahiş etsə də, məhkəmə tərəfindən vəsatətinin təmin olunmadığı barədə dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməməsi” haqqında dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də apelyasiya instansiyası məhkəməsi bu dəlillər üzərində xüsusi olaraq durmamış, rədd edilməsini əsaslandırmamışdır. Lakin bu pozuntu prosessual xarakterli olmaqla, düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnməmişdir..

75. MPM-in 418.1 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

76. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

78. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-3149/2025 nömrəli, 27 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar