Məhkəmə qərarları › İş №2(102)-2819/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2819/2020

17.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2819/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun, Cavabdehin nümayəndəsi xxx oğlunun və vəkili xxx oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12246/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxx 2017-ci il tarixli 1303-K əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh ASC Nəqliyyat və Xüsusi texnika İdarəsində texnik vəzifəsində işə bərpa olunması və işdən xaric olunduğu gündən məcburi iş buraxma günləri üçün icra sənədinin icra olunduğu günə qədər bütün müddətlər üçün əmək haqqının cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)3451/2019 saylı qətnaməsi ilə (hakim O.Q.Məmmədli) iddia təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının (hakimlər R.Ə.Eyvazov sədrlik edən və məruzəçi, Z.Ə.Əliyev və F.Ş.Talışinski) xx xxxxxx 2019-cu il tarixli, 2(103)12246/2019 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)3451/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili xxx oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsininxx xxxxxx 2019-cu il tarixli, 2(103)-12246/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelly asiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. İddiaçının işə gəlməmsinin səbəbi onun xəstə olması olmuş və iddiaçı bu barədə işəgötürəni məlumatlandırmışdır. İddiaçının qəsdən əmək funksiyasını yerinə yetməməsi üçün əsaslar olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin Cavabdeh ASC-nin etibarnamə əsasında nümayəndəsi xxx oğlu və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. HÜQUQİ MƏSƏL ƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının pro sessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı Cavabdeh ASC-də çalışdığı müddət ərzində mütəmadi şəkildə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini pozmuş, yəni heç bir üzrlü səbəb olmadan (bu barədə sübut təqdim etmədən) bir neçə ay ərzində işə gəlməmişdir. Bu hallar, işdə olan çoxsaylı (xx xxxxxx 2017-ci i ltarixli, xx xxxxxxxx 2017-ci il tarixli, xx xxxxxxx 2017-ci il tarixli və s.) aktlarla, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 nömrəli Nəqliyyat sexi üzrə iş vaxtının uçotu tabeli ilə sübuta yetirilmişdir. Cavabdeh Açı q Səhmdar Cəmiyyəti İddiaçı xx xxxxx 2017-ci il tarixli məktubla müraciət edərək, onun xx xxxxxx 2017-ci il tarixindən heç bir üzrlü səbəb olmadan işdə gəlmədiyi, bunun səbəbi barədə təcili olaraq idarəyə məlumat verməyi, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində müvafiq qaydada tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. Həmçinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti İddiaçı xx xxxxxxxx 2017-ci il tarixdə məktubla müraciət edərək, onun xx xxxxxx 2017-ci il tarixdən əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsini idarəyə təqdim etməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq barəsində müvafiq qaydada tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. Daha sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh Açıq Səhmdar Cəmiy yətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 2017-ci il tarixli iclasında 2 nömrəli Nəqliyyat sexinin 8-ci dərəcəli texniki İddiaçı heç bir üzrlü səbəb olmadan xx xxxxxx 2017-ci il tarixdən etibarən işə çıxmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Bundan əvvəl Cavabdeh ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin HİK sədri xxx, Kadrlar İcraya Nəzarət Kargüzarlıq və Təsərrüfat işləri şöbəsinin rəisi xxx və hüquq məsləhətçisi xxx tərəfindən İddiaçı 2 saylı X1 stasionar müalicə alması barədə məlumatı dəqiqləşdirmək üçün xəstəxanın baş həkiminin müavini ilə görüşmüş, sonuncu İddiaçı adlı şəxsin stasionar müalicə olmaması və onun harada olması barədə məlumatının olmaması bildirmiş və bu barədə xx xxxxxx 2017-ci il tarixdə akt tərtib olunmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2017-ci il tarixli 1303-K saylı əmri ilə İddiaçı üzrsüz səbəbdən işə çıxmadığına görə onunla bağlanmış əmək müqaviləsinə (kontraktına) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxxxx 2017-ci il tarixdən xitam verilmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının işə qəbul olunduqdan sonra uzun müddət ərzində heç bir üzrlü səbəb göstərmədən işə gəlmədiyini, bunun səbəbinin 2 saylı X1 stasionar müalicə almasını bildirsə də, onun tərəfindən məhkəməyə təqdim olunmuş Ambulator Kitabçadan çıxarışdan onun xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2018-ci il tarixədək müalicə almasını nəzərə alaraq, iddiaçının işə gəlməməsinin cavabdeh təşkilat tərəfindən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməsinin və tənbeh tədbiri qismində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin qanuna uyğun və əsaslı olması qənaətinə gəlmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları həmin maddənin ikinci hissəsində göstərilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgöt ürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72-ci maddəsində açıqlanmışlar. Həmin maddənin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşar hesab edir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx xxxxxx 2017-ci il tarixdən sonrakı dövrdə 2 saylı X1 stasionar müalicə almasına dair işəgötürəni məlumatlandırmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş və bu səbəbdən həmin dövrdə onunla əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilə b ilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsa sən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kə nar” sübut standartları tətbiq edilir. Beləliklə də, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etm ədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayətitəmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12246/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Elşad Şamayev Hakimlər: imza Elşanə Vəliyeva imza Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar