Məhkəmə qərarları › İş №2(102)-282/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-282/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-282/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququnun itirilmiş hesab olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X4 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh1 və vəkili Cavadov Cavad Yusif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4540/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar Cavabdeh1 nikahdan əvvəl xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən aldığı Nizami rayona, Q.Qarayev prospekti, ev 80 A, 5 nömrəli mənzildə yaşamışlar. İddiaçı cehiz əşyaları ilə birlikdə həmin mənzilə köçmüşdür. Hazırda iddiaçının cehiz əşyaları həmin mənzildədir. Onların birgə nikahından xx.xx.2019-cu il tarixdə X1 dünyaya gəlmişdir.

2. Həmçinin iş materiallarından görünür ki, tərəflərin münasibətləri pozulmuş, İskəndərli Türkay uşağa görə iddiaçıya aliment ödəyir. Hazırda iddiaçı 2019-cu ilin iyun ayından mübahisəli mən zildə yaşamır.

3. Eyni zamanda iş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi ilə mübahisə predmeti olan mənzil X2 bağışlanmışdır və həmin mənzil xx.xx.2019-cü ildə sonuncunun adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 A, 5 nömrəli mənzilə istifadə hüququnun tanınması və azyaşlı övladı X5 ilə birlikdə həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 A, 5 nömrəli mənzilə istifadə hüququnun tanınması və azyaşlı övladı X5 ilə birlikdə həmin mənzilə köçü rülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi və ona edilmiş dəqiqləşdirmə belə əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx xxxxxx 2018-ci il tarixdə ailə quraraq rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan sonra, xx.xx.2018-ci il tarixdə həyat yoldaşı Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 A ünvanda yerləşən 5 nömrəli mənzilə köçmüş və xx xxxx 2019-cu il tarixə qədər həmin mənzildə yaşamışdır. Onları birgə nikahından xx.xx.2019-cu il tarixdə X3 anadan olmuşdur. Cavabdehlə bir müddət münasibətləri normal olsa da, sonralar cavabdehin anası və bacısı tərəfindən ailəyə edilən müdaxilələrə görə, aralarında yaranan fikir ayrılıqları, cavabdehin ona və övladlarına laqeyd münasibət bəsləməsi, tez-tez mübahisələrə səbəb olmuşdur. Həyat yoldaşı Cavabdeh1 onunula ailə q urmamışdan əvvəl də başqa bir qadınla nikahda olmuşdur və nikahda olduğu qadını valideynlərinin, yəni atasının və anasının təkidi ilə boşayaraq, evdən qovmuşdur. Sonra eyni hərəkətləri ona qarşı da həyata keçirmişlər. Belə ki, xx xxxx 2019-cu il tarixdə cavabdehin anası, bacısı və özü tərəfindən qurulmuş məkrli plana uyğun olaraq, həyat yoldaşı Cavabdeh1 bacısının və anasının təhriki ilə, xx xxxx 2019-cu il tarixdə köçdüyü və daimi yaşadığı ünvan 1 A, 5 nömrəli mənzilin qapısını bağlayaraq, onu yaşadığı mənzilə buraxmamışdır. Onu azyaşlı qızı ilə gəlin köçdüyü və daimi yaşadığı mənzildən heç bir qanuni əsas olmadan məhrum etmişlər. Mübahisəli mənzilə köçməyi azyaşlı uşağının normal böyüməsi üçün də çox vacibdir. Cavabdeh1 mənzili digər cavabdeh olan Cavabdeh2 bağışlamışdır. Mübahisəli mə nzil xx xxxx 2019-cu il tarixində o, evi tərk edərkən Cavabdeh1 adına olmuşdur. Mənzili Cavabdeh1 xx xxx 2018-ci il tarixdə onlar nikaha daxil olmamışdan öncə almışdır. Hazırda İddiaçı yaşayış yeri üzrə ata evində qeydiyyatdadır. O, mübahisəli mənzilə qeydiyyata düşmək istəsə də, cavabdehlər ona icazə verməmişlər. Onun Cavabdeh1la nikahı pozulmamışdır və bununla bağlı tələb də yoxdur. Onu yaşadığı mənzildən mərhum etmək üçün Cavabdeh1 mənzili anasına bağışlamışdır. Hazırda onların birgə nikahından doğulmuş uşağın bir yaşı yoxdur, valideyinləri tərəfindən dəstək olmasa, o, övladı ilə çöldə qalar.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(007)-3532/2019 saylı qətnaməsi ilə (hakim H.Əhmədova) iddia təmin edilmiş, İddi açı Bakı şəhəri, Nizami rayona, Q.Qarayev prospekti, ev 80 A, 5 nömrəli mənzilə istifadə hüququnun tanınması və onun, azyaşlı övladı X5 ilə birlikdə həmin mənzilə köçürülməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə mənzilin əvvəlki mülkiyyətçisi iddiaçının həyat yoldaşı olan Cavabdeh1 münasibətdə iddiaçı onun ailə üzvü olmaqla mübahisəli mənzilə köçürülmüşdür. Onların ailə münasibətlərinə hazırda xitam verilməmişdir. İddiaçının həmin mənzilə istifadə hüququ həmin mənzilə gəlin kimi köçdüyü vaxtdan yaranmışdır. Digər tərəfdən məhkəmə araşdırılması ilə iddiaçı ilə cavabdeh həyat yoldaşı arasında mübahisənin 2019-cu ilin iyun ayında yaranması, mübahisəli mənzilin bundan bir ay müddət ərzində bağışlanması müəyyən olunduğundan mənzilin mülkiyyətçisinin dəyişməsi iddiaçının həmin mənzilə artıq yaranmış istifadə hüququnun itirilməsi kimi baxılmamalıdır. Mənzilin hazırki mülkiyyətçisi olan Cavabdeh2 münasibətdə iddiaçının onun oğlu ilə ailə münasibətlərinə xitam verilmədiyindən onun mübahisəli mənzilə istifadə hüququ tanınmalı və o, körpə övladı ilə birlikdə həmin mənzilə köçürülməlidir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, Mülki Məcəllənin 27.2-ci, Mülki Prossesual Məcəllənin 119.1, 216-220, 227-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4540/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və M.Məmmədov) cavabdehlər X6 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(007)-3339/2018 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı iddasının təmin olunmaması qət edilmişdir

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddiaçının cavabdehə məxsus mənzildə istifadə hüququnun olmasını tanımışdır. Belə ki, məhkəmə özü qətnamənin əsaslandırıcı hissəsində göstərmiş dir ki, iddiaçı cavabdehin oğlunun həyat yoldaşıdır. Yəni, birinci instansiya məhkəməsi etiraf etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinə və müvafiq olaraq Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə uyğun olaraq Cavabdeh2 ailə üzvü hesab edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı qeyd olunan mənzilin sahibi Cavabdeh2 ailə üzvü olmadığından, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilə köçürülərək, ondan istifadə etmək hüququ da ola bilməz. İddiaçının (habelə onun azyaşlı övladının) belə hüququ qayınanası Cavabdeh2 bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından iddianın təmin edilməsi üç ün əsaslar müəyyən olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə müəyyən edilmiş sübutlar əsasında iddianın təmin edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı və vəkili Vəkil apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə müəyyən edilmiş sübutlar əsasında iddianın təmin edilməsi barədə qərar qəbul ediməsini xahiş etdilər.

17. Cavabdeh1 və vəkili Cavadov Cavad Yusif oğlu kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3 ).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsi

23. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmi n mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.(maddə 30.1)

24. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.(maddə 30.2)

25. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. (maddə 30.4) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Mülki Prossesual Məcəllə

27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

30. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

31. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmı r və onlara qiymət vermir. (maddə 407.2)

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4540/2020 nömrəli iş üz rə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar