Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-282/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vərəsənin mənzilə hüququnun tanınması, mənzilin sahiblik və istifadəyə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı Cavabdehnə qarşı “mənzilə vərəsəliyin müəyyən edilməsi və mənəvi zərərə görə pul” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2024-cü il tarixli 2(103)-5011/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X6 20 fevral 2008-ci il tarixli, 054 nömrəli müqaviləyə əsasən “Qaraxan'' Mənzil-Tikinti Kooperativindən ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzili almış və ona mənzilin dəyərinin xx.xx.2008-ci il tarixdə tam ödənilməsi barədə 22 fevral 2008-ci il tarixli 017 nömrəli arayış verilmişdir.
2. X6 xx.xx.2023-cü il tarixdə, arvadı X2 isə 23 noyabr 2019-cu il tarixdə vəfat etmişdir.
3. X8 Notariat ofisinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü ildə ölmüş atası X3 miras qalmış (yaşayış (ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, h abelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən qardaşı İddiaçı xeyrinə imtina etmişdir.
4. Bakı şəhəri 30 saylı Notariat Ofisinin 30 yanvar 2024-cü il tarixli, g-26 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olmuş xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı mərhumun birinci dərəcəli vərəsəsi olan oğlu İddiaçı vərəsəliyin qəbulu haqqında ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə tərəflərindən V32/2023 nömrə ilə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Mərhumun digər birinci dərəcəli vərəsəsi qızı X8 notariat qaydada təsdiq olunmuş ərizəsinə əsasən miras əmlakın qəbulundan imtina etmiş və mirası qəbul edən yeganə vərəsə oğlu İddiaçı hesab e dilmişdir. Eyni zamanda vərəsəliyin qəbulu haqqında ərizədə vərəsə mirasa ünvan 3 ünvanda yerləşən 110 nömrəli mənzilin daxil olduğunu qeyd etmiş, lakin həmin əmlaka dair mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edildikdən sonra İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiаçı iddiа ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə məhkəməyə mürаciət edərək, atası X4 cavabdehlə bağladığı 20 fevral 2008-ci il tarixli müqaviləyə və 22 fevral 2008-ci il tarixli maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.m etr olan üç otaqlı 110 nömrəli mənzil üçün ödədiyi 109 892,00 manat miras əmlak payına tam payla vərəsəlik hüququnun tanınması, mənzilin sahiblik və istifadəsinə verilməsi, ona vurulan mənəvi zərərə görə cavabdehdən 10 min manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin yhuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı atası vəfat etdikdən sonra atasının adına çıxarış almaq üçün tələb olunan sənədləri almaq məqsədilə cavabdehə nümayəndəsi vasitəsilə müraciət etsə də, atası tərəfindən mənzilin əvəzi tam ödənilmədiyi üçün bundan imtina edilmişdir. İddiaçı ikinci dəfə isə mənzilin yeganə qanun üzrə vərəsə kimi öz adına sənədləşdirmək üçün zəruri sənədlərin verilməsi xahişi ilə nümayəndəsi v asitəsilə cavabdehə müraciət etmişdir. Hər iki halda cavabdeh yazılı müraciətlərə yazılı cavab verməsə də, ona şifahi bildirilmişdir ki, qeyd etdiyi kimi guya atası mənzili alarkən əvəzini tam ödəməmişdir. Ona görə də, mənzilin iddiaçının adına sənədləşdirilməsi üçün sənədləri verməkdən imtina etmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, bildirmişdir ki, mənzil iddiaçının adına sənədləşdirilməsi ilə əlaqədar bir neçə dəfə danışıqlar aparılmış, Qaraxan MTK tərəfindən imtina üçün əsas barədə sübutlar təqdim edilməmişdir. Hazırda kütləvi informasiya vasitələrində də Cavabdeh MTK-nın dələduzluğu ilə bağlı məlumatlar yayılıb. Hal-hazırda iddiaçı həmin mənzili təmir edərək yaşadığını bildirmişdir.
8. Cavabdeh məhkəmə icl aslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 5 iyun 2024-cü il tarixli, e-2(008)-3274/2024 nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzil üçün ödənilmiş 109.892,00 manat miras əmlak payına tam payla vərəsəlik hüqunun tanınaraq, mənzil onun sahibliyinə və istifadəsinə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən mənzilin dövlət reyestrindən qeydiyyatdan keçməməsinə baxmayaraq, iddiaçı tərəf mənzilə görə öd ənilmiş əmlak payı olan pul vəsaitində atası mərhum X4 hissəsinə vərəsəlik hüquqlarının olmasını iddia etməklə haqlıdır. Mənzilə görə 109.892,00 manat pul vəsaitinin ödənilməsi faktı işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada atalarından miras qalmış əmlaka dair vərəsəlik hüquqlarının reallaşdırılması üçün Notariat Kontoruna müvafiq qaydada müraciət etmişdir. Beləliklə, İddiaçı 01 aprel 2023-cü ildə vəfat etmiş X4 1-ci növbə vərəsəsi olduğu üçün onun ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzil üçün ödədiyi 109.892,00 manat miras əmlak payına tam payla vərəsəlik hüqunun tanınmalı, mənzil onun sahibliyinə və istifadəsinə verilməlidir.
11. Məhkəmə iddianın rədd edilən hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdehdən mənəvi zərərə görə 10000 manat tələb edən iddiaçı, Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn məhkəməyə və bütün dövlət orqanlarına müraciət etmək hüququndan istifadə edən cavabdehin hərəkətləri nəticəsində keçirə biləcəyi mənəvi sarsıntının və iztirabların nədə ifadə olunmasına, işgüzar nüfuzuna ziyan vurulmasına, bunların cavabdehin hərəkətləri nəticəsində baş verməsinə, cavabdehin hərəkətləri ilə vurulması iddia edilən mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1147.1, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindək i icraat
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin mənzilin istifadəyə verilməsi hissəsində tələb üzrə işin icraatına xitam verilməsi barədə qərardad və iddia tələbinin qalan hissələrdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən açıq-aşkar görünür ki, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında iddiaçının atası X6, 20 fevral 2008-ci il tarixli müqavilə imzaladıqdan 2 gün sonra, ona mənzilə görə 109.892,00 manat tam dəyərinin ödəməsi barədə 22 fevral 2008-ci il tarixli maliyyə arayışı verildiyi gündən vəfat etdiyi xx.xx.2023-cü ilədək, yəni 15 il ərzində mənzili tələb etməməsi səbəbləri aydınlaşdırılmamışdır. İddiaçı nın atası 15 il ərzində, yəni vəfat edənədək, müqavilədə göstərilən mənzillə bağlı hər hansı bir formada MTK-ya nə yazılı, nə də şifahi müraciət etməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən iş materiallarına ümumiyyətlə ödənişi təsdiq və sübut edən sənəd olaraq, MTK-nın mədaxil kassa orderi və ya bankdakı hesabına ödəniş tapşırığı təqdim olunmamışdır. Çünki iddiaçının atası mənzilin alınması üçün MTK-nın hesabına nə köçürmə yolu ilə, nə də ki kassasına nağd qaydada ödəniş etməmişdir. Bu mənada, məhkəmənin, “...Mənzilə görə 109.892,00 manat pul vəsaitinin ödənilməsi faktı işin mübahisəsiz halıdır.” kimi gəldiyi qənaət də, qəbul edilən deyildir. Hətta iddiaçının atasının "xxxx" MTK üzvlərinin ümumi yığıncağının Qərarı da mövcud deyildir. Odur ki, X5 əvvəlcədən məlum idi ki, təqdim olunmuş müqavilə və maliyyə arayışı görüntü üçün tərtib olunmuşdur. Həmin müqavilə, hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Məhz bu səbəbdən də, mənzillə bağlı iddiaçının atası tərəfindən ümumiyyətlə məhkəmədə və ya hüquq mühafizə orqanlarında hər hansı bir formada mübahisə açılmamışdır. Müqavilənin uydurma əqd olması danılmaz fakt olsa da, iddiaçı əhəmiyyətsiz əqd əsasında və hazırkı məhkəmənin qətnaməsilə, mənzil üçün ödənilməmiş 109.892,00 manat miras əmlak payına tam payla vərəsəlik hüququnu tanıtdırmış və açıq-aşkar əsassız və qanunsuz olaraq həmin mənzili sahibliyinə və istifadəsinə təhvil verilməsinə nail olmuşdur. Bundan başqa, qətnamənin “Tərəflərin iştirakı və izahatları:” hissəsində qeyd olunmuşdur ki, “Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək,.... Hal hazırda iddiaçı həmin mənzili təmir edərək yaşadığını bildirdi.” Halbuki, həmin dəlil məhkəmə tərəfindən araşdırılıb və obyektiv dəyərləndirmə aparılsaydı, iddia tələbinin “mənzilin sahiblik və istifadəsinə verilməsi” hissəsinin ümumiyyətlə məhkəmədə baxılmasının mümkünsüzlüyü üzə çıxmaqla, həmin hissədə icraata xitam verilməli idi. Belə ki, iddiaçı uydurma əqd əsasında hazırkı məhkəmə vasitəsilə mənzilə yiyələndiyi kimi, istifadə etdiyi mənzilin yenidən istifadəsinə verilməsi barədə tələbinin də qanunsuz və əsassız olaraq təmin olunmasına nail olmuşdur. Digər tərəfdən, iddiaçı mirası qəbul edən yeganə vərəsə hesab edilsə də, iş materiallarında olan sənədlərlə həmin hal öz təsdiqini tapmır. Belə ki, xx.xx.1980-ci il tarixdə verilmiş “doğum haqqında” şəhadətnamədən görünür ki, iddiaçının atası X6, anası X1r. Deməli, iddiaçının anası barədə məlumatlara aydınlıq gətirilmədən, iddiaçının yeganə vərəsə kimi tanınması barədə qəbul edilmiş qətnaməni qanuni və əsaslı hesab edilməsi qəbul edilən deyil. Başqa sözlə, iddiaçı, MTK ilə mərhum atası arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasını, mübahisəli mənzilin qanun üzrə vərəsəsi olduğu atası X4 mülkiyyət hüququ ilə məxsus olmasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5011/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M. Həsənov və S.R.Səlimova) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin - ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzil üçün ödənilmiş 109 892,00 manat miras əmlak payına tam payla vərəsəli k hüqunun tanınması, 120 manat dövlət rüsumu və vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş 321 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının yeganə vərəsə olması halını mübahisələndirsə də, iş materiallarında olan Bakı şəhəri 30 saylı Notariat Ofisinin 30 yanvar 2024-cü il tarixli, g-26 nömrəli məktubundan da göründüyü kimi mirasqoyanın mirası qəbul edən yeganə vərəsə oğlu İddiaçı hesab edilmişdir. Eyni zamanda iş materiallarında 01 aprel 2023-cü ildə vəfat etmiş X4 vərəsələri arasında hər hansı mübahisə olması müəyyən edilməmiş, eləcə də cavabdeh tərəfindən istinad edilən dəlillərə müna sibətdə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
18. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya şikayətinin X4 20 fevral 2008-ci il tarixli müqavilə imzaladıqdan 2 gün sonra, ona mənzilə görə 109.892,00 manat tam dəyərinin ödəməsi barədə 22 fevral 2008-ci il tarixli maliyyə arayışı verildiyi gündən vəfat etdiyi xx.xx.2023-cü ilədək, yəni 15 il ərzində mənzilin tələb etməməsi səbəblərinin aydınlaşdırılmaması, MTK ilə X4 bağladığı müqavilənin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanması, məhz bu səbəbdən də, mənzillə bağlı iddiaçının atası tərəfindən ümumiyyətlə məhkəmədə və ya hüquq mühafizə orqanlarında hər hansı bir formada mübahisə açılmaması, həmçinin iddiaçının uydurma əqd əsasında hazırkı məhkəmə vasitəsilə mənzilə yiyələndiyi kimi, istifadə et diyi mənzili, yenidən istifadəsinə verilməsi barədə tələbinin də qanunsuz və əsassız olaraq təmin olunmasına nail olmasına dair dəlillərini əsasız saymış və qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. 20 fevral 2008-ci il tarixli, 054 nömrəli müqavilə isə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu olmamış, müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onları bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Göründüyü kimi 20 fevral 2 008-ci il tarixli, 054 nömrəli müqavilənin uydurma əqd olması və ya görünüş üçün bağlanması iş materialları ilə müəyyən edilməmiş, eyni zamanda cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.
19. Məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən mübahisəli mənzilin dəyərinin MTK-ya ödənilməsini təsdiq edən ödəniş sənədləri və mərhum atasının kooperativə üzv qəbul edilməsinə dair MTK üzvlərinin yığıncağının qərarı təqdim edilməməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan 22 fevral 2008-ci il tarixli 017 nömrəli maliyyə arayışı ilə X6 Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi-1, ünvanda Cavabdeh MTK inşa etdiyi 1C nömrəli yüksək mərtəbəli yaşayış binasının 13 mərtəbəsində yerləşən, sahəsi 120,76 kv.m olan, 110 nömrəli mənzilin tam dəyərini, xx.xx.2008- ci il tarixli, 054 nömrəli müqaviləyə əsasən xx.xx.2008-ci il tarixdə tam ödədiyi müəyyən edilmişdir. Həmin arayışın əsassızlığına dair isə cavabdeh tərəf mötəbər sübutlar təqdim etməmişdir.
20. Digər tərəfdən müqavilənin bağlanmasından keçən müddət ərzində mənzillə bağlı müvafiq orqanlara müraciət edilməməsi iddia tələbinin əsassız olmasına dəlalət etmir, çünki müəyyən olunmuşdur ki, X6, 20 fevral fevral 2008-ci il tarixli müqavilə imzaladıqdan 2 gün sonra, ona mənzilə görə 109.892,00 manat tam dəyərinin ödəməsi barədə 22 fevral 2008-ci il tarixli maliyyə arayışı verildiyi gündən vəfat etdiyi xx.xx.2023-cü ilədək, yəni 15 il ərzində sözügedən mənzildə yaşamış, ölümündən sonra isə iddiaçı hazırkı vaxta kimi həmin mənzildə yaşamaqda davam edir. Beləliklə də, mənzilin dəyərinin tam olaraq öd ənilməsi iş materialları ilə müəyyən edilmiş, həmçinin buna dair tələb olmasa da, araşdırma zamanı mənzilə dair bağlanmış müqavilənini etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir.
21. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf müqavilənin və arayışın etibarlılığını iddiaya etiraz və apellyasiya şikayətində düzgün olmadığını qeyd etsə də, keçən müddət ərzində həmin müqavilə və arayışa münasibətdə hər hansı etirazları olmamış, bağlandığı vaxt və ondan sonrakı ağlabatan müddətdə ( həmin vaxt qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş müddətdə) MTK tərəfindən mübahisələndirməmişdir. Göstərilənlər həmçinin məhkəmə kollegiyasının iddiaçının cavabdehə qarşı hüquqdan sui-istifadə etməklə və bilə-bilə qanunsuz hərəkətlərə yol vermiş iddiaçı, sosial ədalətə və vicdanl ılığa sığmayan əməllərlə, MTK-ya məxsus mənzilin dəyərini ödəmədən hazırkı məhkəmə vasitəsilə ələ keçirməyə cəhd etməsi, kimi dəlilin də əsassız olması qənaətinə gəlməsinə əsas verir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1147.1, 1151.1, 1159.1, 1243.1, 1243.2, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edib, iddia tələbinin rədd edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apel lyasiya instansiyası məhkəməsinin qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi - ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13- cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Buradan görünür ki, apellyasiya şikayəti qismən təmin edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsinin ləğv olunmasına baxmayaraq (qərardada əsasən) birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunanlardan görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçının tələbi üzrə ümumiyyətlə mübahisə olmadığı müəyyən edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinə həmin hissədə xitam verilmişdir. Açıq-aşkardır ki, məhkəmə kollegiyası düzgün dəyərləndirmə aparmamış və subyektlərin hüquqi statusunu müəyyənləşdirərkən mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əməl etməmiş və hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur.
25. Bundan əlavə, apellyasiya icraatı ədalət mühakiməsinin bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən şəraitdə həyata keçirilməmiş və məhkəmənin qəbul etdiyi qətnamə qanunların tələblərinə dəqiq əməl edilməməklə, qanunilik və əsaslılıq meyarlarına cavab verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikay ətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
28. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
30. Maddə 1159.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar.
31. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə q əbul edir.
32. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
33. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
34. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütö vlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
45. Məhkəmə kollegiyası kassa siya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və M PM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2024-cü il tarixli 2(103)-5011/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.