Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2820/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, Qasımov Qasım Rafael oğluna (Maraqlı şəxs, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin və bağa girişin əvvəlki vəziyyətinə gətirilməsi, qanunsuz tikililərin sökülməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8128/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Qasımov Qasım Rafael oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı 02.12.2010-cu il tarixli çıxarışla müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi 2198 saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Şağan bələdiyyəsi tərəfindən verilmiş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 16.3-cü bəndinə uyğun olaraq torpaq sahəsinin satılması haqqında 15.01.2008-ci il tarixli 01 saylı qərarın surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu, Şağan qəsəbəsi yaşayış məntəqəsinin hüdudları daxilində alqı-satqı predmeti olan torpaq sahəsi Qasımov Qasım Rafael oğluna rəsmiləşdirilməmiş istifadə etdiyi ərazinin öz mülkiyyətinə qatmaq məqsədi ilə 600 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. Şağan bələdiyyəsi tərəfindən verilmiş "Torpaqların alqısatqısına dair" aktın surətindən aydın olur ki, Şağan bələdiyyəsinin 15.01.2008-ci il tarixli 01 saylı qərarına əsasən Qasımov Qasım Rafael oğluna Şağan bələdiyyəsi ərazisində 600 kv.m torpaq sahəsi 1632 manata satılmışdır. Xəzər rayon Şağan bələdiyyəsinin 47 saylı, 20.12.2019-cu il tarixli arayışından aydın olur ki, həqiqətən Qasımov Qasım Rafael oğlu ilə Xəzər rayonu Şağan qəsəbəsi Yeni sahə Massivində ona məxsus olan 600 kv.m torpaq sahəsinə dair 18.01.2008-ci il tarixində alqısatqı olmuş və 01 saylı qərara əsasən ona verilmişdir. Qeyd olunan torpaq sahəsində Qasımov Qasım Rafael oğlu tərəfindən 2010-cu il tarixdə qeyri yaşayış obyekti inşa olunmuşdur. Yerli müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh Qasımov Qasım Rafael oğlu tərəfindən tikinti aparılmış, həmin tikintinin bir hissəsində (tikintinin arxa tərəfindən girişdə) yarımçıq təmir-tikinti işləri aparılmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının 10 oktyabr 2019-cu il tarixli 17053 №-li məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdi r ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh Qasımov Qasım Rafael oğlu tərəfindən aparılmış tikinti nəticəsində, Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinin pozulduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh Qasımov Qasım Rafael oğlu tərəfindən aparılmış tikinti nəticəsində, İddiaçı bağ sahəsindən istifadə olunmasına müəyyən dərəcədə maneə yaranması müəyyən edilir. Rəyin tədqiqat prosesinin təsviri hissəindən görünür ki, Azərbaycan Respub likası Şəhərsalma və tikinti məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.1. bəndlərinin tələblərinə müvafiq olaraq, iddiaçının mübahisələndirdiyi mağaza binasının divarının müvafiq olaraq, eskiz layihəsinə əsasən xarici hündürlüyünün 4,10 metr təşkil etdiyini nəzərə alaraq, mağaza binası ilə qonşuluqda yerləşən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhəd hasarı arası məsafə 1,23 metr (4,10x0,3) müəyyən edilməlidir. X2 eksperti tərəfindən keçirilmiş tikinti-texniki ekspertizasının 10 avqust 2020-ci il tarixli 286 saylı ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsindən də görünür ki, tədqiq olunan qeyri-yaşayış sahəsi 2198 saylı bağ torpaq sahəsinin daş hasarına bitişik vəziyyətdə inşa olunduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, Qasımov Qasım Rafael oğluna (Maraqlı şəxs, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) qarşı “torpaq sahəsinin və bağa girişin əvvəlki vəziyyətinə gətirilməsi, qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısından tikilmiş tikililərin sökülərək ona məxsus bağa girişin bərpa olunmasına və bağ sahəsinin əvvəlki vəziyyətinə gətirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Ş ağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsi artıq 46 ildən çoxdur ki, onların isitfadəsində olmuş və hazırda həmin bağ sahəsinin mülkiyyətçisidir. İlkin olaraq bağ sahəsi bağlar idarəsinin verdiyi plan sxemə əsasən onun atasına verilmiş və darvaza da bağın əsas yol tərəfindən olmuşdur. Əvvəllər darvaza olan tərəfdən dəmir yolu da keçirdi. Sonradan dəmir yolu söküldü və hazırda magistral yol keçir. Onlar da bu darvazadan uzun illərdir ki, istifadə edib bağa girişi həyata keçirirdilər. Lakin onun Bakıda olmadığı müddətdə ona məxsus bağ sahəsinin darvaza olan hissəsində cavabdeh tərəfindən obyekt tikilmiş və sonradan da evin darvazası onun razılığı olmadan, özbaşına olaraq yerindən çıxarılaraq bağın digər hissəsinə keçirilmişdir. Onların bu qanunazidd hərəkətləri ilə bağlı müvafiq or qanlara ərizə ilə müraciət etmişlər. Bakı şəhər memarlıq və şəhərsalma baş idarəsindən 30 oktyabr 2012-ci il tarixdə cavab olaraq bildirmişdir ki, həmin tikilinin yerindən istifadə edən şəxs Cavabdeh3 istifadəsində olan mövcud tikilinin rekonstruksiya olunub iaşə obyekti kimi istifadə edilməsinə 07 avqust 2012-ci ildə 487 saylı sərəncam vermişlər. Lakin cavabdehin istifadəsində olan torpaq sahəsinin Cavabdeh3 istifadəsinə necə verilməsi barədə məlumat verməmişlər. Sonradan 26 noyabr 2012–ci il tarixli Şağan qəsəbə nümayəndəsi tərəfindən ünvanlanan məktubda bildirilir ki, onun bağında iki darvaza vardır, onun ərizəsi əsassızdır. Yenidən 13 iyun 2013–cü il tarixli Şağan qəsəbə nümayəndəsi tərəfindən ünvanlanan məktubda bidirilir ki, bu dəfə mağaza tikilmiş həmin sahə vaxtı ilə dəmiryolu idar əsinin balansında olmuşdur və orada tikinti aparılmasına nə Xəzər rayon bələdiyyəsi, nə də Şağan qəsəbə nümayəndəliyi tərəfındən icazə verilməmişdir. Mağazanın tikintisini də aparan şəxs Cavabdeh2 həmin torpaq sahəsinin mənsub oduğu şəxsdən etibarnamə əsasında istifadə edir. Sonuncu dəfə cavab olaraq AR Dövlət şəhərsalma və arxitektura komitəsinin 08 avqust 2014–cü il tarixli 05/083-05-995 saylı məktubu ilə bildirmişlər ki, AR şəhərsalma və tikinti məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə əsasən divarın həmin hissəsi ortaq sayılır və maddənin tələbinə uyğun olaraq inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfındən hər hansı tikili yalnız həmin qonşunun notariat qaydasında razılığı alındıqdan sonra inşa oluna bilər. Məhkəməyə təqdim etdiyi 02.12.2010–cu il tarxidə təsdiq olunmuş ona məxsus torpaq sahəsinin kadastr göstəricilərindən görünur ki, onun bağ sahəsinə yola baxan hissəsi dəmir yolunun balansında olmuş və orada hər hansı bir tikilinin olması görünmür. Həmin sahə mühafızə zolağı sayıldığı üçün həmin vaxt bu torpağa sərəncam verilə bilməzdi. Bundan əlavə məhkəməyə təqdim etdiyi həmin tarixdə DƏDRX–nin Bakı şəhər ərazi idarəsi tərəfindən təsdiq olunmuş torpaq sahəsinin planından görünür ki, onun həyətinə giriş əvvəlki dəmir yolu olan hissədən olmuşdur. Bütün bu ziddiyətlər bir daha sübut edir ki, onun bağ sahəsi qarşısında tikilmiş tikintilər qanunsuz tikili olmaqla, əllərində olan Əzizbəyov (indiki Xəzər) rayon İH Başçısının 12 iyun 1992–ci il tarixli 516/102 saylı sərəncamı əsas tutaraq rayon rəhbərliyini aldadaraq tikililər aparmış, icazəsiz qaldıqları üçün azğınlaşaraq onun bağ sahəsindən razılıq olmadan bağın darvazasını qanunla və sənədlərdə öz əksini tapmış yerindən çıxararaq ozlərinə lazım olan hissəyə yerləşdirmişlər. Məhkəmənin nəzərinə çatdırılır ki, «Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may 2186 nömrəli Sərəncamına dəyişiklik və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007 il tarixli Sərəncamın 3 bəndinə əsasən «mərkəzi icra hakimiyyəti orqanlarının, idarələrinin, təşkilat və müəssisələrin nəzdində yaradılmış kollektiv və kooperativ bağçılıq və ya bostançılıq təsərrüfatları (yoldaşlıqları) üçün ayrılmış, lakin müxtəlif səbəblərdən 2001–ci il 1 yanvar tarixinədək istifad ə edilməmiş torpaq sahələri (ərazilər) qanunvericilik ilə müəyyən edilmiş qaydada müvafiq bələdiyyə orqanlarının ehtiyat fonduna verilməsi» göstərilmişdir. Bu sərəncamda göstərilən torpaq sahəsi 2012-ci ilə kimi istifadə olunmadığı üçün bəlkə də bələdiyəlnin mülkiyyətinə verilmişdir. Bu hal da onun üçün qaranlıq qalır. Hazırda onların tikdikləri tikililər magistral yolun lap qırağında yerləşir. Cavab olaraq göndərilmiş 30 oktyabr 2012-ci il tarixli məktublarında göstərilmişdir ki, torpaq sahəsi istifadəsində olan Cavabdeh3 rekonstruksiya aparılması üçün icazə verilmişdir. Lakin onun istifadəsində olmasını təsdiq edən sənəd məktuba əlavə edilməmişdir. Bütün bunlar onu göstərir ki, cavabdehlər ətəfindən tikilən tikililərin hamısı özbaşına və lazımi razılıqsız tikilmiş tikililərdir. Daha sonr a iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək X4 mülki iş üzrə cavabdeh kimi cəlb olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 əsl cavabdeh Qasımov Qasım Rafael oğlu ilə əvəz olunmasını xahiş etmiş və məhkəmə tərəfindən cavabdehlər əsl cavabdeh Qasımov Qasım Rafael oğlu ilə əvəz edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş № 2(003)-58/2020) iddianın qismən təmin edilməsi, iddiaçı X6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh Qasımov Qasım Rafael oğlunun hesabına sökülərək iddiaçının bağa girişinin bərpa olunması və ba ğ sahəsinin əvvəlki vəziyyətə qaytarılması. qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100 manat məbləğində pulun cavadeh Qasımov Qasım Rafael oğlundan alınaraq X1 hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsi ilkin olaraq bağlar idarəsinin verdiyi plan sxemə əsasən iddiaçının atasına verilmiş və darvaza da bağın əsas yol tərəfindən olmuşdur. İddiaçının atasının ölümündən sonra mübahisəli bağ sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına rəsmiləşdirilmişdir. Əvvəllər bağın darvazası olan tərəfdən dəmir yolu keçmiş, sonradan dəmir yolu sökülmüş və hazırda həmin hissədən magistral yol keçir. İddiaçı h əmin darvazadan uzun illər istifadə edib bağa girişi həyata keçirmişlər. Lakin bağ sahəsinin darvaza olan hissəsində cavabdeh Qasımov Qasım Rafael oğlu tərəfindən obyekt tikilmiş və sonradan da evin darvazası iddiaçının razılığı olmadan, yerindən çıxarılaraq bağın digər hissəsinə keçirilmişdir. İddiaçının mərhum atası, mübahisəli bağ sahəsinin mülkiyyətçisi olmuş X3 aparılmış özbaşına tikiliyə etiraz edərək Bakı şəhəri Maraqlı şəxs Başçısına, Bakı şəhər memarlıq və şəhərsalma baş idarəsinə, Xəzər rayon Şağan bələdiyyəsinə, Xəzər rayon Şağan qəsəbə nümayəndəliyinə müxtəlif vaxtlarda dəfələrlə müraciətlər etmişdir. İddiaçı da bununla bağlı dəfələrlə müvafiq orqanlara ərizə ilə müraciət etsə də, müsbət cavab almamış və o, məhkəməyə müraciət etmişdir. Cavabdeh Qasımov Qasım Rafael oğlu iddia t ələbini qəbul etməyərək bildirmişdir ki, bağ sahəsinin darvazasının yerini o dəyişdirmişdir. Onun tərəfindən inşa edilmiş tikilidən mağaza kimi istifadə edir. Məhkəmə ekspertizasının rəyinə əsasən bağ sahəsinin qarşısında cavabdeh Qasımov Qasım Rafael oğlu tərəfindən aparılmış tikinti iddiaçının bağ sahəsindən istifadə olunmasına maneə yaradır. Rəy ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi mağaza binasının divarının müvafiq olaraq, eskiz layihəsinə əsasən xarici hündürlüyünün 4,10 metr təşkil etdiyini nəzərə alaraq, mağaza binası ilə qonşuluqda yerləşən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhəd hasarı arası məsafə 1,23 metr (4,10x0,3) müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza əsasında ekspert tərəfind ən verilmiş rəyə əsasən iddiaçının mübahisələndirdiyi mağazanın iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin sərhəd hasarına bitişik vəziyyətdə yerləşdiyindən və ara məsafəsi saxlanılmadığından, cavabdeh Qasımov Qasım Rafael oğlu tərəfindən aparılmış tikinti Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci maddəsinin tələbərini pozmuşdur. Cavabdeh Qasımov Qasım Rafael oğlu tərəfindən aparılmış tikinti iddiaçıya məxsus 2198 saylı bağ sahəsini əhatə edən daş hasar üzərində aparılmış, bağ sahəsinə texniki pasport üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu bağlanmış və hasara bitişik vəziyyətdə tikinti norma və qaydalarına ziddi olaraq tikinti aparılmışdır. Bunun nəticəsində iddiaçının bağ sahəsindən istifadəsinə maneələr yaranmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadqıov, iş № 2(103)-8128/2020) iddiaçı X9 və cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisəli obyektin 2010-cu ildə tikilməsinə dair hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmiş, sadəcə olaraq qeyd olunan halı şifahi olaraq məhkəmə iclasında bildirmişdir. X8 tərəfindən obyektin tikilməsi zamanı və sonralar iddiaçının mərhum atası tərəfindən 2012-ci ildən başlayaraq cavabdehin qanunazidd hərəkətləri ilə bağ lı Maraqlı şəxsnə, Xəzər rayon Şağan bələdiyyəsinə, AR Dövlət şəhərsalma və arxitektura komitəsinə, Bakı şəhər memarlıq və şəhərsalma baş idarəsinə müvafiq ərizə və şikayətlər ünvanlamışdır. Ona görə də, cavabdehin apellyasiya şikayətindəki mübahisəli obyektin 2010-cu ildə iddiaçının mərhum atasının razılığı ilə tikilməsi dəlili əsassızdır və birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarını hazırki mübahisəyə düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh Qasımov Qasım Rafael oğlu (vəkil X7) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozunt ularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8128/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh Qasımov Qasım Rafael oğlu kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhər salma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.3-ci maddəsinə əsasən mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlə rinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.4-ci maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1-ci maddəsinə əsasən divar hündürlüyünün 0,6 hissəsi; 69.7-ci maddəsinə əsasən tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1-ci maddəsinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2-ci maddəsinə əsasən torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3-ci maddəsinə əsasən layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4-ci maddəsinə əsasən yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. 69.8-c i maddəsinə əsasən Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxsləri n izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasland ırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası cavabdeh Qasımov Qasım Rafael oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “....cavabdehin apellyasiya şikayətindəki onun tikintisinin özünə məxsus torpaq sahəsində tikilməsi, tikintinin iddiaçıya hər hansı bir maneçilik yaratmaması, ekspertiza rəyinin qeyri-müəyyən olması barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 10 oktyabr 2019-cu il tarixl i 17053 №-li eksperti rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh Qasımov Qasım Rafael oğlu tərəfindən aparılmış tikinti nəticəsində, Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinin pozulduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh Qasımov Qasım Rafael oğlu tərəfindən aparılmış tikinti nəticəsində, İddiaçı bağ sahəsindən istifadə olunmasına müəyyən dərəcədə maneə yaranması müəyyən edilir. Rəyin tədqiqat prosesini n təsviri hissəindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.1. bəndlərinin tələblərinə müvafiq olaraq, iddiaçının mübahisələndirdiyi mağaza binasının divarının müvafiq olaraq, eskiz layihəsinə əsasən xarici hündürlüyünün 4,10 metr təşkil etdiyini nəzərə alaraq, mağaza binası ilə qonşuluqda yerləşən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhəd hasarı arası məsafə 1,23 metr (4,10x0,3) müəyyən edilməlidir. Həmçinin müəyyən edilir ki, rəyi vermiş ekspert məhkəmə iclasında dindirilmiş və ekspertiza rəyinə uyğun izahat vermişdir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hü quq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Qasımov Qasım Rafael oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8128/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2820/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2820/2021
15.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver