Məhkəmə qərarları › İş №2(102)-2820/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2820/2022

20.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2820/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Seymur” X3 Cavabdeh oğluna qarşı ilkin, Cavabdeh “Seymur” X2rşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri, preyudisiya, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı “Seymur” X3 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, qanu nsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, çıxarışın ləğv edilməsi” barədə ilkin və Cavabdeh “Seymur” X2rşı “texniki pasportda tikililərin 999 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 yanvar 2022-ci il tarixli, 2(105)-405/2022 nömrəli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 20 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1. “Seymur” X9 (bundan sonra – iddiaçı) məhkəməyə müraciət edərək, ona məxsus olan Xaçmaz rayonu, Xudat şəhəri, ”Nəsimi” adına sovxozun malikanəsində O.Mirzəyev küçəsində yerləşən 999 kv.m torpaq sahəsindən (bundan sonra – mübahisəli torpaq sahəsi) Cavabdeh (bundan sonra – cavabdeh) çıxarılması, həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşları ilə tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir

2. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, mübahisəli torpaq sahəsinin 387,3 kv.metrindən cavabdehin həmin torpaq sahəsində qanunsuz olaraq mişar daşları ilə tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, həmçinin cavabdehə verilmiş 12 dekabr 2015-ci il tarixli RX seriyalı ******* saylı “Hüqu qların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh qanunsuz və özbaşına olaraq iddiaçıya məxsus olan torpaq sahəsini zəbt edərək mişar daşları ilə hasarlayaraq orada əlavə tikinti işləri aparmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnu, həmçinin həmin torpaq sahəsi üzərindəki sahiblik və istifadə hüquqlarını tam həyata keçirə bilmir. İddiaçının torpaq sahəsi üzərindəki mülkiyyət hüququ kobud surətdə pozulmuşdur.

4. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixd ə iddiaçıya məxsus Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən tikililərə verilmiş Texniki pasportda tikililərin 999 kv.m torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən hər hansı bir şəxsə məxsus olan torpaq sahəsi zəbt edilməmişdir. 09 fevral 2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən “Seymur” İKB-nə torpaq sahəsi deyil, tikililər satılmışdır. Lakin müqavilədə tikintinin 999.0 kvadrat metr torpaq sahəsində yerləşdiyi göstərilmişdir. Torpaq sahəsi nəinki alıcı “Seymur” İKB-nin, heç satıcı Həmid Məmmədovun da mülkiyyəti və istifadəsində olmamışdır. Qeyd olunan tikiliyə 999.0 kv.metr torpaq sahəsinin ayrılmasına dair heç bir rəsmi sənəd mövcud deyi ldir. 999.0 kv.metr torpaq sahəsi qeyd olunan tikililərin mülkiyyətçisi olmuş Həmid Məmmədovun mülkiyyətində olmamışdır. Qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2005-ci il tarixli qətnaməsi ilə aşağıda qeyd olunan hallar müəyyən olunmuşdur: “Nizami adına sovxozun (Xaçmaz rayonunun) Aqrar İslahat Komissiyasının 10 yanvar 1998-ci il tarixli protokolun məzmunundan aydın olur ki, “Rəsul” X10 balansında olan Univermaq-anbar satılmışdır. Lakin protokolun “qərara alır” hissəsində univermaqanbar binasının həyətyanı ərazisi ilə birlikdə H.Məmmədova satılması göstərilmişdir. Göstərilən torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olduğu üçün yalnız onlar tərəfindən satıla və istifadəyə verilə bilər”. Azərbaycan Respublikasınd a torpaq islahatı keçirilərkən “Torpaq islalahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq buna hüququ olan subyektlərə, əvəzsiz olaraq torpaq sahələri (pay torpaqları) verilmişdir. Pay torpaqları rayon aqrar islahat komissiyalarının qərarlarına əsasən verilmişdir. Mübahisəli torpaq sahəsi H.Məmmədov tərəfindən iddiaçıya satılmış əmlakın mülkiyyətçisi olmuş “Rəsul” X12 məxsus olmamış, Xudat Bələdiyyəsinə məxsus olmuşdur. Buna görə də mübahisəli torpaq sahəsi xüsusi mülkiyyətə verilən (pay torpaqları qaydasında) torpaqlara aid olmamışdır. H.Məmmədovun mülkiyyətinə verilmiş tikililər “Rəsul” X12 məxsus olmuş olsa da, həmin tikililərin yerləşdiyi torpaq sahəsi Xudat Bələdiyyəsinə aiddir. Ona görə də Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət İnventarlaşdı rma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə cavabdeh «Seymur» X4 məxsus Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən tikililərə verilmiş Texniki pasportda tikililərin 999.0 kv.metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 sentyabr 2017-ci il tarixli, 2(067)-25/2017 nömrəli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi təmin edilmiş, Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə iddiaçıya məxsus Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən tikililərə verilmiş Texniki pasportda tikililərin 999 kvadratmetr torpaq sahəsində yerləşməsinə dair qeydin əsassız hesab edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən bildirmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. Bununla bərabər Torpağın mülkiyyətə verilməsi haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla ilkin iddia ərizəsi üzrə cavabdehin mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etməsi təsdiq edilmiş və mülkiyyət hüququ müvafiq qaydada qeydiyyata alınmışdır.

8. Birinci instansiya məhkəməsi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 178.1, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinad la əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddiasının təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

10. Sumqayıt Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-692/2018 nömrəli, 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi) A.Hüseynov və G.Tağızadə) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə cavabdeh “Seymur” X4 məxsus Xudat şəhəri, O.Mirzəyev küçəsində yerləşən tikililərə verilmiş T exniki pasportda tikililərin mübahisəli torpaq sahəsində yerləşməsinə dair qeyd əsassız hesab edilsin” hissəsində ləğv edilmiş, həmin hissədə eyni tarixli ayrıca qərardadla qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Xaçmaz rayonu Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci ildə iddiaçıya məxsus Xudat şəhəri, O.Mirzıyev küçəsində yerləşən tikililərə verilmiş Texniki Pasportda onların mübahisəli torpaq sahəsində yerləşməsinə dair qeyd texniki məlumatları əks etdirdiyindən və bu baxımdan texniki pasport özü-özlüyündə hüquqi nəticələr yaratmayan, hüquq verici və ya hüquq müəyyənedici sənəd olmadığından, eləcə də bunun məhkəmə qaydasında müəyyən edilməsi mümkün olmadığı üçün belə tələblərə məhkəmədə baxıla bilməz.

12. Apellyasiya instansiyası məhkəməsi qətnaməni əsaslandırarkən Mülki Məcəllənin 139.1, 152.1, 178.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Apelyasiya instansiyası məhkəməsinin 26 fevral 2018-ci il tarixli qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardadından şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır.

14. İddiaçı qətnamədən kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini, işə həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov, İ.Dəmirov) 2(102)-4775/2018 nömrəli, 29 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – ilk iddianın rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır.

16. Məhkəmə kollegiyası qərarını əsaslandırarkən bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının ilkin hüquqi vəziyyətini, statusunu aydınlaşdırmadan, eyni zamanda həmin qeyriyaşayış binasının əvvəllər “Nəsimi” adına Sovxozun mülkiyyətində olmasını, sonradan dövlət əmlakının özəlləşdirilməsi qaydasında Həmid Məmmədovun mülkiyyətinə verilməsini nəzərə almadan, sözügedən qeyri-yaşayış binasına mülkiyyət hüququ iddiaçı təşkilata keçərkən torpaq sahəsinə hüquqların da qeyri-yaşayış binasını əldə edən iddiaçı təşkilata keçməsini nəzərə almadan, həmçinin iddiaçının torpaq sahəsini cavabdehdən geri tələb etmək üçün subyektiv hüquqa malik olmasını nəzərdən keçirmədən səhv nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyası qərarını Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi ) 46, 48, 84, 88-ci, eləcə də “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-3310/2018 nömrəli, 12 noyabr 2 018-ci il tarixli qətnaməsi ilə (hakimlər: L.Məmmədova (sədrlik edən və məruzəçi) S.Qafari və F.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, ilk iddia təmin edilmiş, cavabdehin iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin 387 kvadratmetrindən çıxarılması, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş hasar və tikililərin cavabdehin hesabına sökülərək ərazinin boşaldılması, cavabdehə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir.

19. Məhkəmə kollegi yası ekspert rəylərinə də istinad edərək qeyd etmişdir ki, qeydiyyat orqanı tərəfindən iddiaçı təşkilatın adına verilmiş texniki pasportda qeyd edilmiş mübahisəli torpaq sahəsi ilə cavabdehin adına verilmiş çıxarışda qeyd olunan 0.02 ha torpaq sahəsinin üst-üstə düşdüyü və cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etdiyi müəyyən olunur. Belə olduğu halda cavabdehin iddiaçının istifadəsində olan və ona məxsus torpaq sahəsindən istifadə etməsi həmin sahənin 200 kv.m-nə onun adına reyestrdən çıxarışın verilməsi əsassızdır.

20. Məhkəmə öz qərarını Torpaq Məcəlləsinin 46, 48, 84, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

21. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(105)-3310/2018 nömrəli qətnaməsinin ləğv edilərək, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya instansiyası məhkəməsinin 2(102)2719/2019 saylı, 10 aprel 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, işin həmin hissədə yenidən apellyasiya baxışına qaytarılmışdır.

23. Məhkəmə kollegiyasını qərarını əsaslandırarkən bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun iddiaçıya keçərkən onun yerləşdiyi torpaq sahəsinə hüququn da ona keçməsi barədə gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin adına verilmiş çıxarışı ləğv edərkən gəldiyi nəticəni Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından əsaslandırmamış və çıxarışı ləğv edərkən konkret hüquq normasına istinad etməmişdir. f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

24. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi) Ş.Abbasov və T.Məmmədov) 2(105)-2603/2019 nömrəli, 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. g) Kassasiya instansiyası məhkəməsində üçüncü icraat

26. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin 2(105)-2603/2019 nömrəli, 07 avqust 2019-cu il tarixl i qətnaməsinin qismən - ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya instansiyası məhkəməsinin 2(102)8127/2019 saylı, 30 dekabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəmənin 9 sentyabr 2020-ci il tarixli qərardadı ilə “Seymur” İKB-nin əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində icraat 29. “Seymur” İKB Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, kassasiya instansiyası məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

30. Konstitusiya Məhkəməsi Plenumunun 05 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya instansiyası məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, MPM-in 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

31. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hazırkı işə apellyasiya və kassasiya instansiyası məhkəmələrində dəfələrlə baxılaraq müxtəlif qərarlar qəbul edilmişdir.

32. İşə məhkəmələr tərəfindən baxılarkən “Seymur” İKB-nin vəsatəti əsasında keçirilmiş çoxsaylı ekspertiza və mütəxəssis rəylərində “Seymur” İKB-yə məxsus 999 kv.m torpaq sahəsinin 387.3 kv.m torpaq sahəsindən Cavabdeh istifadə etdiyi, Cavabdeh istifadə etdiyi torpaq sahəsinin “Seymur” İKB-yə məxsus 999 kv.m torpaq sahəsinin cənub istiqamətinə düşdüyü və həmin hissənin geri qaytarılmasının mümkün olduğu, torpağın Cavabdeh mülkiyyətinə verilməsinə dair şəhadətnamənin elektron məlumat bazasında aşkar olunmadığı, həmçinin Xaçmaz rayonunun Xudat şəhərində yerləşən, Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Seymur” İKB-yə verilmiş 29 mart 2005-ci il tarixli Texniki Pasportda qeyd edilmiş 999 kv.m torpaq sahəsi ilə Cavabdeh verilmiş 12 dekabr 2015-ci il tarixli çıxarışda göstərilmiş 0,02 ha torpaq sahəsinin üst-üstə düş düyü qeyd edilmişdir.

33. Həmçinin işə əlavə edilmiş Xaçmaz rayon Xudat Bələdiyyəsinin müxtəlif tarixli məktublarında “Nəsimi” adına sovxozun Aqrar İslahat Komissiyasının 10 yanvar 1998-ci il tarixli 1 saylı qərarı ilə H.Məmmədova həmin sovxozun mərkəzi malikanəsində yerləşən univermaq-anbar binasının özəlləşdirilərək satıldığı, özəlləşdirilmiş tikintinin Xudat Bələdiyyəsində 2000-ci ildən şəxsi hesabla özəlləşdirilən tikili və altındakı torpaq sahəsi kimi qeydiyyata alındığı, ona torpaq və əmlak vergisi hesablandığı, eləcə də həmin torpaq sahəsinin Xudat Bələdiyyəsinin mülkiyyətində olmadığı vurğulanmışdır.

34. Kassasiya instansiyası məhkəməsi 29 iyun 2018-ci il tarixli qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan və işə əlavə edilmiş ekspert və mütəxəssis rəylərinin qanunun tələblərinə əsasən qiymətləndirilmədiyini, mübahisəli 387.3 kv.m torpaq sahəsinin hüquqi vəziyyətinin, statusunun dəqiqləşdirilmədiyini, zərurət olduğu halda müvafiq orqanların nümayəndələrinin məhkəmə iclasına çağırılıb rəyi alınmadan qərar qəbul edildiyini, cavabdehin qanuni mülkiyyətində 0,02 ha torpaq sahəsi olmasına baxmayaraq onun faktiki olaraq 387.3 kv.m torpaq sahəsindən istifadə etməsinə diqqət yetirməməklə, qalan torpaq sahəsinə qanunsuz yiyələnməsi üçün əsas yaradıldığını göstərərək işi yenidən baxılması üçün həmin məhkəməyə qaytarmışdır.

35. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyri-yaşayış binasının əvvəllər Xaçmaz rayonu “Nəsimi” adına sovxozun mülkiyyətində olmasını, sonradan dövlət əmlakının özəlləşdirilmə si qaydasında H.Məmmədovun mülkiyyətinə verilməsini, sözügedən qeyri-yaşayış binasına mülkiyyət hüququ iddiaçıya keçərkən torpaq sahəsinə hüquqların da ona keçdiyini nəzərə almadan tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmaması barədə səhv qənaətə gəldiyini, həmçinin Cavabdeh adına verilmiş şəhadətnamə elektron bazada olmadığı halda, həmin sənəd əsasında çıxarış verildiyini, Cavabdeh mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin mübahisəli ərazidə deyil, onun evinin pəncərəsinin qabağında yerləşdiyini əsas gətirərək həmin məhkəmənin qətnaməsini ləğv etmiş və ilk iddianı təmin etmişdir.

36. Daha sonra işə kassasiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən təkrar baxılmış, son nəticədə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə raz ılaşaraq qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsinin preyudisiallığına istinad edərək iddiaçının univermaq-anbar binasını alsa da, onun altındakı torpağı almadığını, həmin torpağın bələdiyyənin mülkiyyətində olduğunu, iddiaçı ilə bağlanmış alğı-satqı müqaviləsində və Texniki Pasportda qeyri-yaşayış binasının 999 kv.m torpaq sahəsində yerləşməsi barədə qeydin iddianın təmin edilməsi üçün əsas olmadığını göstərmişdir.

37. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyini müəyyən edən 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi ola n göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

38. Hazırkı iş üzrə isə kassasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan göstərişlər verilsə də, son nəticədə işə baxan məhkəmələr həmin göstərişləri icra etməmiş, mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək mübahisənin qanuni və ədalətli həlli üçün lazımi tədbirlər görməmişlər.

39. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin işə baxan məhkəmələr tərəfindən qərar qəbul edilərkən istinad olunan məhkəmə qərarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqedən çıxış edərək bir daha qeyd etmişdir ki, preyudisiallıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hiss əsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qan unla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

40. Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarı).

41. Həmçinin Mülki Prosessual Məcəllənin 15.4-cü maddəsinə uyğun olaraq, məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.

42. Nəzərə alınmalıdır ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndiri lmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı).

43. Lakin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı və əvvəlki iş üzrə tərəflərin eyni olmadığına, iddiaçının əvvəl baxılmış iş üzrə işdə iştirak edən şəxs qismində iştirak etmədiyinə diqqət yetirməyərək Mülki Prosessual Məcəllənin 15.4, 82.3 və 233.3-cü maddələrini düzgün təfsir etməmiş və məhkəmə qərarının preyudisiallığı ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeləri nəzərə almaya raq iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən, qanunla nəzərdə tutulmuş qaydada yoxlanılmamış və qiymətləndirilməmiş faktlara istinad etməklə müvafiq tələb irəl sürmək üçün subyektiv hüququnun olmadığını göstərməklə ərizəçinin mülkiyyət hüququnun pozulmasına səbəb olan qərar qəbul etmişdir.

44. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı işə məhkəmələrdə 4 il ərzində dəfələrlə baxılaraq müxtəlif məzmunlu qərarların qəbul edilməsi ilə bağlı bir daha diqqətə çatdırmağı vacib hesab etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasıdır. Məhkəmə icraatının işin mürəkkəbliyi nəzərə alınaraq ağlabatan müddətdə aparılması qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçıl arının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır. Lakin hazırkı işdə məhkəmə araşdırmasının müddəti həddən artıq olmaqla ağlabatan müddət tələbinə cavab verməmişdir.

45. Eyni işə dəfələrlə məhkəmələr tərəfindən baxılması üç pilləli məhkəmə sisteminin təyinatına, məhkəmə hüquq islahatlarının məqsədlərinə, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin qanunla nəzərdə tutulmuş vəzifələrinə uyğun gəlməyərək məhkəmənin nüfuzuna mənfi təsir göstərir (Konstitusiya Məhkəməsi Plenumunun N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə 2018-ci il 11 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 sentyabr 2021-ci il tarixli 13(102)-11(k)/2021 saylı qərarı ilə kassasiya instansi yası məhkəməsinin 30 dekabr 2019-cu il tarixli qərarı və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin 07 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində sonuncu icraat

47. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-405/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın rədd edilmiş hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının iddia tələbi təmin edilmişdir.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddia tələbinin təmin edilməməsi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki mübahisəli torpaq sahəsi Xaçmaz rayonu, Xudat şəhəri, “Nəsimi” adına sovxozun malikanəsi, O.Mirzəyev küçəsində yerləşən “univermaq anbar binası”nın ərazisi olmaqla əvvəl Həmid Məmmədovun, 09 fevral 2004-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən isə iddiaçı təşkilatın istifadəsində olmuşdur. İşin bu halı iddiaçının 2004-cü ildən bu günədək qeyd olunan torpaq sahəsinə görə torpaq vergisi ödəməsi ilə də təsdiq olunur.

49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının ilkin hüquqi vəziyyətini, statusunu aydınlaşdırmadan, eyni zamanda həmin qeyri-yaşayış binasının əvvəllər Xaçmaz rayonu, “Nəsimi” adına sovxozun mülkiyyətində olmasını, sonradan dövlət əmlakının özəlləşdirilməsi qaydasında Həmid Məmmədovun mülkiyyətinə verilməsini nəzərə almadan, özəlləşdir ilmiş qeyri-yaşayış binasının mülkiyyətçisi kimi əvvəl Həmid Məmmədovun, sonradan isə 09 fevral 2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı təşkilatın həmin qeyri-yaşayış binasının yerləşdiyi 999,0 kv.metr torpaq sahəsini ilk növbədə satın almaq hüquqlarının olmasını, sözügedən qeyri-yaşayış binasına mülkiyyət hüququ iddiaçıya keçərkən torpaq sahəsinə hüquqların da qeyri-yaşayış binasının alğısatqı müqaviləsinə əsasən əldə edən iddiaçıya keçməsini nəzərə almadan, sonuncunun mübahisəli torpaq sahəsini cavabdehdən geri tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olmaması barədə səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

50. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

51. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının texniki pasportunun həqiqi olmaması, orada 999 rəqəminə dair düzəlişlər olması, iddiaçının məhkəmədə başqa bir iddia qaldıraraq qeyd olunan 999 sahəyə mülkiyyət hüququnun tanınmasına dair tələb irəli sürmüş olması və həmin iş üzrə texniki pasportun həqiqi olub olmamasının və orada göstərilən 999 sahəsinin mövcud olub olmamasının ekspertiza yolu ilə müəyyən edilməsi məqsədilə işin dayandırılması üçün bizim məhkəməyə vermiş olduğumuz vəsatəti rədd edərək işin obyektiv araşdırılmasını təmin etməmişdir. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirməl idir.

52. Kassator bildirmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Anbarı alan H.Məmmədov isə heç anbarın altındakı torpaq sahəsini almaq barədə müraciət belə etməmişdir.

53. Bundan başqa, iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun 5 aprel 2021-ci il tarixli qərarı olmuşdur. Bu qərarla Ali Məhkəmənin 30 dekabr 2019-cu il tarixli qərarı ləğv olunmuşdur. Bu halda işə yenidən baxan apellyasiya instansiyası iş üzrə ilkin iddia ilə bərabər qarşılıqlı iddianı - Cavabdeh iddiaçıya verilmiş texniki pasportda olan 999 kv.m qeydin etibarsız hesab edilməsi haqqında iddiasını da müzakirə etməli idi. Məhkəmə isə işə Xaçmaz Rayon Məhkəm əsinin 19 sentyabr 2019-cu il tarixli qətnaməsini yalnız ilk iddianın təmin edilməyən hissəsində müzakirə etmişdir.

54. Bundan əlavə, qətnamədə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 4-cü və 6-cı maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının hüquqi qüvvəsini saxlaması və həmin vaxtadək icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktların, şəhadətnamə və qeydiyyat vəsiqələrinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olduğunu göstərən məhkəmə, məhz Cavabdeh həmin əsaslara malik olduğunu nəzərə almamışdır

55. Müqavilə və texniki pasporta qeyri-yaşayış binasının 999,0 kv.m ölçüdə torpaq sahəsində yerləşməsi barədə qe ydin əlavə edilməsi cavabdehin həmin sahədən çıxarılması üçün əsas deyildir. Belə ki həmin hissənin 200 kv.m hissəsi qanuni əsaslarla onun mülkiyyətindədir və həmin hissəyə dair o iddiaçıdan əvvəl hüquq əldə etmişdir. İddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etməsi sahənin yerləşdiyi torpaq sahəsinə dair hüququn ona keçməsi demək deyildir

56. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 16 fevral 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallardan da görünür ki Xaçmaz rayon Aqrar İslahat komissiyası tərəfindən X11 yalnız univermaq-anbar satılmışdır. Tikilinin yerləşdiyi həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və yalnız bələdiyyə tərəfindən özgəninkiləşdirilə bilər. Bu hallar isə onu göstərir ki həmin sahə zəbt olunmayıb və iddiaç ının şikayətdə göstərdiyi bu xüsusatlar əsassızdır.

57. Cavabdeh kassasiya şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 238-ci, Torpaq Məcəlləsinin 4-cü, eləcə də Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1197-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə istinad etmişdir.

58. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin “Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

59. Üçüncü şəxs şikayətini əsaslandırarkən qeyd etmişdir ki, 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyət hüququna Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən artıq xitam verilmişdir. Belə ki, Xaçmaz rayonu, Xudat şəhərində 0.02 ha torpaq sahəsi Cavabdeh tərəfindən Xaçmaz rayonu 1 saylı notariat ofisin in xüsusi notariusu X6 tərəfində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1647 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1, həmin müqavilə əsasında Xaçmaz rayonu, Xudat şəhərində 0.02 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ əsasında X7 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Deməli, məhkəmə qətnaməsi ilə ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququna Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən artıq xitam verildiyinə görə çıxarışın ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. Tətbiq edilən hüquq

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. İddiaçının kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə bu iş üzrə Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun qərar larında qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən sonuncu dəfə işə baxılarkən həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmışdır. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

70. İddiaçının kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

71. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, həmin şikayət mülkiyyətçinin dəyişməsi nəticəsində qəbul edilmiş qətnamənin icrasının mümkün olmayacağı ilə əsaslandırılmışdır. Qeyd olunan hal maddi və prosessual hüquq normalarının tələb lərinə uyğun qəbul edilmiş məhkəmə aktının ləğv olunması üçün əsas ola bilməz və icra qanunvericiliyinin tələblərinə müvafiq olaraq icra icraatı mərhələsində həll edilməli olan məsələdir.

72. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-405/2022 n ömrəli mülki iş üzrə 07 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar