Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2821/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh3 və cavabdehlərin vəkili X17 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar X14, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov, iş № 2(009)-xx/18) iddiaçı «X22 Kompleksi» MMC-nin cavabdehlər X8, Cavabdeh2 Baldadaş qızına, Cavabdeh3, 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “qanunsuz tikilinin sökülməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilərək Bakı şəhəri, ev1 bitişik qanunsuz tikilinin sökülməsi qət edilmiş, X6, Cavabdeh2 və Cavabdeh3 «X22 Kompleksi» MMC-yə qarşı ”mənzillə təmin olunma, kompensasiya ödənilməsi və vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı idddiaları isə rədd edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh «X22 Kompleksi» MMC, həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar X1 4, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)xx/18) apellyasiya şikayətləri təmin edilməyərək iş üzrə Səbail Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər X14, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. İşin halları: İddiaçı «X22 Kompleksi» MMC cavabdehlər X8, Cavabdeh2 Baldadaş qızına, Cavabdeh3, 3-cü şəxslər Bakı şəh ər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz tikilinin sökülməsi və vurulmuş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçılar X14, X1 və Cavabdeh3 cavabdeh «X22 Kompleksi» MMCyə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mənzillə təmin olunma, kompensasiya ödənilməsi və vurulmuş ziyanın əvəzinin tutulması” barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə əsaslandırılmışdır. Cavabdeh3 və cavabdehl ərin vəkili F.Ağayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İddiaçının vəkili Vəkil kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisələndirmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onların kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, iddiaçının vəkili Vəkil, Cavabdeh3 və cavabdehlərin vəkili F.Ağayevin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti Bakı şəhəri, ev1 bitişik yerləşən 52 kvm ümumi sahəsi olan bir otaqlı özbaşına tikilidir. İddiaçı «X22 Kompleksi» MMC-nin hazırkı iş üzrə tələbi 2 hissədən ibarətdir: - qanunsuz tikilinin sökülməsi; - cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3 vurulmuş ziyanın əvəzi olaraq müştərək qaydada 6183 manatın tutulması. Cavabdehlərin qarşılıqlı iddia tələbi də 2 hissədən ibarətdir: - ümumi sahəsi 52 kv.m olan bir otaqlı özbaşına tikilinin sökülməsi ilə əlaqədar olaraq yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında eyni ölçüdə mənzil sahəsi ilə təmin olunma; - yaxud mənzil sahəsinin bazar qiyməti ilə ifadə olunan dəyərinin «X22 Kompleksi» MMC-dən onların xeyrinə tutulması. «X22 Kompl eksi» MMC iddiasını Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15.04.2014-cü il tarixli 173 №-li sərəncamına əsasən mübahisəli özbaşına tikilini sökmək hüququna malik olması, bununla bağlı cavabdehlərə kompensasiya ödənilməsi, cavabdehlərin günahı üzündən tikinti işlərinin gecikməsi və bu baxımdan şirkətə ziyan dəyməsi ilə əsaslandırmışdır. Cavabdehlər isə qarşılıqlı iddia tələbini özbaşına tikilinin kompensasiya verilən mənzilə aidiyyəti olmaması, bu tikiliyə görə onlara kompensasiya ödənilməməsi ilə əsaslandırmışlar. Birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin edərək qanunsuz tikilinin sökülməsini qət etmiş, ilkin iddianı qalan hissədə, eləcə də qarşılıqlı iddianı bütünlüklə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən sa xlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, məhkəmənin həmin hissələrdə gəldiyi nəticə işin hallarına uyğun olmuş və mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsəl ələrinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuş və MMC tərəfindən müvafiq kompensasiyalar ödənilmişdir. Mübahisəli mənzilin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, göstərilən ərazidə yerləşən və qəzalı vəziyyətdə olan yaşayış binalarından sakinlərin kompensasiya ödənilməklə köçürülməsi işlərinə başlanıldıqdan sonra Bakı şəhəri, ev1 (ümumi sahəsi 98,0 kv.m) mülkiyyətçiləri ilə «X22 Kompleksi» MMC arasında 2015-ci il tarixdə alqı-satqı mü qavilələri bağlanılmış və həmin mənzil mülkiyyətçilərinə 423.000 manat kompensasiya ödənilmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən mənzil üzərində «X22 Kompleksi» MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlərdən X14 və X12 rayonu, ev2 olmuş və «X22 Kompleksi» MMC alqı-satqı müqaviləsinə əsasən həmin hissənin mülkiyyətçisi X4 225.000 manat ödəmişdir. Onlar notariat qaydasında təsdiq olunmuş ərizə verməklə mənzilin satışına razılıq vermişlər. Digər Cavabdeh3 isə Səbail rayonu, ev3 və həmin mənzilin mülkiyyətçisi olan X15 mənzilin satışına görə «X22 Kompleksi» MMC-dən 250 000 manat pul almışdır. Cavabdeh3 notariat qaydada təsdiq edilmiş ərizə verərək göstərmişdir ki, onun Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində 4 saylı bi nanın həyətində yerləşən, çıxarışda və texniki pasportda göstərilməyən və müvəqqəti istifadə etdiyi tikililərə heç bir iddia və tələbi yoxdur. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq, məhkəməyə müraciət etməyəcəkdir. Səbail rayon MKTB-nin 48 saylı MKİS tərəfindən verilmiş 26.01.2018-ci il tarixli 141 saylı arayışdan görünür ki, Q.Abbasov küçəsi, ev2 olan şəxslər məhkəmə qərarına əsasən qeydiyyatdan çıxarılmışlar. Həmin mənzilə bitişik olan özbaşına tikilinin 46 saylı MKİS-də heç bir hüquqi sənədi yoxdur, MKİS-də olan məlumata görə həmin özbaşına tikilidə daimi qeydiyyatda heç kim yoxdur. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi tərəfindən verilmiş 03.11.2015-ci il tarixli xx/13-15/A-09-V saylı rəyə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçi Q.Abbasov 33 küçəsindəki bin ada yerləşən mənzillərin 1 kv.m-nin real bazar qiyməti 03.11.2015-ci il tarixə 1550-1650 manat təşkil etmişdir. Bakı şəhəri, ev41 kv.m-nin minimal və maksimal qiymətlərinin bazar dəyəri 03.11.2015-ci il tarixinə 1300 manat –maksimal 2500 manat təşkil etmişdir. İş materiallarında olan qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 2(009)xx/2015 saylı 04.08.2015-ci il tarixli qətnaməsi ilə X2, X6, X7, X10, X3 və X11 Bakı şəhəri, Səbail rayonu, ev2 istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları qət edilmiş, həmçinin iddiaçı X6 cavabdeh «X22 Kompleksi» MMC-yə qarşı “yaşayış və bağ sahəsinin sökülməsi müqabilində pul kompensasiyasının və dəymiş maddi ziyanın əvəzinin tutulması” barədə qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minmişd ir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilən həqiqi hallarına əsaslanaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.3-cü, Torpaq Məcəlləsinin 67-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, ilkin iddia üzrə cavabdehlərin mübahisəli tikili üzərində hər hansı hüquqlarının olmadığı müəyyən edildiyindən və buna baxmayaraq onlara həmin sahəyə görə də iddiaçı tərəfindən kompensasiyanın ödənilməsi işin faktiki halları ilə təsdiq olunduğundan birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia tələbini təmin etməmişdir. Ona görə də apellyasiya şikayətində irəli sürülən dəlillər mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxu nulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqlarının və X13 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayə t, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyya tı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Apellyasiya instansiyası məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, cavabdehlərdən Baldadaş Babayev tərəfindən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə (bağ sahəsi) görə kompensasiyanın ödənilməsi ilə bağlı iddiaçıya qarşı 2015-ci ildə məhkəmədə iddia (qarşılıqlı iddia ərizəsi) qaldırılsa da, həmin iddia tələbi əsassız hesab edilərək təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, cavabdeh Baldadaş Babayev mübahisəli tikilinin yerləşdiyi bağ sahəsinə görə kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etsə də, onun həmin tələbi əsassız hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlarla yanaşı ilkin iddia üzrə iddiaçı «X22 Kompleksi» MMC-nin apellyasiya şikayətində irəli sürülən cavabdehlərin bu günə kimi cəmiyyətə vurduğu ziyanın 6183 manat təşkil etməsi ilə bağlı dəlilini, bu dəlil ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyini nəzərə almaqla əsassız hesab etmişdir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etməmiş və qətnаmənin dəyişdirilmədən sаxlаnılması qənаətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Kassasiya şikayətinin əsas dəlilləri cavabdehlərin mülkiyyətlərindən və yaşayış yerlərindən qanunsuz məhrum edilmələri, 2 saylı mənzilin 1/3 hissəsinin mülkiyyətçisi Larisa Babayevaya verilən 225 000 manat məbləğində kompensasiyanın sökülməsi tələb olunan 52 kvm ümumi sahəyə malik bir otaqlı özbaşına tikiliyə aidiyyəti olmaması, kompensasiyanın yalnız çıxarışda və texniki pasportda göstərilən tikililərə görə ödənildiyi, mübahisəli özbaşına tikiliyə görə hər hansı kompensasiya ödənilmədiyi, Cavabdeh3 söküntü ilə bağlı verdiyi razılıq ərizəsinin özbaşına tikiliyə heç bir aidiyyəti olmadığı, həmin ərizənin Cavabdeh3 qeydiyyatda olduğu, anasına məxsus mənzilin həyətində olan tikililərlə bağlı verildiyi, işə baxan məhkəmə tərəfindən bununla bağlı sübutların düzgün qiymətləndirilməməsi və s. barədədir. Məhkəmə kollegiyası aşağıdakılara görə bu dəlillərlə razılaşmır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsindəki 4 saylı evin 2 saylı ev3 (ümumi sahəsi 98,0 kv.m) mülkiyyətçiləri ilə «X22 Kompleksi» MMC arasında 2015-ci il tarixdə alqı-satqı müqavilələri bağlanılmış və həmin mənzil mülkiyyətçilərinə 423.000 manat kompensasiya ödənilmişdir. Cavabdehlərdən Baldadaş Babayev və Cavabdeh2 4 saylı evin 2 saylı mənzilinin 1/3 hissəsində qeydiyyatda olmuş və «X22 Kompleksi» MMC alqı-satqı müqaviləsinə əsasən həmin hissənin mülkiyyətçisi X4 225.000 manat ödəmişdir. Baldadaş Babayev və Cavabdeh2 notariat qaydasında təsdiq olunmuş ərizə verməklə mənzilin satışına, sökülməsinə, istifadə hüq uqlarına xitam verilməsinə razılıq vermiş və gələcəkdə həmin mənzilə dair hər hansı tələbləri və şikayətləri olmayacağını bildirmişlər. Kassasiya şikayətində bu razılığın və ödənilən 225 000 manat kompensasiya məbləğinin yalnız 2 saylı mənzilə və texpasportda göstərilən digər sahələrə aid olması, mübahisəli özbaşına tikiliyə aidiyyəti olmaması göstərilsə də, məhkəmə kollegiyası iş materiallarında bunu təsdiq edən hər hansı sübuta, mənzilin sahəsinin çıxarışda göstəriləndən artıq olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədə, o cümlədən 2 saylı mənzilin texniki pasportuna rast gəlmədi. Belə ki, iş materiallarına 2 saylı mənzilə dair hüquqmüəyyənedici sənəd kimi yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əlavə olunmuş və həmin çıxarışda 2 saylı mənzilin 2 otaqlı olmaqla üm umi sahəsinin 98,0 kv.m olduğu, eləcə də mənzilin yalnız 1/3 hissəsinin mərhum Larisa Babayevanın mülkiyyətində olduğu qeyd edilmişdir. 98,0 kv.m sahənin 1/3 hissəsi isə yuvarlaq götürülərsə, təxminən 33 kvm təşkil edir ki, buna görə də Larisa Babayevaya 225 000 mamat kompensasiya ödənilmişdir. İddiaçı bu məbləğin təkcə 1/3 hissəyə görə deyil, həm də mənzilə bitişik mübahisəli özbaşına tikiliyə görə də verildiyini göstərmişdir. Cavabdehlər kassasiya şikayətində mübahisəli tikilinin yerləşdiyi ərazidə yaşayış sahəsinin bir kvadrat metrinin orta bazar qiymətinin 2610 manat olduğunu qeyd etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, L.Babayevanın mülkiyyətində olan 1/3 hissəyə uyğun 33 kvm və mübahisəli tikilinin sahəsini təşkil edən 52 kvm əsas götürülərsə, bu zaman cavabdehlərə bir kvadrat metr sahəyə görə 2647 manat, yəni cavabdehlərin göstərdiyi orta bazar qiymətindən də artıq ödənildiyi müəyyən edilmiş olar. Digər Cavabdeh3 isə işdən göründüyü kimi, həmin evin 3 saylı mənzilində (54 kvm, bir otaq) qeydiyyatda olmuş və mülkiyyətçi olan anası X15 mənzilin satışına görə «X22 Kompleksi» MMC-dən 250 000 manat pul almışdır. Cavabdeh3 notariat qaydada təsdiq edilmiş ərizə verərək göstərmişdir ki, onun Bakı şəhəri, ev2 çıxarışda və texniki pasportda göstərilməyən və müvəqqəti istifadə etdiyi tikililərə heç bir iddia və tələbi yoxdur. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq, məhkəməyə müraciət etməyəcəkdir. Cavabdeh3 ərizəsinin məzmunundan göründüyü kimi, o, həmin ərizə ilə yalnız 3 saylı mənzilin deyil, bütövlükdə 4 saylı binanın həyətində olan bütün tikililərə dair heç bir tələbi olmadığını bildirmişdir. 2 və 3 saylı mənzillər isə işdən göründüyü kimi məhz 4 saylı evin tərkib hissələridir. Digər tərəfdən, Cavabdeh3 anasının mülkiyyətində olan 3 saylı mənzildə qeydiyyatda olmuş və kassasiya baxışı zamanı qeyd etdiyi kimi anası ona 3 saylı mənzilə görə aldığı kompensasiyadan 70 000 manat ödəmişdir və hazırda o, mübahisəli özbaşına tikilidə də yaşadığını bildirərək həmin sahəyə görə kompensasiya ödənilməsini tələb edir. Göründüyü kimi, Cavabdeh3 verdiyi razılıq ərizəsinin mübahisəli tikiliyə aid olmaması barədə dəlil iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdehlər həmin iddiaya qarşı etirazlarını əsaslandırdıqları faktları göstərilən hissədə, eləcə də öz qarşılıqlı iddialarının əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutlar məhkəmə tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər X14, Cavabdeh2 Baldadaş qızı və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018- ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2821/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2821/2019
30.04.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver