Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2821/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa və əmək haqqı tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8082/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh ASC-nin Xətai Sukanal İdarəsi üzrə fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləmiş və ASC-nin X1 İdarəsi rəisinin 27 fevral 2020-ci il tarixli əmri ilə tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin aprel ayında İddiaçı Cavabdeh ASC-nin X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad olunmasının səbəbinin N küçəsində yerləşən qeyri-qanuni inşa edilmiş obyektin içməli su borusuna sayğacın quraşdırılmamaması ilə bağlı olmasını, halbuki həmin obyekdə sayğacın quraşdırılması barədə onun tərəfindən dəfələrlə rəhbərliyə təklif verilməsini, göst ərilən səbəbdən işdən azad edilməsi barədə əmrin qanunsuz olmasını və s. əsas göstərməklə cavabdehin 27 fevral 2020-ci il tarixli əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2639/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: F.İ.Əyyubov) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin işin həqiqi hallarına uyğun olmamaqla və sübutların düzgün qiymətləndirilməməklə çıxarılmasını əsas göstərərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8082/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətna məsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehtiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(004)-2639/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 noyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək işdən azad olunması barədə əmrdə onun hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin göstərilməməsini, onun tərəfindən əmək funksiyasının yerinə yetirilməməsi halına yol verilməməsin i, onun tərəfindən icra intizamının pozulmasına yol verilməsi şərti qəbul edilmiş olsa belə, həmin hərəkət nəticəsində işəgötürənə ziyan dəyməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsi pozula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlil ləri qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən 26 fevral 2020-ci il tarixli xidməti yazı və Həmkarlar İttifaqının 27 fevral 2020-ci il tarixli məktubuna əsaslanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC X1 İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 27 fevral 2020-ci il tarixdə keçirilən iclas protokolundan görünür ki, ünvan 1 ünvanında yerləşən “Yaşıl ada” kafesi, seyf qapıla rının satışı və ərzaq mağazalarında sudan qanunsuz istifadə hallarının olmasına baxmayaraq nəzarətçi İddiaçı tərəfindən həmin obyektlər su sayğacı ilə təmin olunmamış və onlarla “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanmamışdır. Halbuki həmin obyektlərə sudan qanunsuz istifadəyə görə müxtəlif vaxtlarda cəmi 10.404 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsi pozula bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən olunmuş hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, iddiaçı öz əmək funksiyasını lazımınca yerinə yetirməmiş, işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmiş, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Kollegiya apellyasi ya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, müəyyən olunmuş pozuntular iddiaçının işdən azad edilməsi üçün əsas verdiyindən iddianın rədd edilməsi qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8082/2020 nömrəli iş üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2821/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2821/2021
14.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver