Məhkəmə qərarları › İş №2(102)-2821/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2821/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2821/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, BOKT "xxxx" MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər “Külək” MMC, BOKT "xxxx" MMC, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövl ət Reyestr Xidmətinin 1 Saylı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2756/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – “apellyasiya instansiyası məhkəməsi”) 2(103)-2338/2019 nömrəli, 20 fevral 2019-cu il tarixli icra vərəqəsinə, əsasən, X4, X5 və İddiaçı (bundan sonra – “iddiaçı”) birgə qaydada 57719,17 ABŞ dolları əsas, 10466.41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, əldən çıxmış faydaya görə 841,21 ABŞ dolları, cəmi 692226,79 ABŞ dolla rı məbləğində borc ödəniş günü Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 30 manat və ekspertiza tədqiqatının dəyəri olaraq isə 50 manat pul vəsaiti "xxxx" BOKT MMC-nin (bundan sonra – “ikinci cavabdeh”) xeyrinə tutulmalı, tutmanın X3 məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, "Sədərək” Ticarət Mərkəzi, Şirniyyat sıra 5, korpus 1, yer 55 ünvanda olan və dəyəri 172 590 manat müəyyən edilmiş, tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 250.000 manat müəyyən edilməklə Daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində iddiaçının adına qeydiyyata alınan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sa həsinə və onun üzərində tikilmiş 1 mərtəbəli ümumi sahəsi 178.4 kv.m, yaşayış sahəsi 94.5 kv.m və yardımçı sahəsi 83.9 kv.m olan 6 otaqlı "A” literi və 2 mərtəbəli ümumi sahəsi 131.9 kv.m, yaşayış sahəsi 83.5 kv.m və yardımçı sahəsi 48.4 kv.m oian 4 otaqlı "B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə (bundan sonra – “ipoteka predmeti olan əmlak“) yönəldilərək açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borc ödənilməlidir.

2. Qeyd olunan icra vərəqəsi əsasında Cavabdeh1 (bundan sonra – İcra şöbəsi) tərəfindən icraata başlanılmış və ipoteka predmeti olan əmlakın hərracdan satılması "xxxx" MMC-yə (bundan sonra – “birinci cavabdeh”) sifariş olunmuşdur.

3. Birinci cavabdeh tərəfindən 2020-ci ildə keçirilmiş ilk və təkrar hərrac baş tutmamış, bundan sonra ipoteka predmeti xx.xx.2020-ci il tarixli məktubla ikinci cavabdehə təklif olunmuşdur və ikinci cavabdeh bu təklifi xx.xx.2020-ci il tarixli məktubla qəbul etdiyini birinci cavabdehə bildirmişdir(hərracın keçirilməsi ilə bağlı məlumatlar kütləvi informasiya vasitələrində dərc edilmişdir). 4. xx.xx.2020-ci il tarixində birinci və ikinci cavabdeh arasında “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə“ müqavilə bağlanmış, ikinci cavabdeh ipoteka predmeti olan əmlakı 187500 manata əldə etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun (bundan sonra – “protokol”) və alğı-satqı müqavilələrinin ikinci cavabdehdən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilməd ən bağlanması vəzifəsinin birinci cavabdehin üzərinə qoyulması qət olunmuşdur.

6. Birinci cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından sonra xx.xx.2020-ci il tarixində tərtib edilmiş protokol xx.xx.2021-ci il tarixində tələbkara təqdim edilmişdir.

7. İkinci cavabdeh tərəfindən X1 hesabına "ipoteka predmetinin balansa götürülməsi ilə bağlı yaranan fərq məbləği” ödəniş təyinatı ilə 65.884,46 manat pul köçürülmüş, həmin məbləğ iddiaçıya verilmişdir.

8. İpoteka predmeti olan əmlak xüsusi mülkiyyət hüququ kimi ikinci cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.

9. İddiaçının birinci cavabdehə qarşı “hərracın nəticələrinin eti barsız sayılması” tələbi birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və iddiaçının birinci və ikinci cavabdehə qarşı “protokolun etibarsız sayılması və çıxarışın ləğv olunması” tələbi birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 10.İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci cavabdehlə arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, mülkiyyətində olan ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 11.İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, təkzibedilməz sübutlar onu deməyə əsas verir ki, protokolun tarixi hərrac tərəfindən məqsədli şəkildə təhrif edilmiş, bağlandığı tarix deyil, 2020-ci il tarixi göstərilmişdir. Hərrac təşkilatçısının geri tarixlə protokol bağlamaqda məqsədi ipotekaya xitam verilməsinin qarşısının alınması olmuşdur. Lakin Hərrac təşkilatçısı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin mövcud olmasını və protokolu ən yaxşı halda qətnamənin tarixindən sonrakı tarixə tərtib etməli olduğunu unutmuşdur. Dövlət reyestri xidmətindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarış onu sübut edir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra xx.xx.2020-ci il tari xindən başlayaraq 30 təqvim günü ərzində, yəni xx.xx.2020-ci il tarixinədək ipoteka predmetini əldə etməmişdir. 12.İkinci cavabdehin nümayəndəsi iddia tələbinə qarşı məhkəməyə işin yuxarıda göstərilən faktiki hallarına və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi təcrübəsinə dair xx.xx.2022-ci il tarixli Qərardadının (bundan sonra – “Ali Məhkəmənin uyğun qərardadı”) 50 və 57-ci bəndlərinə istinadla etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. 13.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramil Quliyev) e-2(005)301/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. 14.Məhkəmə gəldiyi nəticəni işin yu xarıda göstərilən faktiki hallarına istinadla belə əsaslandırmışdır ki, əmlakın açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır və hərracın keçirilməsi ilə əlaqədar xərclərin ödənişinə dair tələbkar ilə hərrac mərkəzi arasında mübahisə yarandığından hərrac mərkəzi protokolu və alğı-satqı müqaviləsini verməkdən imtina etmiş və ipoteka saxlayana təqdim etməmişdir. Həmin mübahisə məhkəmə qaydasında həll edildiyindən protokol və alğı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixində ipoteka saxlayana verilmişdir. Göründüyü kimi protokol qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətində bağlanılmış, lakin həmin tarixdə ipoteka saxlayana təqdim edilməmişdir. 15.Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 415.2, 416-cı və “İpoteka haqqında” Qanununun 41.2, 41.3, 41.5, 42.1, 43.5, 43.7, 43.8-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 16.İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 17.Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, ipoteka predmeti olan əmlakın iddiaçının mülkiyyətində olmasına baxmayaraq mübahisəli hərrac protokolunda əmlakın X3 məxsus olması qeyd olunması, yəni hərracın təşkilatçısının X2 mülkiyyətində olmayan (mövcud olmayan) əmlakını ikinci cavabdehə satması protokolun etibarsız olduğunu göstərən başqa bir faktdır. O hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq norma larının tələblərini pozmaqla, sübutlara düzgün qiymət verməməklə və Ali Məhkəmənin uyğun qərardadında əks olunan hüquqi mövqeləri nəzərə almamaqla çıxarıldığı üçün ləğv edilməlidir. 18.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2756/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdənova və M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 19.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri görmüş və protokolu qanunla müəyyən edi lmiş şərtlərlə imzalamağa razılığını ifadə etmiş, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmaması təsbit olunduğuna görə protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsini qəbul etmək olar. Bu səbəblərə görə məhkəmə kollegiyası hesab etmişdir ki, əmlakın üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 20.İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. 21.Şikayət iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq Ali Məhkə mənin uyğun qərardadına istinad edilməklə qeyd edilmişdir ki, əmlakın əldə edilməsi üçün müvafiq müddətin axımı hərracın baş tutmaması barədə elanın dərc edilməsindən başlayır və ipoteka saxlayan 30 təqvim günü ərzində bütün zəruri texniki və s. məsələləri həll edərək ipoteka predmetinin əldə edilməsinə dair yekun protokolu imzalamalı, hərrac təşkilatı protokolu imzalamaqdan imtina etdikdə bu zaman vicdanlılığın tələb etdiyi tərzdə yəni şərtləşdirilmiş vaxtda (ikinci cavabdeh kimi aylar sonra yox) məhz “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldırmalı olmasına baxmayaraq ikinci cavabdeh hərrac protokolunun müvafiq maliyyə öhdəlikləri olmadan bağlanması vəzifəsinin hərrac təşkilatının üzər inə qoyulması barədə iddia qaldırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 23.Maddə 41.2.“Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğ un olaraq verir. 24.Maddə 41.3.“Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 25.Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predm etinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

26. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.“Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiymə ti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 27.Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı“ilkin“satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 28.Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 29.Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il Qərardadı 30..... 38. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsini həmin Qanunun 43.1-ci maddəsinin məzmunu baxımından təhlil etdikdə belə qənaət hasil olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi anı hərrac təşkilatının media subyektlərində və özünün rəsmi internet saytında bununla bağlı məlumatı dərc etdirdiyi gün hesab olunur və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət növbəti gündən (Mülki Məcəllə, Maddə 368) hesablanmağa başlayır. 31.Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəy yən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. 32.Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə iddianı təmin edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 33.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 35.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 36.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərində n asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 37.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 38.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 40.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri görmüş və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etmiş, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmaması təsbi t olunduğuna görə protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsini qəbul etmək olar. Bu səbəblərə görə məhkəmə kollegiyası hesab etmişdir ki, əmlakın üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 42.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 43.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 44.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2756/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar