Məhkəmə qərarları › İş №2(102)-2822/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2822/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2822/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı ilk, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tutulması barədə ilk, Cavabdeh2 ASC-nin İddiaçı qarşı borcun tutulması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(103)-1510/2023 nömrəli, 24 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh2 ASC (bundan sonra – cavabdeh və ya Bank) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 35 nömrəli kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə illik 26 % dərəcəsi ilə 24 ay müddətinə ödəniş qrafikinə uyğun qaytarmaq şərti ilə 11.500 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Həmin tarixli ipoteka müqaviləsinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2012ci il tarixli, 35 saylı kredit müqaviləsinin təminatı kimi iddiaçıya məxsus olan “Mercedes Benz 230” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı (2006-cı il burax ılışlı, rəngi: qara, WDBRF52H37A948773) avtomobil (bundan sonra ipoteka predmeti olan avtomobil) ipoteka ilə yüklü edilmişdir. Yüklü edilmiş əmlak 15.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış 08 may 2012-ci il tarixli 35 saylı kredit müqaviləsi və 08 may 2012-ci il tarixli 35 saylı ipoteka müqaviləsinin ləğv edilməsi; 08 may 2012-ci il tarixli 35 saylı kredit müqaviləsinə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi; 08 may 2012-ci il tarixli 35 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan “ bundan sonra ipoteka predmeti olan avtomobilin ipoteka ilə yüklülükdən azad edilmə si və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsində həmin nəqliyyat vasitəsinin ipoteka yüklülüyünə dair qeydlərin ləğv edilməsi üçün əsas hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə arasında bağlanmış kredit və ipoteka müqavilələri üzrə borc verən Bank tərəfindən borcun ödənilməsinə dair heç bir tələb irəli sürülməmişdir. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi 08 may 2012-ci il tarixli 35 saylı kredit müqaviləsi üzrə müddət bitmiş və borc verən Bank tərəfindən ödənilməsi tələb edilməmişdir. Bununla da borc verən Bank tərəfindən qanunla nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. Bundan başqa kredit müqaviləsinin təminatı ola raq ipoteka predmeti olan nəqliyyat vasitəsi də ipoteka yüklülüyündən azad edilməlidir.

5. Sonradan iddiaçı iddia tələblərinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək 08 may 2012-ci il tarixli 35 saylı kredit müqaviləsinə əsasən göstərilən borcun Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsi; həmin tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan nəqliyyat vasitəsinin ipoteka ilə yüklülüyündən azad edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsində həmin nəqliyyat vasitəsinin ipoteka yüklülüyünə dair qeydlərin ləğv edilməsi üçün əsas hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə iddiaçıdan Bankın xeyrinə 11.500 ABŞ dolları əsas kredit borcunun, habelə ödənilmiş 149 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli qərardadı ilə Bankın ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. İddiaçının qeyd edilən öhdəliklərini icra etməməsi səbəbindən kredit müqaviləsi üzrə halhazırda xx.xx.2022-ci il tarixinə 11.500 ABŞ dolları məbləğində əsas borcu mövcuddur.

8. Qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışında iddiaçının xx.xx.2022-ci il tarixə Banka yaranmış əsas borc 11.5 00 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu üzrə 14.227 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu üzrə 3.052 ABŞ dolları, cərimə borcu üzrə 5.872 ABŞ dolları, ümumi yaranmış borc cəmi 36.482 ABŞ dolları göstərilmişdir.

9. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)4637/2022 nömrəli iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) ilk və qarşılıqlı iddialar rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi ilk öncə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş, bununla da müqavilə ilə üzərinə düşən öhdəliyi və bankın müqavilə bağlanarkən ümid etdiyi gəlir əldə etmək üzrə subyektiv hüququnu pozmuşdur. Lakin iddia müddəti keçdiyindən və tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia rədd olunmalıdır.

11. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2014cü il tarixdə bitir və iddiaçı icra müddəti bitdikdən 8 il sonra iddia verməklə iddia müddətini ötürmüşdür. Həmçinin iddia müddətinin axımının kəsilməsinə əsas verən halların mövcudluğu müəyyən edilməmişdir. Qarşılıqlı iddia borcalanın bank qarşısında öhdəliyinin olmaması əsası ilə deyil, bank tərəfindən iddia müddəti ötürülməklə iddia verilməsi əsası ilə rədd olunmalıdır.

12. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək bank tərəfindən borcun ödənilməsinə dair heç bir tələb irəli sürülmədi yinə, bununla da iddia müddətinin ötürüldüyünə istinad etmişdir. Belə olan halda, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Bank tərəfindən məhkəmədə müvafiq iddia qaldırılmadığı halda, iddiaçının iddia müddətinin tətbiqinə əsasən borcun olmaması tələbi istisna edilir.

13. Bundan başqa, “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 6.1-6.4-cü bəndlərinə, “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, həmin normativ hüquqi aktlarla kredit təşkilatının borcalana qarşı verdiyi iddianın nəticəsi barədə kredit reyestrinə məlumatın verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Həmçi nin “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olan məlumatların siyahısı qeyd olunmuşdur ki, onların arasında müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borc öhdəliyinin təminatı; balansdan silinmiş ümidsiz borc və s. daxildir.

14. İlkin iddianın ikinci tələbi üzrə isə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 11 fevral 2022-ci il tarixli Qərarında həmin məsələyə konkret olaraq münasibət bildirmiş və qeyd etmişdir ki, girov (i poteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.

15. Məhkəmə həmçinin, öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 377.2 və 375.2, 385, 425.2, 527, 551.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının K onstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarına, və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, 08 may 2012-ci il tarixli 35 saylı kredit müqaviləsi üzrə müddət bitmiş və borcverən Bank tərəfindən ödənilməsi tələb edilməmişdir. Bununla da borc verən Bank tərəfi ndən qanunla nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. Buna baxmayaraq məhkəmənin mövqeyi anlaşılan deyil. Belə ki, kredit müqaviləsi üzrə iddia müddəti ötürülmüşdür. Bundan başqa ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı olaraq bağlanılan müqavilədir. Məhkəmə qətnaməsindən göründüyü kimi bankın iddia tələbi də rədd edilmişdir. Yəni, bank kredit müqaviləsi üzrə ödənişini tələb edə bilmir. Bu zaman yaranan mübahisə ondan ibarətdir ki, bank öz vəsaitini tələb edə bilmədiyi halda onun əmlakının üzərində ipoteka yüklülüyünün və mərkəzi kredit reyestrində adında borcun qalması hüquqlarının qeyri-müəyyən müddətə məhdudlaşdırılması deməkdir.

18. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, Bankın nümayəndəsi isə apellyasiya şikayətinin əsass ız olduğunu bildirmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1510/2023 nömrəli iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, kredit borcunun qaytarılması barədə tələb üzrə iddia müddəti keçib. Qarşılıqlı iddia birinci instansiya məhkəməsi tərəfindən buna görə rədd olunub, bank bu nəticə ilə razılaşıb və qətnaməni mübahisələndirməyib. İlk iddianın iddia müddətinin keçməsinə əsaslanıb. Lakin iddia müddətinin keçməsi kredit öhdəliyinin xitamına səbəb olmur. İddia müddəti keçdikdə pozulmuş və ya mübahisəli hüquq məhkəmə tərəfindən müdafiə olunmur, buna baxmayaraq həmin hüquq mövcud olmaqda davam edir. Mülki Məcəllənin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin halların heç biri hazırkı işdə mövcud deyil. Odur ki, kredit borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinə bilməz.

21. O cümlədən, avtomobilin ipotekadan azad edilməsi barədə tələb təmin edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikas ı Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olunmasına səbəb olmur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti əsasən apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1,373.3,551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

26. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

27. Maddə373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir.

28. Maddə375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

29. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 425.2. 25.2. Öhdəlikləri icra edərkən tərəflə r müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarı

32. Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır.... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, bo rclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərlə bağlı haqlı olaraq qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olunmasına səbəb olmur.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2023-cü il tarixli, 2(103)-1510/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar