Məhkəmə qərarları › İş №2(102)-2822/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2822/2024

23.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2822/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh6 Əliəkbər oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, barəsində kassasiya şikayəti verilməyən qərardaddan kassasiya şikayətinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh6 Əliəkbər oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzilə istifadə hüququna xitam ver ilməsi və s” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2729/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qərardadından Cavabdeh6 Əliəkbər oğlunun şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh6 Əliəkbər oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehilərin mənzilə istifadə hüququna xitam verilməsi və sair” tələblələrlə Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

2. Cavabdeh6 Əliəkbər oğlu vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırlmışdır ki, cavabdeh ailə üzvləri ilə birgə özünün inşa etdiyi sənədsiz evdə yaşayır. İddiaçı tərəfindən mövcud olmayan evlə bağlı irəli sürülən mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ümumi məhkəməyə deyil, inzibati məhkəyə aiddir.

4. Xəzər Rayon Məhkəməsin 2(003)-23/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh6 Əliəkbər oğlunun vəsatəti təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilən hallarına əsasən, iddia tələbi cavabdehlərin ünvan 1 ünvanından istifadə hüquqlarının itirilməsi və həmin fərdi yaşayış evindən çıxarılma ilə bağlıdır. Cavabdehlərin qeydiyyatda olduğu ünvan ünvan 2n göründüyü kimi tələb mülki-hüquq mübahisələləri ilə bağlıdır və iddia ərizəsi düzgün olaraq Xəzər Rayon Məhkəməsinə veri lmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcllənin 32.4, 32.5 və 35.1-ci maddələrinə istinad etmişdir.

7. Cavabdeh6 Əliəkbər oğlu şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı saxtakarlıq edərək əvvəllər cavabdehin mərhum atası tərəfindən inşa edilmiş və sonradan qəzalı vəziyyətdə olduğundan sökülmüş, ümumi sahəsi 35.5 kv.m olmuş, uzun illərdir mövcüd olmayan evə çıxarış almaq yerinə, saxtakarlıq edərək cavabdeh tərəfindən inşa edilmiş sənədsiz evə çıxarış almışdır. Baxmayaraq ki, cavabdehin qeydiyyatı ünvan 3 ünvanıdır, lakin cavabdeh ailə üzvləri ilə birgə həmin sənədsiz evdə yaşayır. Mövcüd halda iddiaçının ona və digər cava bdehlərə qarşı irəli sürülən mənzildən istifadə hüququna xitam verilməsi tələbi (evin sənədsiz olmağı səbəbi ilə) ümumi məhkəmədə baxıla bilməz, Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçının ona aid olmayan sənədsiz evlə əlaqədar ümumi məhkəmə vasitəsi ilə iddia irəli sürməsi qanunsuzdur, bu iddiaya inzibati məhkəmə vasitəsi ilə inzibati orqan cəlb edilməklə baxıla bilər. İddiaçı tərəfindən məhkəmə aidiyyatı qaydalarına riayət edilməmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və qərardaddan şikayət verilə bilməməsi qeyd edilmişdir. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Fuad Babayev, Cəmilə Musayeva)

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilən hallarına görə hazırkı halda tərəflər bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir.

12. Belə olan halda, birinci instansiya məhkəməsi Cavabdeh6 iş materiallarının Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair vəsatətinin təmin edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

13. Apellyasiya instansiyası m əhkəməsi gəldiyi nəticəni İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

14. Cavabdeh6 Əliəkbər oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadını ləğv edilərək, mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh6 Əliəkbər oğlunun Bakı Apellyasiya Məhkəməsinin 2(103)2729/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

16. Apellyas iya instansiyası məhkəməsi ilkin olaraq onu vurğulayıb ki, barəsində kassasiya şikayəti verilən xx.xx.2024-cü il tarixli qərardadın özündə qeyd edilmişdir ki, həmin qərardaddan şikayət verilməsinə yol verilmir.

17. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 24.2 və 402.3-cü maddələrinə istinadən göstərmişdir ki, məhkəmə aidiyyəti dedikdə münahisənin ümumi məhkəmə və ya kommersiya məhkəməsinə aidiyyəti nəzərdə tutulur. Lakin cavabdehin tələbi mülki işin baxılması üçün inzibati məhkəməyə göndərilməsidir.

18. Cavabdeh6 Əliəkbər oğlu kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərardadlarının ləğv edilərək, kassasiya şikayətinin mümkün sayılaraq yuxarı instansiya məhkəməyə göndərilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından və kassatorun qeyd etdiyi xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh6 Əliəkbər oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini geri qaytararkən aşağıdakıları qeyd etmişdir: - kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadlarının ləğv edilərək, kassasiya şikayətinin mümkün sayılmaqla yuxarı instansiya məhkəməsinə göndərilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad qəbul edilməmişdir; - o cümlədən, kassasiya şikayəti verən “kassasiya şikayətinin mümkün sayılaraq yuxarı instansiya məhkəməsinə göndərilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir ki, bu tələb də qeyrimüəyyəndir; - digər tərəfdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-23/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh6 Əliəkbər oğlunun vəsatəti təmin edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-23/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə Cavabdeh6 Əliəkbər oğlunun Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 2(003)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayətin təmin edilməməsi, Cavabdeh6 Əliəkbər oğlunun Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qəbul etdiyi 2(003)-23/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilməsi qanunvercilikdə nəzərdə tutulmamışdır. Ümumiyyətlə, hazırda kassasiya şikayətinin mümkünlüyünə baxılır. Yəni birinci instansiya məhkəməsinin qərardadından verilən şikayətə baxılması hazırkı mərhələdə mümkün deyil; - bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh6 Əliəkbər oğlu tərəfindən ilkin olaraq 28 aprel 2024-cü il tarixində kassasiya şikayəti verilmiş, kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən qərardaddan şikayət nəzərdə tutulmadığı üçün geri qaytarılmışdır; - cavabdeh isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti verməyərək yenidən Bakı Apellyasi ya Məhkəməsinin 2(103)-2729/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir; - buna görə də cavabdehin kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün geri qaytarılmalıdır.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 407.1, 408.1.1 və 405.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh6 Əliəkbər oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırlıb ki, qərardad qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbləri pozulmuşdur. Məhk əmə cavabdehin məhkəmə təminatı hüququnu məhdudlaşdırmışdır. Qərardadlardan verilən şikayətlər Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğun verilsə də, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq şikayəti geri qaytarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.1 bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığ ı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüq uqu olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Ka ssasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

26. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən kassator tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinin (forma və məzmun ilə bağlı) tələblərinə riayət edilməməsinə, şikayətdə ləğvi xahiş edilən qərardadın tarixinin səhv yazılmasına və tələbin qeyri-müəyyən olmasına istinad etmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Dəyişikliklərdən biri də kassasiya şikayətinin MPM-in 3 saylı Əlavəsində müəyyən olunmuş formada verilməli olması tələbidir.

30. Kassasiya şikayətinə münasibətdə MPM-in 3 saylı Əlavəsinin 4-cü bəndində qeyd edilib ki, şikayətdə barəsində şikayət verilən məhkəmə qətnaməsi və ya qərardadının tarixi göstərilməlidir.

31. Əlavənin 9-cü bəndində isə qeyd edilib ki, kassasiya şikayəti verən şəxs ö zünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.

32. Buna baxmayaraq, cavabdeh kassasiya şikayətində qeyd edilən tələblərə əməl etməmiş, barəsində şikayət verilən qərardadın tarixini düzgün göstərməmiş, tələbini isə qeyri-müəyyən formada bildirmişdir.

33. Nəzərə alınsa ki, kassasiya şikayətinin ilkin olaraq prosessual qanunvericiliyə uyğun verilməsini yoxlamaq vəzifəsi apellyasiya instansiyası məhkəməsini üzərinə düşür və prosessual qanunvericiliyin tələbinə görə şikayətin kassasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir və belə əsaslardan biri də şikayətin qanunla müəyyən edilmiş formada (3 saylı Əl avədə müəyyən olunmuş) verilməsidir, belə olan halda, şikayətin qeyd edilən əsaslarla geri qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur.

34. Belə ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilm ədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh6 Əliəkbər oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2729/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar