Məhkəmə qərarları › İş №2(102)-2823/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2823/2021

01.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2823/2021 01.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 ASC-nin Cavabdeh2-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7829/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2-nin nizamnaməsindən görünür ki, Cavabdeh2-nin təşkilat strukturunun və işçılərin normativ sayını təsdiq edilməsi Cəmiyyətin təsisçisi olan Cavabdeh1ASC-nin müstəsna səlahiyyətinə aiddir.

2. İş materiallarından görünür ki, işəgötürən Cavabdeh1ASC-nin Cavabdeh2 ilə işçi İddiaçı arasında bağlanmış 02.05.2013-cü il tarixli əmək müqaviləsi ilə İddiaçı 2 saylı mühafizə hissəsinə 7-ci dərəcəli nəzarətçi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla 02.08.2013-cü il tarixədək bağlanmışdır.

3. Cavabdeh1ASC-nin Cavabdeh2-nin fəaliyyətinin yenidən təşkil olunması haqqında DƏ42 saylı 10.02.2020-ci il tarixli əmrdən görünür ki, Cavabdeh2 -də müasir standardlara cavab verən, səmərəli və operativ idarəetmə mexanizminin yaradılması məqsədilə idarəetmə strukturu təkmiləşdirilərək yenidən formalaşdırılması qərara alınmışdır.

4. Cavabdeh1ASC-nin Cavabdeh2-də struktur dəyişikliyi barədə 02.03.2020-ci il tarixli əmrdən surətindən görünür ki, yeni ştat cədvəlində edilmiş dəyişikliklər nəzərə alınmaqla Cavabdeh2-nin tabeliyindəki bütün hissə, bölmə və qruplar ləğv edilmiş və əvəzində yeni struktura uyğun olaraq Regional mühafizə xidmətləri yaradılmışdır. 5. 10 mart 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh2-də struktur dəyişikliyi barədə 02.03.2020-ci il tarixli əmrin icrası ilə əlaqədar İddiaçı Cavabdeh2-nin Şirvan şəhərində yerləşən inzibati binasında keçirilən komissiyanın iclasına dəvət olunmuş və ona böyük atıcı vəzifəsi t əklif olunmuşdur. Həmin aktın məzmunundan görünür ki, 2 saylı mühafizə hissəsinin nəzarətçisi İddiaçı iş təklifini qəbul etməmişdir, həmin vəzifədən imtina etmişdir, hər hansı birsənədi imzalamayacağını bildirmiş və iş təklifi haqqında bildirişi imza etməmişdir.

6. Cavabdeh1ASC-nin Cavabdeh2 tərəfindən işçi İddiaçı ünvanlandığı 10 mart 2020ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ona yeni iş barədə təklifini qəbul etmədiyinə görə, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən, müəssisədəki əmək stacı 10 ildən yuxarı olduğu üçün ona 9 həftə xəbərdarlıq müddəti verilmişdir, həmin müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla bir iş günü əmək funksiyasının icrasından azad olunması və verilmiş müddət bitdikdən sonra ona aylıq əmək haqqının 2 misli məbləğində müavinə tin ödənilməsi barədə xəbərdar edilmişdir. İddiaçı Cavabdeh2nin inzibati binasında struktur dəyişikliyi ilə əlaqədar vəzifəsinin ixtisar olunduğu barədə yazılı xəbərdarlıqla tanış olmaqdan, surətini götürməkdən və imza etməkdən imtina etmişdir.

7. Cavabdeh2 tərəfindən Cavabdeh2-nin Həmkarlar İttifaqı Komitəsinin sədri cənab X ünvanlandığı 13 may 2020-ci il tarixli məktubundan görünür ki, Həmkarlar İttifaqı Komitəsindən 2 saylı mühafizə hissəsinin nəzarətçisi İddiaçı işdən azad olunmasına razılığın verilməsi barədə məsələsinə münasibət bildirmələri xahiş olunmuşdur.

8. Cavabdeh2-nin Həmkarlar İttifaqı Komitəsinin 18 may 2020-ci il tarixli iclasının protokolundan görünür ki, komitə 2 saylı mühafizə hissəsinin nəzarətçisi İddiaçı xəbərdarlıq müddəti başa çatdıqdan sonra işdən azad olunmasın a öz razılığını bildirmişdir.

9. Cavabdeh1ASC-nin Cavabdeh2-nin 22.05.2020-ci il tarixli əmrindən görünür ki, 2 saylı mühafizə hissəsinin nəzarətçisi vəzifəsində işləyən İddiaçı ilə əmək müqaviləsinə 22.05.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) əmək müqaviləsinə xitam verilməsi və AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı 2 misli miqdarında işdənçıxma müavinətin ödənilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh1ASC-nin Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 22.05.2020-ci il tarixdə 41/k nömrəli əmrin ləğv olunması, işlədiyi vəzifəyə bərpa edilməsi və məc buri iş buraxma müddətinə görə 22.05.2020-ci il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1998-ci il tarixdən Cavabdeh2-yə atıcı vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdən 2013-cü il tarixədək MMC-də atıcı, 2013-cü ildən isə nəzarətçi vəzifələrində işləmişdir, lakin onun məlumatı olmadan və heç bir rəsmi xəbərdarlıq olunmadan Cavabdeh2-nin 22 may 2020-ci il tarixli 41/k saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdə iş vaxtı ona dəstə rəhbəri tərəfindən işdən azad olduğu və daha işə gəlməməsi deyilmiş, səbəbini soruşduqda isə onun çalışdığı ştatın ləğv olunduğu bi ldirilmişdir. O, buna etiraz etdikdə isə ona bunun heç bir əsasının olmadığını bildirmişlər. Əmək kitabçası ona 31.05.2020-ci il tarixdə təhvil verilmiş, işdən azad edilməsinə dair əmrin surəti isə ona verilməmişdir. Hesab edir ki, işlədiyi müəssisənin rəhbərliyi tərəfindən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqları pozulmuş, ona işdən çıxması ilə bağlı xəbərdarlıq edilməmiş, bu səbəbdən də özünə yeni iş yeri tapa bilməmişdir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.08.2020-ci il tarixli, 2(011)-3708/2020 saylı qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia tələbi rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı əmək müqaviləsi əsasında cavabdeh təşkilatda 2 saylı mühafizə hissəsinə 7-ci dərəcəli nəzarətçi vəzifəsinə işə qəbul olunmuşdur, həmin ştat ləğv edilmişdir, iddiaçının ştatı yeni ştat cədvəlində nəzərdə tutulmamışdır, ona cavabdeh tərəfindən müvafiq vəzifə təklif edilmişdir, iddiaçı tərəfindən həmin təklif qəbul edilməmişdir, iddiaçının tutduğu vəzifənin ixtisar olunması barədə ona 9 həftəlik xəbərdarlıq müddəti və əmək haqqı saxlanılmaqla 1 iş günü əmək funksiyasının icrasından azad olmaq hüququ barədə xəbərdarlıq verilmişdir, müəssisənin Həmkarlar İttifaqı Komitəsinin əmək müqaviləsinə xitam verilməsinə razılığı olmuşdur, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, ona orta aylıq əmək haqqının 2 misli məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Bununla belə əmək müqaviləsinin ləğv olunmasını istisna edən, həmçinin cavabdehin qərəzli davranışına d air hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.

14. Məhkəmə İddiaçı iddiasında irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab etmişdir.

15. Belə ki, iddiaçı, iddia ərizəsində və məhkəmə iclasında onun işəgötürən tərəfindən qərəzli olmaqla onu işdən azad etmək niyyətinin əvvəlcədən olması barədə dəlillərinə dair sübutetmə yükü daşıyır, lakin onun tərəfindən buna dair hər hansı bir sübut iş materiallarına əlavə olunmamış, belə hallar isə məhkəmə tərəfindən müəyyən edilməmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45, 68, 70, 71, 77, 79, 80-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7829/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı mübahisə üzrə qəbul etdiyi 19 avqust 2020-ci il tarixli, 2(011)-3708/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməsi, Cavabdeh2-nin 22.05.2020-ci il tarixli 41/k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə 22.05.2020-ci il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmı şdır ki, iş materiallarına 10 mart 2020-ci il tarixli xəbərdarlıq barədə bildiriş əlavə olunsa da, həmin bildirişlərin İddiaçı qanunda nəzərdə tutulduğu kimi, rəsmi qaydada təqdim olunması sübut olunmamışdır. Cavabdeh tərəf iddiaçıya xəbərdarlıq bildirişinin təqdim olunduğunu, lakin iddiaçının onu qəbul etməkdən imtina etdiyini bildirsə də, bu hal məhkəmə araşdırması zamanı təsdiq olunmamışdır.

20. Belə ki, işə götürən tərəfindən tərtib edilmiş aktlarda işçiyə yeni təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq böyük atıcı vəzifəsi təklif olunduğu, həmçinin onun AR ƏM-nin 77- ci maddəsinə əsasən 9 həftə xəbərdarlıq müddəti verilməsi və hər həftənin 1 iş günü əmək haqqı ödənilməsi şərti ilə əmək funksiyasının icrasından azad edilməsinə dair xəbərdarlıqları işçinin almaqdan imtina edildiyi göstə rilsə də, məhkəmə kollegiyası tərtib edilmiş bu aktları işin həqiqi hallarına uyğun olan sübut kimi qəbul etməmişdir.

21. Belə ki, əmək qanunvericiliyində işçinin və ya onun tutduğu vəzifənin ixtisara düşməsi ilə əlaqədar müəyyən edilmiş bu xüsusi prosedurun məqsədi işçinin əmək hüquqlarının qorunması, əmək münasibətlərinə xitam verildikdən sonra onun yeni iş yeri ilə təmin olunması üçün mümkün dərəcədə ona yardım göstərilməsindən ibarətdir. Məhz bu məqsədə nail olmaq üçün qanunverici işçiyə edilən xəbərdarlığın qaydasını və müddətini dəqiq tənzimləmişdir. Bu qaydaya görə işçiyə xəbərdarlıq adi deyil, rəsmi qaydada edilməli və xəbərdalıq müddəti ərzində hər həftənin bir günü onun özünə yeni iş yeri axtarması üçün əvəzi ödənilməklə əmək funksiyasının icrasından azad edilməlidir.

22. Kollegi ya hesab edir ki, işçinin rəsmi qaydada xəbərdar edilməsi tək ona imza etdirməklə bu bildirişlərin ona təqdim edilməsi yolu ilə deyil, poçt vasitəsilə onun yaşayış yeri üzrə göndərilməklə də mümkün olduğu halda, işə götürən tərəfindən bu imkandan istifadə edilməmiş, bununla da işə götürən qanunvericiliyin bu imperativ tələbinə riayət etmək niyyətinin olmasını nümayiş etdirməmişdir.

23. Nəticədə İddiaçı xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad olunmalı olduğu halda, bu hüququndan məhrum olmuşdur.

24. Belə ki, hazırda iddiaçı ona belə bir xəbərdarlığın edilmədiyini, işə götürən tərəfindən ona başqa iş təklif ediləcəyi təqdirdə, bu təklifi qəbul edəcəyini, ona heç bir bi ldirişin verilmədiyini, bu müddət ərzində həftənin bütün iş günlərində öz iş yerində olduğunu bildirmişdir.

25. İşin müəyyən edilmiş hallarından məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh1 ASC-nin Cavabdeh2-nin 22.05.2020-ci il tarixdə 41/k nömrəli əmri qanunsuz olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüq uq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi

34. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (70-ci maddənin b bəndi)

35. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. (maddə 71.1)

36. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən ço x əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. (maddə 77.1)

37. Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. (maddə 80.1)

38. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötü rənə təqdim etməlidir. (maddə 80.2)

39. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. (maddə 300.1) Mülki Prossesual Məcəllə

40. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir.(maddə 14.2)

41. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

42. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

43. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 4 07.2)

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 ASC-nin Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7829/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar