Məhkəmə qərarları › İş №2(102)-2825/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2825/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2825/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2825/2021 (Açar sözlər: pul tələbi, iddia müddətinin axımının hesablanması) Bakı şəhəri, 07 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi (vəkil) xxx iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi” nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( 103)-4490/2020 nömrəli 13 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 229585 avro borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

2. İddia tələbini onunla əsaslandırılıb ki, 2014-cü ilin noyabr ayında cavabdeh X1 iddiaçıya zəng edərək həbs olunduğunu bildirib onunla görüşməsini xahiş edib. Görüş zamanı cavabdeh iddiaçıya bildirib ki, dövlət müəssisəsi ilə müqaviləsi olduğu üçün həmin dövlət müəssisəsinin sifarişi əsasında onları zəruri avadanlıq və texnika ilə təchiz etməlidir. Lakin verilmiş sifarişləri vaxtın da təmin edə bilmədiyi üçün sifarişçi tərəfindən hüquq mühafizə orqanlarına şikayət edilib və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən 3 aylıq həbs qətimkan tədbiri seçilib.

3. Cavabeh bu problemin həll olunmasında köməklik göstərməyi iddiaçıdan dönədönə xahiş edib. İddiaçı da bu məsələni araşdırdıqdan sonra köməklik göstərəcəyinə dair söz verib. Görüşdən sonra iddiaçı cavabdehin yaranmış problemləri ilə məşğul olub və araşdırma nəticəsində məlum olub ki, cavabdeh həqiqətən dövlət müəssisəsi olan sifarişçidən külli miqdarda pul alıb və həmin sifarişi vaxtında və tam icra etmədiyi üçün sifarişçi hüquq mühafizə orqanlarına şikayət edib. Şikayətçinin nümayəndəsi ilə görüş zamanı məlum olub ki, onların əsas tələbi ödənilmiş pul vəsaitinin geri qaytarılmasıdır, əks təqdirdə, cavab dehin azadlığa çıxması üçün şikayətlərindən imtina etməyəcəklər. İddiaçı bu haqda cavabdehə məlumat verib və borc məbləği ödənilməsə, sifarişçinin öz şikayətindən imtina etməyəcəyini bildirib.

4. Bundan sonra cavabdeh təkidli şəkildə iddiaçıdan bir nəfərdən borc götürərək sifarişçiyə olan borcunu ödəməsini xahiş edərək, azadlığa çıxan kimi borcunu qaytaracağınğ bildirib.

5. Cavabdeh Macarıstanın Budapeşt şəhərində kommersiya fəaliyyəti ilə məşğul olurmuş və onun “HUNTEGRA SİSTEMS” adlı şirkəti mövcud olmuşdur. Sifarişçi ilə həmin şirkət müqavilə bağlamış və sifarişçiyə olan borc da həmin şirkət tərəfindən ödənilməli idi. Cavabdeh iddiaçıdan xahiş edib ki, 226145 avro vəsaiti Budapeşt şəhərində yerləşən “MKB” Bankda olan hesabına ödənilməsini təmin etsin.

6. İddiaçı 03.12.2014-cü ildə Bakı şəhəri 5 saylı notariat kontorunda notarial qaydada kredit müqaviləsi bağlayıb, X2 adlı şəxsdən 110000 manat və 100000 ABŞ dolları (həmin günün kursu ilə 184.000 avro) borc alıb. Kredit müqaviləsinə əsasən borc iddiaçı məbləğini 01.03.2015-il tarixə qədər qaytarmalı idi.

7. İddiaçı elə həmin gün götürdüyü borc məbləğini Bakı şəhərində “AzəriQaz Bank”da avroya dəyişib və 03.12.2014-cü ildə Budapeşt şəhərinə gedib. İddiaçı 04.12.2014-cü ildə cavabdehin Budapeşt şəhərində yerləşən, “MKB Bank”dakı **********810010 saylı avro hesabına 226145 avro pul vəsaiti ödəyib. Elə həmin gün də cavabdehin “Hunteqra Sistems” şirkətindən 226140 avro vəsait sifarişçinin Azərbaycan Beynəlxalq Bankındakı hesabına ödənilib. İddiaçı 05.12.2014-cü ildə Bakı şəhərinə geri qayıdıb.

8. İddiaçının Budapeşt şəhərinə ge tməsi pasportunda olan möhürlərlər təsdiq edilir.

9. Bundan əlavə, cavabdehin xahişi ilə iddiaçı 11 dekabr 2014-cü ildə yenidən Budapeşt şəhərinə gedərək bank xərcləri üçün bank hesabına 500 avro və 900 avro ödəyib. 13 dekabr 2014-cü ildə iddiaçı Bakı şəhərinə geri qayıdıb. Cavabdeh sifarişçiyə olan borcunun böyük hissəsini ödədiyi üçün 20 dekabr 2014-cü il tarixdə azadlığa çıxıb. Cavabdeh azadlığa çıxdıqdan sonra ona məlum olub ki, həmin məbləği öz firmasının hesabından sifarişçiyə ödədiyi üçün sifarişçi azadlığa çıxmasına etiraz etməyib.

10. Görüş zamanı cavabdeh qısa müddətdə borcu qaytaracağını bildirib. Bir müddətdən sonra cavabdehin telefonuna zəng çatmayıb. 2015-ci ilin yanvar ayında məlum oldu ki, cavabdeh Budapeşt şəhərinə getmiş və orada kommersiya fəaliyyətini davam etdirməyə başlayıb. Telefon danışıqları zamanı cavabdeh bildirib ki, onun da kimlərdənsə alacaqları vardır və ondan alqığı borcunun ödənilməsinə çalışır.

11. Bir müddətdən sonra cavabdeh telefonlara cavab verməmişdir. Cavabdeh bu günə kimi iddiaçıya olan borcunu qaytarmayıb.

12. İddiaçı tələbinin hüquqi əsası kimi 385.1, 442, 448.1, 448.2, 449.1, 1096.1,1096.2-cı maddələrinə istinad etmişdir.

13. Cavabdeh nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verib. Ərizənin dəlilləri: - iddiaçı ilə cavabdeh arasında heç bir borc müqaviləsi və ya öhdəliyə aid hər hansı bir sənəd mövcud deyil; - iddiaçı özü iddia ərizəsində qeyd edir ki, həmin hadisələr 2014-cü ilin dekabr ayına təsadüf edir. iddiaçı 229585 avro məbləğində olan pulu 04.07.2019-cu il tarixdə istəməyə başlamışdır. İddiaçı iddiasının tamamil ə əsassız olması ilə yanaşı iddia müddəti də ötürülmüşdür və digər əsaslarla yanaşı, iddia bu səbəbdən də rədd edilməlidir.

14. İddiaçı iddia müddətini tətbiqi barədə cavabdehin ərizəsinə etiraz edərək bildirib ki, cavabdehlə yaxın dost münasibətlərində olmuşdur. Hətta iddia məhkəməyə verildikdən sonra da cavabdeh iddiaçı ilə telefonla əlaqə saxlayaraq bildirmişdir ki, gərək məhkəməyə verməzdi, pulu qaytaracaqdır.

15. Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli 2(008)-5208/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Anar Rzayev)

16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, Bayramov X5 Ağamalıyevin Budapeşt şəhərində yerləşən MKB Bankdakı hesabına borc olaraq 04.12.2014-cü il tarixdə 226.918.85 avro, həmi n tarixdə bank xərci olaraq 500 avro, 11.12.2014-cü il tarixdə isə bank xərci olaraq əlavə 900 avro ödəmişdir.

17. Birinci instansiya məhkəməsi eyni zamanda iddia ərizəsinə əsasən müəyyən edilb ki, cavabdeh həmin pulu qısa müddət ərzində qaytarmalı idi. Hətta cavabdeh həbsdən çıxdıqda sonra iddiaçı verdiyi pulu tələb etmiş cavabdeh isə qısa müddət ərzində ödəyəcəyini bildirmiş, habelə cavabdeh 2015-ci ilin yanvar ayında Budapeşt şəhərinə getmiş və orada kommersiya fəliyyətini davam etdirməyə başlamış və bir müddətdən sonra iddiaçının telefon zənglərinə cavab verməmişdir. Yəni artıq 2015-ci ildə iddiaçı cavabdehdən öhdəliyinin icrasını tələb etmiş və beləliklə, həmin vaxtdan etibarən mübahisə predmeti ilə bağlı cavabdeh tərəfindən hüququnun pozulmasını bilməli olmuşdur.

18. Birinci instansi ya məhkəməsi qeyd edib ki, iddiaçı dörd ildən artıq müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraiət etmişdir ki, bu halda müqavilə tələbləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti keçdiyindən, mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 421.1, 442, 445.2, 448.1, 448.2, 373, 375.1, və 375.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi işə qeyri-obyektiv baxmış, iddiaçının iddia müddəti ilə bağlı izahatı qətnamədə təhrif olmuş və bununla da iddia müddətinin keçdiyi qənaəti nə gəlib iddia tələbini rədd etmişdir; - iddiaçının cavabdeh tərəfin “iddia müddətinin tətbiqi barədə” ərizəsinə 25.09.2019cu il tarixdə məhkəmənin dəftərxanasına təqdim etdiyi etirazdan açıq-aşkar görsənir ki, iddiaçı məhkəmə iclasında dəqiq göstərmişdir ki, cavabdeh onun telefon zənglərinə 2019cu ilin yanvar ayından sonra cavab verməyə başlamış və bundan sonra da o cavabdehin pulu qaytarmamaq niyyətinin olduğunu başa düşüb məhkəməyə müraciət etməli olmuşdur; - iddiaçı həm cavabdeh tərəfin “iddia müddətinin tətbiqi barədə” ərizəsinə 25.09.2019-cu il tarixdə məhkəmənin dəftərxanasına təqdim etdiyi etirazında da, həm də dəfələrlə məhkəmə iclasında bildirmişdir ki, onunla cavabdeh arasında müddət müəyyən olunmamışdır. Cavabdeh ona bildirmişdir ki, bizneslə məşğuldur və bir sıra sifarişləri vardır, həmin sifarişləri yerinə yetirib iddiaçının pulunu qaytaracaqdır. Lakin nə vaxt, konkret olaraq hansı tarixdə deməmiş və ümumiyyətlə bununla bağlı aralarında söhbət olmamışdır; - iddiaçının borc aldığı şəxs X3 iddiaçıya qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə müddətində də iddiaçı cavabdehdən pul tələb etməmişdir. Cavabdeh iddiaçıya narahat olmamağı, məhkəmə çəkişməsi gedənə, iş icraya yönələnə kimi pulunu qaytaracağını demişdir. - yalnız 2017-ci ilin mart-aprel aylarında iş icraya yönələndən sonra iddiaçı Cavabdeh pulu tələb etməyə başlamışdır. Buna görə də iddia müddətinin axımı 2017-ci ilin mart-aprel aylarından başlamışdır.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4490/2020 nömrəli 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya ş ikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5208/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi) Mehdiyev Emin, Xəyal Sarıyev)

23. Apellyasiya məhkəməsi də iş materiallarına əsasən müəyyən edib ki, Bayramov X5 Ağamalıyevin Budapeşt şəhərində yerləşən MKB Bankdakı hesabına borc olaraq 04.12.2014-cü il tarixdə 226.918.85 avro, həmin tarixdə bank xərci olaraq 500 avro, 11.12.2014-cü il tarixdə isə bank xərci olaraq əlavə 900 avro ödəmişdir. Eyni zamanda iddia ərizəsinə əsasən müəyyən edilir ki, cavabdeh həmin pulu qısa müddət ərzində qaytarmalı idi. Hətta cavabdeh həbsdən çıxdıqda sonra iddiaçı verdiyi pulu tələb etmiş cavabdeh isə qısa müddət ərzində ödəyəcəyini bildirmiş, habelə cavabeh 2015-ci ilin yanvar ayında Budapeşt şəhərinə getmiş və orada kommersiya fəliyyətini davam etdirməyə başlamış və bir müddətdən sonra iddiaçının telefon zənglərinə cavab verməmişdir. Yəni artıq 2015-ci ildə iddiaçı cavabdehdən öhdəliyinin icrasını tələb etmiş və beləliklə həmin vaxtdan etibarən mübahisə predmeti ilə bağlı cavabdeh tərəfindən hüququnun pozulmasını bilməli olmuşdur.

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı dörd ildən artıq müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu halda müqavilə tələbləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti keçdiyindən hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Kassasiya şikayəti nin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

29. Məhkəmə kollegiyasının iclasında cav abdeh Cavabdeh vəkili Şahbazov Tural Şamil oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən b axılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyəti ndən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “ Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaq la apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəti cələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.

33. Belə ki, hər iki instansiya məhkəməsinin müəyyən etdiyi işin halları ondan ibarətdir ki, Bayramov X5 Ağamalıyevin Budapeşt şəhərində yerləşən MKB Bankdakı hesabına borc olaraq 04.12.2014-cü il tarixdə 226.918.85 avro, həmin tarixdə bank xərci olaraq 500 avro, 11.12.2014-cü il tarixdə isə bank xərci olaraq əlavə 900 avro ödəmişdir.

34. Cavabdeh işin bu halını mübahisələndirməyib.

35. İşin mübahisəli halı iddia müddətinin keçib-keçməməsidir. Cavabdeh hadisələrin 2014-cü ilin dekabr ayına təsadüf etməsini, iddiaçının hazırki iddianı 2019-cu ilin iyulunda verməklə üç illik iddia müddətini ötürməsini bildirib.

36. İddiaçı müddətin tətbiqinə etiraz edə rək göstərib ki, cavabdehlə yaxın dost münasibətlərində olub. Hətta iddia məhkəməyə verildikdən sonra da cavabdeh onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, gərək məhkəməyə verməzdi, pulu qaytaracaqdır.

37. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən öhdəliyini 2015-ci ilin yanvar ayından icra etməsini tələb etməsinə istinad edərək, iddia müddətinin axımını, həmin vaxtdan, yəni hüququnun pozulmasını bilməli olduğu 2015-ci ili yanvar ayından hesablamışdır.

38. Məhkəmə kollegiyası bununla razılaşmır. Əvvəla, qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən öhdəliyini 2015-ci ilin yanvar ayından icra etməyi tələb etməsini yalnız iddiaçının iddia ərizəsinə əsasən müəyyən etmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində iddiaçı cavabde hdən borcunu 2015-ci ilin yanvar ayından tələb etməsini göstərməyib.

39. Birinci instansiya məhkəməsinin iddia müddətinin axımının hesablanması üçün istinad etdiyi fikirlər isə iddia ərizəsində belə verilib: “2015-ci ilin yanvar ayında məlum oldu ki, cavabdeh Budapeşt şəhərinə getmiş və orada kommersiya fəaliyyətini davam etdirməyə başlayıb. Telefon danışıqları zamanı cavabdeh bildirib ki, onun da kimlərdənsə alacaqları vardır və ondan alqığı borcunun ödənilməsinə çalışır. Bir müddətdən sonra cavabdeh telefonlara cavab verməmişdir”.

40. Göründüyü kimi, qeyd edilən fikirlər iddiaçının öhdəliyin icrasını cavabdehdən 2015-ci ilin yanvar tələb etməsi nəticəsinə gəlmək üçün yetərli əsas deyil. Üstəlik, iddiaçı sonradan iddia müddətinin tətbiqi barədə ərizəyə etirazında buna aydınlıq gətirsə də, onun bu dəlillərinə qiymət verilməmişdir. Buna görə də iddia müddətinin axımının iddia ərizəsində qeyd edilən fikirlərə əsasən müəyyən edilməsi birinci instansiya məhkəməsinin işə həddən artıq formal yanaşmasını göstərir. Halbuki qanunvericiliyə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Həmçinin qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. (MPM, 14 və 218.1-ci maddələr)

41. Bundan əlavə, nəzərə alınsa ki, tərəflər arasında öhdəliyin icra müddəti müəyyən edi lməyib, belə olan halda iddia müddətinin axımı ilə bağlı işin hallarının Mülki Məcəllənin 427.4-cü maddəsinin tələbləri baxımından müəyyən edilib, qiymətləndirilməsi mübahisənin qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

42. Buna baxmayaraq, birinci instansiya məhkəməsi işin hallarını sübutları MPM-in 88-ci maddəsinə uyğun olmayan şəkildə qiymətləndirməklə müəyyən edərək, iddia müddətinin axımının 2015-ci ilin yanvar ayından başlamalı olması barədə səhv nəticəyə gəlmiş, apellyasiya instansiyası da eyni səhvi təkrarlamışdır.

43. İşdən və məhkəmə iclas protokolundan görünür ki, iddiaçı apellyasiya şikayətində bununla bağlı dəlillərini irəli sürmüş, apellyasiya məhkəməsi isə bu dəlillərə nəinki qiymət verməmiş, bu dəlilləri araşdırma yönündə heç bir hərəkət etməmiş, hətta bir sual belə verməmişdir. Baxmayaraq ki, qeyd edilən hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Buna görə də apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz.

44. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə isə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd edilib ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.“Qətnamənin əsaslılığı ilə bağlı isə qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq“ işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, “məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

47. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının dəlillərinə qiymət verilmədən apellyasiya məhkəməsi tərəfindən mübahisəyə Mülki Məcəllənin id dia müddətinin tətbiqi ilə normalara istinad edilməsini əsaslı saymır.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4490/2020 nömrəli 13 avqust 2020- ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar