Məhkəmə qərarları › İş №2(102)-2826/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2826/2025

29.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2826/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-557/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə İddiaçı arası nda xx.xx.2023-cü il tarixdə 21 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 300.000 manat borc vermişdir.

2. Müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2024-cü il tarixinədək “borc verənə” notariusun depozit hesabı vasitəsilə hər təqvim ayının 25-də 15.000 manat olmaqla qaytarmağı öhdəsinə götürür.

3. Bakı şəhər notariusunun "xxxx" ASC-nin “Dostluq” filialına ünvanladı xx.xx.2023-cü il tarixli məktuba əsasən Cavabdeh1 ilə təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 300.000 manat pulun qəbul etdikdən sonra onun məktubu əsasında İddiaçı verilməsi üçün bankın depozit hesabına qəbul olunmasını və borc alana verilməsini xahiş etmişdir. 4. "xxxx" ASC-nin “Dostluq” filialının xx.xx.2023- cü il tarixli qəbzinə əsasən 300.000 manat Cavabdeh1 tərəfindən məxaric edilmişdir.

5. Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə 21 saylı Notariat kontorunda bağlanmış digər kredit müqaviləsinin surətinə əsasən Cavabdeh1 İddiaçı xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 246.300 manat borc vermişdir.

6. Müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürür, “borc alan” xx.xx.2023-cü il tarixdə 100.000 manatı notariusun depozit hesabı vasitəsilə verəcəyini və qalan 146.300 manatı isə xx.xx.2023-cü il tarixdə “borc verənə” qaytarmağı öhdəsinə götürür.

7. Bakı şəhər notariusunun "xxxx" ASC-nin “Dostluq” filialına ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əsasən Cavabdeh1 ilə təsdiq ediləcək kredit müqaviləsi üzrə ödən ilməli olan 246.300 manatı qəbul etdikdən sonra onun məktubu əsasında İddiaçı verilməsi üçün banklarında olan depozit hesabına qəbul olunmasını və borc alana verilməsini xahiş etmişdir. 8. "xxxx" ASC-nin “Dostluq” filialının xx.xx.2023-cü il tarixli qəbzinə əsasən 246.300 manat Cavabdeh1 tərəfindən məxaric edilmişdir.

9. Bakı şəhəri, Nərimanov rayon Pİ-nin İŞ-nin 22 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Qərarına əsasən Cəfərov X2 rayon Pİ- nə ərizə ilə müraciət edərək, 19 may 2020-ci ildən 08 may 2023-cü ilədək olan müddət ərzində “Ladeks GROP” rəhbəri Cavabdeh1 onun işlədiyi "xxxx" MMC-nə 532.000 manat məbləğində keyfiyyətsiz, yararsız xammal sataraq, 160.000 manat pulunu ələ keçirərək dələduzluq etmiş, buna görə də, toplanmış material üzr ə fakta görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ********* nömrəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqının aparılması üçün icraata qəbul edilmişdir.

10. Bakı şəhəri, Nəsimi Rayon Qeydiyyat Şöbəsinin 18 iyul 2024-cü il tarixli “Ölüm haqqında” şəhadətnaməyə əsasən Cəfərov Əlişir Surxay oğlu 06 iyul 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.

11. Bakı şəhəri, Nərimanov rayon Pİ-nin İŞ-nin 13 iyul 2024-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Qərarına əsasən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Cəfərov Əlişir Surxay oğlu ifadəsində göstərmişdir ki, 2020ci ilin may ayından 2023-cü ilin dekabr ayına kimi “Ladeks Grop”dən 2 milyon manata yaxın dəyərində olan toyuq və ət məhsullarını xammal kimi səhmdarı və direkt oru olduğu "xxxx" MMC-nə almış və hissə-hissə olaraq ödənişləri etmişdir. “Ladeks Grop”un rəhbərləri Tofiq Mikayılov və onun oğlu Cavabdeh1 20 ilə yaxındır ki, tanıyır, Cavabdeh1 oğlu Cavidan Gəfərovla bir sinifdə oxumuşdur. "xxxx" MMC-də rəhbər işdə işləyərkən Tofiq Mikayılovla ticarət münasibətləri olmuş, onlardan “Halal Azəri”-yə aldığı malların içərisində mütəmadi olaraq keyfiyyətsiz mallar çıxmış, bu barədə onlara məlumat-xəbərdarlıq verilərkən onlar malları Braziliyadan, Türkiyədən aldıqlarını və istehsalçılara bildirəcəklərini, xarab malları yenisi ilə əvəz edəcəklərini, onsuz da depozit qalığı olduğunu bildirərək məsələnin həllindən yayınmışlar. Bunun əsasında 583.000 manat dəyərində keyfiyyətsiz mala görə borc məbləği yığılmış, onlar həmin keyfiyyətsiz malları “atın, tullayın, y enisi ilə əvəz edəcəklərini” deyib, bunun nəticəsində bu məbləğdə borc yığılmışdır. Sonra Fuad atası Tofiqlə onun yanına gələrək ondan borc iltizamı alıb, həmin iltizamı şəriklərə göstərəcəklərini, xarab malı yenisi ilə əvəz edəcəklərini bildirmişlər. İltizamı Tofiq Mikayılova vermişdir. X4 bir sinifdə oxuduğunu, onlardan heç bir ziyan gələ bilməyəcəyini, bu məbləğin silinəcəyini və oğlu Cavidanla borc müqaviləsi bağlanarsa bu məsələnin daha sürətli həll olunacağını bildirmişlər. Cavidanla Cavabdeh1 arasında Notariat Kontorunda borc müqaviləsi pul vəsaiti olmadan bağlandı, bundan sonra qara günlər başlandı. Cavidanın dövlət qulluğunda olmasından istifadə edib, onu şantaj edib, həmin keyfiyyətsiz mallara görə yığılmış məbləği hədə-qorxu ilə almağa başlamışlar. Cavabdeh1 dəfələrlə zəng edərə k Cavidanı tutduracağını, işdən çıxartdıracağı ilə hədələyib 160.000 manat pulunu almış, mart ayının sonunadək 350.000 manat pulu tələb etmiş, bundan sonra saxta borc müqaviləsi Nərimanov rayonunda bağlandığı üçün Nərimanov rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə DİN cənab Vilayət Eyvazovun qəbuluna girərək bu barədə məlumat vermişdir. Əlişir Cəfərov həmçinin göstərmişdir ki, keyfiyyətsiz malların bir hissəsini Cavabdeh1 qaytarmış, bir hissəsini Qida Təhlükəsizliyinin təlimatına əsasən məhv etmiş, Cavabdeh1 məhv edilmiş malların dəyərini ümumi qalıqdan siləcəyini bilirsə də, vədinə əməl etməmişdir. Sonradan başa düşmüşdür ki, bu Fuadın qabaqcadan düşünüb planlaşdırdığı işdir, aralarında olan dostluq münasibətindən sui-istifadə edərək onu aldatmışd ır. May ayı 2020ci ildən dekabr ayı 2023-cü ilədək iş fəaliyyətləri olmuş, bu müddətdə 2 milyona yaxın məbləğdə dövriyyələri olmuş, keyfiyyətsiz mal xaric bütün malların pulları ödənilmişdir. Mallar Yaşar şoferin, Əsgər şoferin və ən çox özlərinə məxsus maşınlarla müəssisələrinə daşınıb, fəhlələr Elnur, Rəşad və s. tərəfindən zavodun soyuducu anbarına boşaldılmışdır. Fuad malları Xırdalanda yerləşən ilmə soyuducu anbarından onların zavoduna daşınmışdır. Bildirmişdir ki, saxta borc müqaviləsi bağlanarkən heç bir pul vəsaiti olmamışdır. Fuad onu aldadaraq oğlu ilə borc müqaviləsi bağlamazsa, digər şəriklərinə göstərərək bu məbləğin silinəcəyi haqqında ona məlumat verərək onu aldatmışdır. Cavabdeh1 göndərdiyi bütün mallar ciddi mühasibat sənədi ilə göndərilmədiyi üçün o, keyfiyyətsiz mallara akt bağlamamışdır. Həmin malların foto şəkilləri onları dəfələrlə zavoda çağıraraq keyfiyyətsiz mallarını onlara göstərmiş, işçilərdən Zərdəliyev Tərlan, Elnur Məmmədov, Rəşad və digərləri o xammarlarından necə keyfiyyətsiz məhsullar çıxmasının şahidi olmuşdur. Bəzən onun xammalı işləməyənə qədər keyfiyyətsiz olması haqqında bilə bilmirdilər, mal bişərkən, üfunət iyi içinin palçıq kimi olması ilə təyin edilirdi.

12. İstintaq zamanı dindirilmiş Cavabdeh1 ifadəsində göstərmişdir ki, onun Əlişir Cəfərovla heç bir alış-verişi olmamış, 2023-cü ilin mart ayının ortalarından fəaliyyətə başlamış, "xxxx" MMC-yə keyfiyyətsiz mal verilməsi ilə bağlı yazılanlar şər və böhtandır, onun oğlu İddiaçı həmin MMC-yə mal almaq üçün pul alaraq qazancı yarı ödəmiş, 422.000 manat borcu qalmışdır. Həmin borca dai r 12 may 2023-cü il tarixdə 21 saylı Notariat Kontorunda borc müqaviləsi bağlanmış, borc müqaviləsi bağlanan zaman ona heç kim, heç bir hədə-qorxu gəlməmiş, həmin 160.000 manat pulu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində almışdır.

13. Cinayət işinin materiallarına əlavə edilmiş, ölkəyə malların gətirilməsinə dair gömrük sənədləri və X1 sənədlərindən görünür ki, həmin malların keyfiyyətsiz olmasına dair heç bir şübhə yoxdur.

14. İstintaq zamanı İddiaçı keyfiyyətsiz malların məhv edilməsinə dair tarixi göstərilməmiş akt təqdim etmiş, hansı ki, malların məhv edilməsi zamanı qarşı tərəf iştirak etməmiş, ümumiyyətlə həmin malların keyfiyyətsiz olmasını təsdiq edən qanuni sənədlər təqdim edilməmiş, ancaq fotoşəkillər təqdim edilmişdir. Həmin fotoşəkillərin nə vaxt, harada çəkilməsi m əlum deyil.

15. Cinayət üzrə aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, tərəflər arasında iş birliyi olmuş, kommersiya fəaliyyəti ilə məşğul olmuşlar. Cinayət işi üzrə toplanmış sübutlar təhlil edilən zaman müəyyən edilmişdir ki, tərəflərin ifadələri arasında mühüm ziddiyyətlər vardır ki, həmin ziddiyyətləri istintaq hərəkətləri və cinayət işinə əlavə edilmiş rəsmi sənədlərlə aradan qaldırmaq mümkün deyildir.

16. Bununla da müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı qarşı dələduzluq etməsini təsdiq edən sübutlar yoxdur. Odur ki, qərarın təsviri hissəsində göstərilənərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanaraq ibtidai istintaqı aparılmış ********* №-li cinayət işi üzrə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində Cavabdeh1 (bundan sonra - cavabdeh) ilə onun arasında bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, orta məktəbdən 9-cu sinifdən cavabdehi tanıyır. Bir çox sinif yoldaşları kimi atası da cavabdehi sinif yoldaşı kimi tanımışdır. 2020-ci ildə atası "xxxx" MMC-ni açarkən cavabdehi ora mal verərkən görmüşdü. Bildiyi qədəri ilə hər iki müəssisə arasında 2-3 milyonluq dövriyyə olmuşdur. Verilən xammalların içindən 600-700 min manatlıq keyfiyyətsiz və yararsız mal olduğunu dəfələrlə atasından eşitmişdir. Be lə ki, atası ilə Cavabdeh1 telefonla danışarkən atası ondan yararlı xammal istəməyinə baxmayaraq, o, həmin xammallarla yanaşı keyfiyyətsiz və qarışıq xammalar da aldadaraq vermişdir. "xxxx" MMC ilə "xxxx" şirkəti arasında iş fəaliyyəti dayandırılarkən atasından pul tələb etməyə başladı. Bundan sonra atası ondan keyfiyyətli mal tələb etməyə başladı. Bundan sonra atasının yaşlı və səhhəti ilə əlaqədar ondan əl çəkərək ona hədə qorxu gələrək, onu şərləyəcəyini, işdən çıxartdıracağı ilə hədələyərək ona heç bir pul vermədən formal olaraq bu borc müqaviləsini atası Əlişir Cəfərovla yox, onunla bağlamağa nail oldular. O, isə bununla razı olmasa da tutulmaqdan və şikayət olunacağı təqdirdə işdən çıxarılacağına görə məcbur olaraq müqaviləni bağlamışdır. Cavabdeh1 söz verdi ki, bu borc müqaviləsini bağlamaqla yanaşı keyfiyyətsiz malları yenisi ilə əvəz edəcəkdir. Bir müddət sonra həmin borc müqaviləsinə görə atasını və onu şantaj edərək işinə xələl gətirəcəyi ilə hədələyərək onlardan pul tələb etməyə başladı. 03 noyabr 2023-cü il tarixində o, işdən çıxarkən 4 nəfər tanımadığı şəxslər özlərini polis əməkdaşı kimi qələmə verərək ondan Cavabdeh1 olan borcunun dərhal bağlanması tələb edildi. O, bu borcun ona aid olmadığını, iki müəssisə arasında olan mülki mübahisə olduğunu bildirsədə, buna əhəmiyyət verilmədi və onu 3 günlük müddətinə buraxaraq birinci dəfə 100.000 manat, ikinci dəfə isə 60.000 manat atasından hədə qorxu ilə alındı. Həmçinin qeyd etmişdir ki, Fuad Mikayıllov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdi və onu işi ilə və həbs ediləcəyi ilə hədələ miş, pul tələb etmişdir. Həmin vaxtdan da tanımadığı şəxslər onları hədələyərək pul tələb edirlər. Atası artıq bu hədələrə dözə bilməyib hüquq-mühafizə orqanlarına şikayət etdi. Qeyd etmişdir ki, 27 mart 2024-cü ildə Fuad atasına zəng edərək sabah 28-i tarixində 150.000 manat, 30-u tarixində isə 300.000 manat pul gətirməyini tələb etdi. Qeyd etmişdir ki, "xxxx" MMC və "xxxx" Şirkəti ilə iqtisadi və hüquqi bağlılığı yoxdur. Heç bir pul vəsaiti olmadan və almadığı halda qanunsuz və əsassız olaraq onunla borc müqaviləsi bağlanılmışdır. Bildirmişdir ki, hazırda qeyd olunan faktiki hallar əsasında törətdiyi cinayət əməlinə (dələduzluq əməli) görə Cavabdeh1 barəsində Nərimanov RPİ-nin İŞ-də 22 aprel 2024-cü il tarixli cinayət işinin başlanması barədə qərarla cinayət işi başlanmışdır. Yuxarıda qe yd edilənlərə əsasən borc müqaviləsi bağlandığı zaman mülki qanunvericiliyin əsas prinsiplərinin kobud şəkildə pozulduğunu, bağlanmış əqdə tərəflərin həqiqi iradəsi təhrif edildiyindən, dolayısı ilə onun iradəsi ifadə edilməmiş, onun heç bir borcu olmadığı halda sözügedən borc müqaviləsinin əlverişsiz şərtlərlə, eləcə də həmin müqavilə cavabdeh tərəfindən ona edilən hədə-qorxu və zorakılıq təsiri altında və onu aldatması nəticəsində bağlanılması səbəbindən həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq etibarsız müqavilə hesab edilməlidir. Bundan əlavə, borc müqaviləsinin predmeti olaraq göstərilən nağd pul vəsaiti əslində mövcud olmamışdır. Yəni cavabdeh tərəflə onun arasında bağlanılan borc müqaviləsinin müvafiq maddəsinin tələbinə əsasən göstərilən pul vəsaitini cavabd eh ona verməmişdir. Bu baxımdan hesab edir ki, qeyd olunan borc müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq etibarsız hesab olunmalıdır.

19. Cavabdeh, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla iddiaçı arasında 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində bağlanmış kredit müqavilələrinə əsasən 386.300 manat əsas borc, 30.340,65 manat faiz, ümumilikdə 416.640,65 manat borcun və dövlət rüsumu üçün ödənilmiş 706.64 manatın ödənilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 may 2023-cü il tarixdə tərəflər arasında notariat qaydada bağlanmış və reyestrdə qeydə alınmış kredit müqaviləsinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixədək 246.300 manat borcu ca vabdehə qaytarmalı idi. 24 fevral 2024-cü il tarixdə iddiaçı cavabdehə 100.000 manat; 15 mart 2024cü il tarixdə isə 60.000 manat borc qaytarmışdır. Müqavilənin bağlanması anından 01 il 01 ay müddət ötmüşdür. Mərkəzi Bankın müəyyən etdiyi bank uçot dərəcəsi hazırda 7.25%-dir. Ümumi borc 246.300 manatdır. Ödənilmiş borc 160.000 manat, qalıq və əsas borcu isə 86.300 manatdır, 1 illik bank uçot dərəcəsinə uyğun olaraq 86.300,00*0,0725%= 6.256,75 manat. 1 aylıq bank uçot dərəcəsinə uyğun olaraq: 6.256,75:12=521,395833~521,4 manat. Ödənilməli olan borc 86.300,00+6.256,75+ 521,4= 93.078,15 manat. Belə ki, 12 may 2023-cü il tarixdə tərəflər arasında notariat qaydasında bağlanmış və reyestrdə qeydə alınmış kredit müqaviləsinə əsasən iddiaçı xx.xx.2024-cü ilədək 300.000 manat borcu cavabdehə qaytarm alı idi. Lakin iddiaçı tərəfindən heç bir ödəniş olunmamışdır. Müqavilənin bağlanması anından 01 il 01 ay müddət ötmüşdür. Mərkəzi Bankın müəyyən etdiyi bank uçot dərəcəsi hazırda 7.25%-dir. Ümumi borc: 300.000 manat. Qalıq borc və əsas borc 300.000 manat. 1 illik bank uçot dərəcəsinə uyğun olaraq 300.000*0,0725%=21.750,00 manat. 1 aylıq bank uçot dərəcəsinə uyğun olaraq 21.750,00:12 = 1.812,5 manat. Ödənilməli olan borc 300.000,00+ 21.750,00+1.812,5= 323.562,5 manat. Hər iki müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan ümumi borc 93.078,15+323.562,5= 416.640,65 manatdır. Belə ki, iddiaçı öz ərizəsində 12 may 2023-cü il tarixdə bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. İstinad etdiyi halları əsaslandıra bilməmişdir. T ərəflər arasında 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində bağlanmış kredit müqavilələri isə qarşılıqlı iddianın əsasını təşkil edir. Belə ki, cavabdeh tərəfindən 246.300 manat; 300.000 manat, yəni ümumilikdə 546.000 manat iddiaçıya təqdim edilmiş və borc olaraq verilməsi ilə bağlı bütün rəsmi sənədləşmə işləri aparılmışdır.

21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2881/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) ilk iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, İddiaçı 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 86.300 manat, əldən çıxmış faydaya görə 10.315 manat, 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 300.000 manat, əldən çıxmış faydaya görə 15.000 manat, hər iki mü qavilə üzrə əsas borca görə cəmi 386.300 manat, əldən çıxmış faydaya görə 25.315 manatın tutularaq Cavabdeh1 ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış borc müqavilələri qanunvericiliyin tələblərinə uyğun şəkildə və notariat qaydasında bağlanıldığından, eləcə də, iddiaçı tərəfindən əqdlərin etibarsızlığı ilə bağlı sübutlar təqdim edilmədiyindən ilk iddia rədd edilməlidir.

23. İddiaçının ümumi borcundan 160.000 manat qaytarması və cavabdeh həmin məbləğin 246.300 manat borc üzrə verildiyi və həmin borcdan silindiyi hər iki tərəfin cinayət işi üzə istintaq zamanı və məhkəmə iclasında verdikləri etiraf edici izahatları ilə öz təsdiqini tapmışdır.

24. İddiaçının hər i ki müqavilə üzrə cavabdehə ümumilikdə 386.300 manat borcunun olması mülki iş materialları ilə təsdiq edilmişdir. Cavabdeh isə hazırda həmin məbləğin tutulmasını tələb edir.

25. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən öhdəliyin vaxtında icra edilməməsinə görə qanunvericiliyin tələbinə uyğun olaraq əldən çıxmış fayda kimi əsas borcun 5 faizi məbləğində pul vəsaiti tutulmalıdır. İddiaçıdan cavabdehin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 246.300 manat borc üzrə illik 5% hesablanmaqla xx.xx.2023cü ildən xx.xx.2024-cü il tarixədək 9236.25 manat (246.300x5%(illik 12.315 manat):12ay ( bir ayı 1026.25 manat) x 9 ay (2024-cü ilin fevral ayında 160.000 manat qaytarılan tarixədək) = 9236.25 manat), xx.xx.2024-cü il tarixdən iddia qaldırılan günə isə illik 5% hesablanmaqla 1078.75 manat (86300 x 5% (illik 4315 manat): 12 ay (bir ayı 359.58 manat) x 3 ay = 1078.75 manat), ümumilikdə isə 10315 manat, və xx.xx.2023-cü il tarixli digər kredit müqaviləsinə əsasən 300.000 manat borc müqaviləsi üzrə illik 5% hesablanmaqla xx.xx.2023-cü il tarixdən iddia qaldırılan tarixə 15.000 manat (300.000 x 5% = 15000) əldən çıxmış fayda tutulmalıdır.

26. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 354.2, 324.1, 390.1, 337.1, 739.1, 739.2, 385.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 560.1ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına istinad etməklə əsasla ndırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxılan iş üzrə təqdim olunmuş sübut və dəlillərə hüquqi qiymət verməmiş, qətnamədə də bu barədə hər hansı şərhə yer ayırmamışdır. Yalnız müqaviləni əsas götürərək qarşılıqlı iddianı təmin etmişdir. Halbuki ilkin iddia məhz həmin müqavilələrin etibarsızlığı barədə olmuş, bununla bağlı kifayət qədər sübut və izahatlar təqdim edilmişdir. Borc müqaviləsi bağlanarkən real pul vəsaiti mövcud olmamış, bu hal məhkəmədə də dəfələrlə bildirilmişdir. Həmçinin bank tərəfindən təqdim edilən mədaxil və məxaric qəbzlərindəki imzaların iddiaçıya məxsus olmaması bildirilərək, xəttşünaslıq ekspertizası keçirilməsi üçün vəsatət verilmişdir. Lakin məhkəmə həmin vəsatətə əsassız olaraq baxmamış, nəticədə işin halları tam araşdırılmadan qərar qəbul edilmişdir. Cavabdeh proseslərdə ziddiyyətli və qeyri-səmimi izahatlar vermiş, cinayət işi üzrə verdiyi ifadələrində isə əslində borc münasibətlərinin mövcud olmadığını təsdiqləmişdir. Bu ifadələrdən görünür ki, tərəflər arasında bağlanan müqavilə həqiqi iradəni əks etdirməmiş, yalnız formal xarakter daşımışdır. Tərəflər arasında borc müqaviləsi mülki qanunvericiliyin prinsiplərinə zidd olaraq bağlanmış, tərəflərin həqiqi iradəsinə uyğun olmamış, müqavilənin predmeti kimi göstərilən pul vəsaiti isə ümu miyyətlə mövcud olmamışdır. Buna görə də həmin müqavilənin etibarsız hesab edilməsi və qanuni nəticələrinin tətbiq olunması zəruridir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kredit müqavilələrinin imza etməməsi və həmin müqavilələr üzrə hər hansı məbləğdə pul götürməməsi ilə bağlı dəlillərini yoxlamaq üçün təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 06 mart 2025-ci il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, İddiaçı adına tərtib olunmuş "xxxx" ASC-nə məxsus olan 12 may 2023-cü il və 12 may 2023-cü il tarixli çeklərin arxa tərəflərində “Çekdə göstərilən məbləği aldım İmza” qrafalarındakı imzalar – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, İddiaçı adına tərtib olunmuş "xxxx" ASC-nə məxsus olan 12 may 2023-cü il və 12 may 2023- cü il tarixli çeklərdəki əlyazmalar- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-557/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov sədrlik edən, məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilənin etibarsız hesab olunması dəlilinə münasibətdə qeyd etmişdir ki, qanunun müddəaları və ekspert rəyi nəzərə alınmaqla iddiaçının apellyasiya şikayətində istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı kredit müqaviləsini bağlamağa məcbur edildiyini bildirsə də, bunu sübut edə bilməmişdir. Həmçini n o, apellyasiya şikayətində cavabdehin cinayət işi üzrə izahatına istinad etsə də, cinayət üzrə aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, tərəflər arasında iş birliyi olmuş, kommersiya fəaliyyəti ilə məşğul olmuşlar. Cinayət işi üzrə toplanmış sübutlar təhlil edilən zaman müəyyən edilmişdir ki, tərəflərin ifadələri arasında mühüm ziddiyyətlər vardır ki, həmin ziddiyyətləri istintaq hərəkətləri və cinayət işinə əlavə edilmiş rəsmi sənədlərlə aradan qaldırmaq mümkün deyil. Bununla da müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya qarşı dələduzluq etməsini təsdiq edən sübutlar yoxdur. Odur ki, qərarın təsviri hissəsində göstərilənərə əsasən fakta görə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə başlanaraq ibtidai istintaqı aparılmış ********* №-li cinayət işi üzrə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir.

31. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 246.300 manat borc vermiş, müqavilənin 2-ci bəndinə əsasən krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı, xx.xx.2023-cü il tarixdə 100.000 manatı notariusun depozit hesabı vasitəsilə verməyi və qalan 146.300 manatı isə xx.xx.2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür.

32. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli digər kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıya xx.xx.2024- cü il tarixədək qaytarmaq şərti ilə 300.000 manat borc vermiş, müqavilənin 2- ci bəndinə əsasən krediti xx.xx.2024-cü il tarixədək “borc verənə” notariusun depozit hesabı vasitəsilə hər təqvim a yının 25-də 15.000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür.

33. İddiaçı ümumi borcdan 160.000 manat qaytarmış, cavabdeh isə həmin məbləğin 246.300 manat borc üzrə qaytarıldığını və tərəfindən həmin borcdan silindiyini bildirmişdir. Bu hal hər iki tərəfin cinayət işi üzə istintaq zamanı və birinci instansiya məhkəməsinin iclasında verdikləri etirafedici izahatları ilə öz təsdiqini tapmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Birinci instansiya məhkəməsi iddiaçıdan 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 86.300 əsas bocun, 10.315 manat əldən çıxmış faydanın; 12 may 2023-cü il ta rixli digər kredit müqaviləsi üzrə 300.000 manat əsas borcun, 15.000 manat əldən çıxmış faydanın, hər iki müqavilə üzrə cəmi 386.300 manat əsas borcun, 25.315 manatın tutularaq cavabdehə ödənilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.5, 337.1, 354.2, 407.2, 425.1, 442, 445.1, 445.7, 448.1, 560.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq əlavə olaraq iş materiallarında olan 06 mart 2025-ci il tarixli ekspert rəyinə istin adən qeyd edilmişdir ki, tərəflər arasında olan mübahisə də məhz müqavilənin bağlanmasının formal xarakterli olması olmuşdur. Yəni uydurma əqdir. Real pul məbləği verilməmişdir. Məhkəmə isə yalnız müqaviləyə əsasən borc məbləğini təsdiq etmişdir. Qeyd edilən məbləğlər ümumiyyətcə iddiaçıya nəinki borc, heç bir formada təqdim edilməmişdir. Bu hallar, iş üzrə istintaq materialları ilə və cavabdehin qarşılıqlı iddiasında göstərilən əsaslarla da öz təsdiqini tapır. Cavabdeh tərəf istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmiş, sözügedən məbləğdə iddiaçının ona olan borcunu təsdiq edən hər hansı bir tutarlı dəlil təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM nin 88-ci maddəsinin tələbi kobud şəkildə pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmiş və reallığı əks etdirməyən qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 324.1 əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

40. Maddə 324.2 əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

41. Maddə 324.5 iradə ifadəsinin təfsiri zama nı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

42. Maddə 337.1 Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. Maddə 354.2 bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

44. Maddə 407.2 sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydad a təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

45. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

46. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

47. Maddə 445.1 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsi ndə vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

48. Maddə 445.7 borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

49. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

50. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

51. Maddə 739.1 borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (b orc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

52. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında göstərmişdir ki, “Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlə r; - əqdin formasına dair şərtlər.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.”

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunl uğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanı ldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

68. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

69. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri i lə razılaşmır.

70. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanunun müddəaları və ekspert rəyi nəzərə alınmaqla iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı kredit müqaviləsini bağlamağa məcbur edildiyini iddia etsə də, bunu sübut edə bilməmişdir. Həmçinin iddiaçı, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində cavabdehin cinayət işi üzrə izahatına istinad etsə də, cinayət işi üzrə aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, tərəflər arasında iş birliyi olmuş, kommersiya fəaliyyəti ilə məşğul olmuşlar. Cinayət işi üzrə toplanmış sübutlar təhlil edilən zaman müəyyən edilmişdir ki, tərəflə rin ifadələri arasında mühüm ziddiyyətlər vardır ki, həmin ziddiyyətləri istintaq hərəkətləri və cinayət işinə əlavə edilmiş rəsmi sənədlərlə aradan qaldırmaq mümkün deyil. Bununla da müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya qarşı dələduzluq etməsini təsdiq edən sübutlar yoxdur. Odur ki, qərarın təsviri hissəsində göstərilənərə əsasən, fakta görə Azərbaycan Respublikası CMin 178.3.2-ci maddəsi üzrə ibtidai istintaq aparılmış və nəticədə cinayət işi üzrə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir.

71. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 246.300 manat borc vermiş və müqavilənin 2-ci bəndinə əsasən, krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı, xx.xx.2023-cü il ta rixdə 100.000 manatı notariusun depozit hesabı vasitəsilə verməyi və qalan 146.300 manatı isə xx.xx.2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli digər kredit müqaviləsinə əsasən, cavabdeh iddiaçıya xx.xx.2024- cü il tarixədək qaytarmaq şərti ilə 300.000 manat borc vermiş, müqavilənin 2- ci bəndinə əsasən krediti xx.xx.2024-cü il tarixədək “borc verənə” notariusun depozit hesabı vasitəsilə hər təqvim ayının 25-də 15.000 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ümumi borcdan 160.000 manat qaytarmış, cavabdeh isə həmin məbləğin 246.300 manatını qaytarıldığını və tərəfindən həmin borcdan silindiyini bildirmişdir. Bu hal hər iki tərəfin cinayət işi üzə istintaq zamanı və birinci instansiya məhkəməsinin iclas ında verdikləri etirafedici izahatları ilə öz təsdiqini tapmışdır.

72. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəlik münasibətdəri yaranmışdır. Birinci instansiya məhkəməsi iddiaçıdan 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 86.300 əsas bocun, 10.315 manat əldən çıxmış faydanın, 12 may 2023-cü il tarixli digər kredit müqaviləsi üzrə 300.000 manat əsas borcun, 15.000 manat əldən çıxmış faydanın, hər iki müqavilə üzrə cəmi 386.300 manat əsas borcun, 25.315 manatın tutularaq cavabdehə ödənilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

73. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı k assasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 iyun 2025-ci il tarixli, 2(103)557/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar