Məhkəmə qərarları › İş №2(102)-2827/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2827/2021

20.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2827/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına X1 İnstitutuna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2827/21 (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı: İddiaçı, Cavabdeh: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına X1 İnstitutunun nümayəndəsi X3 və vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2020-ci il tarixli, 2(103)9047/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına X1 İnstitutunun kasasiya şikayəti üzrə işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, işəgötürənin 23 oktyabr 2019-cu il tarixli 248-K saylı əmrinin ləğv edilməsi və cavabdehdə “qarderobçusu” vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim V.M.Hacıyev) iddia qismən təmin edilərək, iddiaçının cavabdehdə əvvəlk i işinə, yəni “qarderobçusu” işinə bərpa edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işəgötürən iddiaçının razılığı olmadan onu əmək müqaviləsində nəzərdə tutulmayan “xadimə” işinə keçirməklə əmək qanunvericiliyinin tələblərini pozub. İddiaçının başqa işə keçirilməsinə dair işəgötürənin əmrində göstərilən müddət artıq başa çatıb. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 43, 59, 60-cı maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. A pelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 43, 59, 60cı maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına X1 İnstitutunun nümayəndəsi Natalya Əskərova və vəkili Rauf Abdullayev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Əmək Məcəlləsinin 43-cü maddəsinin 1, 3 və 4-cü hissələrinə görə əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Bu Məcəllədə başqa hal nə zərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 59-cu maddəsinin tələbinə görə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işi n müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi ape lyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın qismən təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarınd an görünür ki, iddiaçı məcburi köçkündür və hazırda Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-2” yaşayış massivində məskunlaşıb. Tərəflər arasında bağlanmış 08 fevral 2016-cı il tarixli əmək müqaviləsinə əsasən o, 08 fevral 2016-cı il tarixdən cavabdehin təsərrüfat hissəsinə “xadimə” işinə qəbul edilib. Tərəflərin razılığına əsasən işəgötürənin 03 oktyabr 2016-cı il tarixli, 79-K saylı əmri ilə iddiaçı 03 oktyabr 2016-cı il tarixdən cavabdehdən 0,5 ştat vahidi üzrə “qarderobçu” işinə, 05 sentyabr 2017-ci il tarixdən isə 1,0 ştat vahidi ilə “qarderobçu” işinə keçirilib. Həmçinin, işdən görünür ki, iddiaçı işəgötürənin 23 sentyabr 2019-cu il tarixli, 218-K saylı əmri ilə istehsalat zərurəti ilə əlaqədar olaraq 23 sentyabr 2019-cu il tarixdən bir ay müddətinə cavabdehin yataqxanasına “xadimə” i şinə keçirilib. Lakin, bir ay müddət başa çatandan sonra iddiaçı əvvəlki işinə, yəni “qarderobçu” işinə qaytarılmayıb və işəgötürənin digər 23 oktyabr 2019-cu il tarixli əmri ilə o, yenidən 24 oktyabr 2019-cu il tarixdən bir ay müddətinə cavabdehin yataqxanasına “xadimə” işinə göndərilib. Hazırda iddiaçı, işəgötürənin 23 oktyabr 2019-cu il tarixli, 248-K saylı əmrinin əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu əsas tutaraq hazırkı iddianı qaldırıb və onun tələbi 23 oktyabr 2019-cu il tarixli, 248-K saylı əmrinin ləğv edilməsi və cavabdehdə “qarderobçusu” işinə bərpa edilməsindən ibarətdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı bir ildən artıq müddətdə öz razılığı ol madan başqa işdə çalışdırıldığına və səhhəti xadimə işləməyə yol vermədiyinə, ən əsası isə işəgötürənin 23 oktyabr 2019-cu il tarixli əmrində göstərilmiş əlavə bir aylıq müddət 24 noyabr 2019-cu il tarixdə başa çatdığına görə iddiaçı əvvəlki işinə, yəni cavabdehin “qarderobçusu” işinə geri qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə Əmək Məcəlləsinin 43, 59, 60-cı maddələrinin tələblərinə tam uyğundur. Belə ki, həmin maddələrin mənasına görə, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hazırki mübahisəni düzgün həll edib, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılıb və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılıb. Apelyasiya instansiyası məhkəməsi cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, cavabdeh məluma tlı olduğu halda birinci instansiya məhkəməsinin iclaslarında üzrlü səbəblər olmadan iştirak etməyib və bununla da hazırki əmək mübahisəsinə iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə vermək imkanını itirib. Bu səbəbdən də iddia müddətinin tətbiqinə dair ərizə apelyasiya icraatı mərhələsində qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 371-ci maddəsinə əsasən, yeni sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsi, hazırki əmək mübahisəsinə iddia müddətinin tətbiq edilməsi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinin tələbinə əsasən fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozul masının aşkar edildiyi gün – işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdeh, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini iddia etsə də, iddiaçının hüququnun pozulmasının aşkar edildiyi vaxta dair mötəbər sübutları (işçiyə müvafiq əmrin verilməsi, əmək müqaviləsinə sonradan düzəliş edilsə də, bu düzəlişdən iddiaçının xəbərdar olması) məhkəməyə təqdim etməyib. Bununla da, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya i nstansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin digər dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına X1 İnstitutunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2020-ci il tarixli, 2(103)-9047/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar