Məhkəmə qərarları › İş №2(102)-2828/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2828/2021

10.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2828/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı vəkili Ələsgərov Ziya Camal oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, X5 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 avqust 2021ci il tarixdə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh keçmiş qayınatasıdır. Cavabdeh iddiaçının oğlu ilə 1997-ci ildə nikaha daxil olduqdan sonra bir müddət iddiaçıya məxsus başqa mənzildə yaşasalar da, sonradan - 2004-cü ildə iddiaçı ünvan 1 ünvanda yerləşən mübahisəli özbaşına tikilinin yerləşdiyi torpaq sahəsini həmin tikili ilə birlikdə satın almış və cavabdeh də həmin evdə onlarla birlikdə yeni evdə yaşamağa başlamışdır. 2005-ci ildə iddiaçının oğlu ilə cavabdeh arasında nikah məhkəmə qətnaməsi ilə pozulmuş, lakin cavabdeh mübahisəli evdə yaşamaqda davam etmişdir. Sonradan iddiaçı satın aldığı torpaq sahəsində yerləşən mübahisəli tikilini özəlləşdirmiş və həmin ev artıq İddiaçı xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı keçmiş gəlini olan cavabdehin onun mülkiyyətində olan evdə yaşamasını öz mülkiyyət hüququnun pozuntusu kimi qəbul edir və cavabdehin həmin evdən çıxarılmasını, mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi verərək, cavabdehin ona məxsus ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzil onun tərəfindən 08.12.2014-cü il tarixdə alğı-satqı müqaviləsinə əsasən əldə edilmiş, 15.07.2019-cu il tarixdə mənzilə çıxarış verilmişdir. Cavabdeh onun oğlunun keçmiş həyat yoldaşıdır. 2004 -cü ildə onların nikahı pozulsa da, cavabdeh tərəfindən ona məxsus mənzil zəbt edilərək orada qanunsuz şəkildə bu günədək yaşamağa davam edir. Tərəfindən dəfələrlə mənzilə çıxarış əldə etmək üçün cəhdlər edilsə də, nəticəsi olmamışdır.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin X5 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Məmmədov) iddia tələbinin təmin edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin hüquqi vəziyyəti dəyişərək iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdehin isə uzun müddət orada yaşamasına rəğmən həmin mənzilə istifadə hüququnun olması işin halları ilə müəyyən edilmir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157,146, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, X5 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və İ.Ə.Kərimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli ev AN-İ ******* saylı, 08.12.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X1 tərəfi ndən alıcı (cavabdehin qayınatası) İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən 0.01 hektar torpaq sahəsi üzərində inşa edilmişdir. İddiaçı sonradan həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən adına müvafiq çıxarış almışdır. Cavabdeh əvvəllər iddiaçıya məxsus digər evdə yaşasa da, həmin evin satışından əldə olunmuş vəsait hesabına 2004-cü ildə alınmış torpaq sahəsi üzərində yerləşən mübahisəli evdə yaşayır. Bu hallar işin mübahisəsiz halıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh uzun müddət iddiaçıya məxsus mübahisəli evdə yaşamasına rəğmən, onun istifadə hüququnun olmasına istinad edir, lakin bu fakt işin halları ilə müəyyən edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) K assasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instasiya məhkəməsi işə tam, hərtərəfli və obyektiv baxmamış, mübahisənin həlli üçün aidiyyəti olmayan maddi hüquq normalarını tətbiq etmiş, cavabdehin mübahisəli evdən çıxarılmasının hüquqi əsaslarını göstərməmiş, ümumi müddəalardan istifadə etməklə nəticəyə gəlmişdir. İddiaçının iddia tələbinin dəlilləri cavabdehin evdən çıxarılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu normanın tələblərindən çıxış edərək b elə bir nəticəyə gəlmək olar ki, şəxsin mənzilə və digər bu kimi yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmaması aydınlaşdırılmalıdır. Cavabdehin evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Norma istifadə hüququnun olubolmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıq dan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Ələsgərov Ziya Camal oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şi kayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 15.Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sə rəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

228. Yaşayış binasının tərkib his səsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəs inə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

19. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kolle giyası hesab edir ki,apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ normasının məhkəmələr tərəfindən tətbiqi təcrübəsini formalaşdıran bir neçə qərarı mövcuddur.

24. Həmin qərarlardan biri olan «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

25. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh əvvəllər iddiaçıya məxsus digər evdə yaşasa da, həmin evin satışından əldə olunmuş vəsait hesabına 2004-cü ildə alınmış torpaq sahəsi üzərində yerləşən mübahisəli evdə yaşayır və cavabdehin iddiaçıya məxsus mübahisəli evdən istifadə hüququnun olması müəyyən edilmir.

26. Baxılan iş üzrə evin mülkiyyətçisinin evə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmir. Elə hal yoxdur ki, mülkiyyətçi iddiaçının evdən istifadə hüququna razılıq verməyə borclu olsun.

27. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə tam, hərtərəfli və obyektiv baxılmadığını, mübahisənin həlli üçün aidiyyəti olmayan maddi hüquq normalarının tətbiq edildiyini, cavabdehin mübahisəli evdən çıxarılmasının hüquqi əsaslarının göstərilmədiyini, ümumi müddəalardan ist ifadə edilməklə nəticəyə gəlindiyini qeyd etsə də, iş materialları ilə bu hallar təsdiqini tapmır.

28. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. 29.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, X5 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar