Məhkəmə qərarları › İş №2(102)-283/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-283/2023

17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-283/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xita m verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-212/2022 nömrəli, 1 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Hüseynov Elsevər Sultan oğlu arasında 5 iyul 2007-ci il və 6 mart 2008-ci il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn kredit öhdəliklərinin təminatı olaraq, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-181/2010 nömrəli, 1 9 mart 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Hüseynov Elsevər Sultan oğlundan K3529 saylı kredit müqaviləsi üzrə cəmi 60.927 ABŞ dolları məbləğində, K-3716 saylı kredit müqaviləsi üzrə cəmi 91.508 ABŞ dolları məbləğində borc Bankın xeyrinə tutulmuş və tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilinə yönəldilmiş, mənzilin açıq hərracda satılması və satışından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. 3. "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və Bakı şəhəri, Binəqədi rayonu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzili Bank tərəfindən 76.500 manata alınmış və bu barədə xx.xx.2018-ci il tarixdə hərracın nəticələr i barədə yekun protokol tərtib edilmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır.

4. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, S.S.Axundov küçəsi, ev 40, mənzil 25 tam mülkiyyət hüququ üzrə Bankın adına 18 oktyabr 2018-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1012/2019 nömrəli, 1 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh3, X2, Cavabdeh2 və Hüseynov Elsevər Sultan oğlunun cavabdehlər "xxxx" MMC, AR "xxxx" MMC, Binəqədi rayon İcra və Probasiya Şöbəsi, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə və Banka qarşı “əmlakın qiymətləndiril məsi barədə ekspert rəyinin və hərracın nəticələri barədə protokolun ləğv edilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Qətnamə 4 mart 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-332/2021 nömrəli, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh Banka qarşı “ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünün ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə 10 yanvar 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilindən istifadə hüquqla rının itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, əmlakın Bankın mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər.

9. Cavabdeh1 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-124/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh3 Hüseynov Elsevər Sultan oğlunun kredit öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayo nu, 8 mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilini Bank qarşısında ipoteka ilə yüklü etməklə öhdəliklərin lazımi qaydada icra edilməməsi təqdirdə əmlaka olan mülkiyyət və digər hüquqlarının, o cümlədən istifadə hüququnun itirilməsinin mümkünlüyü ilə razılaşmışdır. Digər cavabdehlər də buna etiraz etməmişdirlər. Lakin öhdəlik lazımi qaydada icra edilmədiyindən tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və məhkəmə qaydasında pulun tutulması, tutmanın bu əmlaka yönəldilməsi qət edilmişdir. Bununla bağlı keçirilmiş hərracın nəticəsi olaraq, həmin mənzili hərracdan iddiaçı almışdır. Hazırda mənzil iddiaçının mülkiyyətində olmuşdur. Mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra isə cavabdehlərin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamı ş, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud olmamışdır. Hüquqi baxımdan cavabdehlərin hazırda həmin əmlaka hər hansı bağlılığı qalmamışdır. Onlar hazırda hər hansı əsas olmadan mənzildə yaşamış, onların mənzilə olan pasport qeydiyyatı isə formal xarakter daşımışdır. Bu səbəbdən məhkəmə iddia tələbini “cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilməsi” tələbini əsaslı hesab etmiş və belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.

12. Məhkəmə iddia tələbinin “cavabdehlərin mənzildən çıxarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, qanunun mənasına görə iddiaçı - mülkiyyətçi Bankın mübahisəli əmlaka dair mülkiyyət hüququ dövlət reyestr ində rəsmi olaraq qeydiyyata alınmışdır və o, ona mənsub olan bu əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəst olmuş və buna dair ona heç kimdən razılığın alınması tələb edilməmişdir. Cavabdehlərin bu mənzildə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasın, o cümlədən onlarla iddiaçı arasında bağlanmış kirayə və sair müqavilənin olması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. İddiaçı, mülkiyyətçi olmasına baxmayaraq, hazırda qeyd edilən mənzildən istifadə edə bilməmiş, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 228-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1, 59.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-212/2022 nömrəli mülki iş üzrə 1 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) cavabdehlər tərəfindən ver ilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmamışdır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 228-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1, 59.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məktubu əsasında borclu Hüseynov Elsevər Sultan oğlunun anası X1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 40 saylı evin 34 nömrəli 3 otaqlı mənzili açıq hərraca çıxarılaraq satılmış və satışdan əldə edilmiş 66.000 ABŞ dolları məbləğində pul iddiaçıya ödənilmişdir. Elə həmin tarixdə, yəni 2010-cu ildə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 40 saylı evin 25 nömrəli mənzil "xxxx" MMC tərəfindən 120.00 0 manat qiymətləndirilmiş, lakin ilkin hərracda əmlak satılmadığı üçün yenidən 102.000 manata hərraca çıxarılmışdır. Hərrac təşkilatı tələbkar və ipoteka saxlayan Banka ipoteka predmetinin alqı-satqısı barədə müqavilə bağlanması üçün bildiriş göndərərək əmlakın alınması təklif edilmişdir. Buna baxmayaraq tələbkaripoteka saxlayan Bank həmin əmlakı qeyd olunan müddətdə almamışdır. Təkrar hərracın baş tutmaması barədə qəzetdə elan verilmişdir. Tələbkar və ipoteka saxlayan Bank ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 40 saylı evin 25 nömrəli mənzilini 05/04 saylı xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi ilə təxminən 7 il sonra 102.000 manatdan 25% qiyməti aşağı salaraq 76.500 manata almışdır. Bununla da “İpoteka ha qqında” Qanunun 43.8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.

20. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş, hüquq normalarını səhv şərh etmiş, apellyasiya şikayətində göstərilən dəlilləri müzakirə etməmiş, onlara öz qərarında heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstə rilməlidir.

21. Kassator qeyd etmişdir ki, konkret halda iddiaçı tərəfindən cavabdehə münasibətdə vicdanlılığın tələb etdiyi tərzdə davranılmamışdır. Belə ki, kredit müqaviləsi üzrə əsas borclu X3 ilə tələbkar və ipoteka saxlayan Bank arasında qeyd olunan K3529 saylı kredit müqaviləsi və K3716 saylı kredit müqavilələrində bir neçə dəfə dəyişikliklər edilməsi barədə sazişlər bağlanılmışdır ki, bu barədə ipoteka qoyandan heç bir razılıq alınmamışdır.

22. Bundan əlavə kassator qeyd etmişdir ki, sözügedən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 25 saylı mənzilində Cavabdeh3, Cavabdeh1, onun arvadı X4, azyaşlı övladlar xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 ilə birgə yaşamışlar. Həmin mənzil onların yeganə yaşayış yeri olmuşdur. Cavabdeh3 xx.xx.1936-cı il təvəllüdlü olmaqla əmək qabiliyyəti olmayan, xroniki ağır kardioloji xəstəliyi olan pensiyaçı şəxsdir. Habelə, Cavabdeh1 müharibə veteranı olmaqla həm xroniki kardioloji və həm də onkoloji xəstəliklərdən əziyyət çətməkdədir. Əmək qabiliyyəti olmayan şəxsdir. Ailənin yeganə yaşayış yeri hazırkı mənzil olmuşdur. Ailənin hazırda gəlir mənbəyi dövlət təminatı kimi yaşa görə pensiya və müharibə veteranı kimi təyin edilmiş müavinət olmuşdur. İşə baxan məhkəmələr cavabdehlərin mənzildən çıxarılmasına dair iddia tələbinə baxıb hüquqi qiymət verərkən qeyd olunan faktiki halları nəzərə almamış, yan keçməklə kifayətlənmişdir, cavabdehlərin sözügedən mənzildən çıxarılacağı təqdirdə xüsusi qayğıya ehtiyacı olan şəxslərin - əmək qabiliyyəti olmayan, s ağlamlıq imkanları məhdud olan, ahıl və ya azyaşlı şəxslərin sonrakı taleyi barədə hər hansı mövqe bildirməmişdir.

23. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 okty abr 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həm in əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirili r. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər;

32. Maddə 59.4. (əvvəlki redaksiyada) Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

44. Cavabdeh3 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apell yasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yux arıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 2(103)-212/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar