Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2831/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və X10 qarşı ilk, Cavabdeh2 İddiaçı və X13 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-2831/2023 Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması və mənzildən çıxarılma, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və X10 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması və mənzildən çıxarı lma tələbinə dair ilk, Cavabdeh2 İddiaçı və X13 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)-31/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14 may 2011-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə satıcı X18 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, məhəllə 668, Şövqiyar Abdullayev küçəsindəki, 23 nömrəli evin 5 saylı mənzilini alıcı X13 67300 manata satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmla k verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən satıcı 1 ay müddətində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
2. Mübahisəli mənzil xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır 3. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə borc verən X19 borc alan Cavabdeh2 50.000 ABŞ dolları məbləğdə (həmin günə olan 1 ABŞ dolları = 1.70 manat məzənnəsinə uyğun 85.000 manat) pulu borc vermişdir. Müqavilənin ikinci bəndinə əsasən borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə tam qaytarmağı öhdəsinə götürmüşdür. 4. 2 may 2019-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə satıcı X19 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Məhəllə 668, Şövqiyar Abdullayev k üçəsi, ev 23, 5 saylı mənzili alıcı İddiaçı satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2019-cu il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
5. Mübahisəli mənzil X4 İddiaçı mülkiyyətinə keçən zaman orada qeydiyyatda olan X14, Babazadə İsmayıl Dadaş oğlu, Cavabdeh2 və X15 tərəfindən mənzilin satılmasına etiraz etmədiklərinə dair notariat qaydada ərizələr verilmişdir.
6. Mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. İddiaçı miras qalmış əmlaka dair qanun üzrə vərəsəsi-qardaşı X20 xx.xx.2022-ci il tarixdə 2V-655 və 2V-656 reyest r qeydiyyatlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.
8. X16 nümayəndəsi X5 ilə X26 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Əfqan Ərəbov mübahisəli mənzili Nicat Novruzova satmışdır.
9. Mübahisəli mənzil xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı xx.xx.2019-cu ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X7 azyaşlı X17 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab olunması və onların həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı mənzili alğı-satqı yolu ilə X4 02 may 2019-cu il tarixdə alanda mənzildə qeydiyyatda olan şəxslər ona bildirmişlər ki, 5 ay müddətinə qeydiyyatdan çıxacaqlar və mənzili boşaldacaqlar. Lakin bu vaxta kimi cavabdehlər qeydiyyatdan çıxmamışlar və mənzildə yaşayırlar. İddiaçı dəfələrlə mənzildən çıxmalarını tələb etsə də, cavabdehlər mənzildən çıxmamışlar. Cavabdehlərin qeydiyyatdan çıxmaması və mənzilində yaşamaları mülkiyyətçi kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır.
12. Cavabdeh2 məhkəmənin gedişində İddiaçı və X13 qarşı qarşılıqlı iddia ərizəsi verərək, X19 ilə İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, 2011-ci ilin mart ayında mübahisəli mənzili X8 135.000 manat qiymətinə razılaşma yolu ilə valideynlərinin yaşaması üçün almışdır. Atası Babazadə İsmayıl Dadaş oğlu və anası X15 2011-ci ilin may ayından yuxarıda göstərilən ünvana köçmüşlər. X28 tam hesablaşmadığı üçün (65.000 manat) borclu qaldığından mənzili notariat qaydada rəsmiləşdirməmişlər. X1 müraciət etmiş və ondan borc istəmişdir. Verdiyi pulun təminatı olaraq F.Əzimovun adına mənzili rəsmiləşdirmişlər. Füzuli Əzimov öz tərəfindən ona etibarnamə vermişdir. 2018-ci ildə Füzuli Əzimova təcili olaraq pul lazım olmuş və onun razılığı ilə mənzili "xxxx" adlanan qeyri-bank təşkilatına girov qoyub Füzuli Əzimov 50.000 manat pul götürmüşdür, aylıq ödənişlər onun tərəfindən edilmişdir. Lakin bir neç ə ay sonra maddi durumu pis olduğu üçün ödənişləri edə bilməmişdir. Füzuli Əzimovla qərara gəlmişlər ki, evi girov qoyub "xxxx"-nun pulunu ödəsinlər və əldə etdikləri pul ilə başqa problemlərini həll etsinlər. Bu məqsədlə İddiaçı adlı şəxslə aralarında olan danışıq əsasında 3.5% aylıq və qabaqcadan 10% şapka ilə 60.000 ABŞ dolları (102.000 manat) pul borc almaqla, xx.xx.2019-cu il tarixdə alğı-satqı yolu ilə həmin evi notarial qaydada İddiaçı adına keçirmişlər. Lakin notariusdan çıxdıqdan sonra İddiaçı tərəfindən şərtlər pozulmuşdur. İddiaçı demişdir ki, pulunu qaytaranda 10.000 ABŞ dolları Yaqub, 10.000 ABŞ dolları da Füzuli verəcəkdir. Bu zaman o, etirazını bildirərək mübahisə etmədən demişdir ki, artıq o, bu söhbətdə yoxdur, Füzuli bilər və o bilər. 03 iyun 2019-cu ildə İddiaçı zəng vur ub onunla görüşmüş və danışdıqları kimi təklif etmişdir. Lakin İddiaçı etirazını bildirərək ona demişdir ki, o, F.Əzimovdan evi almışdır, istəyirsə, kirayə müqaviləsi bağlasınlar. İddiaçı sentyabr ayında xəbər yollamışdır ki, evi boşaltsın. O da etirazını bildirərək təklif etmişdir ki, 10% şapka hissəsi qalsın, 60.000 ABŞ dollarını versin ona və məsələni bitirsinlər. Lakin İddiaçı yenə də bildirmişdir ki, mənzili 60.000 ABŞ dollarına F.Əzimovdan almışdır, ev onundur, evi boşaldılsın. O, evini satacaq olsa idi, borc götürməmişdən öncə satardı. "xxxx" tərəfindən qiymətləndirmə edildikdə evin likvid qiyməti 190.000 manat qoyulmuşdur. Nədən 102.000 manata evini satmalıdır.
14. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X19 izahat verərək bildirmişdir ki, o, 3 otaqlı mənzili 2011-ci ildə Yaqub Babazadənin tanışından almışdır. Mübahisəli mənzilə görə Yaqub Babazadədən kirayə pulu belə almamış, hətta qaz və işıq sayğacından istifadə etmək üçün Yaqub Babazadəyə etibarnamə vermişdir. Lakin həmin etibarnamədə alğı-satqı müqaviləsi bağlamaq səlahiyyətinin verilməsi nəzərdə tutulmamışdır. Yaqub Babazadə etibarnamə üzrə ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək öz valideynlərini həmin mənzilə qeydiyyata saldırmışdır. Bir müddət sonra maddi cəhətdən problemləri yarandığından evi satmaq qərarına gəlmiş və bu məqsədlə də mənzilin satılması üçün müştəri axtarmağa başlamışdır. Bundan sonra İddiaçı müştəri kimi onunla əlaqə saxlayaraq evi almaq istədiyini bildirmişdir. Həmin vaxt Yaqub atasının xəstə olduğunu bəhanə edərək onların mənzilə daxil olmalarına maneçilik yaratmış və razılıq ərizəsini özü alıb gətirmişdir. Mənzilin alğı-satqısı zamanı Yaqub Babazadəvə ailəsi 5 ay müddətinə həmin mənzildən qeydiyyatdan çıxacaqlarına dair vəd versələr də, hazıradək verdikləri vədə əməl etməyərək qeydiyyatdan çıxmamışlar.
15. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən "xxxx" ASC-nin 6 saylı şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 2l 11-də qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq ediləcək alğı-satqı müqaviləsi üzrə 102.000 (bir yüz iki min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında 57290 manat "xxxx" BOKT ASC-nin nümayəndəsi X3, 3468,30 manat vergi məbləğinin X2 və qalan 41241,70 manat Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ kü çəsi, ev 22, mənzil 7-də qeydiyyatda olan X13 verilməsi üçün banklarında olan **********00001AZM54 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-822/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir
17. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilin alğı-satqısı qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmişdir. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından göründüyü kimi İddiaçı xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Məhəllə 668, Şövqiyar Abdullayev küçəsi, ev 23, 5 saylı mənzilin mülkiyyətçisidir. Mənzilin alğı-satqısı zamanı notar ial qaydada təsdiq edilmiş ərizələrə əsasən qeyd edilən mənzildə qeydiyyatda olan şəxslər həmin mənzildən qeydiyyatdan çıxacaqlarına dair öhdəlik götürmüşlər. Həm iş materiallarında olan notariat işinin materialları, həm də X12 izahatı müqavilə tərəflərinin həqiqi iradəsinin mənzilin alğı-satqısı ilə bağlı olduğunu sübut edir. İlkin iddia üzrə cavabdeh Yaqub Babazadə buna etiraz etsə də, məhkəməyə etirazının dəlilləri ilə bağlı mötəbər sübut təqdim edə bilməmişdir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığından etibarlıdır və onun etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas mövcud deyil. Belə olan halda ilkin iddia üzrə cavabdehlərin mübahisələndirilən mənzildən istifadə hüquqları itirilməli, onlar həmin yaşayış sahəsindən çı xarılmalıdırlar.
18. Məhkəmə hesab etmişdir ki, İddiaçı əmlakın mülkiyyətçisi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması işin araşdırılması zamanı müəyyən edilmiş hallarıdır. Cavabdehlərin həmin mənzildə yaşamasına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Mənzildən çıxarılma tələbindən ibarət olan vindikasiya iddiasının təmin olunmasının şərtləri (iddiaçının əmlakın mülkiyyətçisi olması, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehlərin əşyaya sahiblik hüququnun olmaması) isə mövcuddur. Həmçinin mülki işin araşdırılması zamanı cavabdehlərin iddiaçı ilə Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan yazılı razılaşmanın bağlanmasını tələb etməyən yaxın qohumluq münasibətlərinin olduğu müəyyən edilməmişdir.
19. Məhkəmə id dianın azyaşlı X9 mənzildən çıxarılması və s. hissəsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından, X17 mübahisəli mənzilə istifadə hüququ itirilməklə, həmin mənzildən çıxarılmalıdır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 157.1, 157.2, 157.4, 228, 324, 337-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. 23. 27.10.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X19 birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat verərək, apelyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. 24. 27.10.2020-ci il tarixdə İddiaçı vəfat etmişdir.
25. İddiaçı vəfat etdiyinə görə hüquqi varisinin müəyyən olunmasınadək iç üzrə icraat dayandırılmış və X23 hüquqi varisi kimi işə cəlb edilmişdir.
26. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında iştirak edən X19 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsində icraat zamanı izahatını təzyiq altınd a verdiyini, mərhum İddiaçı onu yaxın ailə üzvləri haqqında rüsvayedici məlumatları yaymaqla hədələdiyini, bu səbəbdən də izahatında həqiqətə uyğun olmayan məlumatlar verdiyini bildirmiş, mübahisəli mənzilin əslində qarşılıqlı iddiaçı Yaqub Babazadəyə məxsus olduğunu bildirmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-31/2023 nömrəli iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-822/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdehlər X19 ilə İddiaçı arasın da bağlanmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsini mübahisələndirməklə, həmin müqavilə bağlanmamışdan əvvəlki vəziyyətə, yəni mübahisəli mənzilin X11 mülkiyyətinə qayıtmasını arzulamış olur. Halbuki, həmin alğı-satqı müqaviləsi, mübahisəli mənzilin xx.xx.2011-ci il tarixli alğı-satqı müqaviləsi əsasında yaranmış mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin həqiqiliyi prinsipinə uyğun olaraq həyata keçirilmişdir. Bu mənada qarşılıqlı iddiada mübahisələndirilən xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin bağlanması ilə Cavabdeh2 hansı hüququnun pozulması, habelə bu müqavilənin etibarsız hesab edilməsi ilə onun hansı pozulmuş hüququnun bərpa ediləcəyi müəyyən deyildir. Göründüyü kimi qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli mənzilin alğı-satqısı na dair bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləni mübahisələndirməyə subyektiv hüququ olmamışdır. Bu səbəbdən qarşılıqlı iddia tələbi əsassız olmuş, birinci instansiya məhkəməsi həmin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
29. İlkin iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmam a faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya b ilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir.
30. Kollegiya hesab etmişdir ki, ilk iddia tələbi iddiaçının mülkiyyət hüququna əsaslandığından və həmin hüququn həqiqiliyi şübhə altına alınmadığından, habelə cavabdehlərin mübahisəli mənzili tərk etməkdən imtina etmələri iddiaçının mülkiyyətçi hüquqlarının məhdudlaşdırılmasına səbəb olduğundan, ilk iddia əsaslı olmuşdur və birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
31. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üz rə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və bu qənaətə gəlmişdir ki, həmin dəlillər mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas deyil.
33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 149.2, 157.2, 157.4, 228.1, 228.2, 228.5, 324.1, 324.2, 324.5, 337.1, 337.2-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi izahatlara və sübutlara qiymət verməyərək mülki işə qeyri-obyektiv baxaraq qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmiş, əqdin etibarsız sayılması üçün qəbul edilmiş qətnamə əsaslı və qanuni olmamışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
38. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə b ilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
41. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
42. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
43. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
44. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
45. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
46. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
47. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
48. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibət də həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2İsmayıl oğlu tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddiaçının birinci instansiya məhkəməsində izahatında və apelyasiya şikayətində irəli sürdüyü dəli llərlə eyni məzmundadır. Məhkəmələr həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.
61. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi).
62. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.
63. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
64. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
65. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hü ququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
66. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxs lərdən tələb etmək hüququ; müdafiə hüququ.
67. Bu baxımdan işin halları araşdırıldıqda müəyyən edilir ki, qarşılıqlı iddiaçı qeyd olunan müqavilədə tərəf olmamışdır. Onun mənzilə hər hansı mülkiyyət hüququ və ya mülkiyyətçi Fizuli Əzimovla ailə münasibətlərinə əsaslanan istifadə hüquqları müəyyən olunmamışdır. Bu hal qarşılıqlı iddianın rədd olunması üçün əsasdır və apelyasiya instansiyası məhkəməsi də iddianı rədd etməkdə haqlı olmuşdur.
68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
69. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halla rı ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)31/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə