Məhkəmə qərarları › İş №2(102)-2832/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2832/2021

11.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2832/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, X6, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin ləğvi, çıxarışların etibarsız hesab edilməsi, tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, çıxarışın etibarsız hesab edilməsi, tikililərin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh X4 vəkili X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 8045/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 11 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhər X15 İcraiyyə Komitəsinin 30.09.1988-ci il tarixli qərarına görə, X3 və İstismarı Birliyinin 09.02.1989-cu il tarixli Orderi əsasında, X massivində 0.12 ha torpaq sahəsində yerləşən 4727/12 saylı bağ sahəsi Əskərov Əskər Əbil oğluna ayrılmışdır. 13.05.1997-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əskərov Əskər Əbil oğlu 15.04.1997-ci il tarixdə vəfat etmişdir. 08.09.1952-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməyə əsasən, 03.09. 1952-ci il təvəllüdlü X9 atası X16, anası X5r. 29.12.2001-ci il tarixli 30573 saylı bağın icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, X17 ilə X3 və İstismarı Birliyi arasında, X massivində yerləşən 0.12 ha sahəsi olan bağ sahəsi Ə.M.Həsənova 29.12.2011-ci ilədək icarəyə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 25.07.2011-ci il tarixli 27152 nömrə ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, X massivində 1200 kv.m sahəsi olan 4727 saylı bağ sahəsi X10 adına Dövlət Kadastrı kitabında qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı; ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri,, Xlarında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 4727 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında X10 adına 06.07.2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 378 nömrəli reyestr kitabının 35915 nömrəli vərəqində qeydə alınmışdır (reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 07.06.2019-cu il tarixli **********75 saylı məktubundan görünür ki, Bakı şəhəri,, X massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 4727/12 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. məktuba əlavə olunmuş sənədlərdən görünür ki, AN-İ ******* saylı 24.09.2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, satıcı X17 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinin 0.07 ha hissəsinin alıcı X4 mülkiyyətinə verir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı; ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri,, Xlarında yerləşən 0.07 ha torpaq sahəsindən ibarət 4727 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında X4 adına 16.10.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 581 nömrəli reyestr kitabının 55024 nömrəli vərəqində qeydə alınmışdır (reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi **********). AN-İ ******* saylı 24.09.2014-cü il tarixli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, satıcı X17 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsinin 0.05 ha hissəsinin alıcı Cavabdeh1 mülkiyyətinə verir. Müqavilənin 2-ci bəndinə görə, satılan daşınmaz əmlak AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 06.07.2012-ci il tarixdə X12 verilmiş **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən Ə.M.Həsənova məxsusdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı; ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri,, Xlarında yerləşən 0.05 ha torpaq sahəsindən ibarət 4727 L saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına 16.06.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 573 nömrəli reyestr kitabının 54204 nömrəli vərəqində qeydə alınmışdır (reyestr nömrəsi **********41, qeydiyyat nömrəsi **********). İddiaçı atasının vəfatından sonra vərəsə kimi mirasın qəbulu məqsədilə notariat orqanına müraciət etmişdir. Bakı şəhəri 2 saylı DNK-nun 13 iyun 2013-cü il tarixli məktubu ilə Bakı şəhəri, X massivində 4727/12 saylı bağ evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə çıxarış veril məsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazisinə müraciət olunmuş, lakin çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı X9 cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, torpaq sahəsinə hüquqların qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.06.2018-ci il tarixli, 21(82)-36/2018 saylı Qərarı ilə rədd edilmiş, həmin qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.04.2018-ci il tarixli 3010 nömrəli Rəyinə əsasən mübahisəli 4727 saylı bağ sahəsi keçmiş X3 və İstismarı Birliyi ilə bağlanmış 29.12.2001-ci il tarixli 30573 nömrəli icarə müqaviləsi və ləğv edilmiş Dövlət Torp aq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi tərəfindən verilmiş 25.07.2011-ci il tarixli 27152 nömrə ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü” əsasında 06.07.2012-ci il tarixdə X10 adına qeydiyyatdan keçmişdir. Sonradan həmin bağ sahəsinin 0.05 ha hissəsi Bakı şəhəri 39 saylı Notariat Kontorunda 24.09.2014-cü il tarixdə 4Ə-100 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına 10.06.2015-ci il tarixdə, 0.07 ha hissəsi isə Bakı şəhəri 39 saylı Notariat Kontorunda 24.09.2014-cü il tarixdə 4Ə-99 reyestr nömrəsi ilə qeydə alınmış alqısatqı müqaviləsinə əsasən X4 adına 16.10.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fiziki şəxslər tərəfindən bağ sahələrinin hər birində 2 mərtəbəli bağ evləri və köməkçi tikilil ər inşa edilmişdir. İddiaçının mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunan torpaq sahəsi hazırda başqa fiziki şəxslərin mülkiyyəti kimi qeydiyyata alındığından iddiaçının mərhum atasının adına həmin daşınmaz əmlak reyestrdə qeydə alına bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, X6, Azərbaycan Respublikası ƏMDK yanın DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X massivində yerləşən X3 və İstismarı Birliyi BTK-nın 09.02.1989cu il tarixli orderi ilə mərhum atası X13 verilmiş 4727/12 nömrəli 0.12 ha Bağ sahəsinin 0.05 ha hissəsinin Bakı şəhəri 39 saylı notariat kontorunda 24.09.2014-cü ildə 4Ə-100 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına 10.06.2015-ci il tarixdə, 0.07 ha hissəsinin isə Bakı şəhəri 39 saylı notariat kontorunda 24.09.2014-cü il tarixdə 4Ə-99 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X4 adına 16.10.2015-ci il tarixdə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrində qeydlərin ləğv olunması və həmin qeydlər əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək məhkəmədən X massivində yerləşən X3 və İstismarı Birliyi BTK-nın 09.02.1989-cu il tarixli orderi ilə mərhum atası X13 verilmiş 4727/12 nömrəli 0.12 ha Bağ sahəsinə dair X3 və İstism arı Birliyi ilə X17 arasında bağlanmış 29.12.2001-ci il tarixli 30573 nömrəli icarə müqaviləsinin ləğv olunması, həmin icarə müqaviləsi və Dövlət torpaq və xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 25.07.2011-ci il tarixli 27152 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi əsasında 06.07.2012-ci il tarixdə X10 adına olan mülkiyyət hüququnun ilkin qeydiyyatının, həmin bağ torpaq sahəsinin 0.05 ha hissəsinə dair Bakı şəhər 39 saylı Notariat Kontorunun 24.09.2014cü ildə 4Ə-100 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına və 0.07 ha hissəsinə dair Bakı şəhəri 39 saylı notariat kontorunun 24.09.2014-cü il tarixdə 4Ə-99 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən 16.10.2015-ci ildə X4 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması, həmin qeydiyyatlar əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və həmin bağ sahələrində tikilmiş bağ evlərinin və köməkçi tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 09.10.2018-ci il tarixli məhkəmə iclasında X17 mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Sabunçu Rayon Məhkəməsinin (hakim Adilə Paşayeva) 10 iyun 2019-cu il tarixli 2(008)613/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(008)-613/2019 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilərək, X massivində yerləşən X3 və İstismarı Birliyi BTK-nın 09.02.1989-cu il tarixli orderi ilə X13 verilmiş 4727/12 nömrəli 0,12 ha bağ sahəsinə dair X3 və İstismarı Birliyi ilə X17 arasında bağlanmış 29.12.2001-ci il tarixli 30573 nömrəli icarə müqaviləsinin ləğv olunması, həmin icarə müqaviləsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 25.07.2011-ci il tarixli 27152 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi əsasında 06.07.2012-ci il tarixdə X10 adına olan mülkiyyət hüququnun ilkin qeydiyyatının, həmin bağ torpaq sahəsinin 0,05 ha hissəsinə dair Bakı şəhər 39 saylı Notariat Kontorunun 24.09.2014-cü ildə 4Ə100 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına və 0,07 ha hissəsinə dair Bakı şəhəri 39 saylı notariat kontorunun 24.09.2014-cü il tarixdə 4Ə-99 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən 16.10.2015-ci ildə X4 adına qeydə alınmış daşınma z əmlakın dövlət reyestrindəki mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması, həmin qeydiyyatlar əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və həmin bağ sahələrində tikilmiş bağ evlərinin və köməkçi tikililərin onların öz vəsaitləri hesabına sökülməsi qət olunmuşdur. - Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhər X15 İcraiyyə Komitəsinin 30.09.1988-ci il tarixli qərarına görə, X3 və İstismarı Birliyinin 09.02.1989-cu il tarixli Orderi əsasında, X massivində 0.12 ha torpaq sahəsində yerləşən 4727/12 saylı bağ sahəsi Əskərov Əskər Əbil oğluna ayrılmışdır. Eyni zamanda 29.12.2001-ci il tarixli müqaviləyə əsasən, X massivində yerləşən 0.12 ha sahəsi olan bağ sahəsi Ə.M.Həsənova 29.12.2011-ci ilədək icarəyə verilmişdir. Əskərov Əskər Əbil oğlu 15.04.1997-ci il tarixdə vəfat etmi şdir. İddiaçı mərhum Əskərov Əskər Əbil oğlunun oğludur. Əskərov Əskər Əbil oğluna ayrılmış X massivində 0.12 ha torpaq sahəsində yerləşən 4727/12 saylı bağ sahəsi ilə X12 ayrılmış 0.12 ha torpaq sahəsi olan 4727 saylı bağ sahəsinin koordinatları daxilində yerləşir. Həmin bağ sahəsi X10 adına xüsusi mülkiyyət kimi qeydə alınmış, 2014-cü ildə X17 0.12 ha torpaq sahəsinin 0.05 ha hissəsini Cavabdeh1, 0.07 ha hissəsini isə X1. Əskərov Əskər Əbil oğlunun 15.04.1997-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı 12.06.2013-cü il tarixli ərizəsi əsasında Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair 09.02.1989cu il tarixdə verilmiş order qüvvə də ola-ola həmin bağ sahəsinə dair X3 və İstismarı İdarəsi ilə X17 arasında 29.12.2011-ci ildə müqavilə bağlanmaqla qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, Bakı şəhər X15 İcraiyyə Komitəsinin 30.09.1988-ci il tarixli qərarına görə, X3 və İstismarı Birliyinin 09.02.1989-cu il tarixli Orderi əsasında, X massivində 0.12 ha torpaq sahəsində yerləşən 4727/12 saylı bağ sahəsi ilkin olaraq Əskərov Əskər Əbil oğluna ayrıldığından və həmin orderin ləğv edilməsi və ya qüvvədə olmaması ilə bağlı iş materiallarında hər hansı sübut olmadığından, mərhumun vərəsəsi İddiaçı 12.06.2013-cü il tarixli ərizəsi əsasında Bakı şəhəri 2 saylı dövlət notariat kontorunda vərəsəlik işi açıldığından, mərhum İddiaçı qanun üzrə vərəsəsi kimi mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 324.1, 324.2, 324.4 və 324.5, 646.1. və 646.2.-ci maddələrinə, “Azərbaycan Respublikasının «Torpaq İslahatı haqqında» 16 iyul 1996-cı il tarixli, 155-İQ nömrəli Qanununa istinad edərək əsaslandırmışdır. Cavabdehlər Cavabdeh1 və X11 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(008)-613/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Ziya Şirinov və Fuad Talışinski) 2(103)- 8045/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il t arixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(008)-613/2019 saylı qətnaməsi qismən, yəni iddianın cavabdehlər Cavabdeh1 və X6 aid təmin olunmuş hissələrdə (yəni, «həmin bağ torpaq sahəsinin 0,05 ha hissəsinə dair Bakı şəhər 39 saylı Notariat Kontorunun 24.09.2014-cü ildə 4Ə-100 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına və 0,07 ha hissəsinə dair Bakı şəhəri 39 saylı notariat kontorunun 24.09.2014-cü il tarixdə 4Ə-99 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən 16.10.2015-ci ildə X4 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüquqlarının qeydiyyatı ləğv olunsun, həmin qeydiyy atlar əsasında verilmiş çıxarışlar etibarsız hesab edilsin və həmin bağ sahələrində tikilmiş bağ evlərinin və köməkçi tikililər onların öz vəsaitləri hesabına sökülsün» hissələrdə) ləğv edilmiş, iddia həmin cavabdehlərə münasibətdə təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən - mübahisəli torpaq sahəsinə dair iddiaçının atasına 09.02.1989-cu il tarixdə verilmiş orderin qüvvədə olmasına, belə olan halda həmin bağ sahəsinə dair X3 və İstismarı İdarəsi ilə X17 arasında 29.12.2011-ci ildə müqavilə bağlanmasının qanunvericiliyin tələblərinə zidd olmasına, iddiaçının vərəsə kimi tələb hüququnun mövcudluğuna əsaslanmış, lakin iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, xüsusilə cavabdehlər Cavabdeh1 və X4 torpaq sahələrini əldə edən zamanı v icdanlı alıcı olubolmamalı ilə bağlı məsələyə hüquqi qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən tərəflərə mübahisənin barışıq yolu ilə həll olunması istiqamətində müraciət olunsa da, tərəflər barışığa gələ bilmədiklərini bildirmiş, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. İşdə olan sübutlardan görünür ki, cavabdehlər Cavabdeh1 və X11 ilə X17 arasında 2014-cü ildə bağlanmış alqı-satqı müqavilələri notariat qaydasında təsdiqlənmiş, həmin vaxtı satılan torpaq sahələri üzərində X10 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, reyestrdə olan həmin qeydə hər hansı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, alqı-satqı müqavilələri üzrə alıcılar (cavabdehlər) torpaq sahələrini əvəzi ödənilməklə almış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Buna görə də hazırki işin hallarından, mülki qanunvericiliyin vicdanlı alıci ilə bağlı normalarından çıxış edərək apellyasiya məhkəməsi hesab etmişdir ki, alqı-satqı müqavilələri üzrə alıcılar vicdanlı əldə edən olduğundan, mübahisə obyekti olan torpaq sahələrinin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışlar (reyestrdəki qeyd) etibarsız hesab edilə bilməz. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında da cavabdehlərin vicdanlı alıcı olmalarını istisna etməmiş, sadəcə torpaq sahəsinin ilkin olaraq X10 adına sənədləşdirilməsinin qanunsuz olmasını, məhz bu səbəbdən də cavabdehlərə aid sənədlərin də etibarsız olmasını b ildirmişdir. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında da torpaq sahələrini əldə etmiş şəxslərin müvafiq əqdlər bağlanan zamanı vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Alqı-satqı müqavilələri bağlanan zamanı satıcının (X10) torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyata alınmış vəziyyətdə olmuş və reyestrdə hər hansı yüklülük halı qeydə alınmamışdır (əksinə, iddiaçının atasının adına torpaq sahəsinə dair order verilsə də, sağlığında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır). Apellyasiya məhkəməsi qeyd etmişdir ki, torpaq və mülki qanunvericilik daşınmaz əmlak kimi torpaq sahələrinə hüquqların yaranması üçün bir-neçə hüquqi əsas (torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, planı və ölçüsünün tərt ib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması, dövlət qeydiyyatından keçirilməsi və s.) eyni vaxtda mövcud olmalıdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki,birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə almamış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə cavabdehlər Cavabdeh1 və X4 mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Bununla yanaşı, apellyasiya məhkəməsi qeyd etmişdir ki birinci instansiyası məhkəməsində işə baxılarkən cavabdehlər Cavabdeh1 və X4 məhkəmə iclaslarında iştirakları təmin olunmamış, onlar rəsmi qaydada məlumatlandırılmamışlar və bu hal prosessual hüquq normalarının tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 29, 152.1, 567, 646, 148.2, 140, 182, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)8045/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinə istinad edərək iddiaçının torpaq sahəsi üzərində hüquqlarını qeydiyyatdan keçirmədiyini qeyd etmişdir. İddiaçı qeyd etmiş dir ki, apelyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Cavabdeh1 və X8 vicdanlı Alıcı olduqlarına istinad etmiş, bununla bağlı Mülki Məcəllənin 182-ci maddəsinə istinad etmiş, lakin məcəllənin mülkiyyətin müdafiəsinə dair normalarını diqqətdən kənarda saxlamışdır. İddiaçı vərəsəsi olduğu Əsgər Əsgərovun torpaq sahəsi üzərində hüquqları 1989-cu ildə yaranmış, o Böyük Vətən müharibəsi veteranı olduğu üçün bağ sahəsi ona ayrılmışdır. Məhkəmə isə bundan 10 il sonra-1999-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə istinad etmişdir. Apellyasiya Məhkəməsi iddiaçının torpaq sahəsinə münasibətdə hüquqlarının yarandığı dövrdə qüvvədə olmamış normalara istinad etməklə Konstitusiyanın 149-cu maddəsinin Vİİ maddəsinin və “Normativ Hüquqi aktlar haqqında” Azərbaycan Respu blikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərini pozmuşdur. Mübahisəli torpaq sahəsinə iddiaçının vərəsəliklə keçmiş qanuni istifadə hüququnun mövcudluğu heç bir mübahisə doğurmur. Belə ki, order əsasında mənzilə əldə edilmiş hüquq və həmin hüququn mülkiyyət hüququna çevrilməsinə dair münasibətlər order əsasında bağ sahəsinə əldə edilmiş hüquq və həmin hüququn mülkiyyət hüququna çevrilməsinə dair hüquq münasibətləri ilə analogiya təşkil edir. İddiaçı qeyd edir ki, apelyasiya məhkəməsi formal olaraq iddianı qismən təmin etsə də, iddiaçı bununla pozulmuş hüquqlarının bərpasına nail ola bilməmiş, qanunla ona məxsus əmlakından məhrum olmuşdur. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.6, 157.7, “Normativ hüquqi aktlar haqqında Azərbayc an Respublikasının Konstitusiya Qanununun 2.3, 22, 87.2, maddəsinə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddələrinə istinad edərək əsaslandırmışdır. İşdə iştirak edən digər şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8045/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, xahiş etdi. Cavabdeh2 vəkili X14 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8045/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini qət namənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyəti nə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etir azın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahi bliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Maddə 182.3. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən isə, əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Mülkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Az ərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 4 18.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələ binə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya baxışının predmetini yalnız birinci instansiya məhkəməsi qətnaməsinin “bağ torpaq sahəsinin 0,05 ha hissəsinə dair Bakı şəhər 39 saylı Notariat Kontorunun 24.09.2014-cü ildə 4Ə-100 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına və 0,07 ha hissəsinə dair Bakı şəhəri 39 saylı notariat kontorunun 24.09.2014-cü il tarixdə 4Ə-99 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən 16.10.2015-ci ildə X4 adına qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması, həmin qeydiyyatlar əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və həmin bağ sahələrində tikilmiş bağ evlərinin və köməkçi tikililərin onların öz vəsaitləri hesabına sökülməsi” hissəsi təşkil etmiş, iddia tələbinin cavabdeh X12 aid hissəsi isə yoxlanılmamışdır. Yoxlanılan hissədə iddia rədd edildiyindən iddiaçının kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 və X11 ilə bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığından və müqavilələrin etibarsızlığı üçün hüquqi əsaslar olmadığından apellyasiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddia tələbi bu hissələrdə təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 140-ci maddəsinə əsasən reyestrin məzm ununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kollegiya qeyd edir ki, işdə torpağın hal-hazırki mülkiyyətçilərinin vicdanlı alıcı olmasını istisna edən heç bir hal müəyyən edilmədiyindən, həmin şəxslər notarial qaydada təsdiq edilmiş əqd (alqı-satqı müqaviləsi) əsasında torpağı əldə etdiklərindən, həmin əqdlərin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin b ağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. "X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davam lılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. "N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.07.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cü r məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilsin”. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 8045/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar