Məhkəmə qərarları › İş №2(102)-2832/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2832/2023

27.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2832/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və müstəqil tələb irəli sürməyən 3cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ ( Açar sözlər: məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Evroscon ASC-yə və müstəqil tələ b irəli sürməyən 3-cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-785/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1982-ci ildən xx.xx.2020-ci il tarixədək X1 "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2020-ci il tarixdə ixtisar səbəbilə şirkətdə tutduğu baş energetik vəzifəsindən azad edilmişdir. 2. “Azərkörpü” Açıq tipl i Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında imzalanmış 43 nömrəli, 02 yanvar 2004-cü il tarixli müqaviləsinə əsasən İddiaçı idarənin aparatına baş energetik vəzifəsinə işə qəbul edilmişdir və əmək haqqı 1.000.000 manat təşkil edir.

3. Əmək Müfəttişliyinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilir ki, sığorta edən Avro X2 "xxxx" ASC (SUN**********5) tərəfindən təqdim edilmiş 2014-2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) və 2017-2019-cu illərin İ-İV rübləri, 2020- ci ilin İ-İİ rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”larda cavabdeh tərəfindən qeyd edildiyi kimi məcburi dövlət sosial sığortaya cəlb olunan iddiaçının gəliri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları **********633 nömrəli fərdi şəxsi hesabında və Nazirliyin təqdim etdiyi www.e-sosial.az internet portalının “Fərdi şəxsi hesab” bölməsində əks olunmuşdur. Həmçinin məktubda bildirilmişdir ki, müraciətin araşdırılması üçün İddiaçı aid sənədlərin təqdim olunması məqsədilə X1 "xxxx" ASCyə xx.xx.2021-ci il tarixli məktub göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Evroscon ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məcburi d övlət sosial sığorta haqqlarının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DSMF-yə köçürülməli olan 27.096,09 manat (iyirmi yeddi min doxsan altı manat doqquz qəpik) pul vəsaitinin cavabdeh "xxxx" ASC-nin hesabından tutularaq DSMF-nin hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci ildən xx.xx.2020-ci ilə kimi X1 "xxxx" ASC-də müxtəlif vəzifələrdə çalışmış, xx.xx.2020-ci ildə həmin müəssisədə tutduğu baş energetik vəzifəsindən ixtisara görə azad olunmuşdur. Müəssisədə əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulur, işçilərlə bağlanan əmək müqaviləsi bir nüsxədə bağlanaraq işçiyə verilmir. Əmək haqqının miqdarı müqavilədə faktiki miqdarından az göstərilir. Əmək haq qının dəyişməsi ilə əlaqədar müqavilədə dəyişiklik edilmir. Əmək portalına əlavə olunan əmək müqavilələri işçi ilə razılaşdırılmır. Qeyd olunandan başqa əmək müqaviləsində əmək haqqı faktiki əmək haqqlarından az göstərildiyi üçün DSMF-yə dəfələrlə az vəsait köçürülür, vəzifə səlahiyyətlərindən istifadə edilərək vergidən yayındırılır. Bu qanun pozuntuları 2006-cı ildən xx.xx.2020-ci ilə qədər davam etmişdir.

6. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin tələbinə dair iddia müddəti əmək mübahisələrində maddi tələblərlə bağlı bir il təşkil edir, lakin iddiaçı bu müddəti ötürmüşdür. Bu səbəbdən, cavabdeh, iddia müddətinin tətbiq edib iddianı rədd edilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim F.Əyyubov) 2(004)-2998/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı DSMF-yə köçürülməli olan 27.096,09 manat pul vəsaitinin cavabdeh Evroscon ASC-dən tutularaq DSMF-nin şəxsi hesabına köçürülməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələblərinə görə işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. Hal-hazırda iddiaçı ilə cavabdeh arasındakı mübahisə əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması zamanı yaranan fərdi əmək mübahisəsidir və mübahisənin predmetini pul tələbi təşkil edir. Belə ki, iddiaçı işlədiyi müddətdə əmək haqqından DSMF-yə köçürülməli olan məbləğdən az məbləğ köçürüldüyünü və beləliklə də DSMF-də fərdi hesabının sığorta hissəsində olan məbləğlə köçürülməli olan məbləğ arasında fərq yarandığını, bu səbəbdən də yaranmış fərqin cavabdehdən tutularaq DSMF-yə, dolayısı ilə DSMF-dəki fərdi hesabına köçürülməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, fərdi əmək mübahisəsinin predmetini dolayısı ilə pul tələbi təşkil etdiyindən və iddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad olunsa da, qanunvericilikdə nəzərdə tutulmuş 1 il ərzində cavabdehə qarşı həmin tələblə iddia qaldırmadığından iddia müddəti ötürülmüş hesab edilməli və iddia tələbi rədd edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175.2, 288-ci maddəsinin e bəndinə, 296.4-cü ma ddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-cimaddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 10.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi qətnamədə iddia müddətinin buraxılmasını təsvir edərək qiymətləndirməmişdir. İddiaçının hüquqlarının pozulması ona 2021-ci ilin əvvəllərində məlum olmuş, bu barədə ilkin olaraq xx.xx.2021-ci ildə X1 "xxxx" ASC-nin rəhbərliyinə (qəbz 3********), daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciə t edib. Ona xx.xx.2021-ci il tarixdə **********7 saylı məktubla cavab verilmişdir. Lakin o məktubla qane olmadığı üçün təkrar müraciət edib. Təkrar müraciətinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhəri idarəsi 24 fevral 2022-ci il tarixdə **********0 saylı məktubla yenidən ona eyni məzmunlu cavab vermişdir. Bundan başqa o Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edib. Xidmət ona 27 aprel 2021-ci il tarixli **********419600 saylı məktubla cavab verərək sübutların verilməsini istəyib. xx.xx.2021-ci ildə **********7 saylı cavab məktubu yazılıb və o həmin məktubu xx.xx.2021-ci il tarixdə imza edərək alıb. Həmin məktubla ona məhkəməyə müraciət etmək tövsiyə olunub. İddia ərizəsi isə Yasamal Rayon Məhk əməsinə xx.xx.2022-ci il tarixdə daxil olub. Göründüyü kimi bu halda da o iddia müddətini keçirməyib. Bundan başqa o Yasamal rayon prokurorluğuna, Azərbaycan Respublikası Baş prokurorluğuna müraciət edib. Yalnız bundan sonra prokurorluğun tövsiyəsi ilə məhkəməyə müraciət edib. Qeyd edilən müraciətlər barədə məhkəmədə izahatında bildirib. Hətta cavabdeh tərəfin iddia müddətin ötürülməsi barədə ərizəsi müzakirə edilərkən də bu müraciətlərini bildirib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsini iddia ərizəsinə obyektiv baxmaqdansa iddia müddətinin keçməsi bəhanəsi ilə ərizəsini rədd edib. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi o hüquqlarının pozulduğunu bilən andan müxtəlif aidiyyəti orqanlara şikayət edib. İddia müddətini ötürməyib. Təsvir olunmuş hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmədə cavabdeh tərəfin iddia müddətinin ötürülməsi barədə irəli sürdüyü mülahizə əsaslandırılmamışdır, öz təsdiqini tapmamışdır. İddiaçının iddianın əsaslığı barədə dəlilləri kifayət qədər tutarlı və mötəbərdir. İddia müddətinin ötürülmədiyini bildiyi üçün yuxarıda qeyd edilən sənədləri əlavə etməmiş, lakin məhkəmədə nümayiş etdirərək bildirib. Birinci instansiya məhkəməsinə təqdim edilən sübutları yetərli hesab edir. Məhkəmə iddianın təmin edilməməsi üçün hüquqi əsaslar müəyyən etmədi. Məhkəmədə cavabdeh tərəfin iddianın əsassız olması barədə irəli sürdüyü dəlillər öz təsdiqini tapmamışdır. İddiaçının iddianın əsaslığı barədə dəlilləri kifayət qədər tutarlı və mötəbərdir. 12.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-G.T.Axundova (sədrlik edən və məruzəçi), Ş.A.Məmmə dova və F.F.Babayev) 2(103)-785/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. 14.Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir 15.Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi Əmək Məcəlləsinin 288, 289, 294, 296-cı maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8, “Sosial sığorta haqqında” Qanunun 2 və 14-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 16.İddiaçı (Vəkil Əlişir oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 17.Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını və işdəki sübutları tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi 19.Maddə 175.2., a bəndi. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq v ergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. 20.Maddə 288, e bəndi. Bu Məcəllə ilə əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması və s. məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. 21.Maddə

289. Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. 22.Maddə 294, 1-ci hissə. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 23.Maddə 294, 2-ci hissə. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatın ın nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 24.Maddə 294, 3-cü hissə. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. 25.Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. “Əmək pensiyaları” haqqında Qanun 26.Maddə 1.0.8. Fərdi hesabın sığorta hissəsi - əmək pensi yasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Sosial sığorta” haqqında Qanun 27.Maddə

2. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Mülki Prosessual Məcəllə 28.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 32.Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 33.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 34.Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 36.Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Qeyd edilməlidir ki, iddiaçı kassasiya şikayətində göstərir ki, məhkəməyə müraciət etməzdən əvvəl müxtəlif orqanlara müraciət etmiş, bundan sonra məhkəməyə müddət ötürülmədən muraciət etmiş, buna görə də məhkəmənin gəldiyi nəticə istinad etdiyi normaların tələbinə uyğun olmamışdır. 37.Qeyd edilməlidir ki, ba xılan iş üzrə birinci instansiya məhkəməsinin mövqeyinə görə qanunvericiliyin tələblərinə görə işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. Hal-hazırda iddiaçı ilə cavabdeh arasındakı mübahisə əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması zamanı yaranan fərdi əmək mübahisəsidir və mübahisənin predmetini pul tələbi təşkil edir. Belə ki, iddiaçı işlədiyi müddətdə əmək haqqından DSMF-yə köçürülməli olan məbləğdən az məbləğ köçürüldüyünü və beləliklə də DSMF-də fərdi hesabının sığorta hissəsində olan məbləğlə köçürülməli olan məbləğ arasında fərq yarandığını, bu səbəbdən də yaranmış fərqin cavabdehdən tutularaq DSMF-yə, dolayısı ilə DSMF-dəki fərdi hesabına köçürülməsini xahiş etmişdir. Fərdi əmə k mübahisəsinin predmetini dolayısı ilə pul tələbi təşkil etdiyindən və iddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad olunsa da, qanunvericilikdə nəzərdə tutulmuş 1 il ərzində cavabdehə qarşı həmin tələblə iddia qaldırmadığından iddia müddəti ötürülmüş hesab edilməlidir 38.Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. 39.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. 40.Yuxarıda göstərilə nlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-785/2023 nömrəli iş üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar